Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə103/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   99   100   101   102   103   104   105   106   ...   135

 

311 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                                           


 

312 


              

M E Y X A N A 

      (meyin kulturoloji mədhiyyəsi) 

 

                             “Mey ağızda qürub eləyir:  



                              zühuru yanaqlardadır”. 

                                      Dəqiqi 

                                                                             

                 “Fəthi-meyxanə üçün oxuyalım fatihələr, 

                  Ola kim, üzümüzə açıla bir bağlı qapu”. 

                                               Füzuli                 

 

     Bugün  Azərbaycanın  tele  və  radio  məkanına 



intensiv  şəkildə  meyxana  “əkilir”.  Sabah  kim  nə 

biçəcək,  heç  kəs  deyə  bilməz.  Amma  fakt  bu  ki, 

çoxluq 

meyxanaya 



aludə. 

Çağdaş 


Azərbaycanda 

meyxanaçı  olmaq  gəlirli  və  prestijli  bir  şey. 

Hərçənd 

efirdən 


eşidilən 

meyxanaların 

böyük 

əksəriyyəti  söz  palçığı:  dadsız-duzsuz  gəvəzəlik, 



çərənçilik,  çənə-boğaz  döymək  və  yorucu,  bezdirici 

təkrarlar.  Millət  meyxana  və  estrada  ulduzlarının 

zövqü  ilə  böyüyür.  Odur  ki,  mən  bəzi  mətləbləri 

meyxana ilə bağlı aydınlaşdırmaq istədim. 

                    *** 

       Yaxın  və  Orta  Şərq  mədəniyyətinin  dövrəsinə 

hərləndiyi 

mərkəzlərdən 

biri 

də 


meydir. 

MEY 


şərabdan, 

çaxırdan 

daha 

lətif 


olub 

əyan 


süfrələrinin,  şeir,  musiqi  və  kef  məclislərinin 

bəzəyi  sayılan  məstedici  içkidir,  farsların  Ortaçağ 

islam  mədəniyyətinə  “bağışladığı”  bədii  obrazdır, 

eyhamdır,  çoxsaylı  simvolik  mənalar  bildiricisidir. 

Şərqin  mistik-intellektual  oyunları  şəbəkəsində  mey 

birbaşa 


günəş 

şüalarından 

törənəndir, 

günəş 


enerjisinin  daşıyıcısıdır,  Yerin  (torpağın)  və 

Göyün 


(günəşin 

və 


yağışın) 

cövhərini 

özündə 

birləşdirəndir, 



kosmik 

harmoniya 

əlamətidir. 

Ortaçağ  islam  mədəniyyətində  yandırılmış  kofedən 

(qəhvədən)  hazırlanmış  xüsusi  dumanlandırıcı  içkiyə 



 

313 


də  mey  deyirdilər:  sufilər  isə  ondan  vəcdə  gəlmək 

üçün yararlanırdılar. 

       Bundan  əlavə:  Şərq  mədəniyyəti  kontekstində 

mey  ruhun  içkisidir,  eşqi  görükdürəndir,  təzahürlər 

dünyasında  onun  təbiətinin  rəmzidir.  Füzuli  meyin 

insana  gətirdiyi  işıq  və  hərarəti  eşqdən  bilir; 

daha  doğrusu,  meyə  xas  energetika  günəşdəndir, 

Allah eşqindəndir: 

 

            “Eşqdir ol nəşeyi kamil, kim ondandır müdam, 

             Meydə tənvirü-hərarət, neydə təsirü-səda”. 

 

       Nədən 

ki, 

mütləq 


gözəlliyə 

və 


ilahi 

kamilliyə  doğru  aparan  sufi  yolunun  bir  üzü 

zöhddür,  digər  üzü  -  nəşə.  Eşqin  kef  səltənətində 

ruha  mey  bələdçilik  eləyir.  Orta  əsrlər  Şərq 

poeziyasında mey dirilik suyudur, Şeyx Cüneydə görə 

isə qocaların südüdür, ruhun müqəddəs iksiridir. 

       Xaçpərəstlikdə  şərab  İsa  Məsihin  qanına 

işarədir. 

Müqəddəs 

həvari 

Markın 


“İncil”ində 

əbəsdən  yazılmayıb  ki,  “Və  bir  kasa  götürdü,  şükr 

edib  onlara  verdi  və  hamı  ondan  içdi.  Onlara  dedi: 

“Bu,  mənim  qanımdır,  bir  çoxları  uğrunda  tökülən 

Əhdi-Cədidin  qanıdır.  Doğrusunu  sizə  deyirəm  ki, 

Allahın  padşahlığında  təzə  şərab  içəcəyim  günə 

qədər  üzüm  məhsulundan  bir  daha  içməyəcəyəm”. 

Xristianlarda 

Allahın 

padşahlığı 

da 

şərabsız 



ötüşmür. 

       Qurani-Kərim  şərabı  birbaşa  yasaq  buyurmur. 

Hətta  mey  cənnətdə  paylanacaq  içkidir.  Lakin... 

Quran  mey  içənlərə  heç  vaxt  dəstək  verməz,  onları 

qorxudar,  hədələr  söylər:  “Ey  iman  gətirənlər. 

Şərab da (içki də), qumar da, bütlər də, fal oxları 

da  şeytan  əməlindən  olan  bir  şeydir.  Bunlardan 

çəkinin  ki,  bəlkə  nicat  tapasınız”  (5:90).  “Ən-

Nəhl”  surəsində  Quran  şərabdan  adi  həyat  faktı 

kimi, pafosa uymadan, tam sakit bir tərzdə danışır: 

“Siz xurma ağaclarının meyvəsindən və üzümdən şərab 



 

314 


(yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, 

quru  xurma  və  s.)  düzəldirsiniz.  Şübhəsiz  ki, 

düşünənlər üçün bunda da bir ibrət vardır” (16:67). 

Bu ayələrdən belə aydınlaşır ki, mey islam aləmində 

təkcə neqativlər cərgəsində deyil, həm də pozitivdə 

özünə 


yer 

alır 


və 

konkret 


vəziyyətə 

uyğun 


qiymətləndirilir. 

       Ortaçağ  müsəlman  mədəniyyətinə  MEY  qədim 

yunanların 

adət 


və 

şakərlərinin, 

məişətinin 

ekspressiv  bir  elementi  kimi  daxil  olur  və  tez  bir 

zamanda  “sufiləşir”,  mistik  yozumlar  cədvəlinə 

“dürtülüb”  simvollaşır.  Qədim  yunan  mədəniyyəti 

kontekstində  MEY  müqəddəs  nektar,  yəni  müşki-ənbər 

(ambroziya), 

yəni 

Olimp 


tanrılarının 

şərabı 


(dirildici iksiri) sayılıb. 

       Düyüdən  çəkilmiş  araq,  -  sake,  -  yaponların 

sakral  mənşəli  içkisidir.  Onlar  sake  ilə  hətta... 

qüsl  eləyirlər.  İndusların  da  dini  mərasim  şərabı 

var  -  soma.  Sözümün  canı  bu  ki,  MEY  müxtəlif 

mədəniyyətlərdə  özünə  qutsal  bir  hücrə  bula  bilir 

və  haradasa  eyni  cür  semantikləşir.  Burada  MEY, 

SOMA,  SAKE    vahid  mənanın  fərqli  mədəniyyətlərdə 

ifadə  müxtəlifliyini  şəkilləndirir,  invariantlar 

çoxluğunu aktuallaşdırır.  

     Ortaçağ  müsəlman  mədəniyyətində  yandırılmış 

kofe  dənələrindən  hazırlanmış  xüsusi  içkiyə  də  MEY 

deyirdilər.  Bunu  şərab  saymırdılar.  Lakin  həmən  bu 

meyin 


də 

məstedici 

və 

gözəgörünmələri 



aktivləşdirəcək  keyfiyyətləri  vardı  və  ruhun  içkisi 

sayılırdı 

ki, 

sufilər 


də 

ondan 


tez-tez 

yararlanırdılar. 

     Piyalə,  qədəh  şərab  içilən  qabdır,  günəş, 

yağış,  torpaq,  tənək  və  üzümlə  insan  arasında 

unikal  bir  ötürücüdür.  Bədən  isə  ruh  üçün  süzülən 

meyin  badəsidir.  Bu  keyfiyyət  dışında  əyyaşlıq 

dayanır.  Çünki  mey  ruhun  istəyilə  içilir,  bədənin 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə