181
islamdır, ağını, hönkürtünü, naləni, qeyzi, patetik
emosiyaları aktuallaşdırmış, qadın psixolojisinə
yaxınlaşmış islamdır. Şiəlik islamın qadın üzüdür.
Ortaçağ müsəlman mədəniyyətinin cövhəri şiəliklə
sufiliyin sintezi kimi zühura gəlir. Bu xüsusda
belə bir faktı gündəmə gətirməyi lazım bilirəm.
Fikir
verin,
Azərbaycan
milli
operasının
əvvəlinci personajı Məcnun öz ahu-fəğanı, əzabı,
zilləti, sadomazoxist davranış tərzi etibarı ilə
şiəliyin təmsilçisidir, yəni xalis şiədir. Mən heç
şübhə etmirəm ki, Məcnun haradasa islam tarixində
Kərbəla
hadisələrinin
qəhrəmanı
imam
Hüseynin
invariantıdır:
pərvanə
kimi
özünü
oda
yaxıb
yandırır,
bilə-bilə
faciəyə
girib
yaşayır.
Füzulinin “Leyli və Məcnun” əsəri mərsiyələrdən
ibarət rövzədir və bu rövzənin qəhrəmanı Qeys
şiələrin
şəhid
imamını
xatırladır.
Qeys
eşq
dünyasının şəhididir. Bu Allah sevgisinə ürcah adəm
övladı, zəif, xəstə, nərmənazik, isti səhranın
imamxislət
şairi
MƏCNUN
dahi
Üzeyir
bəyin
operasında... tenordur. Niyə də olmasın? Gözəldir,
ilgilidir, vəssalam. Muğam bas və bariton səsləri
qəbul eləmir. Ayrı bir variantda da ifadə etmək
olar bu fikri: bas və bariton səslərin muğamda uğur
qazanmaq ehtimalı çox az. Azərbayacanın bütün
aşıqları da tenor. Buna baxmayaraq zəngulə və
avazının Azərbaycan teatrında eşidildiyi gündən üzü
bəri Məcnun nəsil-nəsil azəri türkünü qocalı-
cavanlı,
kişili-arvadlı,
böyüklü-kiçikli
cuşa
gətirib dəsmal-dəsmal ağladıb, permanent şəkildə
onların ruhuna dad verib, zövq verib. İndi yüzildən
də artıq bir vaxt keçir “Leyli və Məcnun” (1908)
operasının bəstələndiyi tarixdən. Məcnunsa azəri
türklərinin hədsiz sevimli qəhrəmanı kimi səhnədən
düşmür. Bir xanəndə gedir, başqası gəlir, amma
halına
fərq
eləmir.
Məcnun
Azərbaycan
üçün
zamansızdır: əbədi qalır. Əhsən. Milli sənət
182
tarixindən ötrü şedevr opera. XX əsr Azərbaycan
teatr mədəniyyətinin emblemi və simvolu: mayasında
nouhə, mərsiyə ahəngi, təziyə hüsnü, şiə matəminin
ovqatı. Müəllifi də millətin bir nömrəli şairi və
bir nömrəli bəstəçisi. Füzulinin “Leyli və Məcnun”u
janr parametrlərinə görə bir eşq şəhidi haqqında
rövzədir. Burası məlum, aydın: mənim fikrimsə,
hələlik müəmma, sirr. Milli mədəniyyət hüdudlarında
Məcnunun əks qütbü, onun astar üzü, meydan variantı
baqqal
Məşədi
İbad.
Onları
“qohumlaşdıran”,
“birləşdirən” yeganə cəhət Məşədi İbadın da Məcnun
kimi TENOR olmasıdır. Hələ bu nədir ki? Bambılı
gimnazist
Sərvər
(“O
olmasın,
bu
olsun”
operettasının personajı) də, “qutu” kimi cavan
oğlan Əskər bəy (“Arşın mal alan” operettasının
qəhrəmanı) də tenordurlar. Hətta Müslüm Maqomayev
də öz bəstələrində “götürüb” cəngavər şah İsmayılı
TENOR eləyib. Lap yaxşı. Nəyi pisdir ki? Müqayisə
üçün
onu
deyim
ki,
italyan
operalarının
əksəriyyətində əsas partiyalar tenor səslərdən ötrü
yazılıb. Rus bəstəçilərisə bas səsləri üstün
sayıblar. Yəni müəllif seçimi sərbəstdir. Lakin bu
məqama da qəribə bir paradoks pərçimlənib: tenor
qadın səsinə bənzəsə də, basa nisbətən uyuşqan və
mütəhərrikdir,
imkanları
genişdir.
Odur
ki,
kompozitorlar
adətən
tenor
müğənnilərdən
yararlanırlar. Muğam sənəti də ki məlum məsələ:
tenor səslər üzərində pərvəriş tapıb. Bəlkə də elə
buna görə də Üzeyir bəy Koroğlunu, böyük bir eposun
türk bahadırını, özünün eyniadlı operasında tenor
səslə oxutdurub? Opera şərtiliyini qəbul edib və
canımı
dişimə
tutub
söyləyirəm
ki,
razıyam,
mümkündür, qaydaya müvafiqdir. Amma yenə də içimdə
bir etiraz püskürməkdə. Məgər dağ cüssəli Koroğlu
nərəsi tenorda alınarmı? Alınar, ancaq bülbül cəh-
cəhinə oxşar, xoş olar, di gəl ki, heç kəsi
diksindirməz, lərzəyə salmaz, qorxutmaz. Pəzəvəng,
183
boynuyoğun qoç Koroğlunun tenor səslə oxunması
məntiqə nə dərəcədə uyğun? Koroğlu imicinə, Koroğlu
görkəminə, və nəhayət, monumental xalq dastanına
tenor səs yaraşmır əsla! Düzdür, o da var ki, bunu
Üzeyir
bəyin
özü
də
bilirdi:
bilirdi
ki,
azərbaycanlılar
“bas”
səslər
üzərində
gəlişən
oxumaları sevmirlər. Örnəyi, sübutu muğam və aşıq
sənəti. Nə üçün? Bunun ənənəsi harada, gələnəyi
hansı kulturoloji məqamlarla ilişikli? Məsələni
lapdan açıqlamyacağam ki, bir kimsə xoflanmasın,
şaşırmasın. Problemin məğzinə doğru aparan yolu
pillə-pillə
enəcəyəm.
Professor
Niyazi
Mehdi
meyllidir ki, bunu şiəliyin “şikəstə ruh”unun
boynuna
yıxsın.
Mən
filosofun
söylədiklərini
bəyənirəm
və
onun
fikirlərinin
düzənləndiyi
müstəvini
fraqmentar
şəkildə
işıqlandırmaq
istəyirəm: “Şiəlik şəhidlik və faciəvilik psixoloji
kompleksini
islam
üçün
fəallaşdırıb
islam
estetikasına özəl bir pay vermişdir. Şiəliyin
sayəsində müsəlman dünyasında
s ı n m ı ş ü r ə k,
y a n ı q l ı ü z, b a x ı ş, y a n ı q l ı
s ə s (saçmalar mənimdir - A.T.) kültürün bir çox
önəmli
bölmələrinin
simasına,
bilintisinə
çevrilmişdi. Bütün bu yanıqlılığı bir tutumlu
sözlə, “şikəstə ruh” sözü ilə də bildirmək
mümkündür. Azərbaycan muğamları şikəstə ruhun,
şikəstə qutun təzahürüdür və dolayısı ilə şiə
psixolojisinin
törəməsidir.
Azərbaycan
dini
mədəniyyətində şikəstə ruhun təzahürü olan musiqi
cizgiləri başqa bir anomaliyanı da yaradıblar.
Musiqişünaslar
qarşısında
bu
anomaliyadan
dərinliyimizə açılan yollara çıxmaq vəzifəsi durur.
Həmin
anomaliya
isə
bundan
ibarətdir:
şiə
ruhaniləri Qurani-Kərimi musiqi dilində oxuyanda
sınıq ürəyin, şikəstə ruhun “naləsində” oxuyurlar.
Bu isə Allahın Qurani-Kərimdəki əzəməti, zəhmli,
enerjili danışığına heç uyğun gəlmir. Estetikada