11
özünü hüdudsuz azadlıq içində sanıb həməncə aşiq
olmuşdu üzü göyçək dünyaya və gözü işlədikcə
getmişdi uzaqlara cənnət sorağında. Sən demə,
cənnət arxada qalıbmış, mağaranın özü cənnət
imiş...
İnsan
yaşadığı
mağaradan
uzaqlaşdıqca
bilmişdi ki, üzü göyçək özgə dünya təhlükə ilə
doludur, qorxu ilə doludur və lazım gələndə qaçıb
mağarada gizlənmək, daldalanmaq imkanı olmayacaq.
Bu an insan bilmişdi ki, qəribdi özgə dünyada,
bilmişdi ki, ana kimi isinişdiyi mağarasından, öz
sığınacağından
həmişəlik
məhrum
olub.
İnsan
mağaranı itirmişdi, daha doğrusu, özünün toposfera
“ana”sını itirmişdi. Real məkanın ən sirli, ən
vahiməli, ən tilsimli, ən mistik bölgəsi mağaradır.
Mağara xəzinədir, elə bir xəzinə ki, burada ağla
sığmayan var-dövlətlə birgə bilik cövhəri də
saxlanılır. Mağaranın var-dövlətini daşımağa mifik
düşüncə icazə vermir. Ancaq olar ki, bu xəzinəyə
baxıb ibrət götürəsən, bilik cövhərinə yiyələnəsən,
müdrikləşib gedəsən. Əksərən bu xəzinə bilik
cövhərinin hər cür qiymətdən yüksək olduğunun
bildiricisidir. Mağaraya oğru kimi girmək mümkün
deyil. Çünki mağara elə həmin an cəza verəcək,
aparılan var-dövlətə görə qisas alacaq. Nağıllarda
buna misal boydan. Niyəsi də bu ki, mağara ruhların
yuvasıdır, müqəddəs bir yerdir, sakral enerji
zonasıdır.
Mağara
ölümlə
həyat,
gerçəkliklə
virtuallıq arasında, iki dünya arasında ötürücüdür,
yoldur,
məkandan
məkana
keçidin
işarəsidir,
bildiricisidir. Mif, əfsanə, rəvayət və hədislərə
görə bir çox qəhrəmanları, peyğəmbər və müdrikləri
(İbrahim, Musa, Muhamməd) məhz mağara təqiblərdən
qoruyub, onlara qut, vergi, buta verib, ali
müqəddəs mərtəbəyə yetirib. Deməli, mağaranın əsas
funksiyası saxlamaqdır, qorumaqdır, hifz eləməkdir.
O öz içini kiminləsə bölüşə bilər, qadın kimi doğa
bilər:
kimisə
yaşadar,
kimisə
öldürər:
sağ
12
qalmağın, bilgiyə sahib olmağın şərti isə yalnız
niyyət paklığıdır, mənəvi-əxlaqi qüsursuzluqdur.
Niyyət pak olanda bütün xilas yolları məqbuldur.
Ana bətni də eynilə mağara kimi bir şeydir:
mağaranın mikromodelidir. Nə qədər qəribə və
təəccüblü görünsə də, maska ana bətninin və
mağaranın bir sıra funksiyalarını özündə ehtiva
edir: məsələn, saxlamaq, qorumaq, hifz eləmək və
yaşatmaq funksiyalarını. Maska o nəsnədir ki, üzü
örtür, məxfiləşdirir, qapayır; deməli, səni ələ
vermir,
düşmənlərin
gözündən
yayındırır.
Elə
situativ maskaların şəcərəsi də mağara adamının
(ana bətnindəki uşağın) özgə dünyaya reaksiyası ilə
ilişiklidir.
Hərçənd burada da bir ayrı paradoks ortaya
çıxır: maskalanmaq bacarıqla gizlənmək, şəraitə,
mühitə öyrəşib özünü tanıtdırmamaq deməkdir. Üzü
göyçək özgə dünya isə bunu heç kimə bağışlamır.
Çünki Allah hər yerdə var və ondan gizlənmək olmaz.
Maska isə öz gerçək məğzini məxfi saxlamaqdan
ötrüdür. Maska şərti mağaradır, mağarada gizlənmiş
insan deməkdir. Lakin mağaradan fərqli olaraq maska
kollektivə yox, yalnız fərdə məxsusdur. Maska
insanın
fərdi
mağarasıdır,
mağara
əvəzidir,
mağaranı simvollaşdırır. Bu fərdi “mağara” nə qədər
fenomenal olsa belə, yenə psixoloji sipərdən başqa
bir şey deyil. Burada söhbət artıq, təbii ki,
sosial maskadan gedir. Sosial maska normadır,
davranış etiketidir, yazılmamış qanundur. Bu qanunu
pozub, öz sosial maskasını yırtıb həqiqəti bulmaq
istəyən
adamı
“dəli”
adlandırıb
gülüşürlər.
İncəsənət, ədəbiyyat isə sosial maskanın qatı
düşmənidir. Çünki qəhrəmanlar həmişə potensial
“dəli”lərdir.
Lakin və bir də lakin... situativ maska
insanın ictimai dünyada xilasıdır. Yoxsa insan məhv
olur. Şəxsiyyət situativ maskadır. Bizim üzümüz
13
gündə, kölgədə və işıqda min bir dəfə dəyişir.
Situativ maska imaginativ mənşəlidir. Bu maska
təsəvvürlə
sosial
dünyanın
qaynağında
fərdin
cəmiyyətlə
kompromis
variantı
kimi
(öncə
imaginasiyada),
müdafiə
variantı
kimi
meydana
gəlir. Toplum içrə məhz situativ maska fərdi
şəxsiyyətə
çevirir,
təbiəti
sosial
dünyaya
transformasiya edir. Fərdin psixoloji oyunlarının
nəticəsində situativ maskalar çeşid-çeşid ola bilər
və vəziyyətlə bağlı başqalaşar. Dəyişkənliyə meyli
bizə təbiət bəxş edir. Belə ki, təbiətin özü
maskalardan ibarət. Flora və faunada nə varsa,
hamısı maskalı, fitrətən maskalı, genetik olaraq
maskalı. Təbiətin içi situativ maskalarla dolu.
Özünüqoruma instinktinin gerçəkliyidir bu. Fərd də
özünü qorumaq, əlverişli həyat mövqeyində yaşamaq
məqsədilə maskalanır və maskalananda şəxsiyyət
olmağa imza atır. Bütün vəziyyətlərdə bu maskalar
fərdin
sosial
sipəri
(psixoloji-imaginativ
mağarası, evi) funksiyasında qalır. Bu sipər hər
bir fərd üçün son dərəcə individualdır. Hər bir
insanı
fərdiləşdirənsə
onun
qorxu
və
həya
müstəvisində
gerçəkləşmiş
yaşantıları,
həyəcanlarıdır. İnsanın psixikası da elə formalaşıb
ki, o heç vədə nədən qorxduğunu və nədən utandığını
bildirmək istəmir. Bunu apriori zəiflik nişanəsi
bilir.
Hələ
XX
əsrin
başlanğıcında
rus
ədəbiyyatçısı Maksimilian Voloşin yazırdı ki, maska
(heç şübhəsiz ki, o, situativ maskanı nəzərdə
tutur) ruh fərdiliyinin əldə etdiyi ən müqəddəs
nəsnədir...
bu,
intim
hissin
toxunulmazlıq
hüququdur.
Qorxu
və
həya
isə
ən
intim
yaşantılardır. Bütün imaginativ sosial (situativ
maska həm də sosial maska kimi definisiya oluna
bilər)
maskalar
bu
yaşantıların
modifikasiya
formasıdır. Beləliklə, insanı fərdiləşdirən ilkin
qüvvələr qorxu və həyadır. Maska qorxu və həyanı
Dostları ilə paylaş: |