205
Rəhman” surəsində də Quran bazar əhlinə xəbərdarlıq
eləyir: “Həddinizi aşmayın, hər şeydə gözləyin
tərəzini-mizanı. Hər şeyi insafla çəkin, əskik
çəkməkdən çəkinin, gözləyin tərəzini-mizanı” (55:8-
9)
11
. Görünür, bazarı tənzimləməkdən ötrü Orta
əsrlər müsəlman dünyasında bu Quran imperativləri
də kifayət eləmirdi. Ona görə də hər ehtimala qarşı
bazarda halal və haramı qatıb-qarışdırmamaq, alver
zamanı qayda-qanunlara dəqiq əməl etmək üçün
xüsusi
möhtəsiblər
(məmur,
darğa)
fəaliyyət
göstərirdi. Onların vəzifəsi tərəzilərin və ölçü
qablarının dəqiq, xətasız işlədiyini yoxlamaqdan
ibarət idi. Sonra möhtəsib bir növ bazar qazısına
çevrilir və bazarda cərəyan edən bütün prosesləri
öz nəzarətinə götürür. Bu ona dəlalət eləyir ki,
Quranla şəriət bazar və meydanı heç vədə özbaşına
buraxmır. Elə ona görə də müsəlmanın bazarı
karnaval atmosferinə maksimal şəkildə yaxınlaşsa
da, özünü karnaval içrə unutmur, özünü karnaval
dünyasında qərq eləmir. Səbəb aydındır: harada ki
yasaq var, yoxlama var, nəzarət var, orada karnaval
yaşamır. Karnaval stixiyadır. Onu idarə etməyə
çalışanda, nəzarətə götürəndə karnaval dönüb parad
olur, nümayiş olur, yasaqlarla çərçivələnmiş yürüş
olur. Karnaval familyar ünsiyyətdir. İslam aləmində
isə bazar münasibətlərinin normativləri məsciddə
“təsdiqlənir”. Həqiqətən, müsəlman şəhərində məscid
kimi, karvansara kimi bazar da aktiv ünsiyyət
bölgəsidir və bu ünsiyyətin “qəlib”ini şəriət
imzalayır.
Lakin... və bir də lakin... Bazar nə qədər
şəriət qanunları ilə tənzimlənsə də, yenə meydan
ənənələrindən, meydana xas hüzur karnavallığından
əl çəkmir. Əslində isə, tam əksinədir: BÜTÜN DÜNYA
MEYDANLARI BAZARDAN YARANIB. Nədən ki, meydanı
meydan eləyən bazar olur. Meydan permanent şəkildə
bazardır. Çünki bazar onun zühur müstəvisidir.
206
Bazar olmasa, meydan olmaz. Açıq məkanı meydana
çevirən bazardır. Bazar meydandan götürüldükdən
sonra da meydan bazarı yaddaşında saxlayır. Bazar
xalqındır, məscid mominlərin: biri kütlənindir, o
biri elitanın. Şərqdə xalq dünyaya bazar və
məbədgahdan baxır. Bu baxım bucağında gerçəkləşən
sintez şərqlini karnaval içində əriyib itməyə
qoymur. Ona görə da Şərq aləmində karnaval
nonsensdir. Hərçənd bu fakt bazar meydanı üçün xas
dəyərlərin (dünyəvi, intellektual, ruhsal, mənəvi-
əxlaqi) təftişi məsələsini aradan götürmür. Bazar
nırx (qiymət) meydanıdır. Burada Sözün, Fikrin,
Əməlin və Adamın əsl həyat gücü və yaşamaq hüququ
sınağa çəkilir. Ancaq müsəlman harada olursa olsun,
nə iş görürsə görsün, istər ibadətdə bulunsun,
istərsə də ticarətdə, bir an da unutmur ki, Allah
onunladır. Başımızın üstündə Allah, bizə şah
damarımızdan yaxın olan Allah, bizim içimizdə
Allah.... Əgər Allahdan gizlənməyə yer yoxsa, onda
karnaval alınmır.
Ortaçağ Avropa mədəniyyəti meydanda kilsəni
karnavallaşdırırdı; Covanni Bokaçço ilə İeronim
Bosx isə bu karnavalın qütblərini, gerçəkləşmə
amplitudasını müəyyənləşdirdi. Təbii ki, müsəlman
dünyası öz bazar meydanında məscidi (məbədi)
karnavallaşdırmağı bacarmadı, Allahı avropalılardan
özünə daha yaxın duydu, daha yaxın bildi. Belə ki,
islam aləmində hər yer Allah evidir, hamı Allah
qonağıdır. Ona görə bazardan Allah kəlamı heç vədə
əskik olmaz. Məscid əbədiyyətin, bazar dünyəviliyin
simvoludur: karvansara isə bu yolun yolçularının
müvəqqəti dayanacaq məkanını eyhamlaşdırır. Məscid,
bazar,
karvansara
müsəlmanın
həyat
tərzinin
xəritəsidir. Müsəlman yaşamının və mədəniyyətinin
ritmi, ahəngi, qayəsi və qiyafəsi MƏSCİD, BAZAR və
KARVANSARA
ilə
müəyyənləşir.
Əgər
Allah
hər
yerdədirsə,
mövcudiyyətin,
varolmanın
müəllifi
207
Odursa, onda nə fərqi var ki, bura Məsciddir,
Karvansaradır, yoxsa Bazar?!
Ədəbiyyat və izahlar:
1
Muslim Saints and Mystiks / Episodes from the “Tazkirat
al-Auliya” (“Memorial of the Saints”) by Farid ad-din
Attar: translated by A.J.Arberry. - Chikaqo, 1966. -
p.64
2
Ardalan N., Baxkhtiar L. Sense of unit: the sufi
tradition in Persian architecture. - Chikaqo & London,
the University of Chikaqo Press, 1976. - s.73
3
Nəsimi İ.Seçilmiş əsərləri. - B.: Maarif, 1985. - s.42.
4
Yenə orada.
5
Yenə orada, s.23.
6
Bu barədə bax: Salqanik M. Qarmoniya islama: zametki na
polyax odnoy kniqi // İL, № 5-6, 1992. - s. 304.
7
Yenə orada.
8
Grabar O. The formation of İslamic art. - London: Yale
University press, 1973. - s.108-109.
9
Bammat N. Konsepsiya prostranstva v musulmanskom mire
// Kulturı: YUNESKO. - № 1. - 1983. - s. 45.
10
Bax: Baxtin M.M. Tvorçestvo Fransua Rable i narodnaya
kultura Srednevekovya i Renessansa. - M.: Nauka, 1965.
- 527 s.
11
Qurani-Kərim / Tərcümə Nəriman Qasımoğlunundur.
1993-cü il
Dostları ilə paylaş: |