Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə92/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   88   89   90   91   92   93   94   95   ...   135

 

277 


mədəniyyətin 

permanent 

ideyasıdır, 

istirahət, 

harmoniya  simvoludur:  ona  görə  də  hər  zaman  insan 

beynini  məşğul  edir.  Gərçi  bu  cür  olmasaydı,  biz 

hələ  kitab  dinləri  formalaşmamışdan  öncə  Doğudan 

Batıya  qədər  uzanıb  gedən  çeşid-çeşid,  növbənöv 

bağlara  rast  gəlməzdik  ki?  Gərçi  bu  cür  olmasaydı, 

bağçılıq  sənəti,  bağbanlıq  peşəsi  formalaşmazdı 

ki...  və  bu  sənətdə  müxtəlif  üslublar  meydana 

gəlməzdi ki?.. 

     BAĞ  insan  təxəyyülünə,  zövqünə  uyğun  şəkildə 

onun  öz  əli  və  öz  əməliylə  cənnət  görkəminə 

gətirilmiş 

təbiətdir

İnsan 


“pırpız” 

təbiəti 


özünəməxsus  tərzdə,  zamana,  texnologiyalara  uyğun 

formatda 

“darayıb”, 

“təraş 


edib”, 

budayıb, 

sahmanlayıb  oranı  bağa  çevirir.  Təbiəti  Allah 

yaradır, 

bağı 



insan. 



Bağ 

təbiətin 

sanki 

“qrimlənmiş” üzüdür.  



    “Yaşıl  memarlıq”

4

  bağ  və  park  memarlığının 



təyini kimi işlədilir. 

    Bağ 


hüdudlarında 

təbiət 


teatrallaşdırılır, 

insanlara teatral təmtəraqda görükdürülür. 

    Təbiətin  mədəniyyətə  giriş  qapısı  bağ  hesab 

edilə bilər. Mədəniyyət cənnəti bağın sinonimi kimi 

şərh edir, anladır. 

    Türklər  bağı  həmişə  bağ  biliblər:  “cənnət” 

sözünün  türkcəsi  yoxdur.  Halbuki  ərəb  və  fars 

dillərində “cənnət” mənasını özündə ehtiva edən bir 

filan  qədər  söz  var:  ədn,  nəim,  firdous,  rizvan. 

Rusca  da  “bağ”  və  “cənnət”  mənalarını  bildirən 

sözlər  fərqləndirilir:  birincisinə  “sad”  deyilir, 

ikincisinə  -  “ray”.  Türk  dilində  isə  buna  rast 

gəlmirsən.    Nədən  ki,  “bağ”  türklərdə  həmişə 

konkret  real  məkanla  əlaqədar  olub.  Türkcə  “bağ” 

sözünün  etimolojisi  iki  istiqamətdə  aşkarlanır. 

“BAĞ”  “baxmaq”  məsdərindən  alınmadır.  Azərbaycan 

türkləri  danışıqda  çox  tez-tez  belə  bir  məsəl 

çəkirlər;  deyirlər  ki,  “bağa  baxarsan,  bağ  olar, 




 

278 


baxmazsan,  dağ  olar”.  Hesab  edirəm  ki,  bu  məsəl 

olduqca qədimdir və türkün məkan qavrayışını təhlil 

etməkdən,  aydınlatmaqdan  ötrü  son  dərəcə  önəmlidir. 

Türk  bağ  və  dağı  qarşıdurum,  oppozisiya  kimi 

götürür:  bağ  harmoniyadır,  sahmandır,  düzümdür, 

rahatlıqdır, 

dağ 

isə 


disharmoniyadır, 

sahmansızlıqdır,  adda-buddalıqdır,  pərakəndəlikdir, 

narahatlıqdır. 

Dağ 


göz 

dağıdır, 

qubardır, 

yolsuzluqdur,  əziyyətli  soyuq  məkandır,  bağ  isə 

əksinə:  baxırsan,  göz  oxşadır,  sevinc,  arxayınlıq 

gətirir. Dağ baxılası (görmə spektrində) yer deyil. 

Hərçənd  baxılmayanda  (qulluq  göstərilməyəndə)  bağ 

da  dönüb  dağ  olur.  Deməli,  bağ  baxmaq  (qulluq 

etmək)  nəticəsində  yaranandır.  Bu  da  imkan  verir 

söyləyək 

ki, 

“bağ” 


sözü 

“baxmaq” 

məsdərinin 

semantik çənbərinə aiddir. 

     Digər  tərəfdən  bağı  olmaq  hansısa  konkret  bir 

məkana  bağlı  olmaq  kimi  anlaşılır;  yəni  bu  iki 

omonim  sözlərin  məna  sferaları  haradasa  əməllicə 

kəsişir.  BAĞ  İNSANI  MÜƏYYƏN  BİR  MƏKANA  BAĞLAYAN 



BAĞDIR  (kəndir,  ip  mənasında).  Axı  türklər  köçəri 

həyat  tərzi  keçiriblər  və  bağı  bu  dünyada  özlərinə 

bağ  (əlavə  yük,  məkana  öyrəşib  qalmaq)  biliblər. 

Türkcə  bağ,  ilk  növbədə,  üzümlük  anlamına  gəlir. 

Üzümlüyü  isə  türk  cənnət  bilir.  Bakı  bağlarının 

hamısı  lap  əvvəllər  üzümlüklər  olub.  Meynə  isə  əl 

tutduqca  uzanıb  gedən  bir  ağacdır;  “bığları”  ilə 

hər  yana  bağ-lana-bağ-lana  “dartınıb”  böyüyən  bir 

ağacdır.  Bağ  həm  də  bağlanmaq  (məftun  olmaq, 

vurulmaq, mehr salmaq mənalarında) yeridir.  

     Həqiqətən,  Şərq  dünyasında  heç  bir  xalq,  heç 

bir etnos bağ ideyasını bu dərəcədə real və konkret 

qavramır.  Hətta  Çin  və  Yaponiyada  da  bağ  bir 

istirahət 

guşəsi 

olmaqdan 



savayı 

daha 


hansı 

mənaları  isə  özündə  ehtiva  edir;  hələ  mən  qədim 

Yunanıstan  və  Roma  bağlarını  (haradasa  mistika  və 

metamarfoza dolu) demirəm.  




 

279 


     Ortaçağ  müsəlman  mədəniyyəti  kontekstində  isə 

BAĞ 


həmişə 

sakral 


məkandır, 

mifik 


cənnətin 

əkizidir.  Burada  bağ  artıq  dinin  cənnət  ideyasına 

güzgü  tutur.  Müsəlmanlar  özlərini  maksimal  şəkildə 

təsvirləri 

Quranda 

verilən 


cənnətlərə 

yaxınlaşdırmaq  üçün  bağlar  salırdılar;  salırdılar 

və  qane  olmurdular,  və  bir  də  yenisini  salırdılar. 

Nə 


çox 

idi 


Yaxın 

və 


Orta 

Şərq 


müsəlman 

məmləkətlərində  bu  cür  bağların  sayı.  Bu  bağlar 

ruha dad, zövq və kef verirdi. Camaat onları behişt 

timsalında  qavrayırdı.  Quranın  “Ər-Rəhman”  surəsi 

cənnəti  təsvir  etməklə  praktiki  olaraq  islam 

bağçılıq  sənətinin  plan-prospektini  cızır:  “O  iki 

cənnətin  (Ədn  və  Nəim  cənnətləri)  ağacları  qollu-

budaqlı,  merli-meyvəlidir...  O  cənnətlərdə  iki  axar 

bulaq  vardır...  O  iki  cənnətdən  başqa  (möminlər 

üçün)  daha  iki  cənnət  vardır...  O  iki  cənnət 

yamyaşıldır  (o  qədər  yaşıldır  ki,  qaraya  çalır)... 

O  iki  cənnətdə  fəvvarə  verib  qaynayan  iki  bulaq 

vardır...  O  iki  cənnətdə  növbənöv  meyvələr,  xurma 

və nar vardır...” (55:48-68). 

     Bir  nümunə  kimi  Sizə  təqdim  edim  Səadətabad 

park kompleksini. Soruşacaqsınız ki, bəs niyə park? 

Mən  də  deyəcəyəm  ki,  bu  park  kompleksi  23  şəxsi 

bağdan,  gülşən,  üzümlük  və  çəmənlikdən  ibarət 

olduğuna görə onu “park kompleksi” adlandırmaq daha 

düzgün.  Bu  23  bağ  Səfəvi  dövlətinin  əyan  və 

əşrəflərinə  mənsub  idi  və  onların  mülkü  hesab 

olunurdu. 

     XYI  əsr.  Yaxın  Şərq.  Bu  zaman  Azərbaycan 

Səfəvi  dövlətinin  iqamətgahı  Təbriz  şəhərindən 

Qəzvinə köçürülür və burada şah Təhmasb (1524-1576) 

fərman 


verir 

ki, 


Səadətabad 

park 


kompleksi 

salınsın. 

1546-47-ci 

illər 


Qəzvində 

park 


kompleksilə  əlaqədar  konkret  işlərin  başlanğıcı 

kimi  tarixə  düşür.  Şübhə  yoxdur  ki,  şah  Təhmasb  bu 

cür  əfsanəvi  bir  gözəlliyin  yaradılması  ideyasını 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə