Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə64/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   60   61   62   63   64   65   66   67   ...   135

 

193 


gülmək, 

öskürmək, 

ağlamaq, 

namaz 


rükətlərinin 

hərəkət  partiturasında  verilmiş  davranış  qəlibini 

pozmaq 

qadağandır. 



Heçnə 

müsəlmanın 

fikrini, 

diqqətini  günün  bu  sakral  ibadət  dönəmlərində 

Allahından  yayındıra  bilməz.  Namaz  tanrı  ilə 

konfidensial  kosmik  rabitə  üçün  şəxsi  vəsiqədir. 

Onda  belə söyləmək olar ki, məscid Allaha səcdənin 

icra  edildiyi  ibadət  xalçasından  başlayır...  Amma 

mümükündür ki,  bu vaxt müsəlmanın canamazı olmasın. 

Fars  dilində  “canamaz”  sözü  “namaz  yeri”  mənasını 

özündə qapsayır.  Hərçənd möhür, möhür qabı, təsbih, 

daraq  qabı,  qiblənüma  (qibləni  göstərən  kompas), 

ibadət  xalçası  da  kompleks  şəkildə  “canamaz” 

anlamının içinə daxildir. Düzü, artıq uzun illərdir 

ki,  Azərbaycanda  “canamaz”  sözü  namaz  yeri  kimi 

yox,  daha  çox  namaz  atributlarının  kompleksi 

qismində  başa  düşülür.  Məsələnin  həqiqəti  bu  ki, 

müsəlmana 

canamazsız, 

yəni 

namaz 


atributları 

olmadan  da  ibadət  etməyə  icazə  verilir.  Müsəlman 

məscid  olmadıqda  xavrada,  kəlisada  namaz  qılmağa 

iznlidir.  Dəstəmaz  üçün  su  tapılmadıqda  o,  torpaq, 

daş  vasitəsilə  paklaşa  bilər.  Möminin  ixtiyarı  var 

ki, adi bir daş parçası götürüb ondan möhür əvəzinə 

faydalansın.  Yəni  islamda  ibadət  namaz  yerini  və 

atriburlarını  mütləq  vacibliyi  olan  bir  nəsnə 

saymır.  Önəmli  şərt  üzü  qibləyə  dayanıb  rükətləri 

icra 


etmək, 

daha 


doğrusu, 

müqəddəs 

duaları 

oxumaqdır.  Hətta  burada  xəstə,  səfərə  çıxmış 

adamlar  üçün  də  islam  güzəştlər  nəzərdə  tutur. 

Ancaq bir şey güzəştsizdir: namaz zamanı sən mütləq 

qibləni  bilməlisən.  Qibləsiz  ibadət  yoxdur.  İbadət 

müsəlmanın  üzünü  qibləyə  çevirməsiylə  başlayır... 

Bu  o  deməkdir  ki,  islamda  ibadət  müstəqim  şəkildə 

məkanla  bağlıdır.  Bu  fikri  bir  ayrı  cür  də 

səsləndirmək  mümkün:  islam  dünyasında  ibadətin 

şərti  məkandır.  İbadət  məkanını  müsəlmanın  özü 

təşkil  edir.  Müsəlman  aləmində  fərdlə  tanrının 



 

194 


ünsiyyətini  məkan  tənzimləyir.  Deməli,  o  yerdə  ki 

namaz qılınır, ibadət edilir, ora məsciddir. MƏSCİD 

İBADƏT 

EDİLƏN, 

SƏCDƏ 

OLUNAN 

YERİN 

MƏKAN 

KONKRETLİYİDİR.  Lakin...  və  bir  də  lakin...  Əgər 

mömin  öz  ibadəti  üçün  hər  yerdə  lokal,  fərdi 

mikroməscid  təşkil  edə  bilirsə,  o  zaman  MƏSCİD  bir 

tikili  statusunda  müsəlmana  nədən  ötrü  lazımdır? 

Birbaşa  deyim,  aydın  olsun,  sonra  keçim  izahına. 

Məscid, 

ilk 

növbədə, 

müsəlman 

cümələrinin 

məscididir, 

icmanın 

bir 

yerə 

toplaşmasının 

şərtidir,  zəruriliyidir,  dini  kommuna  obrazıdır, 

müqəddəs  KARVANSARADIR.  Məscid  özündə  hər  zaman 

karvansara  ideyasını  yaşadır.  Di  gəl  ki,  bununla 

belə...  Məscid  bir  tikili  kimi  öz  zahiri  quruluşu, 

forması  etibarı  ilə  ən  qədim  və  primitiv  memarlığa 

refleksiyadır.  Vizual  mədəniyyət    sistemində  öz 

gerçəkliyini  tapmış  bütün  estetik  formalar  kişi  və 

qadın 

başlanğıclarına 



xas 

obrazların 

müxtəlif 

variasiyalarda  imitasiyasıdır.  Məscid  kompleksində 

də 

minarə 


və 

gümbəz 


məhz 

bu 


başlanğıcları 

eyhamlaşdırır,  onların  ideal  birgəliyini,  törədici 

qüdrətini  simvolik  şəkildə  sərgiləyir.  Əvvəlcə 

“minarə”nin  etimolojisindən  başlayım.  Söz  “manara” 

sözündəndir, ilkin anlamı “od yandırılan yer” və ya 

“od 


parıltısı 

salan 


yer” 

olub. 


Yəqin 

ki, 


zərdüştlikdə 

od 


qüllələrilə 

bağlıdır. 

Minarə 

vertikal  duruşlu  insanı  da  andırır,  “əlif”  hərfini 



xatırlatdığı  üçün  tanrını  da  simvolizə  edir

2

.  Məkan 



içrə  minarə  öz  oxu  ətrafında  bükülmüş  ehramdır. 

Gümbəz  isə  müsəlman  memarlığı  ansamblında  üfqi 

istiqamətdə  ortadan  kəsilmiş  ehramı  xatırladır. 

Minarə  horizontal  xəttin  vertikal  vasitəsilə  yuxarı 

dünyaya  sıçrayışıdır.  Gümbəz  isə  sanki  yaradılış 

üçün  hazır  palçıq  (torpaq)  kündəsidir.  Toposferada 

gümbəz  elə  bil  ki  hamilə  qadının  yumrulanmış 

qarnına  işarədir.  Minarə  öz  sakral  enerjisini  məhz 

gümbəz vasitəsilə məkana paylaşdırır. 




 

195 


     MƏSCİD  Ortaçağ  memarlığının  məkan  “imzası”dır, 

onun  MƏNLİK  “jesti”dir,  islamın  şəhərə  verdiyi 

yaşam  vəsiqəsidir,  dini  emblemdir,  işarədir.  Bu 

işarə  müsəlman  məskəninin  daxili  enerjisini,  batini 

gücünü,  yaradıcı  ruhunu  həndəsi  obraza,  həndəsi 

fiqura  çevirir.  Müsəlman  şəhəri  məkanda  açılmış, 

məkana döşənmiş məsciddir. Məscid isə sanki mozaika 

kimi  şəhəri,  məkanı  öz  içinə  yığır,  onun  ahəngini, 

ritmini  modulyasiya  edir.  İş  bu  ki,  məscidin 

fonunda  müsəlman  şəhəri  miskin,  əlacsız,  sakit  və 

məğmun  görünür.  Amma  bu,  aldadıcı  təəssüratdır. 

Müsəlman  şəhəri  okeanın  dibi  kimi  təlatümsüzdür, 

hərçənd... 

bu 


səssizlik 

şiddətli 

qasırğalar 

törətməyə 

qabil. 

Dar, 


əyrim-üyrüm 

küçələr, 

köndələn,  ensiz  dalanlar,  biri  digərinin  böyründə 

“bitən”  yastı-yapalaq  evlər,  hasar-çəpərli  bap-

balaca  həyətlər  müsəlman  şəhərini,  gərçi  şair 

diliylə desəm, yumağa oxşadır. Hər hansı bir özgəsi 

bu  şəhərə  gələndə  elə  sanır  ki,  labirintə  düşüb: 

məhəllələrin  görkəm  eyniliyi  ilə  rastlaşır,  bənzər, 

əkiz  binaları,  qəfəsli,  kiçik  pəncərələri  bir-

birindən  ayıra  bilmir.  Çünki  məkanın    fərq 

nişanələri  ona  heç  nə  “pıçıldamır”.  Avropalı 

müsəlman  şəhərində  bir  nəsnə  tapmır  ki,  özünə 

oriyentir  seçsin.  O,  hər  zaman  məkana  xof  və  şübhə 

ilə  yanaşır.  Özünü  sirr  və  məxfiliklərlə  dolu  bir 

dünyada 

hiss 


edir 

və 


sonucda 

formalar 

yeksənəqliyindən  cana  doyur,  bezir.  Müsəlman  şəhəri 

həmişə açıq və həmişə qapalı şəhərdir: hamını qəbul 

edir,  lakin  təkcə  öz  köhnə  sakinləriylə  məhrəm 

olur.  Səbəbi  də  bu  ki,  müsəlman  şəhəri  daimi 

icmadır.  Müsəlman  şəhəri  permanent  olaraq  qohumlar 

və  tanışlar  şəhəridir.  Burada  hər  zaman  bir 

karvansara  ovqatı  yaşanılır.  İslam  dünyasında  məkan 

konsepsiyası 

da 

müsəlmanın 



dünyaya 

məhz 


bir 

karvansara  kimi  yanaşması  ilə  şərtlənir.  Bu  da 

sonucda  ora  gətirib  çıxarır  ki,  müsəlman  öz  şəxsi 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə