202
etmişdir. Məscid - Bazar - Karvansara müsəlman
şəhərinin
“bədən”ində
əsas
arteriyadır.
Bu
“arteriya” möminlərin yaşadığı bölgəni “sönməyə”,
dayanmağa
qoymur.
Belə
“qruplaşma”nın
səbəbi
aydındır. Çünki islam və ticarət, din və alver
həmişə bir-birinin içindən “cücərib” boy atıb.
Muhamməd peyğəmbərin adı ilə bağlı olan Məkkə və
Mədinə şəhərləri həmişə ərəb dünyasının ticarət
mərkəzləri kimi qavranılıb. Müsəlman ticarətlə
yaşayır. Ticarət müsəlmanın istisna hüququdur,
imtiyazıdır. Müsəlman ticarətsiz miskinləşir. BAZAR
ticarətin gerçəkləşdiyi azad ictimai məkandır.
Bazar da məscid kimi hamınındır və konkret heç
kimin deyil. Müsəlman aləmində məscidlə bazarın
intensiv əlaqəsi bir an da səngimir. Zaman etibarı
ilə bazarda ticarət müədzinin camaatı ibadətə dəvət
etdiyi azandan sonra təşkil olunur. Bazarın həyatı
məscidlə tənzimlənir. Azan bazar üçün saat rolunu
oynayır. Müsəlman şəhərində müədzinin səsi eşidilən
kimi bazar ticarəti, hər cür alver əlüstü dayanır,
dükanların qapısı bağlanır, hamı ibadətə tələsir.
Ola
bilsin
ki,
kimsə
məscidə
getməyib
elə
dükanındaca namaz qılsın. Fərq eləməz: namaz vaxtı
ticarət aparılmayacaq. Bir sözlə, müsəlman bazarı
ibadətdən ibadətə yaşayır. Müsəlmanın həyatında
ruhsal, qutsal olanla faydalı, sərfəli isə həmişə
qapıbir qonşu olur. Artıq əsrlərdən bəri məlumdur
ki, müsəlman bir ayağı ilə məsciddədir, o iri ayağı
ilə bazarda. Heç bir mədəniyyət məkan çərçivəsində
öz məbədgahı ilə bazarını bu qədər bir-birinə
yaxınlaşdırmır.
Bazar
məscidin
qanunları
ilə
yaşayır.
Ticarətin əxlaq kodeksinin, ədəb prinsiplərinin,
davranış etiketinin əsasını şəriət müəyyənləşdirir.
Məscidin “gözü” daim bazarın üstündədir. Bazar
məscidin himayəsinə, nüfuzuna sığınır. Ortaçağ
islam mədəniyyəti kontekstində bazar təkcə alver
203
yeri deyil, həm də misilsiz ünsiyyət məkanıdır.
Müsəlman şəhərində bazar leqal və qeyri-leqal
informasiya şəbəkəsidir. Hamının şəxsi vərəqəsi
bazarda təsdiqlənir, hamı bazarda tanınır. Nədən
ki, bütün təzə xəbərlər ləngimədən həmişə bazara
“gəlir” və buradan da ildırım sürətilə şəhərə
yayılır. Ona görə məscidin də marağı var ki, bazar
onun
böyründə,
lap
elə
darvazasının
ağzında
yerləşsin. Çünki məscid yox, məhz bazar xəbərlərin
intensiv
və
becid
dəyişməsini
təmin
edir.
Müsəlmanın həyatında bazara getmək, bazarlıq etmək
həmişə mikro mərasimdir. Onun ömründə bazarın öz
xüsusi çəkisi var. Bazar müsəlman üçün həm alış-
veriş yeridir, həm də haylı-küylü bir tamaşa
meydanıdır, aktiv ünsiyyət zonasıdır. Müsəlmanlar
bura başqalarını görməyə, özünü göstərməyə, təzə
xəbərləri öyrənməyə, alver tamaşasında iştirak
etməyə, seyrçi, dinləyici olmağa gedirlər. Bazar
əyləncədir, istirahətdir, ünsiyyətdir, şəhərdəki
siyasi,
ideoloji,
dini,
mənəvi-əxlaqi
ovqat
haqqında məlumatdır, müsəlman şəhərinin ekspressiv
tamaşasıdır. Orta yüzillərdə müsəlman tacirləri
bazar meydanlarında satdıqları malı reklam etməkdən
ötrü muzdla xüsusi münadilər tutardılar. Münadinin
başlıca vəzifəsi uca səslə bazara çıxarılmış malı,
onun sahibini öyüb tərifləmək, min cür oyun
göstərə-göstərə diqqəti yanında durduğu satdıqlara
cəlb
eləməli
idi.
Orta
əsrlərdə
nağılçılar,
məsxərəbazlar,
kuklaçılar,
kəndirbazlar
da
öz
sənətlərini göstərmək üçün bazara axışardılar.
Bazar müsəlman şəhərində tipajlar, xarakterlər,
etiketlər, şakərlər, vərdişlər sərgisi idi, asudə
ünsiyyət zonası idi, folklorun cilalandığı ictimai
laboratoriya
idi.
Burada
sərbəst
davranmaq,
saatlarla bir yerdə dayanıb çənə-boğaz döymək,
açıq-saçıq danışıb əl-qol atmaq, söyüş söymək,
qarğış eləmək, and içmək olardı; yəni o şeyləri
204
eləmək olardı ki, onlar şəriətlə yasaqlanırdı.
Bazarın meydan təbiəti buna imkan verirdi. Təsəvvür
edilə bilər ki, müsəlman bazarı kontekstində Mixail
Baxtinin
“karnaval
estetika”sının
10
müddəaları
işləkdir. Lakin bu, belə deyil. Çünki məscid və
şəriət
bazar
meydanında
karnaval
dünyasının
doğuşunu əngəlləyirdi. Belə ki, islamın əxlaq
prinsipləri, toxunulmaz ruhsal, mənəvi dəyərləri
bazarda
karnaval
kollapsının
qarşısına
sipər
çəkirdi, sakral və urvatsız sayılanların məna
tutumları ilə oynamağa, onların yerini dəyişməyə
imkan
vermirdi.
Nədən
ki,
müsəlmanlar
bazar
münasibətləri
şəbəkəsində
də
şəriətin
cızdığı
hüdudlardan kənara çıxmırdılar. Bazar məsciddən
zühura gələn sözlə, imperativlə sahmanlanır. RƏHM
və
GÜNAH,
HALAL
və
HARAM
müsəlmanın
bazar
düzəninin,
bazar
münasibətlərinin
əlifbasıdır,
açarıdır, sehrli kəlmələridir. Hərçənd ki, halal
rəhmin, haram günahın təzahürü kimi götürülə bilər.
Şəriət buyurur ki, müsəlmana halal və haramını
gözləmək vacibdir. İslam bunu vəzifə kimi müsəlmana
tapşırır. Tərəzidə bir kimsəni aldatmaq haram hesab
edilir,
Axirət
günü
cəzalandırılacaq
günah
cərgəsinə yazılır. Bununla bağlı Quran birmənalı
şəkildə bəyanat verir: “Vay halına ölçüdə-çəkidə
aldadan kimsələrin! O kimsələrin ki, başqalarından
bir şeyi alan zaman ölçüb, çəkib tam alarlar,
özlərisə
bir
şeyi
satan
zaman
ölçüdə-çəkidə
aldadarlar” (83:1-3). Quran deyir ki, tərəzidə
kimisə aldatmaq pis əməl kimi mələklər tərəfindən
qeyd olunub Siccində, yəni cəhənnəmin ən alt
təbəqəsində saxlanılr. “Əl-Mutəffifin” (“Çəkidə və
ölçüdə aldadanlar”) surəsindən aydın olur ki,
çəkidə
və
ölçüdə
aldadanların
yeri
birbaşa
Cəhənnəmdir. Çünki onlar Cəhənnəmi yalan bilib
aldadıblar, Cəhənnəmə inanmayıb aldadıblar; odur
ki, “Cəhənnəmə varid olacaqlar” (83:16). “Ər-
Dostları ilə paylaş: |