229
variantıdır,
münasibətlərin,
mövqelərin
sivil
qaydada tənzimlənməsi aracıdır.
Müsəlman
aləmində
fərdin
sosial-ictimai
statusu, toplumsal dəyəri məclislə və məclisdə
müəyyənləşir; belə ki, məclis ünsiyyət meyarıdır.
Şəxsiyyəti toplum üçün məclis “kəşf” eləyir, məclis
aşkarlayır.
Məclis
sınaqdır,
tanıtımdır,
“agahetmə”
mərasiminin uyqarlıq modelidir.
Məclis
müsəlmanın
mədəniyyət
və
mərifət
dünyasına, ruhsal dünyaya
qeyri-rəsmi vəsiqəsidir.
Məclis metastrukturdur, yəni hər hansı bir
struktur fövqündədir və istənilən mövzuya həsr
olunmuş söhbəti haşiyələyir, çərçivə içinə salır,
“astana”da yaşanan prosesə düzən verir. Məclis
ünsiyyəti sanki şəbəkə formasında qurur. Başqa
sözlə,
məclis
ünsiyyətdən
şəbəkə
timsalında
hörülmüş virtual kompozisiya çərçivəsidir.
Məclis məişət “gündəliyinin” ornamentidir,
yəni nəbati naxışıdır.
Məclis ünsiyyət intizamı, ünsiyyət etiketi
deməkdir.
Bu sözün heç bir dini və qutsal mənası olmasa
da
5
, “məclis” anlayışı islam dünyasının yüksək
ünsiyyət mədəniyyəti üzərində bərqərar olduğunu,
gəlişdiyini eyhamlaşdırır.
Ədəbiyyat:
1
Füzuli M. Seçilmiş əsərləri. - B.: Yazıçı, 1984. - s.44
2
Kratkiy psixoloqiçeskiy slovar. - M.: Politizdat, 1985.
- s.213-215.
3
Yenə orada.
4
Bax: Smirnov A.V. Velikiy şeyx sufizma (opıt
paradiqmalnoqo analiza filosofii İbn Arabi). - M.:
Nauka, 1993. - s.187-192.
5
İslam: ensiklopediçeskiy slovar. - M.: Nauka, 1991. -
c.149.
1993-1995-ci illər
230
VIRTUAL MERAC TEATRI
(aşiqlər ibadəti)
Bir gün birisi məndən xahiş elədi ki,
Mövlanaya həsr olunmuş bir verilişdə dönən
dərvişlərin səma məclislərindən danışım. Etiraz
eləmədim. Tədqiqatçı üçün hər deyəndə belə bir
şans ələ düşmür ki. Amma sonradan verilişə
baxanda gördüm ki, naşılar mənim sözlərimi yun
didən kimi elə didiblər ki, heç Həllac beləsini
görməyib. Ol səbəbdəndir ki, əhli irfandan, bir
də tələbələrimdən xəcalət çəkdim və təzədən
“bismillah” söyləyib bu mövzuya bir daha
dönməyi özümə borc bildim.
Bu məqaləni eksklüziv olaraq AzTV-də
“Qobustan”
toplusunu
hazırlamış
qələm
sahiblərinə ünvanlıyıram. Mövlana “Fihi-ma-fih”
əsərində buyurur ki, “bunu anlayan anlasın,
anlamayanın....” İstəyənlər fikrin gerisini
özləri axtarıb tapa bilərlər.
Mövləvi dərvişlərinin səma məclisləri
“Təsəvvüf intellekt və nəfəs üzərində
nəzarətdir”.
Əbu Bəkr əş-Şibli
Fırfıra, mövləvi şeyxlərinin təbirincə
isə, dönən dərvişlərin səma məclisləri Ortacağ
müsəlman mədəniyyətinin möcüzə ilə sərhədləşən,
heyrətlə seyr edilən min bir nağıl gecəsindən
biridir, bircəsidir. Səma məclislərinin Konya
(Türkiyə) şəhərində XIII yüzildən üzü bəri
düzənlənməsinə baxmayaraq bu hadisə bütün islam
dünyasına mənsubdur və ərəb, fars, türk
mədəniyyətlərinin
qəribə
bir
sintezini
231
sərgiləyir. Dərvişlər müsəlman aləminin ən
ifadəli, ən aktiv, ən kosmopolit gəzərgi fiqur-
larıdır. İslam ölkələrinin inkişafı tarixi üçün
dərvişlərin intellektual, əməli və psixofiziki
çabalarının önəmi son dərəcə böyük olub.
Onların Yaxın və Orta Şərq mədəniyyəti şəbəkə-
sindəki qaydasız, dağınıq maarifçı, mənəvi-
əxlaqi,
kulturoloji,
duyğusal
və
ruhsal
fəaliyyətinin cövhəri səma məclislərində kon-
kret məkani obrazlarda, plastik formalarda
güzgülənir.
Bəzi
şərqşünaslar,
xüsusilə
Qərb
tədqiqatçıları
fırfıra
dərvişlərin
səma
məclislərini “ayin rəqsi”, “spiritik konsert”,
“mistik
balet”
adlandırmaqla
Şərq
mədəniyyətinin bu fenomenal təzahürünə Avropa
incəsənəti tarixində adekvat forma bulmağa
çalışmışlar. Özü də məsələnin izahı, şərhilə
bağlı onların seçdikləri metodoloji aparat,
problemə yanaşma yönü bu mütəxəssislərin elmi
definisiyalarına tam bəraət qazandırır. Lakin
bu
müəyyənləşdirmələrin,
təyinlərin
hamısı
birtərəflidir və səma məclislərinin hüsnünü,
təbiətini, poeziyaya çevrilmiş plastikasının
yaraşığını, cazibəsini ifadə etməyə qabil deyil.
Ona görə Ortaçağ müsəlman mədəniyyətinin bu
hadisəsini dönən dərvişlərin səma məclisləri
adlandırmaq
daha
məqsədəyönlüdür.
Hərçənd
türklərin özü bunu
“səma törəni”, yəni səma
mərasimi, səma ayini, səma ritualı qismində
qavrayırlar. Şübhəsiz, şərti şəkildə qəbul
ediləsi bir təyin. Amma razılaşaq ki, hər həftə
təkrarlanan lokal bir olaydan mərasim, ritual
olmur. Digər tərəfdən isə “ayin”, “mərasim”
“ritual” kimi sözlərin qapsadığı mənalardan
sosial-ictimai məkana birbaşa qapılar açılır.
Mövləvi zikrlərininsə toplumsal dünya ilə
ilişkisi çox az. Bu zikrlər fərdlə tanrı
arasında gerçəkləşən ünsiyyət qatlarının, bir