220
bir şeydir, insanla qəbir evinəcən birdir, nəfəs
kimi, ruh kimi bir şeydir, olum əlamətidir. “Mən”
çıxılsın “ünsiyyət” bərabərdir “tənhalıq”: buradan
isə faciəyə, ölümə bir addımlıq məsafə qalır.
Ünsiyyətin astar üzü təklikdir. “Mən” ünsiyyətsiz
“mən” ola bilmir, özünü tanıya bilmir, özünü dərk
edə bilmir. Ünsiyyət toplum içrə “mən”in yaşam
nişanəsidir,
sosial
mövcudluğun
atributudur.
“Mən”in toplumsal dəyəri onun ünsiyyət yaratmaq
bacarığı
ilə
müəyyənləşir.
Hərçənd
bir
olqu
bildiricisi kimi ünsiyyətin nə rəngi var, nə
biçimi, nə də forması. Hamıya bəllidir ki, insan
barmağı ilə öz ağzını göstərmək iqtidarında deyil.
Belə ki, dodaq var, dil var, diş var, damaq var,
daha doğrusu, onların konkretliyi var; ağız yoxdur,
konkretliyi də yoxdur. Söz isə ağızdan izhar olur.
1
Və bu sirri bir kimsə bilə bilmir. Ağız dodağın,
dilin, dişin, damağın evidir, onların birgəliyidir.
Ünsiyyət də insanlığın yaşadığı virtuaL, ölçüdən
kənar super evdir. Çünki ünsiyyət, ilk növbədə,
prosesdir,
“insanlar
arasındakı
əlaqələrin
qurulması və inkişafı prosesidir”.
2
Bu proses birgə
fəaliyyətdə bulunmaq və informasiya mübadiləsində
olmaq tələbi ilə diktə edilir. Psixologiya elmi
ünsiyyətin üç tərəfini fərqləndirir: kommunikativ,
interaktiv və perseptiv. Kommunikativ tərəf birbaşa
informasiya
ilə,
bilgiylə
ilişikli
tərəfdir.
İnsanların
məqsədləri,
niyyətləri
onların
ünsiyyətini
şərtləndirir.
Bu
prosesdə
təkcə
informasiya “hərəkətə gətirilmir”, həm də bilgilər,
məlumatlar,
rəylər
dəqiqləşdirilir,
zənginləşdirilir. Kommunikativ prosesin vasitələri
nitqdir, optik-kinetik (jest, mimika, pantomima),
para və ekstralinqvistik (intonasiya, ibarə, pauza)
sistemlərdir, ünsiyyətin zaman və məkan içrə
təşkili sistemidir, bir də ki “gözlərlə kontakt”
sistemidir. Kommunikativ prosesin səciyyəsi budur
221
ki, ünsiyyət subyektləri bir-birinin davranışına
təsir göstərməyə çalışırlar, özünün özgəsində ideal
şəkildə təmsil olunmasına, yəni özgə gözlərində
personaya çevrilməsinə səy göstərirlər. Bunun üçün
gərək
ünsiyyət
dili
bir
ola
və
ünsiyyətin
gerçəkləşdiyi
situasiyanın
dərki
eyni
ola.
Ünsiyyətin interaktiv tərəfi dedikdə qarşılıqlı
münasibətlərin, daha dəqiq olmaq naminə, əməli
fəaliyytin ümumi strategiyası başa düşülür. Bu
strategiya özündə ya kooperasiyanı (əməkdaşlığı),
ya da rəqabəti qapsayır. Birinin əsasında saziş,
həmrəylik dayanır, o birisi konflikt müstəvisində
qərarlaşır.
Bu,
interaktiv
ünsiyyətin
təməl
prinsipidir. Ünsiyyətin perseptiv tərəfi başqa
şəxsin obrazının formalaşma prosesini özündə ehtiva
edir. Bu o deməkdir ki, subyekt özgəsinin fiziki
parametrləri güzgüsündə onun psixoloji portretini
yaradır,
rəftarının
xüsusiyyətlərini
təxmini
şəkildə müəyyənləşdirir. Belə məqamda başqa insanın
dərk edilməsinin (qavranılmasının) iki mexanizmi
aktuallaşır:
identifikasiya
(bənzətmə,
tanıma,
bilmə) və refleksiya (bu adamı ətrafı necə görür).
3
Bu sitatlaşdırdığım məsələlər məlum və bəlli.
Ünsiyyət subyekt - obyekt bağlantısıdır və bu
bağlantını təmin edən vasitələr mövcuddur. Amma
bununla belə mən yenə deyə bilmərəm ki, ünsiyyətin
özü nədir, forması nədir, harada peyda olur, harada
tükənir. Çünki onun konkret bildiricilər sistemi
yoxdur;
ünsiyyətin
obrazı
yoxdur,
ünsiyyətin
maddiliyi yoxdur və o, efemerdir, müvəqqətidir,
ötəridir, məkana sığmır. Əvəzində ünsiyyətin qabı
var,
cihazı
var.
Belə
ki,
insan
ünsiyyət
istehsalçısıdır,
ünsiyyətin
yaradıcısıdır,
müəllifidir;
yəni
o
özündən
ünsiyyət
yapır.
Ünsiyyət zor və istəm (iradə) dışındadır, ruhun
oyunudur, ruhun özünü tanıtmasıdır, ruhun səsidir,
ruhun mikro sərgüzəştləridir. Söhbət hələ ünsiyyət
222
demək deyil, amma ünsiyyət əlamətidir. “Üns” sözü
ərəbcədən azəri türkcəmizə tərcümədə “yaxınlaşma”,
“dostlaşma”, “mehribanlaşma” mənalarında anlaşılır.
Məsələ
bu
ki,
söhbətin
ünsiyyətə
çevrilib-
çevrilməyəcəyi bir qayda olaraq müəmma kimi qalır.
Çünki ünsiyyəti “mən”in enerjisi, psixofizioloji
ovqatı, ruhi vəziyyəti təmin edir. Odur ki,
ünsiyyət həmişə fərdin şəxsi həyatının hadisəsidir
və eyni zamanda ictimai-sosial hadisədir. Toplum
ünsiyyət
“zəncir”ilə
yaşayır,
tarixiləşir.
Bu
“zəncir”də enerji qırıqlığı əmələ gələndə cəmiyyət
problemlərlə
üzləşir
və
topluma
dağıdıcı
qığılcımlar səpələnir. Nədən ki, ünsiyyət insan
həyatının ən əsas leytmotividir, insan ruhunun ən
ali həzzidir. Ünsiyyətin “dad”ını ruh bilir.
Deməli, belə çıxır ki, ünsiyyət məndən, səndən,
ondan
(bizim
istəmdən)
asılı
olmayaraq
bioenerjilərin, halələrin, ruhların cazibəsidir,
iradə dışındadır. Həcmi, ölçüsü, çəkisi yoxdur
ünsiyyətin. Enerji vahidləri də bura yaramır. Elə
isə ruhla, enerjiylə eyni bir cərgəni bölüşən
ünsiyyət idarə edilə bilərmi?
Maraqlısı budur ki, cavab müsbətdir. Ünsiyyət
nəinki idarə edilir, ünsiyyət yaradılır. Və bunu
hətta
Ortaçağ
müsəlman
mədəniyyətində
yaxşı
anlamışdılar. İş bu ki, ünsiyyətin gerçəkləşməsi,
kontaktın baş verməsindən ötrü şərait heç də
axırıncı rol oynamır. Elə buna görə də müsəlman
aləmində çox erkən başa düşüblər ki, ünsiyyətin
tənzimlənməsi,
idarə
olunması
vacibdir.
Çünki
nizamsız, xaotik, spontan proses qismində dünya
efirinə sıçrayan ünsiyyət toplum üçün zəlzələ,
partlayıcı maddə kimi bir şeydir. Bu da ondan irəli
gəlir ki, ünsiyyət müsbət və mənfi emosiya yükü
olan enerji daşıyıcısıdır. Və bir də bundan
əlavə... ünsiyyətin “axacağı” səmt, onun “hərəkət
trayektoriyası” öncədən heç kəsə bəlli deyil.
Dostları ilə paylaş: |