214
yazır ki, “müsəlman şəhəri torpağın üstündə yavaş-
yavaş, ustufca meydana gəlib ucalır, ona gərəkli
təbii resursları maksimal dərəcədə mənimsəyir,
sakinlər tərəfindən tərk edildikdən sonra isə asta-
asta
uçub-dağılıb
yenidən
torpağa
qarışır”.
1
Müsəlmanın şəhəri başqa cür də ola bilməz. Çünki
onun şəhəri onun həyat fəlsəfəsinin təcəssümüdür.
Muhamməd peyğəmbər buyurur ki, müsəlmanın qəbrinin
də yerlə yeksan olması gərək. Yəni heç nəyə
bağlanma... Heç nə səninki deyil... Heç nə əbədi
qalmır... Fanilik ideyasının aşkar, gözönü təzahürü
müsəlman şəhəridir. Əbədi olan Allahdır, bir də
onun evi Kəbə... Əgər insan bu dünyaya qonaqdırsa,
deməli, şəhər (hər hansı bir digər bölgə) onun
müvəqqəti dayanacaq yeridir, karvansarasıdır və bu
karvansarada dünyanın yalnız bir mənzərəsi var:
SƏMA... Karvansarada isə məhəllə olmur, nədən ki,
hamı
kompakt
yaşayır,
özünəməxsus
kommunada
yaşayır, təsadüfən təşkilatlanmış icmada yaşayır...
Məhəllə sistemi müsəlman şəhərlərində XIX
yüzildən virtual xassələrə malik bir simulyakr (o,
icmanın əvəzidir, şəhərin mikroçipi, mikroyaddaşı
kimi bir şeydir) qismində formalaşmağa başlayır.
Məhəllə özündə icmanı, şəhəri imitasiya eləyir.
Təbii ki, XIX əsrdə bu müsəlman şəhərlərinin orta
çağlardan
ayrılıb
yeni
zamanlarda
böyüməsi,
genişlənməsi,
və
belə
deyək
də,
daha
çox
avropalaşması ilə ilişikli bir proses idi.
Ola bilsin ki, dünyanın heç bir ölkəsində
məhəllə duyğusu Azərbaycanda, xüsusilə Bakıda,
Abşeironda olduğu kimi güclü təzahür etməyib.
Məhəllə XIX yüzildə İçəri şəhərin çölündə tikilməyə
başlayan Bayır şəhərin fenomenidir. Bakıda hər bir
məhəllə həmişə potensial İçəri şəhər olub və özünü
icma mərkəzinin simulyakrına çevirib. Bu, düz, lap
düppədüz. Hərçənd Bakıda məhəllə özgürlüyünə təsir
edən faktorlardan biri də odur ki, bura Qafqazdır.
215
Məhəllə İslam və Qafqaz ənənələrinin sintezindən
formalaşmış möcüzəli ruhsal əlaqələr sistemidir.
Qafqaz dünyanın dağlar zonasıdır. Hər məhəllə isə
özündə mütləq şəkildə müsəlman icması ilə birgə
Qafqazı
yaşadır,
qafqazlı
yaddaşını
yaşadır,
qafqazlı
vərdişlərini,
qafqazlı
simvollarını,
qafqazlıların
mərdlik
nişanələrini
yaşadır...
Bakıda məhəllənin qeyri-formal sahibləri həmişə
kişilər, xüsusilə də “qədeş”lər (Bakı dialektində
“qardaş”
sözünün
deyilişi)
olublar.
Qədeşləri
qoçuların sovet gerçəkliyinə inteqrasiya variantı
da saymaq mümkündür. Onlar özlərində müsəlman
qoçusunun,
qafqazlı
cəngavərinin
əlamətlərini
birləşdirib məhəllənin əxlaq kodeksinin nəzarətçisi
kimi çıxış edirdilər. Təbii ki, bu məqamın təkcə
pozitiv bir şey kimi qələmə verilməsi heç də düzgün
olmaz. Çünki qədeşlər məhəllədə neqativ enerjinin
daşıyıcılarına da çevrilə bilirdilər.
İçəri şəhərin dışında Bayır şəhər inşa
olunmağa başladığı çağdan Bakı “Yuxarı məhəllə”,
“Aşağı
məhəllə”,
“Cühudlar
məhəlləsi”
(Bakıda
yəhudilərə
həmişə
“cühud”
deyiblər),
“Dağlı
məhəlləsi” kimi nüfuz bölgələrinə və palanlara
ayrılmışdı. Abşeironun kəndlərində də bu prinsip
gözlənilirdi. Maştağada əsas etibarı ilə “Seyidlər
məhəlləsi”,
“Keçəllər
məhəlləsi”,
“Xonxarlar
(“xonxar” farsca “qantökən” deməkdir) məhəlləsi”
kimi
“folklorlaşmış”
yaşayış
bölgələri
məşhurlaşmışdı. Onlardan hər birinin adı oranın
sakinlərinin
xarakteri,
xasiyyəti,
milli
mənsubiyyəti haqqında məlumat verirdi və həmin
məhəllənin əfsanəsini, nağılını eyhamlaşdırırdı.
Məhəllələrdən başqa Bakı bir də öz palanlarına görə
tanınırdı.
Palan
küçə
deyil,
müəyyən
peşə
sahiblərinin toplaşdığı məkandır. “Zərgərpalan”da
ancaq zərgər dükanları yerləşirdi. Nökər, hambal
tutmaq üçünsə camaat “Həmşəri palan”ına gedirdi.
216
Burada əsasən İrandan gəlib öz fiziki qüvvəsini
ucuz qiymətə satan adamlar məskunlaşırdı. Məsələnin
məğzi isə ondan ibarət ki, şərqli, müsəlman,
qafqazlı
yaşadığı
məkanı
“mən”ləşdirməyi,
şəxsləndirməyi, onu canlı həmsöhbətə çevirməyi
xoşlayır və öz fəaliyyətində buna çalışır.
Bakı məhəllələrinin formalaşması da etnos və
etnik qrupların mövcudluq cədvəlində böyük önəm
kəsb edən passionarlıqla ilişiklidir. Bayır şəhərin
məhəllələrini
təşkil
edənlər
bir
vaxt
İçəri
şəhərdən qovulmuş, ya özxoşlarına oranı tərk etmiş
(müxtəlif məişət səbəbləri üzündən), ya da rusların
ekspansiyası
dövründə
evləri
müsadirə
olunmuş
insanlar idilər. Onların arasında elə ailələr də
vardı ki, Azərbaycanın ayrı-ayrı bölgələrindən
Bakıya təşrif buyurub İçəri şəhərdə məskunlaşmaq
istəyirdilər. Təbii ki, onlar buna nail olmayanda
İçəri şəhər ətrafında yurd salmaq məcburiyyətində
qalırdılar. Odur ki, məhəllə və ya palanın
təşəkkülünün
əsas
elementlərini
passionarlıq
moduslarında axtarmaq gərəkir. Bu subpassionarlıq
məhəllə çərçivəsində özünəməxsus bir İçəri şəhər
təşkil
edirdi,
onun
imitasiyasına
çalışırdı.
Məhəllə İçəri şəhərin yaşam tərzinin, İçəri şəhərli
davranışının, onun rəftar etiketinin mutasiyasından
yaranan bir sistem idi. Elə ona gərə də məhəllə (bu
özünəməxsus subpassionarlıq) haradasa yüzilə yaxın
bir zaman müddətində yaşayıb XX əsrin sonundan
etibarən dağılmağa başladı: öz subkültürünü yaratdı
və dağıldı. İndi artıq məhəllə yoxdur, məhəllə
qədeşləri də. Çünki Bakıya olan güclü axın məhəllə
subpassionarlığını pozdu, məkanı özünə tabe elədi
və toposferi dəyişmək işinə girişdi, qədeşlərisə
sınıq
saxsı
oyuncaqlar
kimi
kənara
tulladı.
Azərbaycanda gerçəkləşən iqtisadi siyasətin bir
hissəsi kimi modern şəhərsalma da bu prosesi
sürətləndirdi, məhəllələrin sökülməsinə imza atdı.