178
problemlərinin müzakirəsini belə məqbul saymırdı.
Çünki onu yasaq edilmiş həzzlərdən bilirdi. Şəriət
musiqini haram yox, məkruh buyurub, ədəbsiz,
nalayiq işlər cərgəsinə qoşub. Ona görə də məscid
divarları arasında heç vədə musiqi eşidilməz.
İslamda çalıb-oxumaq günah kimi qiymətləndirilmir,
urvatsız əmələ bərabər tutulur. Şəriət bunu aşkar
bəyan eləsə də, heç kəsi birbaşa pərpiləmir, ifa
sərbəstliyini, seçim sərbəstliyini müsəlmanın öz
öhdəsinə
buraxır:
yəni
kim
necə
istəyirsə,
davransın, lap bu urvatsızlığı, yüngüllüyü boynuna
götürsün, onsuz da Allah qarşısında qiyamət günü
özü cavabdehdir. Hətta bu nisbi liberallığın
qənşərində belə hənəfi, hənbəli, maliki və şafii
məzhəblərinin musiqi ifaçılığına qurşanmış mömin
bəndələrlə davası, mübarizəsi səngimirdi. Müsəlman
dünyasında
bütün
xanəndələrə,
sazəndələrə,
rəqqaslara (onların hər türünə) sanki şudralara
3
yanaşan kimi yanaşırdılar.
Lakin... və bir də lakin... sufilər dedilər
ki, “hal”, “vəcd”, “səma” musiqidəndir. Onlar zikr
və
təlqinlər
üzərində
qurulmuş
məclislərini
musiqiyə köklədilər, ney, rübab, tənbur çaldılar,
küdümdən (zərb aləti) bəhrələndilər, bu alətləri
mistik mənaların bildiriciləri qismində tanıtdılar.
Hələ bir üstəlik Mövlanə
4
də söylədi ki, ney
Allahından ayrı düşmüş, Sevgilisindən uzaqlaşmış
insanın səsidir. Onun naləsi Allaha qovuşmaq,
Allahda
heçləşib,
əlamətsizləşib
əbədiləşməyin
mümkünsüzlüyündəndir.
Əhməd
Qəzəlinin
fikrincə
dəfin sağanağına iç tərəfdən bərkidilmiş beş balaca
zınqırov
elçilərin,
peyğəmbərlərin,
dostların,
imamların və xəlifələrin vaqe olduqları məqamları
bildirir (Şaman qavalında da biz buna bənzər
bölgüylə rastlaşırıq). Göründüyü kimi artıq X-XI
əsrlrdən etibarən musiqi alətləri sufiliyin dini-
mistik paradiqması hüdudlarında tamam yeni bir
179
aspektdə yozulur, mənalandırılır və bir çox ruhani
mətləblərin simvoluna çevrilir. Nədən ki, musiqi
kamillik yolunda sufinin müşayətçisidir. Bunu bir
ayrı cüqrə də demək caiz: sufinin Allaha doğru yolu
musiqidən, səmadan keçir. Mövləvi qardaşlığının
xanəgahında dərviş zikrlərinin gerçəkləşdiyi musiqi
otağı, olsun ki, elə bu səbəbdən, “səmaxana”
adlanırdı. Bir xeyli vaxt bundan əqdəm apardığım
üzücü araşdırmaların nəticəsində belə bir qəfil,
“küfrsayağı”
qənaətə
gəldim
ki,
səma
musiqi
dinləməkdən ötrü sufilərin mistik bəhanəsidir,
mistik
don
geydirilmiş
oyunudur,
intellektual
hiyləsidir,
onların
musiqini,
rəqsi
islam
dünyasında
leqllaşdırmaq
cəhdləridir.
Fikrin
alternativi də mövcud: səma üçün bəhanə və ya ideya
müstəvisi musiqidir. Heç nə konkret aydınlaşmadı,
eləmi? Həqiqətən, sufilər səmanın izahını, elmi-
fəlsəfi şərhini elə dolaşdırıb, elə qatışdırıb, elə
bir estetik nəzəriyyəyə döndəriblər ki, heç cür
bəlli olmur, nə nədir. Təsadüfi deyil ki, Mövlanə
kimi bir təsəvvüf mürşidi də səmanı SİRR, müəmma
kimi qələmə verir. Sirr isə SEHR astanası. İSLAM
MƏDƏNİYYƏTİ DƏ SƏSİN, SÖZÜN SEHRİNƏ, AHƏNGİNƏ
ÜRCAH. Ona görə də bu mədəniyyətin kod açarı, şifrə
sözü
“əs-səma”:
hərfi
mənası
“qulaq
asmaq”,
“müqəddəs mətni dinləmək”. Deməli, səma birbaşa
Quranla, sakral Oxu ilə ilişikli. Sufilərin fəlsəfi
gəzişmələrinin
və
improvizələrinin
bəraəti
şəriətdir. Səma bir termin kimi Quran ayələrinin,
nətlərin
avazlı
oxunuşunu,
musiqi
ritmləri,
rəqslərlə
müşayət
edilən
dərviş
zikrlərini
bildirir. Bu anlayışın konkretliyidir. Fəlsəfə
müstəvisində isə SƏMA aşkar ilə müəmmanın, varla
yoxun (səsi eşidirsən, amma görmürsən; görmək üçün
işıq lazımdır: dinləməkdən ötrü isə heç bir maneə
oa
bilməz),
ölərilə
əbədinin,
gerçəkliklə
virtuallığın, bəndə ilə tanrının stalkeridir,
180
mediatorudur, ötürücüsüdür; insandan Allaha qədər
olan yoldur, bir tək səslə keçilir. Mən tanrını
eşidirəm, tanrı da məni. Allah məni görür, mənsə
onu yox. Deməli, islam mədəniyyətdə ideal ünsiyyət
danışmaq və dinləməkdən hasil olan ünsiyyətdir:
görmək bir elə də vacib deyil. Qutsal bilgi
sahibləri əbəs yerə vurğulamırlar ki, kor adamın
fəhmi artır. Qədim yunan mifologiyasında tanrıların
kor etdiyi insanlara həməncə əla falçılıq istedadı
(korluğun əvəzi kimi) verilir. Bu mənada SƏMA sanki
fasiləsiz sufi çabalarının, onun tanrıya olan
hüdudsuz sevgisinin, sədaqətinin əvəzidir, sufinin
meracıdır,
tanrı
vəslinə
yetişdirən
imkandır,
xoşbəxtlik məqamıdır, onun Allahına qovuşub mütləq
varlıqda, tanrının mahiyyətində,
məğzində, yəni HAHUT aləmində qərq olmasıdır.
İslam dünyasının ənənəvi musiqisi və teatrı öz
mənbəyini səmadan
5
götürür. Nağılçının (müəzzin,
rövzəxan, mərsiyəxan, aşıq), kuklaçının teatrının
əsasında
səs
modulyasiyaları
dayanır.
İslam
mədəniyyəti sanki radioteatr effektinə hesablanmış
mədəniyyətdir. Bu “radioteatr” isə Quran qiraətinə
və
Azana
köklənir.
Müsəlman
mədəniyyəti
kontekstində musiqinin təbiəti teatraldır, teatr
formaları isə musiqinin bətnindən doğur. Mənim
qavrayışıma görə səsin meracına “səma” deyilir. Bu,
adi səs yox, insan ruhinin səsidir. Səma ruhun
teatral
oyunudur.
İslam
mədəniyyətinin
mayası
burda.
SƏMADAN MÜTRİBLİYƏ:
GENOTİP VƏ TEATR
Müsəlman
mədəniyyətinin
bir
sıra
təzahür
formalarının bədii-estetik qayəsini müəyyənləşdirən
əsas amil şiəlik. Musiqi sənətinin və milli teatrın
ənənəvi təzahür formalarının gəlişməsində onun rolu
böyük, təkzibedilməz. Şiəlik üzüntülü, iztirablı
Dostları ilə paylaş: |