80
sırtıq niyyəti Gülnaz və Sənəmin son dərəcə
şaşırmasının səbəbidir. Bu şaşqınlıq Məşədinin
üstünə birbaşa hücum çəkib “şığımaq”la və aşkar
təhqirlə (“qoca kaftar, sənə on beş yaşında qız nə
gərək?”) bildirilir. İbad kişisə müdafiə olunmur.
Daha
doğrusu,
onun
müdafiəsi,
sadəcə,
məzələnməkdir,
əylənməkdir,
zənən
tayfasının
həşirini ciddi qəbul etməməkdir. Məşədi İbad gözəl
Gülnazdan və qulluqçu Sənəmdən heç incimir də,
əksinə, onların aqressiv davranışından bir az da
xoşhallanır, kefi durulur və könlündən hər iki
qadını birdən özünə arvad eləmək istəyi keçir.
“O olmasın, bu olsun” məsxərəsində Sənəm
qulluqçudan daha çox Gülnazın yaş etibarı ilə iki
dəfə böyük ədəbi ƏKİZİDİR. Gülnaz və Sənəm pyesin
kontekstində cüt bacı təəssüratı oyadırlar. Sənəm
məsxərədə Gülnaz əvəzidir. Üzeyir bəy Sənəmi İbad
kişini incitməməkdən, pərt və peşman etməməkdən
ötrü
yaradıb.
Sənəmsiz
Sərvərin
də
kələyi
gerçəkləşməzdi. Lakin insafən qeyd etmək lazımdır
ki, sonucda Sənəm heç bir etiraz-filan bildirmədən,
cınqırını
çıxartmadan
birinci
məclisdə
“qoca
kaftar” adlandırdığı Məşədi İbada kəbinli arvad
olmağa
razılıq
verir.
Deməli,
Məşədi
Sənəmə
söyləyəndə
ki,
“görürəm
kim,
mənə
sən
çox
yetirirsən gözünü” haqlı imiş... Bu dəfə də
soruşacaqsınız ki, Sənəmin burada nə günahı var,
kələyi ki Sərvər qurub? Elədir, amma, gəlin,
məntiqdən aralı düşməyək. Birincisi: Sənəm Məşədiyə
övrət olmaqla özünü heç də Gülnazın yolunda fəda
eləmir, əksinə, qazancda qalır. İkincisi: əgər
Məşədi gerçəkdən idbar kişi, kaftar qoca olsaydı,
Sənəm kimi diribaş və zirək bir qadın, yəqin ki,
ona zorla da ərə getməzdi. Uzağı Sərvər axtarıb bu
işə bir əncam çəkəcəkdi, bir çarə bulacaqdı. Bu bir
daha ona sübutdur ki, pyesin qadınları elə ilk
səhnədən Məşədiyə münasibətdə laqeyd qalmamışlar,
81
Məşədiyə seksual maraq göstərmişlər. Niyə? Burada
patologiya əlaməti və ya psixoloji qüsur varmı?
Yoxsa milli oyun mədəniyyətində mövcud gələnəklərlə
bağlıdır?
Əvvəla ondan başlayaq ki, Məşədi İbad xalqın
meydan mədəniyyətinin bədii-estetik və mənəvi-
əxlaqi dəyərlər sistemində, xalqın folklorunda
təsdiqlənmiş və yaşamaq hüququ qazanmış KEÇƏLİN
yazılı
ədəbiyyata
köçmüş
variantıdır.
Meydan
mədəniyyətinin varolma prinsiplərinə əsasən Keçəl
yüksək erkəklik (buğalıq, öcüllük) potensialına
malik bir kişidir. Məşədi İbad da keçəldir.
Təsadüf,
yoxsa
qanunauyğunluq?
Bəlkə
folklor
ənənəsinin diktəsi? Rəsmi mədəniyyət keçəlliyi
neqativdə
yozur:
keçəllik
qocalıq,
heysizlik,
çirkinlik
əlamətidir,
ölüm
nişanəsidir.
Mifik
təfəkkür
isə
keçəlliyin
pozitivdə
götürülən
mənalarını vurğulayır. Qeyri-rəsmi mədəniyyət də bu
aspektdə
mifik
təfəkkürün
ardınca
gedir.
Bu
müstəvinin dəyərləri içində GÜNƏŞLƏ UŞAQ DA KEÇƏL
2
sayılır. Onların hər ikisi dünyada görünəndə keçəl
olurlar. Xalqın meydan mədəniyyətinin kontekstində
keçəllik, ilk növbədə, fiziki gücün, buğalığın,
erkəkliyin bildiricisi kimi qəbul edilir. Keçəl
fallik kultun atributudur. Meydan teatrında isə
Keçəl ampluadır. Xalqın Keçələ münasibəti həmişə
ikilidir, ambivalentdir. Bu ikilik də onunla
bağlıdır ki, Keçəl həyat və ölümü eyhamlaşdıran
personajdır. Ona görə də xalq bir tərəfdən Keçələ
gülür, digər tərəfdən isə onu əzizləyir. Keçəl
sanki meydan teatrının dəcəl, ərköyün, lakin
qartımış uşağıdır. Meydan oyunlarının personajı
kimi Keçəl bir qayda olaraq çalışır ki, tamaşaçı
onun başının dazlığını görməsin. Amma bu heç vaxt
ona nəsib olmur və meydan əhli onun dazlığına lağ
eləyib gülür. Mərhum teatrşünas Novruz Təhməzov
yazırdı ki, “papağın götürülməsi Keçəlin ifşa
82
olunması, gülünc vəziyyətə düşməsi deməkdir”.
3
Türk
kölgə teatrının qəhrəmanı QARAGÖZ də mayallaq aşıb
xəyal
pərdəsinin,
yəni
təsəvvürlər
ekranının
üzərinə düşdüyü zaman birinci papağını itirir və
onun keçəlliyi aşkarlanır. Farsların “Pənc” kukla
teatrının bir nömrəli personajı Keçəl Pəhləvan da
tamaşa vaxtı öncə papağından məhrum edilir. BURADA
PAPAQ
ELƏ
BİL
Kİ
GÜLÜŞ
QAZANININ
QAPAĞI
FUNKSİYASINI
YERİNƏ
YETİRİR.
Papağı
ağızlara
vurulmuş MÖHÜR kimi də təsəvvür etmək mümkündür.
Papaq düşür (möhür qırılır) və camaat gülür. Rəsmi
mədəniyyətin kontekstində namus, qeyrət, kişilik
simvolu sayılan PAPAQ xalqın meydan mədəniyyəti
çərçivəsində
oyuncağa,
oyun
predmetinə,
gülüş
qapağına çevrilir. PAPAQ və QAPAQ: biri başı örtür,
biri qazanı. Türk-müsəlman aləmində papağı başından
getmiş
kişinin
aqibəti
faciəvidir.
Meydan
mədəniyyətində isə papağını itirmiş Keçəlin aqibəti
gülməli olur. MEYDAN KEÇƏLİ VƏ ONUN PAPAĞINI CİDDİ
QƏBUL ELƏMİR.
Tamaşaçıların Məşədi İbadla birbaşa tanışlığı
da təqribən Qaragözün (Keçəl Pəhləvanın) papağını
itirdiyi səhnəni xatırladır. Məşədi İbad qızı
görməyə Rüstəm bəyin evinə gəlib. Hələlik qonaq
otağına keçməyə rüsxət yoxdur. Odur ki, Məşədi ayna
qabağında dayanıb Gülnazın qarşısına çıxmaq üçün
son hazırlıq işlərini görür: əslində, isə o,
seyrçilərə özünün evlənmək hüququnu və imkanlarını
nümayiş etdirir. Güzgü qənşərində Məşədi hamıya
bəyan eləyir ki, saqqalı qapqara şəvə kimidir,
dişləri
yerindədir,
qulaqları
eşidir,
gözləri
görür, yəni o, bilmərrə qoca-zad deyil. Faktiki
olaraq bununla da kifayətlənmək mümkün idi. Lakin
Məşədi dəcəl uşaqlar kimi dinc oturmur, başlayır
papağı ilə oynamağa, min cür hoqqa çıxartmağa:
papağını gah belə qoyur, gah elə. Bir şey alınmır
və qərara gəlir ki, Gülnaz xanımı başıaçıq
Dostları ilə paylaş: |