Aydın Talıbzadə


YUXULU ŞƏHƏRİN SAKİNLƏRİ VƏ MİRZƏSİ



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə81/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   77   78   79   80   81   82   83   84   ...   135

 

244 


YUXULU ŞƏHƏRİN SAKİNLƏRİ VƏ MİRZƏSİ 

(ictimai psixozun şərti) 

 

 

    Əgər  mən  desəm  ki,  Əbdürrəhimbəy  Haqverdiyevin 

yeri  Azərbaycan  mədəniyyətində  xüsusidir  (yazıçı, 

dramaturq, 

rejissor, 

dirijor, 

publisist, 

tədqiqatçı),  hücrəsi  təkdir,  elə  bilin  ki,  mən  heç 

nə  deməmişəm.  Çünki  bunların  hamısı  artıq  çoxdan 

deyilib.  Deyilib  ki,  Haqverdiyev  Azərbaycan  adlı 

bir  məmləkətin  son  dərəcə  böyük  sənətçisi  və 

ədibidir. Burası tarixən həqiqət kimi formalaşıb və 

tədricən  çevrilib  olub  taftalogiya,  yəni  sözü 

qurtarmış  aşığın  fasiləsiz  çalıb-çağırdığı  “yram, 

yaram”  təkriri.  Taftalogiya  -  tükənmə  sindromu, 

cəfəngiyyat  əlaməti,  mənasız  küy.  Təbii  ki,  mən 

buna  qol  qoymaram.  Əbdürrəhimbəyi  “ölü  klassiklər”, 

“cansız 

korifeylər” 

cərgəsində 

əyləşdirmək 

nə 

demək?  Olası  bir  işmi,  yahu?  Əsla,  mümkünsüz. 



Səbəbi  də  aydın.  Ona  görə  ki,  Haqverdiyevin  ədəbi-

bədii  irsi  hələ  də  “bağlı    boxça”  kimi  bir  şey: 

açıb baxmaq, baxıb da kəşf etmək gərək. 

     Mənim  məqaləm  də  elə  bu  sayaq  bir  cəhd. 

Azərbaycan 

ədəbiyyatının 



“ƏBDÜRRRƏHİMBƏY 

HAQVERDİYEV”  müstəvisində  (qatında)  qərarlaşıb  onun  

konseptual  yaradıcılıq  mündəricəsinin  strukturunu, 

bu  strukturda  gəlişən  əsas  motivlərin  gerçəkləşdiyi 

estetik  modeli  təsvir  və  şərh  etmək  mənim  müəllif 

məramım. 

İstərdim 

ki, 

müsəlman 



mədəniyyəti 

kontekstində 

Qərb 

uyqarlığının 



modern 

sənət 


dəyərlərinə 

köklənmiş 

bir 

azərbaycanlı 



maarifçisinin 

bədii 


paradiqmasının 

funksional 

bildiricilərini 

aşkarlayıb 

müəyyənləşdirim. 

Məqsədimə  uyğun  predmetə  yanaşma  yönünü  dəyişdim, 

sosioloji  təhlildən  kulturoloji  analizə  keçdim 

və...  nə  görsəm  yaxşıdır?  Gördüm  ki,  maarifçi 

Əbdürrəhimbəyin 

yaradıcılığı 

Şərqlə 

Qərbin 



 

245 


bifurkasiya  nöqtəsi,  müsəlman  mədəniyyətinin  özgə 

mədəniyyətlə 

təmasında 

yaşanan 


faciəvi 

əxlaq 


kollapsının  güzgüsü,  millətin  mənəviyyat  xəritəsi, 

absurdun  psixoloji  panoramı;  qısası,  Azərbaycanın 

filologiya “dənizində” yekə bir aysberq; üçdə ikisi 

məxfi, mürgülü. Gördüm ki, Haqverdiyev dünya içində 

dünya,  amma  sovetlər  dönəmində  “damğası”  vulqar 

sosioloji 

təhlillə 

vurulub. 

Onda 

gördüm 


ki, 

yazmasam  ayrı  bir  əlacım  yoxdur.  Elə  isə  mövzunun 

araşdırılması  üçün  mənim  ideyalarımın  cəmləşdiyi 

əsas elmi-fəlsəfi platforma: 

 

HAQVERDİYEV YARADICILIĞINDA DÜNYA MODELİ 

(nağıl və məkan) 

 

     Kosmosda  nə  mövcuddursa,  məkanı  var.  Məkansız 



bircə  Allah.  Məndən  Allaha  qədər  olan  məsafə 

məkandır;  aramızda  təbii  landşaft,  fəza,  ulduzlar, 

planetlər...  və  qalaktikalar.  Hərçənd  məkandan  da 

məkansızlığa  iynəyarım  yol.  Allah  mənimlə  birgə 



məkandadır:  mən  Allahla  birgə  məkansızam.  Bu, 

fəlsəfə üçün. Aydın və konkret düşüncə müstəvisində 

isə 

məkan, 


ilk 

növbədə, 

materiyanın 

olqu 


formalarından  biridir:  yəni  nə  varsa,  o,  məkanda 

özünə  yer  bulur.  Yoxun  yeri  yoxdur.  Odur  ki,  sadə 

psixi 


qavrayışda 

məkan 


İNSAN 

MƏSKƏNİ 


kimi 

anlaşılır.  Məkan  üstündə  gəzdiyim  torpaq;  yaşadığım 

ev,  dalan,  küçə,  məhəllə,  şəhər,  ölkə,  cahan; 

duyğularımın  obrazı,  nişanəsi;  yaddaşım  üçün  fiziki 

kataloq; 

adət 


və 

şakərlərimin 

gerçəkliyini 

təsdiqləyən  faktor;  TALEYİM;  zamanın  qiyafəsi, 

donu, 

paltarı, 



görünüşü. 

Məkanda 


mən 

özümü 


tanıyıram 

və 


mənə 

potensial 

özgə 

olanları 



“özünküləşdirirəm”. 

Axı 


onlar 

mənim 


şəhərimi 

(ölkəmi, 

kəndimi, 

məhəlləmi) 

mənimlə 

birlikdə 

bölüşürlər. 

Hüquqlar 

bərabərdir 

və 


şəriklik 

aprioridir. 

Bu, 

bizim 


qeydiyyatsız, 

imzasız, 

sənədsiz 

ittifaqımızdır, 

rəsmiləşdirilməmiş 



 

246 


müqaviləmizdir.  Məkan  cəmiyyətin  dekorasiyasıdır, 

ictimai 


həyatın, 

sosial 


olayların 

və 


fərdi 

yaşantıların  kontekstidir,  çərçivəsidir;  hər  bir 

dövrdən,  zamandan  ötrü  isə  tarixi  tekst  kimi 

qiymətlidir. 

Məkan 

mətndir


1

informasiyadır, 



işarədir,  bildiricidir:  “oxunur”,  yozulur,  şərh 

edilir,  mənalandırılır.  Elə  bu  əsnada  demək  mümkün 

ki,  məkan  hər  hansı  bir  ədəbi-bədii  əsərin  qeyri-

rəsmi 


“lal” 

qəhrəmanıdır, 

bütün 

hadisələrin 



“dinməz”  şahidi  və  gizli  təhrikçisidir.  Bu  “lal” 

personajın, iştirakçının səsi yoxdur, amma sözü var 

və  o,  “danışır”.  Bədii  əsərdə  məkan  sahmanlayıcı, 

təşkiledici, 

nizamlayıcıdır. 

Hətta 


düşüncə 

də 


məkanda  “gəzir”.  Məkan  qəhrəmanların  fəaliyyət 

dünyasını 

qurur, 

onların 


davranış, 

rəftar 


partiturasını  müəyyənləşdirir.  Nədən  ki,  ZAMAN 

insanın  fəaliyyəti  vasitəsilə  məkanda  “açılır”, 

dinamikləşir,  şaxələnir  və  özünü  təsdiqləyir.  Ona 

görə  məkan  həmişə  sosial  əlaqələr  iyerarxiyasının, 

ictimai 

münasibətlərin, 

millətin 

ünsiyyət 

ənənəsinin,  etnopsixoloji  durumunun,  passionarlıq 

səviyyəsinin, 

dini 

gələnəklərinin 



və 

estetik 


zövqünün 

görkəmidir. 

Bu 

mənada 


bədii 

əsərin 


qəhrəmanını yaradan, yaşadan və onun ömür müddətini 

təyin  edən  məkandır.  Hər  bir  insan  məkanla  aramsız 

enerji  mübadiləsindədir.  Allahın  TORPAQDAN  (gildən, 

palçıqdan) 

yapdığı 

İNSAN 


daim 

daimi 


məkan 

içindədir.  Məkan  onun  varlıq  meyarıdır,  sosial-

psixoloji, 

kulturoloji 

səciyyəsidir, 

“mən”in 


güzgüləndiyi  yerdir,  milli  xarakterin  təcəssümüdür 

və  ayrılıqda  hər  bir  fərdin  şəxsi  vərəqəsidir.  Biz 

harada  yaşayırıqsa,  ora  bizim  özümüzə  oxşayır,  və 

əksinə.  Bu  mənada,  məkan  elə  biz  özümüzük.  Məkan 

mənim  davamımdır:  mən  də  məkanın  davamıyam.  Belə 

ki,  məkan  da  “canlıdır”,  orqanizmdir,  sistemdir  və 

insanla fasiləsiz kontaktdadır. 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə