286
adamı
bağı
özü
üçün
intellektual
təmrinlər
(tapmacalar,
bulmacalar,
tapşırıqlar)
məkanına
çevirir, istirahət guşəsində də özünə iş bulur. Bu
zaman isə BAĞ artıq MİFİK CƏNNƏTİN dünyəvi
ekvivalenti ola bilməz. Çünki cənnət eyləmsizlik
dünyasıdır: orada iş, fəaliyyət sıfır həddindədir.
Cənnət hədiyyədir, Allahın öz sevimli bəndəsinə
mükafatıdır. Ona görə də cənnət adamı heç vədə
İŞLƏMİR.
Avropalıdan
ötrü
isə
işsiz
olmaq,
fəaliyyət göstərməmək ölümə bərabərdir. Halbuki
şərqli
üçün
əsl
həzz,
kef
zirvəsi
tam
fəaliyyətsizlikdir.
Ona görə də bağ Batı adamı tərəfindən heç vaxt
CƏNNƏT kimi yaşanılmır. Bu bağ (park) “insan əliylə
dəyişdirilmiş təbiətdir, qeyri-mütəşəkkil, xaotik
dünya
üzərində
onun
ağlının,
iradəsinin
təntənəsidir”
16
,
bu
təntənənin
özünəməxsus
eyhamıdır,
işarəsidir.
Doğu
məmləkətlərində
bağların
gözəlliyi
“tanrıya
yaxınlaşmaq
və
əbədiyyətə
qovuşmaq”
17
,
ölümsüzlüyə
çatmaq
vasitələrindən, yollarından biri idi.
Müsəlman Şərqində isə BAĞ müəllifi həmişə
Allahdır. İdeal BAĞBAN isə hər zaman Odur. Təsadüfi
deyil ki, miniatür rəsmlərində görükən bağban
fiquru Allahı eyhamlaşdırır
18
, onun vizual işarəsinə
çevrilir. Bağ tanrı behiştinin bir parçasıdır;
deməli,
müəlliflik
şəriksiz
olaraq
Allaha
mənsubdur.
Allah
bütün
bağların
(cənnətlərin)
Bağbanıdır. Miniatürlərdə görünən Bağban isə Varlıq
bağının müəllifidir. O, şahdır, varlıq bağının
gizli
xəzinəsinin
sahibidir,
həm
də
xəzinə
keşikçisidir. Adəmin külündən bağ əmələ gəlib.
Bağban kamil insandır: becərilən bağ isə insanın iç
dünyasının bir paradiqması kimi yozulur (bu haqda
daha
ətraflı
bax:
Şukurov
Ş.
İskusstvo
srednevekovoqo İrana. – M., 1989. – S.225-231).
Harada ki, Bağban görünür, o, dünyanın faniliyini
287
eyhamlaşdırır.
Mədəniyyət
qazımağı
müdriklik
axtarışı və sirrin faş edilməsilə əlaqələndirir.
İslam ölkələrində məscidin özü də mikrobağ,
mikrocənnət kimi qavranılır. Elə ol səbəbdəndir ki,
Ortaçağ müsəlman mədəniyyətində bağçılıq ideyası
məscid həyətinin cənnət komfortundan impuls alır.
İslam
mədəniyyətinin
tədqiqatçıları
hətta
muğamatı,
onun
strukturunu,
gəlişmə
tendensiyalarını cənnətlə (bağla) qırılmaz vəhdətdə
götürürlər. Hesab olunur ki, muğamat “həqiqətən də
Əman (qədim misirlilərin günəş tanrısı Amon Ra
nəzərdə tutulur - kursiv A.T.) Allahın yaratdığı
ilk peyğəmbər Adəmin “səyahət” etdiyi cənnətlə
əlaqəlidir. Muğamatın şöbələri də bu məqamların
pillələri
mənasındadır
ki,
müxtəlif
sufi
ordenlərində
(qardaşlıqlarında
-
kursiv
A.T.)
məqamların sayı müxtəlifdir. Ümumiyyətlə, buraddakı
bütün rəqəmlər rəmzlərdir ki və hamısı da müəyyən
prosesin, ritualın mərhələləri ilə bağlıdır. Belə
çıxır ki, hər bir muğam özlüyündə “cənnət”in, yəni
ruhlar dünyasının yaradılmasında keçirilən müxtəlif
ritualların
yada
salınması
və
təsəvvür
olunmasıdır”.
19
Yəni
ideal
dekorativ
sahmanlı
cənnətin özü bir idrak musiqisi, ruhsal musiqinin
məkan konfiqurasiyası kimi də anlaşılır. İdeal bağ
ideal musiqi üçünddür, və ya əksinə. Muğam cənnətin
və zamansızlığın ruhsal musiqisidir, ruh aləminin
musiqisidir. Sən bədənindən sıçrayıb ruh olmayınca,
ruha dönməyincə muğamatı dərk etməzsən. Hərçən
Allahın rəsulu buyurub ki, “cənnətdə sizlərdən hər
birinə 100 kişinin yemək-içmək, cinsi yaxınlıqda və
ehtirasda
olmaq
gücü
veriləcək.
Təbii
ehtiyaclarınızın əvəzinə isə sizlərdən müşkə bənzər
tər
çıxacaq
ki,
o
da
sizin
qarnınızı
balacalaşdıraccaq”.
20
Soruşacaqsınız ki, bəs bu
təsvirin ruhlara nə dəxli? Ruh ki bunlardan
məhrumdur? Tamamilə doğrudur. Cənnət insanlara vəd
288
edildiyindən yer üzündəki yaşamın keyfiyyətləri
avtomatik
olaraq
cənnət
ruhlarının
üzərinə
köçürülür və ideallaşdırılır. Əslində isə yalnız
bizim ruhlarımız cənnət və cəhənnəmi dadacaqlar və
bu, gerçəklikdir, həqiqətdir.
21
Cənnətdə ölümsüzlük ömür sürür. Orada ZAMAN
dayanır: nə irəli gedir, nə geriyə. Ona görə də bağ
həmişə potensial qəbiristanlıqdır. Məzarıstan da
hər bir vaxt bağ olmaq imkanını özündə saxlayır.
Muğam da iki dünyanın musiqisidir.
Batı dünyasında qəbiristanlıq teatral şəkildə
bəzədilmiş
park-muzeydir.
Bağ
təbiət
içində
dekorasiyadır, təbiətin dekorativ-sahmanlı formatda
təzahürüdür.
Şərqli
bağa
gələndə
dünya
harmoniyasında “əriyib itməyə” gəlir; avropalı isə
- öyrənib dərk etməyə.
Cənnət
ruhların
(kölgələrin,
ilğımların)
“yaşadığı” çoixmərtəbəli virtual bir qəbiristanlıq
kimi də din dışında yozula bilər. Dirilər yalnız
cənnəti qismən əvəzləyən bağlarla kifayətlənməli
olurlar.
BAĞ təbiətin mədəniyyətə keçid pilləsidir,
kosmisa
çıxış
nöqtəsidir,
reallığın
cənnətə
transformasiyasıdır. Burada insan “tanrılaşmağa”,
Allah
olmağa
iddialıdır.
İnsan
bel
götürüb
bağbanlıq eləyəndə tanrı ilə tənləşir, yaradıcı
olur. Bağ insanın təbiət üzərinə “yazdığı” şeirdir.
Şeir isə hər bir təzahüründə dil qatında teatral
ifadədir. Hətta Məşriq bağlarının semiozisinin özü
elə bir poeziyadır. Nəzərlərini bağ içrə nəyə
yönəltsən, barmağını nəyə uzatsan həm Göydə, həm
Yerdə mənası var.
Bağ tanrı kamilliyinə bir işarədir, onun
kamilliyinin
zühurudur,
Allahın
cənnətinə
bir
eyhamdır.
Dostları ilə paylaş: |