Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə24/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   20   21   22   23   24   25   26   27   ...   135

 

71 


     Məsxərənin  finalı  “TOY”  səhnəsidir.  Halbuki 

toy  mərasiminin  özü  əsərdə  dekorativ  xarakter 

daşıyır,  bir  rəmz  kimi  anlaşılır.  Ona  görə  də  toy 

məclisində  hərə  yalan-başdan  bir  kərə  rəqs  eləyib 

Məşədini bəylik otağına ötürməyə tələsir. 

     Səhradan  o  yanası  qəbirdir,  məzardır.  Məcnuna 



nəsib olan bu. 

     Bəylik  hamamından  o  yanası  isə  zifaf  otağı. 

Məşədi İbada nəsib olan bu. 

     Final  məhz  burada  oynanılacaq;  o  yerdə  ki, 

başqalarının 

həmin 


məkana 

daxil 


olması 

qəti 


qadağandır.  Niyə?  Bu  məkanın  bildirdiyi  mənaları 

sıralasam,  aşkar  bilinəcək  ki,  bəylik  otağı  sakral 

mahiyyətli  məkandır,  astanadır,  sevgiyə,  nifrətə, 

doğuma,  təcavüzə,  ölümə  eyni  dərəcədə  açıqdır. 

Bəylik  otağı  (və  ya  gərdək)  astana  olmaq  etibarı 

ilə  haradasa  şərti  qəbir  funksiyasını  yerinə 

yetirir,  qəbir  kimi  insanın  bir  dünyadan  o  biri 

dünyaya keçidini təmin edir. Əgər “Leyli və Məcnun” 

poemasında  Füzuli  qəhrəmanları  gəlib  qəbirdə  bir 

olurlarsa, 

məzar 

iki 


sevgilini 

bir-birinə 

qovuşdurursa,  və  müəyyən  mənada  “bəylik  otağı” 

statusu  qazanırsa,  artıq  “Məşədi  İbad”  məsxərəsində 

Üzeyir  bəy  öz  personajlarını  çəkib  birbaşa  zifaf 

otağına  çəkir  və  elə  buradaca  Məşədiylə  acı-acı 

zarafatlaşmağa  başlayır.  Məcnun  Leylinin  qəbri 

üstündə  öz  ölümü  ilə  “SEVGİLİM  YALNIZ  ODUR” 

söyləyirsə,  İbad  kişi  çox  asanlıqla  “O  OLMASIN,  BU 

OLSUN”  təklifilə  razılaşır,  özü  üçün  əlverişsiz 

şəraitdən  ən  sərfəli,  ən  optimal  bir  çıxış  yolu 

tapır,  yəni  yaşamağı,  evlənməyi  ölümdən  üstün 

tutur.  Burada  Məşədi  sadə,  lakin  son  dərəcə  güclü 

həyat  məntiqilə  davranır:  Gülnaz  olmasın,  Sənəm 

olsun,  fərqi  nədi  ki,  arvad  elə  arvaddı;  bircə 

ölümə  çarə  yoxdur.  Yerdə  qalan  nə  varsa,  hamısına 

əncam  çəkmək  olar.  Düzdür,  bu  məntiq  baqqal 

məntiqidir,  di  gəl  ki,  həyati  gücü  var.  Bu  həm  də 



 

72 


xalqın  meydan  mədəniyyətinin  kontekstində  dəfələrlə 

sınaqdan  çıxarılmış  aksiomlar,  isbata  ehtiyacı 

olmayan  həqiqətlərdir  və  baqqal  Məşədinin  davranış 

cədvəlinin  əsasıdır.  Burada  isə  Məcnuna,  eşq 

divanəliyinə  yer  yoxdur.  Məsələyə  beləcə  yanaşanda 

müsəlman  Şərqinin  ən  zavallı  aşiqi  QEYS  gözdən 

düşür. Qəti heç bir qərar qəbul edə bilməyən Məcnun 

Leylini  də,  özünü  də  sonucda  yalnız  çərlətdi, 

qubarlatdı və məzara gömdü.  Bu sayaq davranışlardan 

cilvələnən  dürlü-dürlü  mənalar  Məşədinin  qulağına 

girmir. Məcnunun romantik divanəliyi onun üçün  əbəs 

şeydir.  Bu  mövqedən  baxanda  Sərvər  də  elə  Məşədi 

İbadın 

invariantıdır. 



“Sərvər” 

farsca 


“başçı” 

deməkdir.  Bəs  “O  olmasın,  bu  olsun”  məsxərəsində 

Sərvər 

nəyin 


başçısıdır? 

Təbii 


ki, 

kələyin, 

fırıldağın. Sərvər XX yüzilin ön sənələrində ərsəyə 

gələn  nəslin  özünəməxsus  student  Məşədisidir.  Onun 

və 

İbad 


kişinin 

əzəli 


həyat 

məsələlərinə 

münasibətlərində  bir  elə  də  böyük  fərq  nəzərə 

çarpmır. Bu adamlardan heç biri dərvişxislət deyil, 

qismətindən  qaçmağı  xoşlamır,  mübarizə  əlindən 

tərki-dünya  olmur,  həyatdan  üz  döndərib  ideya 

quyruğundan,  şeir  quyruğundan  yapışmır.  Sərvər 

sevgi  tarixində  unikal  bir  fənd  işlədib,  ideal  bir 

kələk  qurub  Məşədini  aldadır  və  gözəli  Gülnazın 

vüsalına  yetişir:  eşidəndə  ki,  qızı  başqasına  ad 

eləyiblər,  daha  Qeys  kimi  çöllü-biyabana  varmır, 

tədbir  töküb  işıq  ucu  boyda  imkanından  belə 

istifadə  edir.  Məşədi  İbad  da  yenə  bu  sayaq: 

seytnota  düşən  kimi  tez  fiqurların  yerini  dəyişib 

özünə  halalca  arvad    ala  bilir.  Yalnız  Məcnun  min 

imkanından  birini  belə  gerçəkləşdirməyi  bacarmayan 

məğmun  birisidir.  Ona  görə  də  rəsmi  mədəniyyətdə 

“əzizlənən”,  aliqədr  sayılan  Məcnun  kimi  şair-

filosof,  ruh  adamı  olan  qəhrəmanlar  xalqın  meydan 

mədəniyyətinin,  gülüş  mədəniyyətinin  kontekstində 




 

73 


heç  cür  özlərini  doğrulda  bilmirlər,  çoxsaylı 

məsxərə və lətifələrin mövzu mənbəyinə çevrilirlər.  

     Üzeyir  bəy  də  Füzulinin  “Leyli  və  Məcnun” 

poemasında  söz  gövhərlərindən  və  sufi  davranış 

cədvəllərindən  üzlənən  fəlsəfi-etik  dəyərlərin, 

yüksək 


idealların, 

romantik 

vəziyyətlərin, 

yaşantıların  xalqın  meydan  həyatının  kobud  realizmi 

və 

sadə 


dəmir 

məntiqilə 

qarşılaşdığı 

zaman 


cılızlaşdığını, 

heçə-puça, 

şəbədə, 

zarafat 


obyektinə  döndüyünü  görmüşdü  və  bunu  “Məşədi  İbad” 

məsxərəsində  ifadə  etmişdi.  Niyə?  Onu  bu  işə  qol 

qoymağa  məcbur  edən  hansı  mənəvi-psixoloji  səbəblər 

vardı?  Hər  şeydən  öncə  dahi  bəstəkar  və  maarifçi 

istəmişdi 

ki, 


klassik 

məhəbbət 

mövzusuna 

münasibətdə  baxım  bucağını  dəyişsin,  onu  xalqın 

meydan  mədəniyyətinin  gülüş  modellərinə  uyğun  bir 

tərzdə  yeni  rakursdan  işıqlandırsın,  müqəddəs, 

ülvi,  sakral  sayılanı  kobud  materiyada  sınağa 

çəksin.  İkincisi:  “O  olmasın,  bu  olsun”  şəbədəsini 

yazmaqla  Hacıbəyli  cənabları  “Leyli  və  Məcnun” 

operasının 

üzərində 

işlədiyi 

vaxt 

Füzuli 


poemasından,  bu  poemanın  motivlərindən,  fəlsəfi 

mənalarından  aldığı  emosional  təsirdən  azad  olmağa, 

onun 

cazibəsindən, 



sehrli 

magik 


çənbərindən 

qurtulmağa  səy  göstərmişdi,  mədəniyyətdə  dolaşan 

“Leyli-Məcnun”  kabusu  əleyhinə,  M.F.Axundzadədən 

fərqli,  məxfi  qiyam  qaldırmışdı.  Üçüncüsü:  Üzeyir 

bəy  “Leyli  və  Məcnun”  poemasını  tam  şəkildə 

özünküləşdirdikdən  sonra,  yəni  əsərin  bütün  məna 

düyünlərini  açdıqdan,  cövhəri  qiyafədən  ayırdıqdan, 

olayların 

psixoloji 

gerçəkliyinin 

həqiqətini 

aşkarladıqdan  sonra  görmüşdü  ki,  məşhur  əfsanənin 

yazılı 

ədəbiyyata 



köçmüş 

qəhrəmanları 



BƏDƏNSİZDİRLƏR, 

bilmərrə 



RUHDURLAR, 

YALXI 

İDEYALARDIR.  Ona  görə  də  Üzeyir  bəy  çalışmışdı  ki, 

“Məşədi  İbad”  məsxərəsinin  hadisə  və  faktlarını 

birbaşa  BƏDƏN  (ontoloji  bədən,  psixoloji  bədən, 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə