187
cəlb elədi. O, yazır ki, Rast muğamı “Adəmin
dövründən bizə gəlib çatmış və hər şeydən əlini
üzmüş ən birinci insanın cənnət haqqında naləsini
təşkil edir”.
9
Yenə həmin dalğa, həmin koordinat.
Cənnətdən qovulmaq nədir? Cəzadır. Cəza nədir?
Kastrasiyadır, axtalamadır, məhrumiyyətdir. Muğamsa
cəzadan sonrakı nalədir, ahu-fəğandır. Beləliklə,
mövzu möcüzəli bir şəkildə qapanır və cəza
motivində fokuslaşıb nöqtələnir. Bu fikrin Dərviş
Əlidən gəlməsi də təsadüfi deyil. Çünki dərvişliyin
özü hər bir təzahüründa latent axtalanmadır və
sevgi metamorfozasıdır.
Müsəlman
mədəniyyətinin
musiqi
və
teatr
genotipi, bu genotipin səciyyəsi dərvişlə mütribin
yaradıcılıq parametrlərilə müəyyənləşdirilir. İnsan
öyrəşdiyini, vərdiş elədiyini xoşlayır. Qulaq daim
eşitdiyini dinləməyə aludə olur. Onda gözlənilməz
heç nə yoxdur ki, Azərbaycan milli mədəniyyətində
üstün mövqe tenor səslərə məxsusdur və kişilərin
nazik,
zil
səsi
el
içində
daha
yüksək
dəyərləndirilib bəyənilir.
GENOTİPİN
səciyyəsindən,
xarakterik
əlamətlərindən
boylanır
millətin
musiqisi
də,
teatrı da. “Genos” mənbə, mənşə “tipos” isə forma,
görk anlamlarına uyğun gəlir qədim yunan dilindən
tərcümədə.
Genotip
bədənin
şəcərə
konstitusiyasıdır, orqanizmin əcdadlardan aldığı
mövcudluq kodudur. Bu, hər bir insanın bədən
quruluşunun,
xarakterinin,
davranış
üslubunun,
mikrosxemidir,
mikroproqramıdır.
“Millət
və
genotip” məsələsini gündəmə gətirdikdə isə demək
olar ki, genotip millətin olum “tumurcuğu”dur.
Millətdə nə varsa, hamısı bu “tumurcuq”dan cücərir.
Mən bu məqalədə “GENOTİP” sözünə müraciət
etməklə vurğulamağa çalışıram ki, mədəniyyətin
genotipi
necə
olubsa,
necədirsə,
mədəniyyətin
çağdaş mənzərəsi də tam ona uyğundur. Vaxtilə məhz
188
sosial-dini
qadağalar,
mənəvi-əxlaqi
yasaqlar,
şəriətə
bağlı
təpkilər
Azərbaycan
milli
musiqisinin,
musiqili
teatrının,
teatr
mədəniyyətinin genotipini, bu genotipin strukturunu
müəyyənləşdirib. Onun formalaşmasında şiəliyin də
məxsusi payı var. Mən təsəvvüfə az-çox bələd olan
adam kimi güman edirəm ki, dərvişlik haradasa
şiəliyin
sünni
variantıdır,
belə
deyək
də,
sünniliyin içində yaşayan şiəlikdir. Necə gəlib
çıxmışam mən bu fikrə? Sufi qardaşlıqlarının böyük
əksəriyyəti
sünni
məzhəbində
olsalar
da,
silsilələrini həmişə şiələrin birinci imamı Həzrət
Əliyə bağlayırlar. Elə buradaca estetik problem
özünün yeni təhlil müstəvisinə adlayır. Busa artıq
islam
mədəniyyəti
üçün
qlobal
məsələdir:
araşdırılmasına ehtiyac duyulur. Hələliksə mənim
çoxsaylı ideyalar üzərində düzənlənmiş məqaləm oldu
tamam. Bu ideyaların tədqiqat perspektivi, inanıram
ki, son dərəcə böyük.
Ədəbiyyat:
1
Salqanik M. Qarmoniya islama: zametki na polyax odnoy
kniqi // İL, № 5-6, 1992. - s. 302-305.
2
Rodionov M.A. Muruvva, asabiyya, din: k interpretasii
blijnevostoçnoqo etiketa // Etiket u narodov peredney
Azii. - M, 1988. - s.61.
3
Hinduizmdə qəbul olunmuş kastalardan ən aşağısı.
4
Mövləvi sufi qardaşlığının yaradıcısı Rumi nəzərdə
tutulur.
5
Səma islamdan öncəki musiqi kompozisiyalarını, əgər belə
demək mümkünsə, təşkil elədi, “orkestrləşdirdi”, onları
müsəlman Şərqini qutsal “simfoniyasına” çevirdi.
6
Mehdi N.M. Çətin və dolaşıq durumların kulturolojisi. -
B: Qanun, 2001. - s. 50-52.
189
7
Mütrib və ya mütrüb: ərəbcə üç cür anlaşılır; 1) çalıb-
oynayan; 2) xanəndə; 3) şövq verən, fərəhləndirən,
şənləndirən.
8
Bax: Ətai Ə.C. Bonyade nomayeş dər İran. - Tehran:
1977.
9
Zöhrabov R. Muğam. - B.: 1991. - s.103-104.
2002-ci il