92
adlandırırıq. Tarix insanın, yəni sosial bədənin
tarixidir. Zamanla məkan elə buradaca bir-birinə
qovuşur, işarələnir. İnsan naqil kimi zamanı
məkanla birləşdirir. ZAMAN SOSİAL BƏDƏNLƏRİN ÖMRÜ
İLƏ “QİDALANIB” BÖYÜYÜR VƏ MƏKANI ÖZÜNÜN SƏRHƏDSİZ
QƏBİRİSTANLIĞI BİLİR. BÜTÜN MƏKANLARIN POTENSİAL
MƏZARLIQ OLMAQ ŞANSI HƏMİŞƏ REALDIR. Bədən dünya
sirlərinin düyünləndiyi nöqtədir. Dünyanı tanımaq
üçün bədəni tanımaq gərək. Elə isə:
BƏDƏN ONTOLOJİ MÖCÜZƏDİR,
sosio-kulturoloji fenomendir ki, hələ bir çox
mənaları özündə qapsayır. Bədən ona görə ontoloji,
yəni zamansız-filansız, möcüzədir ki, kainatın
güzgüsüdür; damla kimi kosmosu güzgüləyir. Orijinal
deyiləm, Nəsimidən gələn fikri təkrarlayıram. Lakin
Ortaçağ
müsəlman
mədəniyyətinin
“Mirat
əl-
muhaqqiqin” (“Tədqiqatçıların aynası”) risaləsində
də oxşar mənanın fərqli ifadəsi mənim söylədiyimin
urvatlı
təsdiqidir:
“İnsanın
bədəni
elə
bir
xəritədir ki, orada kainatın, yerin və göyün,
illərin (zamanın) və şəhərlərin xəritəsi görünür”.
3
BƏDƏN MİKROKOSMDUR,
Ortaçağ müsəlman filosoflarının diliylə desək,
aləmi səğirdir,
4
yəni kiçik aləmdir, bap-balaca bir
dünyadır, miniatür bir dünyadır və öz-özlüyündə
tamamlanmış “oxunulası” bir əsərdir. Orta əsrlərin
“Afaqnamə” risaləsində Quranın “Fussilət” surəsinin
53-cü ayəsinə
5
istinadən bəyan edilir ki, bədənlə
kainatın quruluşu güzgüvari inikasdan başqa bir şey
deyil: 12 bürc insan bədənini 12 nahiyəsinə, 7
planet isə bədənin 7 daxili üzvünə uyğun gəlir.
Belə ki, bürclərdən Qoç insanın başını, Buğa
boynunu, Əkizlər qollarını, Xərçəng döşünü, Şir
qarnını, Qız kürəyini, Tərəzi göbəyini, Əqrəb
93
rüculətini,
Oxatan
ombalarını,
Dağ
keçisi
dizlərini, Dolça baldırlarını, Balıqlar ayağın
pəncələrini, planetlərdən isə Ay ağ ciyəri, Günəş
ürəyi, Ütarid (Merkuri) beyni, Zöhrə (Venera)
böyrəkləri, Mərrix (Mars) öd kisəsini, Müştəri
(Yupiter) qara ciyəri, Zühəl (Saturn) dalağı
6
eyhamlaşdırır. Müsəlman dünyadərkinə görə insan
bədəni həm aləmdir, həm də əlamətdir.
7
Yəni ki,
dünya
insana
sığışa
bilir,
insan
bədənində
modelləşir, obrazlaşır, aləm olur və aləm olub da
əlamətə çevrilir: nədən ki, Allahı bildirir, Allahı
işarələyir. Bununla yanaşı bütün kainat da, sən
demə, insan üzlüdür, insan bədəninin formaları ilə
baxışır. İnsan bədənilə kainat arasındakı vizual
oxşarlıq hələ qədim risalələrdə vurğulanmışdı:
deyilmişdi ki, insan başı göylərə, sinə havaya,
qarın dənizə, ayaqlar yerə, sümüklər daşlara,
damarlar budaqlara, tüklər otlara, duyğular isə
heyvanlara bənzəyir. Bir çox xalqların mifik
təfəkkürünə görə bədən yaranış üçün, kosmoqonik
təşəkkül
aktı
üçün
ilkin
materialdır.
Akkad
panteonunun qadın ilahəsi Tiamatı öldürən Marduk
onun bədənini iki hissəyə bölüb Yeri və Göyü
yaradır, İsida qardaşı (başqa bir invariantda isə
əri) ölüb-dirilən məhsuldarlıq tanrısı Osirisin
(Dionislə,
Xızr
peyğəmbərlə
müqayisələndir)
meyidini tanrı Totdan gizlətmək naminə parça-tikə
eləyib kainata səpələyir ki, Osiris xaosdan dünyanı
bir daha vücuda gətirə bilsin.
8
Hinduizmdə isə bədən
həmişə törədici enerji sayılıb.
9
Bütün bunlar bir
tərəfdən göstərir ki, bədən, həqiqətən, ontoloji
xəritədir,
mikroksmdur;
digər
tərəfdən
isə
makrokosm insanın ikonik əksidir. Ayrı cür də demək
mümkündür:
insan
dünyanın
balaca
ölçülü
avtoportretidir.
Hürufilər
“Allahın
əlamətini
insanın qiyafəsində, insanda isə Allahın üzünü
görürük” deyəndə heç də küfr danışmırdılar, sadəcə,
94
dünyaları bir-birinin içinə geydirirdilər: vahid
bölünüb
çoxalırdısa,
çoxluq
da
yığılıb
vahidləşirdi. Kainat harmonik bütövdür: bu bütövlük
invariant
birin
bütövlüyüdür,
içi
çoxluqlarla
(variantlartla)
dolu
vahidin
(təkcənin)
bütövlüyüdür.
Bədən
kosmosla
intensiv
enerji
mübadiləsindədir: heç nə itmir, heç nə qeyb olmur;
hər şeyin ali planı var.
Ona görə də
BƏDƏN PROQRAMDIR,
ontoloji
proqramdır,
kainatdakı
proseslərlə
ilişikli
kosmik
proqramdır,
ilahi
proqramdır,
sakral və məxfi proqramdır. Bu aspektdə bədən
“mən”in taleyidir: bədən tale (bəxt, yazı, qismət)
invariantıdır,
“mən”
isə
gerçəkləşmiş
tale
variantıdır. Maraqlı bir deyim var: söyləyirlər ki,
“tale özxoşuna gedənləri aparır, tərslik eləyənləri
sürükləyir”. Əslində, mən bədənimin ardıyca yola
çıxmışam. Mənim taleyimin “marşrutu”nu bədən məndən
öncə
bilir.
“Alın
yazısı”
elə
bədən
koordinatlarında “mən” üçün proqramlaşdırılmış
tale deməkdir.
Və hətta əl də insan bədəninə tale cədvəli kimi
qoşulmuş
özünəməxsus
bir
mikkroçipdir,
mikrokosmdur. Hiromantlar insan əlinin içindəki
cızıqları,
nöqtələri,
ulduzcuqları,
qövsləri,
əyriləri
və
onların
əmələ
gətirdiyi
konfiqurasiyaları Adəm oğlunun taleyinin cədvəl-
proqramı sayırlar. Qəribədir, biz azərbaycanlılar
da, təbii ki, ruslarla bərabər, deyirik ki, “hər
kəsin
taleyi
öz
əlindədir”.
Başqa
xalqların
folklorunda da belə söyləmlər qədərincə. Bu fikrin
ictimai-sosial məna çənbərində belə bir ideya
fokuslaşır ki, insan öz gücü, iradəsi, təpəri,
zəhməti hesabına özünə tale düzəldir. Əslində isə
bu fikir bizi birbaşa hiromantiya müstəvisinə
aparıb çıxarır və çox aydın, səlis və sadə bir