Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə89/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   85   86   87   88   89   90   91   92   ...   135

 

268 


BAĞ TEATRAL MƏKAN KİMİ 

(şifrələnmiş mətnlər) 

                       

                          “Meditasiya çətin məşğuliyyət deyil. 

                           Bu, Sizin çoxdan itirdiyiniz EVƏ 

                           doğru yoldur”. 

                                          Sen Syəku 

 

     CƏNNƏT Adəm və Həvvanın EVİ idi. 



     Kitab dinlərində “Adəm və Həvva” süjetinin 

yeri  cəmi  rəvayətlərdən  üstün,  məqamı  dəyişməz: 

əvvəlinci  olay,  əvvəlinci  konflikt,  əvvəlinci  görk; 

tək  və  bir  olan,  yəni  əhəd  və  vahid  olan  Allaha 

inam tarixinin ilk əfsanəsi, başlanğıc tarixi.  

     Allahın bağına “cənnət” deyilir. 

     İnsan  öncə  cənnətdə,  tanrı  bağında  zühura 

gəlib, sonra yumbalanıb mağaraya düşüb.  

     İnsan cənnətdə yaradılandır. 

     Məlum  süjetə  əsasən  tanrı  yasağına  (mövcudluq 

tarixinin  birinci  qadağası:  almadan/buğdadan  dadmaq 

olmaz)  məhəl  qoymadıqları  üçün,  ilanın  (iblisin) 

sözünə  inanıb,  aldanıb  Allahın  məsləhət  bilmədiyi 

meyvədən  daddıqları  üçün  Adəm  və  Həvva  cənnətdən 

qovulur.  Hara?  Dünyaya,  Yer  kürəsinə...  Məntiqlə 

düşünəndə  belə  anlaşılır  ki,  deməli,  dünya  tanrı 

türməsidir,  cənnətdən  təcrid  etmək  vasitəsidir, 

cəza 


zonasıdır, 

tənbeh 


zonasıdır, 

psixoanalitiklərin 

fikrinə 

görə 


axtalanma 

variantıdır,  özünəməxsus  sınaq  məkanıdır,  yenidən 

cənnətə qayıtmaq üçün mənəviyyat və nəfslə ilişikli 

müəyyən  şərtlər  cərgəsidir.  Yenə  məntiqlə  düşünəndə 

belə 

anlaşılır 



ki, 

deməli, 


cənnət 

dünya 


xaricindədir,  haradasa  kosmosun  bir  küncündədir, 

Allaha 


lap 

yaxın 


bir 

yerdədir 

və 

mərtəbə-


mərtəbədir.  Günah  cənnət  günahıdır:  tanrı  iradəsinə 

rəğmən  qadağa  olunmuş  meyvə  yeyilir.  Doğrudanmı, 

buna  görədir  cəza?  Xeyr.  Adəm  və  Həvva  cənnətdə 

mələk  kimiydilər,  mələk  statusunda  idilər.  Elə  ki 




 

269 


meyvəni  yedilər,  insan  oldular  və  bir-birini  kişi 

və  qadın  (erkək  və  dişi)  kimi  dərk  edib  sevdilər. 

Yenə  məntiqlə  düşünəndə  belə  anlaşılır  ki,  deməli, 

tanrı  heç  də  Adəm  və  Həvvanın  seksual  əlaqələr 

ləzzətinin 

(sevginin) 

nə 

olduğunu 



bilməsini 

istəməyib:  istəməyib  ki,  onlar  bir-birini  kişi  və 

qadın  (fərqli  cinslər)  kimi  tanısınlar.  Bununla  da 

Allahın  Adəm  və  Həvvanı  mələk  kimi,  torpaq  adamı 

kimi  cənnətdə  saxlamaq  planı  pozulub  və  planın 

İblis  versiyası  gerçəkləşib.  Adəm  və  Həvva  meyvəni 

yeyib  insanlaşıblar,  bir-birini  seviblər,  günaha 

batıblar.  Yeyiləcək  bir  nəsnəyə  (almaya  və  ya 

buğdaya)  yasaq  qoyulursa  onu  Allah  neməti  hesab 

etmək  caizmi?  Əslində,  meyvə  sevgiyə  olan  qadağanı 

eyhamlaşdırır. 

