23
şaşırır, elə həməncə acizləşir, mütiləşir, niqabın
sehrinə, psixoloji təsirinə ram olur, dönür balaca
uşağa. Burada maska ilə niqab bir-birilə qütbləşir.
Həqiqətən,
maskada
bir
oyunbazlıq,
şeytanlıq
nişanəsi
var.
Maska-totem
tanrı
və
əcinə
başlanğıclarını
özündə
qapsayır.
Niqab
isə
“ciddi”dir, “alicənab”dır, əgər belə demək caizsə,
nurludur, sakraldır. Elə onun üçün də şahlar,
sultanlar
üzlərində
niqab
gəzdirməyi
fəxr
bilərdilər, yaraşıq sayardılar və bununla da
müqəddəslər cərgəsində
dayandıqlarını vurğulayardılar.
MASKA NƏDİR? Maska üz əvəzinə ölü üzdür,
“qansız" üzdür, “soyuq” üzdür, daş üzdür. Maska
ruhun
sərdabəsidir.
Niqabsa
qeyri-adi,
misli
görünməmiş, tayı-bərabəri olmayan bir üzə işarədir.
Maska
yeraltı
dünya,
ölülər
səltənətilə
ilişiklidir. Bunun qənşərində isə niqab yalnız
yuxarı, ilahi, sakral dünyaya eyhamdır. Maska
aldadır, yayındırır, üzün həqiqətini ört-basdır
edir. Niqabsa üzün əsl mahiyyətini açıqlayır,
bildirir ki, örtük (pərdə) arxasında fenomenal
insanın şəxsiyyəti məskunlaşıb. Maska və niqabın
hər ikisinin funksiyasında (yasaq etmək, qorumaq,
gizlətmək və şəxsiyyətə çevirmək) qohumluq əlaqəsi
aşkarlansa da, məna bildirmək, məna aydınlatmaq
baxımından onlar bir-birilərinə həmişə qarşıdurum
təşkil edirlər. Maska qaranlıq, niqab işıqlı dünya
ilə bağlıdır.
TEATR
VƏ
MASKA.
Maska-totem
real
həyat
vəziyyətlərinə birbaşa təsir göstərmək imkanından
məhrum olanda, ayin, mərasim gerçəkliyində yaşamaq
hüququnu, deməli, sehrini, tilsimini itirəndə,
panteonlaşmaq şansını əldən verəndə ya muzeyə pənah
aparır, ya teatra. Situativ maska isə teatrda ya
vizuallaşır, ya da yırtılır. Teatr maskalarla
oynayıb maskalı dünyaya qarşı üsyan edir. Ona görə
24
də
teatr
sənəti
permanent
olaraq
yozumdur,
təfsirdir,
permanent
olaraq
dekonstruksiyadır,
nəsildən-nəsilə,
dəbdən-dəbə
dəyişən
dünya
qavrayışının
permanent
olaraq
reviziyasıdır,
toplumun sosial-siyasi modelinin və bu modeldən
görükən insan münasibətlərinin sınağa çəkildiyi
yerdir.
Avropa
mədəniyyətində
teatr
maskalarının
meydana gəlib səhnəyə “çıxması” faktı şərabçılıq və
üzümçülük tanrısı, başı kefdən ayılmayan tanrı,
ölüb-dirilən tanrı, bir növ qədim yunanların Xızr
peyğəmbəri Dionisin (Vakx, Liber) şəninə keçirilən
rituallarla
əlaqələndirilir.
Dionis
iki
dünya
arasındakı sərhəddə dayanıb və hər iki dünyanın
qapıları onun üzünə açıqdır. Ölüb-dirilmək, yəni
əbədi qalmaq məhz onun tanrı peşəsidir. Dionis ölüb
dirilməlidir ki, dünyada həyat ritmi pozulmasın.
Lakin
bəşər
mədəniyyətinin
tarixini
diqqətlə
izləyəndə aydın olur ki, ayrı-ayrı xalqların mifik
təfəkkürü ölüb-dirilmək xassəsini təkcə tanrılara
deyil, ən adi heyvanlara belə şamil edir. Ölüb
yenidən
dirilmək
dəyişmək,
başqalaşmaq,
təzə
qiyafədə zühur etmək kimi mənalandırılır. Bir çox
xalqlar ilan ölümsüzlüyünün səbəbini onda görürlər
ki, bu sürünən “qabıq qoyur”, qabığından çıxır,
köhnə
cildini
yenisilə
əvəzləyir,
başqalaşır,
təzələnir, bir sözlə, ölüb dirilir. Qərbi Afrikanın
Toqo vilayətinin sakinləri elə güman edirlər ki,
qurbağalar əbədiyaşar canlılardır: quraqlıq zamanı
ölürlər, yağış mövsümündə dirilirlər. Guya bir
zamanlar
tanrı
bu
keyfiyyəti
insanlara
bəxş
edəcəkmiş; ancaq müxtəlif əngəllər ucbatından bu
xüsusiyyət tanrının insanlara xoş xəbər aparmaq
üçün qasid kimi seçdiyi canlıda qalıb. Digər
xalqların folklor nümunələrində də bu motiv başqa
personajlarla və başqa variantlarda təkrar olunur.
Əksərən ölüb dirilən, yəni mifik təfəkkürə görə
25
əbədiyaşar canlılar xtonik heyvanlardır. Ölüb-
dirilmək,
əslində,
torpağın
öz
funksiyasıdır:
torpaq vaxtaşırı dəyişir, yeniləşir, bir libasını
çıxarıb başqa libas geyinir. Dionis də qədim
yunanların xtonik tanrısı sayılır, baxmayaraq ki o,
Zevslə Semelanın oğludur. Çünki bir tanrı kimi
Dionisin bütün funksiyaları torpaqla bağlıdır. Məhz
ol səbəbdən Dionis ölüb-dirilən tanrıdır. Ölümündən
sonra dirilmək isə yeni üz tapmaq deməkdir, yeni
“üz bağlamaq”, yeni “üz gətirmək” deməkdir. Aydın
məsələdir ki, hər ölüb-diriləndə Dionisin yeni üzü
olmalıdır. Elə ona görə də qədim yunanların teatr
maskaları həmişə Dionisin üzlərini nişan verir,
onun ovqat görkəmlərini bildirir. Təsadüfi deyil
ki, Fridrix Nitşe yunan səhnəsinin bütün məşhur
fiqurlarını (Proteyi, Edipi, Oresti və b.) Dionisin
maskaları hesab edir. Məsələ burasındadır ki, Orta
və
Uzaq
Şərq
ölkələrinin
teatr
mədəniyyəti
dünyasında da maska bir qayda olaraq tanrı üzüdür.
Məsələn, hind Kathakali, yapon No(h) teatrlarının
tamaşalarında iştirak edən aktyor özünə ya qrimdən
tanrı üzü düzəldir, ya da tanrını tanıtdıran maska
taxır. Hətta hinduizmdə avatara (nüzul etmə)
konsepsiyası
sübut
edir
ki,
ilk
maskaların
müəllifləri tanrılardır. Təbii ki, tanrının hər bir
zühuru onun yeni maskasıdır. Qədim Misir fironları
özlərinə həmişə tanrı üzü maska seçərdilər. Özünü
Exnaton (Günəş tanrısı Atona gərəkli, istəkli olan
deməkdir)
adlandırmış
IV
Amenxotep
arvadı
Nefertitilə
üzlərini
Günəş
timsalında
qrimlədərdilər. IV Amonxotepdən əvvəlki fironlar da
üzlərinə zər çəkərdilər ki, Günəş kimi bərq vursun,
işıq saçsın. Əslində isə tanrı həyatda heç kimə
üzünü göstərməyib, hətta peyğəmbərlərə belə. Lakin
onun (müsəlmanlardan savayı) şəklini çəkiblər,
heykəlini
yapıblar,
bir
sözlə,
maskasını
düzəldiblər.
Beləliklə,
dairə
qapanır:
maska
Dostları ilə paylaş: |