293
müəyyən
olunur.
Təbii
ki,
psixoloji
məkan
refleksiyadır. Təbii ki, bu məkan dışarı dünyadan
alınmış təsirlərin ayrı-ayrı obraz və işarələrə
çevrilməsi
sistemidir.
Təbii
ki,
insan
qavrayışından kənarda məkan məkan olmur, daş olur,
torpaq olur, düzən olur, meşə olur, fəza olur,
boşluq olur. Məkanı məkan eləyən insandır, insanın
psixolojisidir, onun tutmaq, almaq, mənimsəmək,
özünə yer bulmaq instinktidir. Psixoloji məkanda
dünyanın şərti obrazları, eyhamları olmasa, insan
haradan gəlib hara getdiyini heç vədə bilə bilməz,
səmti, yönü azdırar, çaşıb qalar. Odur ki, məkanın
“müəllifi” insandır. Belə ki, o, torpağın üstünü,
altını, fəza boşluğunu öz psixoloji məkanına uyğun
bir şəkildə işarələyir və bu işarələr onun özündən
savayı heç kimə gərək olmur. Psixoloji məkanda
“xəritə” cızan, “xəritə” yaradan insan bədəninin
dışarı mühitə reaksiyasıdır və bu “xəritə”nin
konturları körpə ana bətnindən dünyaya düşməyə
başladığı məqamdan formalaşır, sonra nizamlanır,
sahmana minir.
Psixoloji
məkan
insan
sinirlərinin
“xəritə”lədiyi məkandır. Necə olur ki, bu məkan
əmələ gəlir? Hələ ana bətnində olduğu zaman körpə
boru vasitəsilə onun bədəninin mərkəzinə birləşib
aramsız şəkildə qidalanır, bətn içində özü üçün
“üzür”, fırlanır, dönür (bu vaxt körpə skafandr
geyinmiş,
çəkisizlik
şəraitində
haradasa
“k u k l a l a ş m ı ş” kosmonavtı xatırlatmırmı?),
nə yuxarını, nə aşağını tanıyır, nə də sağı soldan,
solu sağdan seçə bilir. Ana bətninin qaranlığında
“barama”lıq dövrü yaşayan körpənin PSİXOLOJİ MƏKANI
olmur. Bu məkanın ilk kontur əlamətləri uşaq
doğula-doğula “cızılır”. Hər şeydən öncə, körpə özü
üçün “YUXARI” və “AŞAĞI”NI müəyyənləşdirir. Amma
necə? O haradan bilir ki, “yuxarı” nədir, “aşağı”
nə?
294
Bu,
çox
sadə
reflekslərin,
ilk
həyat
yaşantılarının nəticəsində konkretləşir, bilgiyə
çevrilir. Uşaq ana bətnində olarkən yuxarıdadır,
özünəməxsus kosmik bir orbitdədir: yeri rahatdır,
ilıqdır, yemi boldur, aramsızdır. Vaxtın tamamında
isə o, yuxarıdan başaşağı sürüşməyə başlayır və
onun həyatında ilk gərginlik yaşanılır. Körpə hiss
edir ki, aşağı itələndikcə yeri darısqallaşır,
boğulmaq həddinə çatır: onu sıxırlar, incidirlər.
Nəhayət, ana azad olur, döl aşağının ən son
nöqtəsinə düşür. Elə bu zaman əllər onu aşağıdan
götürüb yuxarı qaldırır... Körpə çığırır, nəfəs
alır: uşağın ciyərləri “açılır”. Bu məqam onun
emosional yaddaşına həmişəlik həkk olunur. Körpə
özü üçün fərqləndirir ki, yuxarıda olanda ona yaxşı
olur, aşağıda isə rahatlığını itirir. Uşaq doğulan
kimi fiksə edir ki, hava (nəfəs, həyat) YUXARIDAN
gəlir. Körpə kipriklərinə toxunan ilk işıq selinin
də yuxarıdan endiyini görür. Getdikcə yuxarının
permanent şəkildə yaxşı olması duyğusu mütəmadi
təsdiqlənir. Körpə qidanı da, suyu da, quru, təmiz
əskiləri də, əyləncəni (oyuncaqları, nəvazişləri)
də yuxarıdan alır. Tanış, doğma qoxular da yuxarı
sferadadır:
onu
periodik
olaraq
yuxarıdan
əmizdirirlər, bələyini yuxarıdan əyilib dəyişirlər,
yuxarıdan
dindirirlər,
əllər
içinə
götürüb
oxşadırlar.
BÖYÜKLƏR
HƏMİŞƏ
YUXARIDADIR.
Yəni
körpəyə xoş təsir göstərən nə varsa, hamısı onun
beşiyinin başı üstündə gerçəkləşir. Ol səbəbdən
uşağın diqqəti daim yuxarı yönəlikdir: çünki
körpəyə Yaxşı, İşıqlı, Qutlu, Dadlı nə gəlirsə,
yuxarıdan gəlir. Yəni körpə duyumlarında, körpə
yaşantılarında yuxarı qida, su, işıq, rahatlıq, ana
əlləri, əyləncə, sevinc deməkdir. Başqa sözlə,
insan
uşaqlığından
yuxarını
bu
bildiricilərlə
tanıyır.
Odur
ki,
“yuxarı”nın
obrazı
insan
qavrayışında bu sayaq formalaşır, möhkəmlənir. Elə
295
ona
görə
də
yuxarı
hər
zaman
insan
üçün
MÜQƏDDƏSDİR,
QUTSALDIR,
AĞ
İŞIĞIN
MƏSKƏNİDİR,
İDEALDIR, CƏNNƏTDİR, TANRILARIN YERİDİR. “ANA
TANRI” kultunun kökünü məhz burada axtarmaq lazım.
Hərçənd bu, başqa bir mövzu, etnopsixologiya ilə
bağlı və mənim məqaləmə sığmaz.
Onun üçün də baxaq görək “AŞAĞI” körpənin hansı
yaşantılarında “obrazlaşır”. Bayaq dedik ki, körpə
hələ ana bətnindən gələndə aşağının dar yolu onu
incidir. Uşağın hisslər dünyasına o zaman əyan
olmuşdu ki, aşağıda sıxılmaq, boğulmaq (dənizdən,
dənizin
dərinliyinə
enməkdən
qorxmaq
elə
bu
yaşantılarla ilişiklidir) təhlükəsi var, qaranlıq
var, pis qoxular var. Sonralar isə çağa duymuşdu
ki, bələyi vaxtaşırı AŞAĞIDAN yaş olur, soyuyur,
iylənir. Körpə AŞAĞINI ilk dəfə əyani şəkildə onda
görüb, onda AŞAĞI ilə tanış olur ki, onu çevirib
qarnı üstə yerə qoyurlar. Bu, uşaqdan ötrü tamam
yeni pozisyondur. Elə bir pozisyon ki, yuxarının
tam əksi, qarşıdurumu. Bu zaman cocuq sanki baş-
ayaq, tərsinə çevrilmiş, tərs dayanmış dünyaya
düşür, “şirin süd qoxulu” YUXARIDAN ayrılır və
duyur ki, onun neqativ yaşantılarının sayı artıb.
Niyə? Çünki qarnı üstə uzanmış çağa üçün nəfəs
almaq çətinləşir, işıq azalır, saatlarla tamaşa
elədiyi və, təbii ki, öyrəşdiyi mənzərə dəyişir,
bayaqdan gördüyü predmetlər birdən-birə yoxa çıxır.
Bu, körpədən ötrü mikroşok, səksəkə, gizli qorxu
vəziyyətidir. Hələ bundan savayı uşaq əziyyət
çəkib, toparlanıb əlavə enerji, güc sərf etməlidir
ki, başını dik saxlasın. Əks təqdirdə o, üzünü
döşəməyə
dayayıb
qaranlığa
“yuvarlanacaq”,
heysizləşəcək, zəifləyəcək. Bu “çətinliklər” və
“məhrumiyyətlər”
körpə
duyumlarında
AŞAĞININ
bildiriciləri olur. Bundan o yana uşaq artıq qəti
şəkildə bilir ki, AŞAĞI onu yorandır, bezdirəndir,
darıxdırandır və, deməli, pisdir. Və yaxud: harada
Dostları ilə paylaş: |