Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə99/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   95   96   97   98   99   100   101   102   ...   135

 

299 


SAĞ  SOL 

üçün 

fəlsəfi marş 

 

 

 

     Tək və cüt... İsti və soyuq... Batı və Doğu... 

Ağ  və  qara...  İşıq  və  kölgə...  Bərk  və  yumşaq... 

Yaş  və  quru...  Düz  və  əyri...  Kişi  və  qadın...  Sağ 

və sol... Sonu yox bu qarşıdurumların. Hətta şəriki 

bulunmayan  Allah  üçün  də  bir  oppozisiya  mövcud: 

İblis.  Dünya  isə  bütöv,  tam,  yumruca.  Hərçənd 

məqalənin  problemi  bir  balaca  başqa.  Çünki  XX 

yüzilin 

tən 


ortasından 

etibarən 

strukturalist 

filosoflar  macal  tapan  kimi  binar  oppozisiyalardan, 

nişanlanmış 

ikili 


qarşıdurumlardan 

qədər 



danışıblar  ki,  mənə  artıq  yer  qalmayıb.  Onsuz  da 

sonucda  hər  şey  gəlib  dirənir  əksliklərin  vəhdəti 

və mübarizəsinə, yəni dialektikaya, yəni qədim Şərq 

fəlsəfəsinə, 

daha 

doğrusu, 



“in” 

və 


“yan” 

birgəliyinə,  yəni  bir-birini  qucmuş  qoşa  butaya. 

DAO  gah  “in”dir,  gah  da  ki  “yan”.  Hər  şey  burdadır 

və ayrısı olmur. 

     Lakin  bu  kontekstdə  bir  məsələ  də  var  ki,  

mahiyyətcə  məndən  ötrü  böyük  maraq  kəsb  edər.  Sağ 

və  sol  bir  qarşıdurum  oluban  yalnız  insanda  öz 

gerçəkliyini  tapır.  Təbiət  “sağ”  və  “sol”  tanımır. 

Orada  nə  varsa,  hamısı  birətədir.  Sağ  və  sol  bizim 

beynimizdən,  emosiyalarımızdan  zühur  eləyən  bir 

bölgü.  Beyin  də  ki  iki  yarımkürə:  biri  sağ,  biri 

sol. 


     Məni  məndə  sağa  və  sola  “bölməyin”  mənası  nə? 

Bir  bildirici  kimi,  bir  markör  (işarələyən,  nişan 

qoyan) kimi “sağ” və “sol” nəyi rəmzləşdirir, hansı 

bilgiləri  eyhamlaşdırır?  Burada  praktiki  zərurətin 

rolu 

nə 


dərəcədə 

önəmli? 


“Sağ” 

və 


“sol”un 

qarşıdurum  aktuallığı  əski  rituallarda,  miflərdə  də 

özünü  görükdürür,  nağıllarda  da.  Və  bir  gün  zaman 



 

300 


içində  “sağ”la  “sol”  mistikləşib  inanc  əlaməti 

qazanırlar,  insan  psixologiyasına  “soxulub”  orada 

özlərinə möhkəm yer eləyirlər. 

     Bizim  camaat  ovqatı  səhər  tezdən  təlx  olan 

adam  üçün  deyər  ki,  yəqin  sol  ayağı  üstə  durub, 

yəni  yatağından  düzgün  qalxmayıb,  qaydanı  pozub, 

inanca  əməl  eləməyib  və  nəticədə  şərə  ürcah  olub. 

Slavyanlarda belə bir adət var: əgər kiminsə yolunu 

qara  pişik  keçirsə,  həmin  şəxs  sol  çiyni  üstündən 

üç  dəfə  tüpürüb  sakitcənə  öz  işinin  ardınca  gedə 

bilər. Təzə evə sol ayağı ilə daxil olmaq yasaqdır. 

Sol  əllə  çörək  yemək  məqbul  sayılmır.  Dünya 

dinlərində  hesab  olunur  ki,  solaxay  adamların 

haradasa 

şeytani 

başlanğıcla 

mistik 

əlaqəsi 


mövcuddur. 

     Sağ  əl  isə,  əksinə,  xeyir-bərəkət  əlidir, 

qutsaldır. 

Nağıllarda 

yol 

ayrıcında 



dayanan 

qəhrəman 

üçün 

sağa 


getmək 

sınaq 


variantının 

nisbətən  asanıdır,  sola  getmək  isə  qovğaya  düşmək, 

bəlaya  düçar  olmaq  deməkdir.  Amma  vəziyyətin 

paradoksu  həmişə  ondan  ibarət  olur  ki,  qəhrəman 

əksərən  sağı  yox,  solu  seçir  və  möcüzənin  köməyilə 

xatadan  qurtulur,  öz  nicatını  tapır.  Halbuki  “sol” 

bilmərrə  pisdir,  apriori  pisdir,  naqisdir,  tərsdir, 

ölümlüdür.  Hələ  X  əsrdə  islam  aləminin  sayılıb-

seçilən  dinşünası  İbn  Bətta  əl-Əkbəri  yazırdı  ki, 

bütün  “nəcib”  işlər  sağ  əllə  (və  ya  ayaqla) 

görülməlidir,  “natəmiz”  işlər  -  solla.  İnsan 

gərəkdir  ki,  kandarı  sağ  ayaqla  adlayıb  keçsin, 

dəstəmaza,  yeməyə,  içməyə  sağ  əllə  başlasın, 

paltarı  və  ayaqqabını  sağ  əllə  geyinsin,  sol  ilə 

soyunsun.

1

    Müsəlman  mifologiyasına  görə  insanın 



xeyirxah,  nəcib  əməllərini  gündəlik  qismində  yazıb 

“arxivləşdirən”  mələk  sağ,  alçaq,  ədəbsiz,  şər 

əməllərini  “qeydiyyata”  götürən  mələklər  isə  sol 

çiyində  əyləşirlər.  Quranın  “Zəlzələ”  surəsinin  6-

cı ayəsində deyilir ki, “o gün (yəni qiyamət günü - 



 

301 


kursiv  A.T.)  əməllərinin  özlərinə  göstərilməsi  üçün 

(qəbirlərindən 

məşhərə) 

dəstə-dəstə 

çıxacaqlar 

(Cənnətliklər 

sağ 

tərəfdə, 



cəhənnəmliklər 

sol 


tərəfdə  olacaqlar)”.  Deməli,  islam  mifologiyasında 

cənnət  sağda  yerləşir,  cəhənnəm  -  solda.  Folklor 

güzgüsündə 

(müxtəlif 

xalqların 

nağıl 


və 

rəvayətlərində)  “cəhənnəmə  enən  nərdivan”  da  sola 

burulur.  Yəhudilərin  Tövratı  da  bəyan  edir  ki, 

Rəbbin  sevgili  qulları  Onun  sağında  əyləşəcəklər. 

Beləliklə, dini təfəkkür heç bir tərəddüdü, şübhəni 

yaxına  buraxmadan    sağı  cənnətə,  solu  cəhənnəmə 

müsavi tutur. 

     Bu 


cür 

yanaşma 


tərzi 

dil 


qatında 

da 


təsdiqlənir.  Din  sözlərin  semantik  mənalarını, 

sadəcə,  mifik  obrazlara  çevirir.  Yəni  dildən  dinə 

milyon qapı və pəncərə var. Məsələ burasındadır ki, 

latınca  “sol”  məşum,  faciəvi  deməkdir.  Deməli, 

latın 

dilində 


“sol” 

sözünün 


məna 

tutumunda 

“cəhənnəm” 

ideyası 


apriori               

eyhamlaşdırılıb.  Almanca  “sol”  əyridir.  Farslar  da 

solu  “çəp”  kimi  başa  düşür.  Sağ  isə,  əksinə,  hər 

yerdə  düzdür,  dürüstdür,  düzgündür;  daha  doğrusu, 

bir çox millətlərin qavrayışında bu, belədir. 

     Biz  türklərdə  SAĞ  “diri  olmaq”,  “var  olmaq”, 



“yaşamaq”  fellərinin  aşkarladığı  mənalar  fəzasına 

daxildir.  SOL  isə  “OL”  imperativinə  oppoziyadır, 

yəni  “sağ”ın  qarşıdurumudur.  Çünki  sağ  “OL”un 

(olumun)  özüdür,  sol  isə  əksi.  “Sol”  həm  də 

“solmaq”  məsdərinin  məna  kontekstinə  pərçimdir, 

həyat  enerjisinin  azalmasına,  tükənməsinə,  ölümə 

işarədir.  OL  –  SOL  oppozisiyası  OLUM  –  ÖLÜM 

qarşıdırumunun  eynidir.  “Solmaq”,  yəni  “sol  olmaq” 

sağlığını,  sağlamlığını,  gücünü,  qüvvəsini  itirmək 

deməkdir.  Buradan  da  belə  görünür  ki,  türklər  cəmi 

digər  millətlərdən  fərqli  olaraq  “sağ”  və  “sol” 

qarşıdurumunu  “olum”  və  “ölüm”  müstəvisinə  çıxarıb 

ona ontoloji status verirlər; yəni sağ birbaşa olum 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə