77
teatrı
personajlarının
sırasına
qatılıb
rəsmi
mədəniyyətdə onların (Keçəl Pəhləvanın, Qaragözün)
təmsilçisi funksiyasını daşıyır.
Nəhayət, baxaq görək, bu Məşədinin bədəni
nəmənədir ki, böylə bir söz-söhbətə səbəb olmuş
ola.
İbad kişinin düz 50 yaşı var: canı isə hələ
“suludur”, yoxsa evlənmək arzusu ilə ondan-bundan
arvad soraqlamazdı ki? Sağlamlığı superdir, bir
dişi də ağzından düşməyib, cavan oğlan kimidir:
dərd çəkməyib, yaxşı yeyib-içib, canını güdüb. Üç
dəfə arvad dəyişib, amma yenə də qadın görəndə
laqeyd
dayana
bilmir..
Hətta
gözəl
Gülnazın
görüşünə gəldiyi zaman belə qulluqçu Sənəmi də
gözaltı eləyir, onu da əlindən buraxmaq istəmir.
Məşədi İbad milli “don juanlığın” simvoludur.
Hərçənd
müsəlman
Şərqinin
bütün
kişiləri
çoxarvadlılığa aludə olublar və bununla öyünüblər;
Muhamməd peyğəmbər dörd arvad saxlamağa icazə
verib. Şərq müdrikləri elə hesab eləyiblər ki, dörd
arvad almaq kişi üçün, onun bədəni və ruhu üçün,
habelə, toplum üçün pozitiv bir əməldir.
İslamın kişilərə verdiyi dörd arvad almaq
icazəsi, təbii ki, siğələrdən əlavə, bugünün özündə
də diskussiya obyektidir. Gülnaz isə Məşədinin
dördüncüsüdür. Deməli, İbad kişi qanun, icazə
çərçivəsində davranır. Əgər qanunlar köhnəlibsə,
baqqal İbadın burada günahı nə? Onun həm fiziki
qüvvəsi, enerjisi, həm də var-dövləti kifayət
qədərdir ki, özünə kiçik bir hərəmxana düzəltsin.
Məhz bu xüsusiyyətlərinə görə Məşədi İbadı “O
olmasın, bu olsun” məsxərəsinin yeganə KİŞİSİ
(ÖCÜL, ERKƏK anlamlarında) saymaq mümkündür. Nə
üçün?
Bəs
başqaları?
Doğrudan
da,
şəbədənin
personajlarından heç biri qadın sevgisinə susamaq
baxımından Məşədiyə tay ola bilməz.
78
Başlayaq elə Sərvərdən. O, İbad kişinin
yanında sütül bir oğlan uşağıdır, qarnıac “student
baba”dır, bambılıdır, hələ indən beləsinə Gülnazı
fırıldaqla özünə arvad eləyib kişi olmaq istəyir.
Məşədidən yaşca cavan müflis Rüstəm bəy DUL
kişidir. Ancaq o, qulluqçu Sənəmə, bir dəfə də
olsun,
gözünün
ucuyla
da
baxmır,
eyş-işrət
təmənnasında bulunmur. Nədən? Bilirəm, hamınız
deyəcəksiniz ki, axı, Rüstəm əsl BƏYDİR və bəyə
yaraşmaz özünü yüngül, qeyrətsiz aparmaq. Bu
məqamda mən də deyəcəyəm ki, Rüstəm bəy hər şeydən
öncə kişidir, 45 yaşlı kişidir. Onun nə vaxtıdır
ki, arvadsız qalsın? Bir də Rüstəm bəyə heç kim
qeyrətsiz olmağı təklif eləmir. Bir kəllə qənd, üç
manat pul və bir molla Rüstəm bəylə Sənəmi siğə
vasitəsilə asanca bir-birinə qovuşduracaq. Vacib
deyil ki, bəyin kəbinli arvadı olsun Sənəm. Amma
hayıf ki, onun belə bir təmənnası yoxdur: görünür
ki, şürbilik, qumarbazlıq fiziki cəhətdən də Rüstəm
bəyi “müflisləşdirib”. Yoxsa o öz evinin içində gül
kimi arvaddan imtina etməzdi ki? Və çox güman ki,
Rüstəm bəyin şərab dostları (Həsən bəy, Həsənqulu
bəy,
Rza
bəy,
qoçu
Əskər)
da
bu
dərdə
mübtəladırlar.
İçkidən,
kefdən,
boş-boş
çərənləmələrdən onların başı ayılır ki, arvad
barədə fikirləşsinlər də. Deməli, mən gümanımda
haqlıyam: məsxərədə bir həqiqi KİŞİ (ÖCÜL, ERKƏK)
var ki, adını Məşədi İbad çağırırlar. Bu adam
haradasa şəhərin SEKSUAL nəhəngidir, özünəməxsus
mömin Don Juandır. Təsadüfi deyil ki, elə ilk
görüşdən Gülnaz Məşədidən qorxur. Bəhanə aydındır:
Məşədi çirkin kişidir. Lakin Məşədinin çirkinliyilə
Gülnazın qorxmasına heç cür bəraət qazandırmaq
olmaz. Onun Məşədiyə reaksiyası ifrat reaksiyadır.
Sənəm də Məşədi İbadla qarşılaşanda təqribən belə
bir affekt içindədir. Məşədi İbadsa, əksinə, onları
gördükdə bir az da qızışır, cuşa gəlir, ayırd edə
79
bilmir ki, qadınlardan qulluqçu hansıdır, xanım
hansı. Qadın üzünün hicabla, yaşmaqla örtüldüyü bir
mühitdə bu yaşantı normaldır. Hətta Məşədi güclənən
ehtiras içində şaşırır və öz halını gizlətməkdən
ötrü başlayır ağzına gələn cəfəngiyyatı danışmağa:
saçmalayır, mənasız “saqqal və həna” mövzusunu
ortaya
atır.
Qorxu
hissiylə
seksual
həyəcan
arasında həmişə bir addımlıq psixoloji məsafə var.
Onlar çox qısa bir zaman müddətində bir-birinə
transformasiya oluna bilərlər. Bu emosiyalardan hər
biri
asanlıqla
digərinin
başlanğıc
impulsuna
çevrilmək
imkanına
malikdir.
Gözəl
Gülnazı
çaşdıran, qorxudan Məşədinin çirkinliyi yox, onun
qabarıq ifadə olunmuş seksual niyyətidir.
Qulluqçu Sənəmin də İbad kişiyə qarşı aqressiv
münasibəti
bəraətsizdir.
Şəxsən
Sənəmə
tacir
Məşədinin heç bir ziyanı dəyməyib. Bəs onda
qulluqçunun Məşədi İbadla belə qaba, layiqsiz
rəftarının səbəbi nədir? Deyəcəksiniz ki, onun
Gülnazı yaşlı kişidən qorumaq cəhdi. Daha belə
həyasızcasına yox da. Bu aşkar kobudluğun, Məşədiyə
qarşı hədələyici “yürüş”ün, aqressiv davranışın bir
ucu məxfi seksual həyəcandır, seksual heyranlıqdır.
Bica deyil ki, Sənəmin dayə hikkəsi, dayə idiası
ilə göstərdiyi canfəşanlığı Məşədi İbadın özü də
həddən ziyadə tez duyur və ona həməncə adekvat
reaksiya
göstərir:
sanki
Sənəmin
psixoloji
basqısını (axı, o da çoxdandır ki, dul qadındır)
aşkarlayır.
Sənəmin
“hücum”u
müqabilində
zarafatlaşa-zarafatlaşa oxuyur: “GÖRÜRƏM KİM, MƏNƏ
ÇOX YETİRİRSƏN GÖZÜNÜ, QORXURAM KİM, Kİ AXIRDA
İTİRƏSƏN ÖZÜNÜ”. İnsan ya qəfil qorxanda, ya da
qəfil valeh olanda özünü itirir, çaşır. Bu səhnədə
məxfi vurğunluq, heyranlıq qorxuya, həyəcanlı maraq
ikrah hissinə qoşulub bir-birini müşayət edir.
Məşədi İbad Gülnaz və Sənəmdən ötrü mikroşok
vəziyətinin təhrikçisidir. Onun açıq, həyasız,
Dostları ilə paylaş: |