Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə94/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   90   91   92   93   94   95   96   97   ...   135

 

283 


     Şərq  xalqlarının  folklorunda  bağ  (həmçinin 

meşə, 


çəmən) 

agahlıq 


zonasıdır, 

ilğım 


fraqmentlərindən  ibarət  özünəməxsus  bir  “tələ”dir, 

ruhlar 


aləminə 

“qorxulu” 

virtual 

səyahətdir. 

Buradan  çıxan  qalib  olur,  qəhrəman  olur,  ali 

həqiqəti  dərk  edir,  müdrikliyə  yetişir.  Bağ  gerçək 

və  ilahi  dünyalar  arasında  buraxılış  məntəqəsidir 

və  cadunun,  ağrının,  maneənin  elə  bil  ki  təsir 

effektini 

azaldır, 

onu 

“yüngülləşdirir”,  



“gözəlləşdirir”, dözüləsi edir. 

     Hindistanda,  Çində,  Yaponiyada  BAĞ  həmişə 

mistik  enerjilə  ilişikli  olub.  Yaxın  Şərqin    qədim 

uyqarlıqlarında  da  bu,  belə  anlaşılıb.  Əslində, 

cənnətin özü də əfsunlu, cadulu bir məkandır: orada 

hər  şey  mistik  qüvvənin  gücü  ilə  həll  olunur. 

Cənnətdə  danışırlar,  çalıb  oxuyurlar,  sular  axır, 

şərablar  içilir,  amma  heç  nəyin  səsi  sanki 

eşidilmir.  Sanki  Quran  cənnətlərində  səs  yoxdur  və 

hər  şey  qəribə  bir  virtuallıq,  rahatlıq,  asudəlik 

və cazibəsizlik içindədir.  

     Cənnət mövcud bağların idealıdır.     

     Narkotik  maddələrə  müraciətin  əvvəlinci  səbəbi 

elə  cənnət  tələbidir,  yubanmadan  cənnətdə  bulunmaq, 

heç olmasa qısa zaman məsafəsində cənnətdə yaşamaq, 

cənnəti dadmaq arzusudur.  

     Cənnət 

ağrıların 

sıfır 

olduğu 


ideal 

eyləmsizlik  nöqtəsidir.  Cənnətdə  heç  bir  məna  da 

yoxdur.  Əbədi  kef  və  ayrı  heç  nə...  Cənnət 

yozulmur, interpritasiya edilmir. 

     Bağ isə semiotik məkandır. Şərq dünyasında bağ 

meditasiya  guşəsidir,  ilahi  eşqə  qovuşmağın  ruhsal 

“nərdivanı”dır,  agahlıq  (çillə,  sınaq)  zonasıdır, 

tanrı  cənnətinin  modelidir,  müdrikliyin  qapısıdır. 

Bağ qadındır, onu “dərk etməyincə” tilsim qırılmır, 

mənalar və ali həqiqət faş olmur.  

     Müsəlman  Şərqində  bağ  ibadət,  dualar  bağıdır, 

zikr 

bağıdır, 

Allahın 

camalına 

və 

qüdrətinə 



 

284 


təriflər,  mədhiyyələr  söylənildiyi  bağdır.  Burda  nə 

varsa,  hamısı  Allahın  gözəlliyini  vəsf  edər,  onun 

şəninə dualar oxuyar. Çünki bağ vasitəsilə Allah öz 

istəkli  bəndələrinə  cənnəti,  cənnət  kölgələrinin 

sərinliyini duydurur. 

     Batı  mədəniyyətində  məsələ  bir  qədər  fərqlidir 

və  bağın  semiozisi  tamam  başqa  mənaların  cərgəsini 

əmələ  gətirir.  Əgər  müsəlman  Şərqi  bağ  (cənnət) 

ideyasını  antik  mədəniyyətdən  götürürsə,  səhrada 

(və  ya  isti  yerlərdə)  oazis  (xurma  bağları,  üzüm 

bağları)  yaratmaq  əzmində  bulunursa,  bağı  estetik 

zövqün  zirvəsi  bilirsə,  onu  meditasiyadan  (dua, 

ibadət)  ötrü  ideal  məkan  statusunda  qəbul  edirsə, 

Avropada  bağçılıq  sənətini  qərblinin  yaşam  tərzi 

aktuallaşdırır.  Məsələ  bu  ki,  camaatın  yuyunması, 

hamamlanması  problematik  olduğundan  Ortaçağ  Avropa 

qəsrləri  həmişə  üfunət  qoxuyurdu.  Ona  görə  də  ətir 

saçan  gül  bağlarına  Qərbdə  böyük  ehtiyac  duyulurdu 

və  qəsrlər  möhtəşəm  bağlarla  əhatələnirdi.  Busa 

Avropada  bağçılıq  sənətinin  inkişaf  təminatçısına 

çevrilirdi 

və 


QƏrb 

mədəniyyəti 

çərçivəsində 

bağlarla ilişikli intellektual oyunlar başlayırdı. 

     Qərbin  xristian  dünyasında  BAĞ  təbiət  və 

istirahət  guşəsi  olmaqdan  əlavə  sakral  bilgi, 

informasiya  mənbəyidir,  “böyük  bir  kitabdır”,  “dərs 

otağıdır”,  “sinifdir”,  “dövrün  estetik  iqlimidir”, 

başdan-başa 

eyhamdır, 

“ikonoloji 

sistemdir”

12



tapmacadır,  labirintdir:  bu  bağlar  müəyyən  dil 



sistemidir,  yəni  “danışır”,  “uzaqgörənlik  edib  fal 

açır”, “söhbət aparır”, “dərs verir”.

13 

Avropada bağ 



vasitəsilə  Kainatı  “oxumaq”  olur.  Bağ  Tövrat  və 

İncil  əvəzidir:  bu  mənada  ki,  “Kainatın  özü  də 

maddiləşmiş  Tövrat  və  İncil  əvəzidir”

14

.  Qərb  Orta 



yüzillərdə 

bağları 


əlyazması 

kimi 


qavrayırdı. 

Qısası,  bu  mərhələdə  bağ  dövrün  estetik  iqlimi 

çərçivəsində  xristianlığın  üzünü  və  mahiyyətini, 



 

285 


zahirini  və  batinini  görükdürən  güzgüdən  başqa  bir 

şey deyildi. 

     Orta  əsrlərin  sonuna  doğru  Avropada  “sevgi 

bağları”

15

 meydana çıxır. 



     Barokko  bağlarında  isə  artıq  teatr  səhnələri 

yerləşdirilir.  Bu,  növbəti  kodlaşdırma  sistemidir. 

Bağ  apriori  teatral  idi.  İndisə  bu  teatrın  içində 

yenidən  teatr  səhnələri  qurulurdu.  Beləliklə,  bağ 

hüdudlarında  da  seyrçinin  “əlindən  tutulurdu”,  onun 

baxışları, 

marağı 

istiqamətləndirilirdi. 



Bağ 

kitabdan  çevrilib  müəllim  olurdu,  mentor  olurdu, 

mühazirəçi olurdu. 

     Təsadüfi  deyil  ki,  Romantizm  dövrünün  bağları 

avropalıdan ötrü özünü dərk etmək amacıdır. 

     Bu  teleqraf  üslublu  bildirmələrdən  aydın  olur 

ki, 

Batı 


dünyasında 

bağlar, 


əsasən, 

əqli 

fəaliyyətin  stimulyatoru  (təhrikçisi,  alışqanı) 

rolunu  oynayıb.  Hətta  “sevgi  bağları”  belə  coşqun 

seksual  oyunlar,  affektlər,  şəhvani  hisslər  bağı 

deyil,  pıçıltı  ilə  söylənilən  teatral  andlar, 

şövqlə,  ehrirasla,  pafosla  oxunan  intim  məktublar, 

aşiqanə 


şeirlər, 

sevgi 


mövzusunda 

aparılarn 

diskussiyalar,  söhbətlər  parkı  olub.  XVII-XVIII 

əsrlər Avropasının  kübar dairələrində sevgi o zaman 

əsl  sevgi  kimi  qəbul  olunurdu  ki,  öz  ifadəsini 

zərvərəqlərə  bükülmüş  eşq  məktublarında  tapırdı  və 

təmtəraqlı  teatral  poza  ilə,  teatral  ədalarla 

müşayət edilərkən məşuqəyə çatdırılırdı. 

     Bütün 

bunları 


bircə-bircə 

xatırlatmaqda 

məqsədim  ondan  ibarət  ki,  avropalı  bağın  içində  də 

dinc 


dayanmır, 

əlləşib 


başını 

qatır, 


nəyisə 

“oxumağa”,  öyrənməyə  can  atır,  bilgi  qazanmağa, 

əmşğul  olmağa  çalışır.  Bu  da  insandan  iradi  cəhd, 

iş  (əməli,  əqli  və  mənəvi  fəaliyyət)  tələb  edir. 

Qəribədir,  sanki  avropalı  aktiv  fəaliyyətində  ara 

verməyə,  taym-aut  götürməyə  qorxur.  O,  elə  bilir 

ki,  fəaliyyətsiz  olan  kimi  öləcək.  Odur  ki,  Batı 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə