175
mədəniyyəti çərçivəsində baxılıb da SEYR ediləsi nə
var
ki?
Ornamentdir,
şəbəkədir,
miniatürdür,
tikmələrdir, xalçadır. Hərçənd bu sıranı bir balaca
da uzatmaq mümkün. Lakin görk üçün bir neçə
önəmlisi
elə
bunlardır:
hamısı
da
bəzəkdir,
yaraşıqdır; utilitar mahiyyət daşıyır, kontekst
elementidir,
müşayərçidir,
diqqəti
heç
vaxt
mənadan,
cövhərdən
yayındırıb
özünə
çəkmir,
məişətin içində “əriyib” itir, adiləşir. Nədən ki,
gərək ibadətə, Allah zikrinə heç nə əngəl olmaya,
fikri azdırmaya, möminin diqqətini tanrısından
yayındırmaya. Bu, birinci motiv. İkinci motiv də
budur ki, “dünya duracaq yer deyil, ey can, səfər
eylə”: yəni nə mövcudsa, fanidir, yox olacaq! Ona
görə də baxıb heç nəyə mehr salma, heç nəyə həsəd
aparma, heç nəyə bağlanma, heç nəyə təəssüflənmə və
yalnız Allahın ətəyindən tut ki, əbədi Odur! Hər
bir SEYR isə vurğunluq astanasıdır, sevginin
başlanğıc məqamıdır, çaşqınlıqdır və mömin üçün
qorxulu bir həddir. Bundan əlavə hər bir
vurğunluğun növbəti mərhələsi və ya pilləsi vurğun
olduğun,
əzizlədiyin
nəsnəni
(insanı,
vərdiş
predmetini) bütləşdirməkdir, ondan büt yapmaqdır.
Ol səbəbdən islam mədəniyyəti seyr obyektini hər
vəchlə bəsitləşdirib urvatsızlaşdırır. Ornament,
şəbəkə, xalça müəyyən bir cizgilər kompozisiyasının
dəfələrlə təkrarıdır, miniatürsə bədii tekstin
süjetini, onun sosial-tarixi, fəlsəfi-psixoloji,
mifoloji
və
kosmoloji
qayəsini
eyhamlar
müstəvisində
güzgüləyir;
statik
görüntüdür,
donuqdur. Xalça (palaz, cecim və s.) yerə döşənir,
həmişə ayaqlar altındadır, tapdalanır, süpürülür,
çırpılır; ornament isə divarları bəzəyir, şəbəkə -
pəncərələri, miniatür də - kitab səhifələrini.
“SEYR” problemini müsəlman heç zaman gündəmə
gətirmir:
burada
əsas
məsələ
nəsnənin
fayda
əmsalıdır. Bütün bunlar o mənaya gətirib çıxarır
176
ki, hər şey axır, olduğu kimi qalmır, ona ayrılmış
ömür payını yaşayıb səhnədən gedir. İnsan da
belədir, cansız əşya da. Müsəlman şəhərləri də
sanki torpaqdan öz-özünə uzun qərinələr müddətində
pırtlamış
palçıqlı
göbələklərdir,
dəqiqənin
tamamını gözləyirlər ki, yerlə yeksan olsunlar,
yenidən torpağa qarışsınlar
1
. Sözümün canı bu ki,
islam mədəniyyəti hüdudlarında “seyr” estetikası
daima
“mürgülü”,
“hicablı”,
“çarşablı”,
“pərəncəli”. Hətta Ortaçağ müsəlman məmləkətlərinin
mərkəzi şəhərləri də, bəzi nadir nümunələrdən
savayı, seyr ediləsi mənzərələrdən məhruM.: onların
hamısı bir-birinə oxşar; sıxlığı çox, yastı, əyri,
qozbeltəhər, damları alçaq, gümbəzli. Gümanım var
ki, mən bilirəm, bunun kökü haradan gəlir. Mömin
bəndə xəbərdardır ki, ALLAH zaman və məkan
dışındadır, kosmik təbəqələrin fövqündədir və bir
kimsəyə...
GÖRÜNMƏZ.
Allahı
ancaq
EŞİTMƏK
mümkündür.
İslam
mədəniyyətinin
hüsnünü
müəyyənləşdirən də elə budur. Daha doğrusu, bu
mədəniyyətdə DİNLƏMƏK təzahürlərin yaşam üslubunu,
yaşam tərzini təyin edir. Əslində, İSLAM bir DİN
kimi DİNLƏMƏKDƏN BAŞLAYIR. Azəri türkcəsində “din”
sözü danış əmridir, “dinlə” isə “danışma, sakit
olub qulaq as” imperatividir. Bu mənada “DİN-MƏK”
və “DİN-LƏMƏK” islam DİNİNİN mayasındadır. “Din”
sözü həm də mədəniyyət anlamına uyğun gəlir; yəni
dinmək haradasa xaosdan kosmosa, sahmansızlıqdan
düzənə, ruhun qaranlığından ruhun işığına adlamaq
deməkdir.
Hər
bir
mədəniyyət
dindən,
yəni
sistemləşdirilmiş etiqad tərzindən başlayır. Amma
bir az daha dərinə varsam, elmiliyin miqdarını
artırsam, onda görəcəyik ki, “din” xüsusi bir
termindir (istilahdır) və özündə “məhkəmə, hökm”
(aramey-yəhudi dillərində), “inam” (pəhləvicə),
“adət,
davranış
tərzi”
(ərəbcə)
mənalarını
qapsayır: “simvolik davranışın normativ sistemi
177
kimi din dindarın rəftarlar kodeksidir”
2
. Lakin
bununla yanaşı din həm də qutsal bilgilər toplusu
kimi qavranılır. “Avesta”da din “dayena”, yəni
Göydən “endirilmiş Bilgi” (bax: Şərifzadə B.
Zərdüşt, Avesta, Azərbaycan. B.: 1996. - s.34) kimi
anlaşılır. Əsl Bilgi isə heç vaxt danışığı
“sevmir”. Çünki özü səssizcə danışır və yalnız onu
dinləyənlərə ünvanlanır. Şərq müdrikliyi əbəs bəyan
eləmir ki, “danışan bilmir, bilən danışmır”!
Müsəlman qavrayış koordinatlarında söz, səs,
avaz qeybdəndir, sehrə malikdir, təbiəti mistikdir,
möcüzəlidir, laməkan uca tanrının varlığına bir
sübutdur, bir dəlildir. AVAZ həmişə HAQDANDIR,
ALLAHDANDIR:
onun
başqa
variantı
olmur.
Bu
müstəvidə Quran avaza, səsə müsavidir. Belə ki,
Qurani-Kərim müqəddəs kitab kimi cildlənməmişdən,
tərtib olunmamışdan öncə laməkandan (Göylərdən)
“süzülüb” Muhamməd peyğəmbərin qulağına çatan,
təkcə onun qulaqlarının eşidə biləcəyi quru səs
idi, mömin müsəlmanlar arasında Allahın lütfünü
gerçəkləşdirib
əyaniləşdi:
əvvəlcə
dinlənildi,
sonra yazıya köçürüldü, vizual görkəm aldı. Quran
ilahi mətndir, ilahi “Oxu”dur, sakral monoloqdur,
Allahın ifadəli qiraətidir, radioteatr nümunəsidir,
həm də özünəməxsus bir not sistemidir ki, adına
“VƏKF”
deyirlər.
Vəkf
hərəkələr
(cızıqlar),
sükunlar (kiçik dairəciklər) və səcavəndlərdən
(sətirüstü
xırda
hərflər)
ibarət
işarələr
toplusudur. Onun köməyilə Quranı avazla o x u m a q
asanlaşır. Bu göstərişlərə düzgün riayət etdinmi,
oxu
müəyyən
ritmə
köklənəcək,
avaz
öz-özünə
düzələcək və bir növ qutsal mətnin musiqisi zühura
gələcək. Hərçənd bu oxu ənənəvi nəğmə deyil, mahnı
deyil, hətta mərsiyə və nouhə də deyil, əruz
vəzninin
rəməl
bəhrinə
yaxın
oxu
tərzidir.
Vəziyyətin, təhlilin çətinliyi və mürəkkəbliyi
ondadır ki, Ortaçağ islam dini təfəkkürü musiqi
Dostları ilə paylaş: |