 

Cənnətdə 



sevmək 

yasaqdır 

və 

günahdır:  yalnız  Allaha  sevgi  məqbuldur  (ifrat 



dinçiliyin,  asketizmin  apofeozu).  Elə  isə  İblis, 

sözün  əsl  mənasında,  Adəm  və  Həvvanı  cənnətdən 

“azad  eləyib”,  “xilas  eləyib”  və  eyni  zamanda 

onların  əlindən  əbədiliyi  alıb;  yəni  əbədi  cənnət 

əvəzinə  torpaqdan  xəlq  olunmuş  bu  insanlara  sevgi 

dolu  müvəqqəti  dünya,  “çətin”  dünya,  məşəqqətli 

dünya,  ölümlü  dünya  və  bir  də  sərbəst  yaşamaq, 

doğub-törətmək, çoxalmaq imkanı verib... 

     Bununla  belə...  şans  hələ  heç  kim  üçün 

tükənməyib; cənnətə bir daha dönmək mümkündür,  əgər 

Adəmlə  Həvva  dünyada,  yəni  cəza  zonasında,  başqa 

sözlə,  özünəməxsus  ərafda  təmizlənsələr,  arınsalar, 

aramsız  doğulmalar  (nəsillər)  zəncirində  sınaqlara 

tablayıb  safa  çıxsalar...  Məhz  bu  zaman  aydınlaşır 

ki, insan (Adəm və Həvva) həyatının ideyası, mənası 

və  məqsədi  sonucda  təzədən  cənnətə  qayıtmaqdır, 

cənnət adamı olmaqdır. 

     “Geriyə, cənnətə doğru” ifadəsi finalı hələ də 

naməlum  “Adəm  və  Həvva”  əhvalatının,  süjetinin 

epiqrafı kimi götürülə bilər.  




 

270 


     İnsanı  cənnətdən  dünyaya  yumbaladan  İblisdir. 

Onda  belə  çıxır  ki,  dünya  İblisin  dünyasıdır,  onun 

əməllərinin  məkanıdır  və  aşağılanıb.  Ərəbcədən 

tərcümədə 

“dünya” 

sözünün 


çoxsayllı 

neqativ 


mənalarından  biri  də  alçaq  yeri  bildirir,  murdar 

yeri,  bataqlıq  yeri  bildirir.  Çünki  dünyada  ali 

ruhlar  yox,  aşağılanmış  bədənlər  yaşayır.  Odur  ki, 

dünyadan  qaçan  İblisdən  qaçır,  aşağı  olmaqdan 

qaçır,  bataqlıqdan  qaçır,  bədəndən  qaçır.  Hara? 

Cənnətə,  Allahın  yanına...  Almanı  (buğdanı)  yeyib 

Adəm  və  Həvva  özlərini  bədən  kimi  kəşf  etdilər, 

bədən  kimi  tanıdılar:  başqa  sözləı,  iblisləşdilər. 

Niyə biz uşağa deyirik ki, mələkdir, mələk kimidir. 

Ona  görə  ki,  yşaq  bədənini  tanımır.  Deməli,  bədən 

elə İblisin özüdür ki var. 

     Adəm  və  Həvva  məhz  Cənnətə,  nə  vaxtsa 

itirilmiş  EVƏ  qayıtmaq  naminə,  özlərinə  bənzərləri 

törədə-törədə 

və 

zaman-zaman 



tanrı 

tərəfindən 

nəsilliklə  (“Elər  analar,  çəkər  balalar”  məsəlinin 

məntiqi)  imtahana  çəkilə-çəkilə  dünyanı  dolaşırlar, 

əzablara  qatlaşa-qatlaşa  və  fasiləsiz  arına-arına 

yaşayırlar,  neofitlər  kimi  çillə  sınağına  dözürlər; 

dözürlər ki, bir gün yenidən cənnəti bulsunlar. Axı 

ideya, arzu, məqsəd həmişə CƏNNƏT olaraq qalır. 

     Əgər  biz  qəbul  eləyirik  ki,  Adəm  və  Həvva 

bizim  ulu  əcdadlarımızdır,  onda,  deməli,    Adəmlə 

Həvvanın  cənnətdə  yoxdan  var  olub  böyüdüklərini, 

yaşadıqlarını 

da, 

yəni 


cənnətin 

əcdad 


yurdu 

olduğunu da apriori qəbul eləyirik.  

     Genetik  yaddaş  bunu  hər  an  insana  xatırladır. 

Odur  ki,  bütün  bəşəriyyət,  əslində,  c  ə  n  n  ə  t    



s  e  v  d  a  s  ı    ilə  divanədir.  İnsan  ömrü  boyu 

behişt  sorağında  bulunur.  Bu  soraqla  dini  qəbul 

eləyir və Allahına tapınır. Nədən və niyə? 

     Elə  bu  məqamda  soruşmaq  gərək  ki,  axı  cənnət 

nədir  və  adi  insan  təfəkkürü  onu  necə  qavrayır, 

necə  dərk  edir?  Bizim  üçün  cənnət:  birinci,  ideal 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə