211
Bu duyğunu, bu əminliyi və arxayınlığı ona hər
şeydən öncə ibadət, yəni üzü qibləyə dayanıb namaz
qılmaq verir. Mömin gündə üç dəfə dünya müsəlman
icması ilə, əgər belə söyləmək mümkünsə, virtual
kontakta çıxır. Lakin bu müsəlmana bəs eləmir.
Nədən ki, islam icma dinidir, icma ideyası üstündə
köklənmiş münasibətlər sistemidir. Bu baxımdan
müsəlmanı müsəlman edən yalnız onun şəhadəti deyil,
həm də icmaya mənsubluğudur. Şəhadət (əşhədü ənlə
ilahə illəllah, əşhədü ənnə Muhamməd ər-Rasulullah)
artıq apriori bu icmaya mənsubluğu, icma ilə
birgəliyi özündə ehtiva edir. İcmadan ayrı düşən
müsəlman miskinləşir, karıxır. Odur ki, müsəlman
icmanı birbaşa öz məhəlləsinə gətirir. MƏHƏLLƏ
MÜSƏLMAN
ŞƏHƏRİNDƏ
İCMA
İDEYASININ
VARİSİDİR,
İCMAYA EYHAMDIR. Məhəllə icmanın həyət qapısından
başlayan nişanəsidir. Müsəlmanlara icmaya mənsubluq
duyğusu səhra ərəblərinin həyat tərziylə təlqin
edilib. Məsələ bu ki, səhrada icma ilə əlaqəsini
itirmiş ərəb artıq fəlakət qarşısındadır. Düzdür,
burada da islam onu tənha buraxmır: “Məni səndən
soruşsalar, bəndələrim bilsinlər, yaxınam onlara.
Dua eləyənlər, duasıyla çağırsınlar məni, cavab
verərəm” (2:186). “Allah hər an öz bəndəsinin
yanındadır” ideyasını ortaya atmaqla islam ərəbi
səhrada
təklikdən
qurtarmağa
çalışır.
Hərçənd
qərinələr ötüşdükcə müsəlmanın icma ilə əlaqəsi
zəifləyir, icma daha çox simvolik məna kəsb edir,
öz gerçək funksiyalarından məhrum olur və tədricən
idarəetmə mexanizmlərini itirib ideyalaşır. Belə
olduqda müsəlman icma ilə bağlı duyğularını,
yaşantılarını bilincaltı səviyyəsində məhəlləyə
proyeksiya edir, icmanı özünə maksimal şəkildə
yaxınlaşdırır,
“dağ
Muhammədə
sarı
gəlmirsə,
Muhamməd
dağa
sarı
gedir”
zərb-məsəlini
öz
təcrübəsində gerçəkləşdirir. BU ZAMAN MƏHƏLLƏ İCMA
MODELİ OLUR VƏ MÜSƏLMAN ONUNLA HESABLAŞMAĞI ÖZÜNƏ
212
BORC
BİLİR.
Beləliklə,
məhəllə
qeyri-rəsmi
qanunlar, etik-əxlaqi normalar, davranış qaydaları,
adətlər, etiketlər formalaşdıran sosial instituta
çevrilir. Məhəllə ünsiyyətin və münasibətlərin,
rəftarların tənzimlənməsi sistemidir. Müsəlman bir
iş gördüyü zaman onu “görəsən, məhəllədə nə
deyərlər, qohum-qonşu buna necə baxar” fikri daim
məşğul edir. O öz ömrünü məhəllə qarşısında hesabat
verirmiş kimi yaşayır. Elə buna görədir ki,
müsəlman hər hansı bir şəhərdə (ölkədə, bölgədə) öz
şəhərində olduğundan daha sərbəst davranır. Məhəllə
şəhər
içrə
sanki
müsəlmanı
izləyən
müşahidə
zonasıdır. Məhəllə hər bir sakin haqqında qeyri-
rəsmi
məlumatlar
bankıdır.
Bu
məlumatlar
hekayətləri, gümanları, əfsirləri də nəzərə alır.
Müsəlman barəsindəki xəbərlər mütəmadi şəkildə onun
məhəlləsinə axışır. Hər hansı bir xəbər məhəllədə
təsdiqini tapdımı, şəhərdə “ayaq tutub yeriyir”.
Müsəlmanın imicini məhəllə formalaşdırır. Onun
ictimai
münasibətlərinin
tənzimləyicisi
və
təminatçısı
məhəllədir.
Məhəllə
müsəlman
üçün
icmadır, milli məclisdir, onun real azadlığını,
hüquq
və
vəzifələrini,
əxlaq
kodeksini
müəyyənləşdirən özünəməxsus konstitusiyadır.
BAKIDA MƏHƏLLƏ PRİNSİPİ
Ortaçağ müsəlman şəhəri məhəllənin nə olduğunu
bilmir. Ona görə ki, Orta əsrlərdə müsəlman
şəhərinin özü elə böyük bir məhəllədir. Və yaxud
mümkündür deyim ki, Ortaçağ islam mədəniyyəti
kontekstində şəhər bir mərkəzi nöqtə ətrafında
hərlənərək dəfələrlə spiral kimi əyilib burulan
vahid, homogen yoldan (küçədən) ibarətdir. Biri elə
bizim Bakı, yəni İçəri şəhər, yəni ki, içərisi
şəhər olan yer... Bir zamanlar Bakı elə Qala
divarlarının cızdığı hüdudlar qədərdi. Özgəsi İçəri
şəhərdə həməncə çaşıb qalır yolun ortasında, sanki
213
labirintə düşür, hara gedir, məkanın eyniliyilə
üzləşir və təbii ki, bundan xoflanır, sarsılır,
sıxıntı keçirir. Ona elə gəlir ki, bu şəhər
üstüaçıq quyu kimi və ya iri qəbir qismində bir
şeydir. Səmt, istiqamət yoxdur, sağ, sol, ön, arxa
fərq nişanələri bilinməyən daş divarlardır,
divarlar arasında isə balaca qənbər cığırlar...
Hayana getsən, yenə əvvəlki yerə dönəcəksən:
hərəkət mənasızdır. Fəaliyyət cəhdlərinin hamısı ya
daxili nurlanmaya, ya da sakral kontakta yönəlib.
Ayrı bütün cəhdlər absurddur. Bunun izahı islam
mədəniyyətinin
fundamental
ideyalarındadır.
Müsəlman şəhərinin ÜZÜ səmayadır. Onun evinin
pəncərələri evin gümbəzindən birbaşa səmaya baxır:
daha doğrusu, panoram hər yerdə səmadır, Allah
dərgahıdır. Şəriət hətta üzüqoylu yatmağı da
müsəlmana günah sayır: yuxuda belə Allahına arxa
çevirmək şəriət qanunlarına görə yasaqdır. Müsəlman
məkanın təşkilində həmişə bu prinsipi rəhbər tutur.
Odur ki, Ortaçağ müsəlman memarlığında tikilinin
görkəmi heç vədə böyük önəm kəsb eləmir. İslam
şəhərlərində evin, əksərən, pəncərəsiz arxa divarı
bir qayda olaraq küçəyə düşür. İçəri şəhərdə
binalar elə bil ki,bir-birinə arxa çevirib dayanıb.
Burada tikililər bir-birinə yüzdə yüz oxşayır və
şəhərin görkəmində dekorativ heç nə olmur. Ol
səbəbdən küçələr bir-birinin əkizinə çevrilir.
Əslində müsəlman şəhərində küçə heç küçə deyil, iki
ən yaxın nöqtəni birləşdirən mini dəhlizdir. Bu
küçə-dəhliz
labirint
kəsimidir:
oradan
üfüq
görünmür, oradan çıxış yoxdur, hər yan teyxa
daşdır, divardır, dalandır; oradan yalnız səmanı
seyr etmək mümkündür. Müsəlman şəhərində küçə-
dəhliz elə bil ev fraqmentidir, olsun ki, bəlkə də
qəbir variantıdır. MÜSƏLMAN ŞƏHƏRİ MÜSƏLMANIN QƏBRİ
TİMSALINDADIR. Bunun da dini-fəlsəfi bir əsası var.
Dünya çapında tanınan islamşünas Seyid Hüseyn Nəsr
Dostları ilə paylaş: |