191
davam etdirmək istəyəndə isə görür ki, qərib yolçu
artıq qeyb olub. Sən demə, bu adam bütün yer
üzünün sahibi Xızr peyğəmbər imiş”.
1
***
Mən bu sufi hədisini XIII yüzilin görklü
filosofu
Fərid
əd-Din
Əttarın
“Övliyaların
təzkirəsi”
adlı
risaləsinin
ingiliscəyə
olan
tərcüməsindən götürmüşəm. Lakin indi önəmlisi bu
fakt deyil, sufi hədisinin yaranmasına səbəb olan
fikirdir.
DÜNYA KARVANSARADIR. Hələ sufilərdən də əvvəl
bu fikir “gəzirdi” müsəlmanlar arasında və bu
fikrin
modifikasiyaları
islam
mədəniyyəti
hüdudlarında
boydan.
Biri
elə
bizim
azəri
türklərində: deyərlər ki, “dünya bir pəncərədir,
hər gələn baxar, gedər”. Yəni “karvansara” ideyası
burada da aktual.
“Hər aşiqin öz dövranı var” deyiminin də
mənası bu ki, karvansarada yaşamaq vaxtı müxtəlif
və fərqli.
Ərəbin səhrası da ərəbə görə bir karvansara
timsalı: “suyu içib doydunsa, quyu üstündə yubanma,
yerini başqasına ver”. Müsəlman aləmində statikaya
ürcah heç nə yox. Müsəlman ilinin “gəzərgi” ayları
içində sən bir qonaqsan, müsafirsən!
Bu, islam fəlsəfi fikrinin topluma, bəşərə
ünvanladığı əsas konseptual ismarıc, zaman və məkan
içrə
varolmanın
parametrlərini,
yaşam
tərzini
müəyyənləşdirən
aparıcı
tendensiya.
Müsəlman
dünyanı karvansara bilir və onunla karvansara kimi
davranır.
Karvansarada heç kəs əbədi qalmır. Bura bir
fasilə, bir istirahət yeri, müvəqqəti tamaşaxana.
Müsəlmanın dünyayaya laqeydliyi və biganəliyi də
nümunəvi. “Nə işim var?” yaşam kodeksinin kökü elə
burada. Dünyadan ikiəlli yapışmaq nə demək? Məgər
192
hamımızı
ölüm
gözləmir?
Müsəlman
üçün
dünya
karvansara kimi açılır: mən yaşadım və oranı tərk
etdim. İndi karvansara başqalarına qalıb. Amma
onların da həmişəlik olmayacaq. Insan yaşamağa ezam
edilir.
Bu,
bir
səfərdir.
Əgər
səfərdirsa,
karvansara ehtiyacı mütləq.
KARVANSARA
HƏYAT
TƏRZİDİR,
MÖVCUDLUQ
ÜSLUBUDUR, SON DƏRƏCƏ PRİMİTİV, SADƏ VƏ RAHAT YAŞAM
FORMASIDIR.
Bu karvansaranın sahibi tanrıdır, əbədiyyət
yalnız
Ona
məxsusdur
və
cəmi
karvansara
möminlərinin
ibadəti,
duası
bir
tək
Allaha
ünvanlanıb. Karvansarada tox yatmaq, dolanmaq üçün
bazar lazımdır, ruhun rahatlığına çatmaq üçün
məscid. Elə isə görək, karvansara içrə BAZAR və
MƏSCİD nə demək?
***
MƏSCİD. Ərəbcə “məscid” sözü “təzim etmək”, “diz
çökmək” mənalarını ifadə edən “səcədə” kəlməsindən
düzəldilmədir. Xalçaya isə ərəblər “səccadətun”
deyir.
Səcdə
xalça
ilə
bağlı
davranışdır.
Ayaqaltına salınmış xalça səcdəyə eyhamdır. Azan
vaxtı yetişdikdə mömin insan ibadət xalçasını
istədiyi yerdə (şəriətə əsasən paklığı bəlli olan)
döşəyib namaz qıla bilər. Bununla da müsəlman hər
hansı bir məkanın hər hansı bir guşəsində ibadət
xalçasını
açmaqla
müqəddəs
hücrə,
mikroməscid
effekti
meydana
gətirir.
O,
real
dünya
parametrlərində tanrı ilə kontakta çıxmaqdan, Allah
hüzurunda bulunmaqdan ötrü sanki özünə sakral məkan
yaradır,
gerçəkliklə
bütün
əlaqələri
müəyyən
müddətə kəsir, ətrafına, dünyaya, bədəninə maksimal
şəkildə yadlaşır, bir növ maddiliyini itirib zaman
içindən kənara “sıçrayır”, əbədiyyətin qapılarına
gəlir, ruhsal, kosmik bir zonada qərarlaşır. İbadət
məqamında müsəlmana söhbət eləmək, yemək, içmək,