208
MÜSƏLMAN VƏ MƏHƏLLƏ
(ruhun labirinti)
Dünyada müsəlmana məhəllə qədər əziz olan
ikinci bir yer tapmaq çətindir, əlbəttə ki,
şəriətin nişan verdiyi qutsal məkan bölgələrindən
savayı. Çünki məhəllə müsəlmanın ictimai evi kimi
bir
şeydir,
müsəlmanın
kommunal
küçəsidir.
Məhəlləni müsəlman öz doğma evinin davamı bilir.
Bura insanların, vərdişlərin, ənənələrin təmas
nöqtəsidir. Məhəllə hamının evinin EVİDİR, BİZİM
EVLƏRİMİZİN EVİDİR. Hamının qapısı məhz bu tavansız
ÜMUMİ EVƏ açılır. Məhəllə mənim tanışlarımın,
qonşularımın toplaşdığı və mütəmadi ünsiyyətdə
olduğu məkandır. Doğru. Lakin... və bir də lakin...
Məhəllə müsəlman mədəniyyətinin unikal anlayışıdır.
Əslində, “məhəllə nədir” sualına cavab yoxdur.
Çünki “məhəllə”yə dəqiq, konkret elmi definisiya,
təyin vermək olmur. Hərçənd müsəlman şəhərində azan
səsi harayacan gedib çatırsa, bax, məhəllə həmin
hüdudlaracandır. Bu təyinin də aydınlığı nisbidir.
Səslə məkanı ölçmək nə demək? Bu sözü başqa dillərə
çevirməyin də müşkülü var. “Məhəllə” ərəbcədən
ruscaya “yer”, “məkan mövqeyi”, “yaşayış yeri” kimi
tərcümə edilir. İngilislər məhəlləni “blok” kimi
başa düşürlər. Bura nə rayondur, nə küçədir, nə
dalandır, nə nə də məskunlaşma ərazisi. “Yaşayış
yeri” anlamı da amorf bir bildirici: semantik
çənbərinə ölkə də, küçə də, ev də daxil olmağa
şanslı.
Rayonun,
küçənin,
dalanın,
həyətin,
mənzilin konkret məkani hüdudları bəlli: yəni
buradan ora qədər. Di gəl ki, məhəllə harada
başlayır, harada qurtarır, məlum eləməz: hər şey
təqribi, tin hesabı götürülər. Ona görə mən elə
düşünürəm ki, məhəllə coğrafi administrativ bölgə
deyil, şəhərsalma termini deyil, ruhsal yaşayış
çevrəmidir, virtual sərhəddir, xüsusi statusdur.
209
Məhəllə şəhər içrə elə bir ünsiyyət zolağıdır ki,
orada mən varam və məni tanıyırlar. Məhəllə, ilk
növbədə,
mən,
evim,
həyətim,
küçəm
və
ətrafımdakılar deməkdir. Məhəllə yazılmamış xüsusi
yaşam
qanunları,
davranış
etiketləri,
əxlaq
normaları
deməkdir.
Məhəllə
məkanın
aurası
deməkdir,
məkanın
ifadəli
üzü,
xarakteri,
temperamenti deməkdir. Bu aura, bu sifət, bu imic
qonşuların
ünsiyyət
intensivliyilə
formalaşır.
Məhəllə mənim uşaqlığımın məkanıdır. Məhəllə küçə,
şəhər
mövzusunda
xalqın
uydurduğu
əfsanədir,
sərbəst improvizədir, folklor məkanıdır. Məhəllə
müsəlmanın yaşadığı yerin nağılıdır, lətifə və
hekayələridir. Onlarsız məhəllə yaşamır. Əfsanə
qurtaranda, məhəllə də qurtarır. Məhəllə XIX-XX
yüzillərdə müsəlman icmasının nağıl və lətifə
variantıdır. Ona görə mən düşünürəm ki, məhəllənin
toposfera ilə mühüm heç bir ilişkisi yoxdur.
Məhəllə
yaşantıların,
təsəvvürün,
emosiyaların
məkanıdır. Bu mənada mən hətta deyərdim ki, məhəllə
hər hansı bir coğrafi nöqtədən deyil, uşaqların
küçə oyunlarından başlayır.
Hər şeydən öncə məhəllə birgəlik duyğusudur,
haradasa
sürünün
modifikasiya
edilmiş
sivil
fraqmentidir,
çoxsaylı
evlərin
iştirak
etdiyi
qeyri-rəsmi ittifaq ailəsidir, özünəməxsus mafiya
variantıdır. Bəlkə də elə buna görədir ki, müsəlman
yalnız öz məhəlləsində hüdudsuz rahatlıq tapır.
Məhəllədə heç kim ona “gözün üstə, qaşın var” deyə
bilməz. Əgər deyərsə, əlüstü cavabını alar. Çünki
bu ünsiyyət məkanında “hörmət və qayğı” prinsipi
dominantdır. Məhəllədə lotuluq eləmirlər, qız-
gəlinlərə
sataşmırlar,
onlara
təmənna
ilə
baxmırlar,
söyüşləri
bacardıqca
azaltmağa
çalışırlar. Müsəlman məhəlləni özünə arxa bilir.
Məhəllə
onun
toxunulmazlığının
qeyri-rəsmi
təminatçısıdır.
Müsəlman
daima
öz
məhəlləsinə
210
bağlıdır
və
onun
aktuallaşdırdığı
yaşam
prinsiplərinə
sadiqdir.
Lakin
bununla
yanaşı
məhəllə cəzalandırmağı da bacarır. Cəza da bu olur
ki, əxlaq, insaf, ədalət prinsiplərini pozmuş şəxsə
(kişi və ya qadın: fərq eləməz) məhəllədə artıq heç
kim salam vermir, onu heç kim dindirmir. Bu,
məhəllədən qovulmaq, təcrid edilmək, aşağılanmaq
deməkdir. Yəni məhəllə səndən üz döndərir, səni
“sürü”dən qovur, səni tənhalığa məhkum edir.
“Cəza”nın məğzi ondadır ki, sən məhəllədən, nə
fiziki qatda, nə də ruhsal qatda, ayrıla bilmirsən.
Hara getsən, məhəllə həmişə səninlədir. Məhəllə
sökülüb
dağılanda
belə
bizim
iç
dünyamızda,
təsəvvürümüzdə, yuxularımızda qalır: ondan qaçmaq,
qurtulmaq
mümkünsüzdür.
Niyə
müsəlman
öz
məhəlləsinə bu qədər bağlı olur, ondan asılı olur?
Sualın birmənalı cavabı var: məhəllə müsəlman üçün
lokal icma variantıdır. Bunun da dərin sosio-
psixoloji kökləri mövcuddur. Dünyada müsəlmanı ən
çox qorxudan, eyməndirən təklikdir. Müsəlman tək
qalmağı xoşlamır, sevmir. Şəriət də təkliyi mömin
üçün məqbul saymır. “Təklik bircə Allaha yaraşıb”
deməklə şəriət müsəlmanı həmişə tək yaşamaqdan
yayındırıb, el içində olmağı ona xeyirli bilib.
Şəriət tənha ömür sürməyi az qala günah səviyyəsinə
qaldırır. Elə bu sayaq tərbiyənin nəticəsidir ki,
müsəlman öz təkliyindən xoflanır, vahimələnir.
Müsəlman
təkliyi
birmənalı
şəkildə
gücsüzlük,
imkansızlıq, həyatın sonu, ölüm kimi qavrayır.
İnsanın başqaları ilə ünsiyyəti kəsildimi, bu o
deməkdir ki, ölüm gəlir. Ünsiyyət şəbəkəsindən
çıxmış, ünsiyyət çənbərindən kənarlaşmış insanı
ölüm təkləyir. Bu mənada təklik ölümə müsavidir.
Qəbir evində sən həmişə təksən. Razılaşaq ki,
ölümün insanlar tərəfindən neqativ qavrayışını
gücləndirən məqam elə budur. Ona görə müsəlmana hər
dəqiqə özünün icma ilə birgəliyini duymaq vacibdir.
Dostları ilə paylaş: |