271
komfort, ideal sahman və ideal gözəllik deməkdir;
ikinci, daim ideal vəziyyətdə, ideal formada
qalmaq, qocalmamaq, yəni zamanın fövqündə dayanmaq
deməkdir;
üçüncü,
mütləq
azadlıq,
mütləq
firavanlıq,
mütləq
işsizlik,
mütləq
tənbəllik
deməkdir; dördüncü, ümumi əcdadın evi, yurd yeri
deməkdir. Bu da o anlama gəlir ki, biz hamımız
cənnətə vərəsəyik. Ona görə də EVƏ dönmək, əsl
VƏTƏNƏ
varmaq
hər
birimizin
bilincaltısında
qaynaşan bir istək, nisgil, həsrət... Qovulmuş
əcdadın cənnəti bizimdir. Busa artıq bir üsyan
işarəsidir.
Hərçənd bir də soruşmaq lazım: Adəm və Həvva
bayıra atıldıqdan sonra (bəlkə də zalımcasına: axı
onlar dünya haqqında heç nə bilmirdilər və heç nəyə
uyğunlaşmamışdılar) cənnət ideyası bir mif (nağıl,
əfsanə) statusunda, öləri insanlara yaxşı əməllərə
görə axirətdə vəd edilən ali mükafat statusunda
dini kitablarda fiksə olunur. Əsas mənəvi təlqin də
bu ki, çalış, cənnətə qayıt.
Ol səbəbdən cənnətin şirnikdirici təsviri
qutsal mətnlərdə çeşid-çeşiddir. Lakin cənnəti
Qurani-Kərim qədər tərifləyən, onun nişanələrini
birbəbir göstərən, behiştdən konkret bir reallıq
kimi danışan ayrı bir dini kitab bulmaq çətin.
Nədən ki, məhz Quran cənnəti Allahın bəndəsi üçün
hazırladığı və axirətə saxladığı super bir hədiyyə
(ənam) kimi təqdim edir (4:114). Ona görə də cümlə
müsəlmanlar həmişə cənnət arzusu ilə bihuşdurlar.
Quranda
mövcud
cənnət
təsvirlərindən
bir
qisminin mozaikası sözlərimin təsdiqi kimi; bu
qəbildən “Əl-Kəhf” surəsi: “İman gətirib yaxşı
əməllər edənlərə gəldikdə isə... onları (ağacları)
altından çaylar axan ƏDN CƏNNƏTLƏRİ (qabartmalar
mənimdir - A.T.) gözləyir. Onlar orada taxtlara
söykənərək qızıl bilərziklərlə bəzənəcək (altun
qolbaqlar
taxacaq),
nazik
və
qalın
ipəkdən
272
(taftadan və qumaşdan) yaşıl paltar geyəcəklər... O
cənnət necə də gözəl məkandır” (18:30-31).
İndisə “əs-Saffat” və “əd-Dəhr” surələrindən
görünən
cənnət
(təsvir
variantları
Quranda
dəqiqləşdirilir və kamilləşdirilir): “... onlar
(müxlis, yəni səmimi, sədaqətli dostlar - A.T) üçün
məlum bir ruzi vardır, növbənöv meyvələr vardır.
Onlar
hörmətlə
şərəfə
nail
olacaqlar
NƏİM
CƏNNƏTLƏRİNDƏ...
Onlar
üçün
cənnət
saqiləri
tərəfindən adamı kefləndirməyən, behiştdə çay kimi
axan
şərab
dolu
piyalələr
dolandırılacaqdır.
Ağappaq, özü də içənlərə ləzzət verən bir şərab.
Onun içində /dünyadakı şərabdan fərqli/ ağlı başdan
çıxaran, başağrısı, süstlük verən heç bir şey
yoxdur. Onlar ondan məst olmazlar. Onların yanında
gözəl,
irigözlü,
baxışları
yalnız
/ərlərinə/
dikilmiş zövcələr olacaqdır. Onlar sanki örtülü
/heç bir əl dəyməmiş, qabığı içində təzə-tər
qalmış, ağğappaq/ yumurtadırlar, yaxud sədəf içində
gizlənmiş incidirlər” (37:41-50). Onlar orada nə
günəş /qızmar isti/, nə də sərt soyuq görəcəklər.
Cənnət ağaclarının kölgələri üstlərinə düşəcək,
meyvələri
də
onların
ixtiyarında
olacaqdır
/istədikləri yerdə, istədikləri zaman onları dərib
yeyə biləcəklər/... Orada onlara zəncəfil qatılmış
/zəncəfil dadı verən/ şərab da içirdiləcəkdir.
/Zəncəfil/ cənnətdə bir çeşmədir ki, suyu boğazdan
çox rahat keçdiyi üçün Səlsəbil adlanır. Onların
dövrəsində
həmişəcavan
/xidmətçi/
oğlanlar
olacaqdır. Onları gördükdə sanki /ətrafa/ səpilmiş
inci olduqlarını zənn edirsən. /Orada/ hara baxsan,
nemət və böyük mülk görərsən” (76:13-21).
Bundan əlavə Quranda cənnət “saysız-hesabsız
ruzi” (40:40) diyarıdır, qızıl, gümüş dolu Hatəm
mülküdür, “ahu gözlü hurilər”in və “sədəf içində
inci kimi gizlənmiş oğlanlar”ın (52:20-24)
1
füsunkar
bağçasıdır. Bu bağça, bu bağ əbədi kef bağçasıdır,
273
təbiət
içrə
maksimal
komfort
və
gözəllik
bağçasıdır, bol-bol ruzilər bağçasıdır, havayı
nemətlər bağçasıdır, problemsiz həyat zonasıdır,
ölümsüz olumdur.
Adəm və Həvvadan savayı heç kim cənnəti
görməyib.
Hərçənd
bir
hədisdə
Muhamməd
peyğəmbər
cənnətin quruluşu haqqında bunları deyir: “Oranın
kərpicləri qızıldan və gümüşdəndir, malası -
müşkdən, daşları - mirvaridən və yaqutdan, torpağı
- zəfərandan. Kim ora daxil olsa, firavanlıq içində
yaşayacaq və bilməyəcək kədər nədir, əbədi qalacaq
və heç vaxt ölməyəcək. Onun paltarı korlanmayacaq,
gəncliyi solmayacaq... Həqiqətən, cənnətdə 100
pillə vardır ki, bu pillələri Allah onun yolunda
cihad eləyənlər üçün hazırlayıb: hər iki pillə
arasındakı məsafə yerlə göy arasındakı məsafə
qədərincədir.
Nə
vaxt
siz
Allahdan
xahiş
eləyirsiniz,
əl-Firdousi
istəyin.
Çünki
bura
Cənnətin ən yaxşı və ən yüksək məqamıdır (yəqin ki
yüzüncü pillə-mərtəbənin özüdür - kursiv A.T.) ki,
oradan cənnət çayları şaxaşax axır, oranın üstündə
isə Mərhəmətlinin Səltənəti bərqərardır”.
2
Deməli,
cənnətin sahəsi yerlə göy arasındakı məsafədən 100
dəfə boyükdür, pillə-pillədir, mərtəbə-mərtəbədir
və axırıncı Firdous cənnətindən sonra heç nə ilə
məhdudlaşmayan 101-ci pillə-mərtrəbə Allahındır.
Cənnət nərdivan tiplidir, cəhənnəm isə quyu tipli.
Nədən mən bunu belə söyləyirəm? Ona görə ki,
cəhənnəm quyusuna atılmış daş 70 il yol gedir və
nəhayət,
dibə
çatır.
Cənnətin
strukturunmun
nərdivan modelində olmasına baxmayaraq burada cəmi
8 qapı var və onlar 8 cənnət sektorunu işarələyir.
Musa peyğəmbər də İsrail oğullarını Misirdən
müqəddəs torpağa apararkən onları elə cənnət
ideyası ətrafında birləşdirmişdi, yəni yəhudilərə
potensial cənnəti vəd etmişdi.
Dostları ilə paylaş: |