289
P.S. Bu məqalənin qısa variantı “Ulduz” dərgisinin
1998-ci il 10-cu sayında çap edilmişdi. Emma
Klarkın “İskusstvo islamskoqo sada” kitabı isə
2008-ci ildə Moskvada nəşr olunub yalnız 2010-cu
ildə Bakıya gətirilir. Bunu ona görə yazıram ki,
bizim bir çox fikirlərimiz səsləşir və kimlərsə
məni plagiatda suçlaya bilərlər. Düzdür, E.Klarkın
əsəri
fundamental
və
çoxdəyərli
tədqiqatdır,
mütəxəssis
işidir.
Amma
bir
sıra
ideyalar,
müddəalar,
mülahizələr
baxımından
mən
onu
qabaqlamışam.
Ədəbiyyat siyahısı:
1
Qurani-Kərim /tərcümə Z.M.Bünyadov və
V.M.Məmmədəliyevindir.
2
Kuliyev E., Abaskuliyev R. Uroki blaqoslovlennoqo
mesyatsa. - Baku, Abilov, Zeynalov b sınovya, s. 232.
3
Bax: Lotman Y. O metayazıke tipoloqiçeskix opisaniy
kultur // Trudı po znakovım sistemam. - Tartu, 1969. -
№ 4. - s.35.
4
Lixaçev D.S. Poeziya sadov: k semantike
sadovo-parkovıx stiley. - M.: Nauka, 1982. - s.5.
5
Şirazi A. Rouzət əs-sefat / Podqotovka teksta
A.Raqimova. - M.: Nauka, 1974. - s.32 (fars dilində)
6
Yenə orada.
7
Yenə orada, s.31.
8
Yəməndə qədim Həmirilər hökmdarlarından sərtlik və
zalımlıqda məşhur olan bir padşahın adı.
9
Yenə orada, s.39.
10
Yenə orada, s.9.
11
Yenə orada, s.33.
12
Lixaçev D.S.Göstərilən əsəri, s.7-9.
13
Yenə orada, s.10.
14
Yenə orada, s.17.
15
Yenə orada, s.57.
16
Nikolayeva N.S. Yaponskiye sadı. - M.: Nauka, 1975. -
s.5.
17
Yenə orada, s.28.
290
18
Bax: Nazarli M.D. Dva mira vostoçnoy miniatyurı. - M.:
RQQU, 2006. - 286 s.
19
Firudin G.B. Muğam - peyğəmbərin merac məqamıdır //
Azadlıq. - 20-25 mart 2009. - s.15.
20
Kuliyev E., Abaskuliyev R. Uroki blaqoslovlennoqo
mesyatsa. - Baku, Abilov, Zeynalov b sınovya, s. 235.
21
Bax: Xulusi A. “Allax” v sootvetstvii s obyasneniyami
Moxammada (as). - Baku, Adiloqlı, s.200-208.
1998-2009-cu illər
291
PSİXOLOJİ MƏKAN FENOMENİ:
yuxarı və aşağı
Bir
xeyli
bundan
əqdəm,
hələ
tələbəlik
vaxtlarında, bir şair tanışım, qısası, Əhməd Əskər,
mənə bir şeir oxumuşdu. Yadımda qalan şeirin
məzmunudu, bir də son iki misra. Bəli, bir gün şair
görür ki, Arazın üstündən bir quş uçur Təbrizə
sarı. Sevinib quşdan xahiş eləyir ki, onun salamını
O TAYDA yaşayan soydaşlarına çatdırsın. Quş bunu
eşidib təəccüblə baxır şairə və deyir: “O TAY
NƏDİR, BU TAY NƏDİR, DÜNYA ELƏ BİRDƏNƏDİR”.
Dünya elə birdənədir: bölünməzdir, tamdır və
fırlanır, öz oxu ətrafında, Günəş ətrafında elə hey
döndükcə dönür: sərhədi yox, çəpəri yox, sağı
bilinməz, solu bilinməz, nə üzü var, nə arxası.
Dünyanı insan “bölür”, “bölüşdürür”, yuxarı aşağı,
sağa, sola, önə, arxaya ayırır, məkanı çərçivələrə
salır, özünə hücrələr düzəldir. Yumru dünyanın
üstünə insan imaginativ, yəni xəyali zolaqlar,
cızıqlar çəkir, birinə “meridian” deyir, o birinə
“paralel” deyir: amma sonucda fakt bu olur ki, hər
yeri “kəsir”, “doğrayır”, nişanlayır. Doğunu və
Batını, Şimalı və Cənubu insan “icad” eləyib: yəni
təbiət bunların fərqinə varmaz. Bu bölgü insanın
duyumlarından, qavrayışından törəyib zühur edir,
zühur edib də real məkanın üzərinə bir bölgü
sistemi kimi hopdurulur.
İş bu ki, insanın getdiyi hər hansı bir YOL
onun psixoloji məkanından, imaginasiyadan, yəni
TƏSƏVVÜRDƏN
başlayır.
Fikrində
hara
getdiyini
bilməsən, YOLU gedə bilməzsən. Yolu gedə bilməmək
özünü YOLA təslim etmək deməkdir. Özünü Yola təslim
etməyisə yalnız dəlilər, qanundan gizlənən və ya
qaçan cinayətkarlar, müdriklər, özgə yerlərdə azmış
adamlar, bir də nağıl qəhrəmanları bacarar. Onlar
292
YOL getməzlər; YOL onları aparar. Dəlilər hara
getdiklərini təxmin edə bilməzlər. Cinayətkarlar
hər yola qurtuluş, nicat yolu kimi baxarlar.
Müdriklər bilərlər ki, dünyada yalnız bir YOL var:
bir dayanacaq doğumdur, bir dyanacaq - ölüm. Ondan
sonrası isə sonsuzluq. Yolunu azmış adamlar və
nağıl qəhrəmanları YOLU seçməzlər, “Allaha pənah”
deyib gedərlər, tanrının ətəyindən tutub gedərlər.
Mənsə bu fikir dünyasının yolunda tələsmirəm. Hər
şeyi məqamında söyləyəcəyəm.
Öncə şərtləşək ki, real məkan psixoloji
məkandan fərqlidir. Gerçək dünya iradə dışında
mövcud olan, gözönündə olan dünyadır, daha doğrusu,
varlığın obyektiv şəkildə Var olduğu yerdir. Belə
ki, başımızın üstü, yəni fəza da məkandır, boş
məkandır,
boşluğun
məkanıdır,
asteroidlərin,
ulduzların,
planetlərin,
Günəşin
məkanıdır;
ayağımızın altı da məkandır, daşın, torpağın
məkanıdır,
metalların
məkanıdır,
laboratoriya
məkanıdır; ətrafımız da heç vədə çata bilmədiyimiz
üfüqə qədər məkandır. Biz məkan içindəyik və KÖVNÜ
MƏKANA SIĞMIRIQ.
Bəs onda psixoloji məkan nəmənə? Psixoloji
məkan gerçək dünyanın insan duyğularına, insan
yaşantılarına,
insan
qavrayışına
reflektor
təsirindən formlaşır. İnsanın emosional yaddaşı
real
maddi
aləmin,
olquların
ağ-qara
fotoneqativlərindən ibarət dopdolu bir “albom”dur.
Bizim duyğularımız dünyanı fraqment-fraqment öz
içində “arxivləşdirir”. Məhz bu “fotoneqativlər”,
məhz bu “arxiv materialları” əsasında insan öz
psixoloji məkanını qurub-quraşdırır, ora düzən
verir.
Psixoloji
məkan
həmişə
real
məkanın
koordinatlarını qəbul edir. Həqiqət isə tamam başqa
bir
mətləbi
aktuallaşdırır.
Gerçək
dünyanın
koordinatları psixoloji məkanın diktəsilə, “mən”in
seçdiyi, bəyəndiyi və rahat bildiyi oriyetirlərlə