Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə57/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   53   54   55   56   57   58   59   60   ...   135

 

171 


ona da pay düşməsin? Özü də odsuz dulusçuluq peşəsi 

yox  kimi  bir  şey.  Yəni  gil  qab  sobada  bişməyincə, 

işin  nəticəsi  qaranlıq,  sirr,  müəmma.  Heç  kəs  bilə 

bilməz ki, alovla “görüş”, TƏMAS gil qabı nə şəklə, 

nə  halətə  salacaq,  onu  nə  tövr  dəyişdirəcək:  məhv 

edəcək,  sındıracaq,  çatladacaq,  yaxud  “yaşadacaq”. 

Bişmə  müddəti  dulusçunu  kənar  müşahidəçiyə,  bekar 

özgəsinə 

çevirir. 

Dulusçu 


prosesə 

qarışmaq 

iqtidarını  itirir:  ona  yalnız  dua  edib  gözləmək 

qalır. 


Bundan 

yanası 



artıq 

alovun 


yaradıcılığıdır. Belə ki, vədə tamam olanda gil qab 

sobanın  (yainki  xəndəyin,  təndirin)  “bətn”indən 

“doğulacaq”, 

OD 

ağzından 

zühur 

edib 


dünyaya 

gələcək. Onun, yəni sobanın vəzifəsi torpağı (unu), 

suyu,  odu  bir-birinə  calaşdırıb  bu  başlanğıcların 

əlaqəsini 

təmin 

etməkdir. 



Deməli, 

gil 


qabın 

“soykök”ündə  palçıqla  (su  palçığın  ayrılmaz  hissəsi 

kimi)  yanaşı  alov  da  aktiv  iştirakçıdır.  Hətta  bu 

fikri  belə  də  ifadə  etmək  mümkündür  ki,  gil  qab 

haradasa oddan törəyir.  

       MİF  MÜSTƏVİSİNDƏ  PALÇIQ  GİL  QABI  İNSANLA, 

ALOV  İSƏ  İBLİSLƏ  “QOHUM-LAŞDIRIR”.  Razılaşaq  ki, 

qəribə  bir  qrşıdurum.  Bəlkə  də  gil  qab  ALLAH  - 



İNSAN  -  İBLİS  üçbucağının  ortaq  övladıdır.  Olsun 

ki,  onların  birgəliyinin  obraz  şərtiliyidir.  Məncə, 

bu  yöndə  masştablı  fəlsəfi-etnoqrafik  araşdırmanın 

yeni  spektri  işıqlanır.  Hərçənd  azəri  türkcəsində 

“dulus” sözünün semantik çənbəri mövzunu tamam ayrı 

bir səmtə yönəldir. 

       Mən elə fikirləşirəm ki, DULUS “su ilə dolu” 

deməkdir.  “Dulus”  sözü  o  qədər  güclü  çənbərə 

malikdir 

ki, 


“ulu” 

və 


“ulus” 

kəlmələrinin 

mənalarını  da  maqnit  kimi  çəkib  özünə  yapışdırır. 

Dolmaq 


qabın 

xüsusiyyətidir. 

Bu 

aspektdə 



dulus/dulusçu  qabları  su  ilə,  yem  ilə  dolduran 

mənasında  anlaşılır.  Təsadüfi  deyil  ki,  “DOL”  və 



“DÖL” sözlərinin mənaları eyni bir semantik çənbərə 


 

172 


ürcah.  Belə  ki,  əgər  bətn  dolmasa,  döl  əmələ 

gəlməz. Dolça dölün yeridir.  

     “Dul”  bu  iki  sözün  (dol  və  döl)  antitezidir: 

bildirir  ki,  döl  yaratmaq  imkanı  sıfra  bərabərdir. 

Azəri 

türkcəsi 



sanki 

“dulus” 

sözünün 


mistik 

örtüyünü  kənara  itələyib  onun  arxaikasını  gündəmə 

gətirir.  Arxaika  isə  bundan  ibarətdir  ki,  qədim 

zamanlarda  dulusçuluqla  QADINLAR  məşğul  olublar. 

Məhz  QADIN  gildən  özünə  bənzərini  istehsal  edib. 

Gil qab qadın başlanğıcı rəmzləşdirir. Başqa sözlə, 

hər  bir  GİL  QAB  potensial  QADINDIR.  Gil  qab 

haradasa  sulu  bətndir,  qadın  döşüdür;  yedizdirmək, 

içizdirmək,  doyuzdurmaq  qabiliyyətinə  malikdir. 

MƏTBƏXİN  DİLSİZ  QADINI  GİL  QABDIR.  Bəlkə  elə  buna 

görədir  ki,  aşpazlıq  sənətinin  ən  mahir  biliciləri 

kişilərdir.  Palçıq  (gil)  və  ya  xəmir  kündə  qadının 

övladıdır,  onun  davamıdır,  onun  bətnindən  düşəndir. 

Bu  model  hər  bir  vaxt  qadının  qarşısındadır.  Əgər 

nəzərə  alsaq  ki,  keçmiş  çağlarda  qadınlar  yalnız 

yerdə  (həsir,  palaz,  xalça  üstündə)  əyləşib  iş 

görərdilər,  onda  bu  məqamın  çözülmə  perspektivi 

daha  da  çoxalar.  Bu  perspektivin  üfüqlərini  mən 

aşkar  təsəvvür  edirəm.  Amma  hələliyə  “bəs”  deyim 

ki, oxucu yorulmasın. 

     “İntellektual  mozaika”  kiçik  bir  araşdırma 

silsiləsini  qapatmaq,  tamamlamaq  üçün  düşünülmüşdü. 

Zənnimcə, 

öz 


missiyasını 

yerinə 


yetirdi. 

Xalqların  yaşam  tərzindən  ötrü,  daha  doğrusu,  bu 

yaşam  tərzini  diktə  edən  adi,  zəruri,  gündəlik 

məişət 


tələbatı 

mədəniyyətlərin 

qohumluq 

paradiqmasının  özəyini,  millətlərin  passionarlığı 

isə  mədəniyyətlərin  fərq  cədvəlinin  strukturunu, 

mətris 


düzümünü 

müəyyənləşdirir. 

Müxtəlif 

millətlərin 

arxaik 

mədəniyyətlərinin 



açarını 

onların 


mətbəxində 

tapmaq 


mümkündür. 

Bütün 


mədəniyyətlər 

mətbəxlə 

qəbiristanlıq 

arasında 

şifrələnmiş sistemlərdir. 



 

173 


Ədəbiyyat: 

 

1

 Eliade M. İzbr. soç.: Aziatskaya alximiya. - M.: Yanus-



K, 1998. - s.184. 

  

 



 

 

    



                            2000-ci il 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

              




 

174 


İSLAM MƏDƏNİYYƏTİNDƏ SƏS: 

TEATR VƏ MUSİQİ 

(“şikəstə ruh”un havacatı) 

 

             

 

                “Fəhm qıl,gör ki, nədir cəngü dəfü bərbətü ud,  

                    Nədir onlarda bu ahəngü bu ləhnü bu sürud, 

                   Arif ol, rəmz bil, ey mahəsəli-qeybü şühud, 

                      Ud hər ləhzə gəlib şurə deyər: ya məbud, 

                   Tar hər ləhzə gəlib vəcdə deyər: ya səttar”. 

                                       Seyid Əzim Şirvani 

 

     Fəhm qıl! Yəni idrak elə, qulaq as! 

     Haradan  Seyid  Əzim  başlayırsa,  çalışaq  ora 

gedək, görək, fəhm qılsaq, nələri aşkar edəcəyik. 

     Hər  hansı  bir  mədəniyyətdə  ki,  “DİNLƏMƏK” 

“BAXMAQ”DAN  əfzəldir,  qutsaldır,  mübarəkdir,  ol 

yerdə 


SEYR 

estetikasının 

qapıları 

yavaşca 


qapadılar.  Sufilər  bica  söyləmirdilər  ki,  “əgər 

Allahı  dərk  etmək  istəyirsənsə,  gözlərini  iynə  ilə 

tik”,  yəni  baxışlarını  sənə  mane  olacaq  fanidən, 

zahirin ötərgi gözəlliyindən ayır, batinə yönəlt və 

tam daxili sakitliyin, rahatlığın içində Onu dinlə, 

Onu  eşit.  Məhz  bu,  “ürəyi  mənəvinin  səltənətinə 

doğru” 

aparmağa 



qadir. 

Orta 


çağların 

islam 


dünyasında 

“seyr” 


estetikası 

heç 


vədə 

dəstəklənməyib.  Şaşırıb  da  soruşacaqsınız  ki,  niyə? 

Cavablayıram.  Çünki  seyr  müsəlman  üçün  tamah, 

həsəd,  şəhvət,  qürur,  hirs  təhrikçisi.  İnsan  görüb 

də  paxıllıq  edir,  paxıl  olur,  bulud  kimi  tutulur, 

rəng  verib  rəng  alır.  Əbəs  yerə  hədislər  Muhamməd 

peyğəmbərin “dinini, malını, bir də arvadını gizlin 

saxla”  deyimini  müsəlmanın  gündəmindən  ötrü  vacib 

saymırlar  ki?  Dinləmək  fəhmlə  bağlıdır,  baxmaq 

nəfslə. Buna görə də seyr neqativdədir, qeyri-rəsmi 

şəkildə 


yasaqlanır: 

gərçi 


qutsal 

sayılsaydı, 

müsəlman  aləmində  şahlar,  sultanlar  və  müqəddəslər 

hicablanıb,  pərdə  arxasında  əyləşib  SƏS  vasitəsilə 

ünsiyyətə  üstünlük  verməzdilər.  Bir  də  islam 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə