56
obyektivə salmır. Belə olduqda oxucunun personajı
görməyə,
əsər
boyu
onun
ontoloji
mövcudluq
partiturasını izləməyə hövsələsi çatmır. Çünki
oxuyub təsəvvürdə görmək oxuyub dərk etməyin
növbəti mərhələsidir, yaradıcı işdir və aşırı vaxt
aparır. Digər tərəfdən ədəbi personajın görkəmi
daim improvizələrə açıqdır. Niyəsi də bu ki, “kök”,
“arıq”, “ucaboy”, “enlikürək”, “qozbel”, “sarışın”,
“qıvrımsaç”, “topasaqqal” kimi təyinlərin həyatda
yüzlərcə
variantı,
modifikasiyası
var:
hansı
bəyənilsə, məqbuldur, mübahisəsi yoxdur. Bunun
müqabilində isə ədəbi əsərdə personajın əməli,
davranışı çox konkretdir. Odur ki, oxucu, demək
olar bütün vəziyyətlərdə, personajın görkəmini onun
əməlinə görə öz təsəvvüründə “rəsm” edir. O da
mümkündür
ki,
hər
hansı
bir
bədii
əsərin
konstruksiyasında,
bədən,
necə
deyərlər,
“kölgələnsin”, özünə müəllif təsvirində tamamlanmış
qiyafə tapmasın, müəyyən bir detalla, işarə ilə,
nişanla bildirilsin. Bu zaman bədii əsər üçün
bədənin
daşıdığı
ontoloji
məna
dəyişməyəcək,
azalmayacaq. Səbəbi də bu ki, ədəbi əsərin olay və
situasiyalarının mahiyyətini, hüsnünü, qayəsini və
janr əlamətlərini yalnız və yalnız personajın
bədəni, bu bədənin potensial imkanları, potensial
enerjisi konkretləşdirir.
Bu
baxımdan
məhz
ontoloji
poetika
Ü.Hacıbəylinin ədəbi-bədii dünyasını gözlənilməz
rakursdan və tamam yeni bir tərzdə işıqlandırır.
ƏLA BURLESK, YƏNİ Kİ MƏSXƏRƏ
Mən çoxdandır ki fikirləşirəm, ayə, görəsən,
Üzeyir bəy bəlayi-eşqə mübtəla olub bu bəladan cüda
düşmək istəməyən, min bir əğyar cəfasına dözə-dözə
mazoxist həzz aparan Leyli və Məcnunun şərəfinə
Füzuli versiyasında nouhə, mərsiyə, ağı üstündə
57
köklənmiş yüz faizlik, təmiz, çılxa qəm, hüzn, nalə
və on batman Allah sevgisindən, ilahi eşqdən ibarət
muğam-opera
yaratdıqdan,
bu
operanın
“dadı”nı
çıxardıqdan, yəni onun fəxri, uğuru içində bulunub
tərifini eşitdikdən sonra “Ər və arvad”, “O
olmasın, bu olsun” kimi birbaşa milli gülüş
mədəniyyətinin
qaynaqlarına
söykənən
məişət
komediyalarını nə səbəbə yazmış ola? Elə-belə
dilxoşluq naminə? Daxili tələbatdan? Özünü yeni
janrda
sınamaqdan
ötrü?
Müsəlman
operasından
müsəlman operettasına lağım atmaq ehtiyacından?
Bəlkə XX yüzilin ilkin mərhələsində azərbaycanlı
mentaliteti üçün komediya janrının hüdudlarında öz
təcəssümünü tapan mövzuları daha aktual saydığına
görə? Nə isə... fal açmağına dəyməz. Çünki bu
sualların hər birinə konkret cavab məhz Üzeyir
bəyin əsərlərinin içindən zühura gəlir. Bu “İÇ” isə
həmişə permanent şəkildə “Leyli və Məcnun”dur.
Dedim və məsələni bir az sadələşdirməyi lazım
bildim.
Həqiqətən, kişi və qadın münasibətlərinin
məğzini, cövhərini, əlifbasını təşkil edən EŞQİN,
SEVGİNİN, NİGAHIN təzahür və cərəyan məntiqi,
tarixi, ictimai-sosial, etnik-siyasi, kulturoloji
aspekti,
psixofizioloji
təbiəti,
patologiyası
Üzeyir bəy Hacıbəyli yaradıcılığının bir nömrəli
problemidir. Bu yöndən baxanda aydın görünür ki,
Üzeyir bəyin hər bir əsəri bir EŞQ variantıdır, bir
SEVGİ macərasıdır, sonucda isə “Leyli və Məcnun”
motivləri üzərində sərbəst gəzişmədir. Amma hər
dəfə bu hadisənin adı başqa-başqadır. Bu xüsusda,
mən bilirəm ki, soruşacaqlar: “Bəs “Koroğlu” necə
olsun?” Ona görə bəri başdan sualı özüm verirəm.
Məgər Üzeyir bəyin “Koroğlu”su nazlı yar Nigarla
aşıq Rövşənin sevgi əhvalatını, macərasını, ayrı
cür desəm, “Leyli və Məcnun”un növbəti yozumunu
bəyan etmirmi? Və hətta... mənim gümanım var ki,
58
“Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal
alan” kimi komediyalar “Leyli və Məcnun”un astar
üzüdür, tərs variantıdır.
Sözümün canı bu ki, Üzeyir bəy öz əsərlərində
ilk operasının mövzu çərçivəsindən, onun tilsimli
çənbərindən heç vaxt kənara çıxa bilməyib. Nə
yazıbsa, axırda yenə qayıdıb “Leyli və Məcnun”
üstündə improvizələr eləyib. 1908-ci ildən sonra
Ü.Hacıbəyli sanki “Leyli və Məcnun”un sehrinə,
cazibəsinə düşür: hiss edir ki, opera onun bütün
varlığına hakimdir. Yəqin elə bunu duyduğuna görə
də Üzeyir bəy çalışır ki, “Leyli və Məcnun” kimi
qəşəng bir “kabus”dan tez bir zamanda yaxasını
qurtarsın. Bu məqsədlə dahi Hacıbəyli EŞQ, QƏZƏL,
MUĞAM iksirindən zühura gəlmiş fenomenal bir ŞƏRQ
OPERASININ
məstedici
romantikasından
tam
azad
olmaq, sevgini göylərdən yerə endirmək üçün qısa
bir müddət ərzində “Ər və arvad” (1909), “O
olmasın, bu olsun” (1910), “Arşın mal alan” (1913)
komediyalarını yazır və bu əsərlərin kontekstində
“Leyli və Məcnun”un əsas motivini, personajlarının
iddia, əda və istəklərini lağa qoyub, MƏSXƏRƏYƏ
qoyub onlara sataşmağa, gülməyə başlayır, aşiq və
məşuqə münasibətlərini gündəlik həyatın ən adi
ilişgiləri
səviyyəsinə
endirir,
eşqi
BAZARA
çıxarır, məişətin ALVER obyektinə çevirir. Müəllif
bəhanəni
bəhanə
dalıyca
gətirib
bir-birinə
qovuşmayan
və
qovuşmadıqca
pırpızlaşan
eşq
divanələrinin
əlindən,
onların
sadomazoxist
oyunlarından bezib, cana doyub öz komediyalarında
camaatı cüt-cüt EVLƏNDİRİR, bir nəfər molla, bir
kəllə qənd və üç manat pulun köməyilə EVLƏNDİRİR,
fırıldağın, kələyin hesabına EVLƏNDİRİR. Əlbəttə
ki, bunu heç də Füzulinin “Leyli və Məcnun”una
qarşı gizli bir qiyam kimi anlamaq lazım deyil.
Mənim fikrimcə, Üzeyir bəy burada istəmişdi ki, öz
operasının
“eşqə
giriftar”
qəhrəmanlarının
Dostları ilə paylaş: |