Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə88/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   84   85   86   87   88   89   90   91   ...   135

 

265 


insanların  ehtirasları  azğınlaşıb  VAMPİRƏ  çevrilir. 

Azərbaycan 

ədibinin 

yaratdığı 

vampir 

insan 


ehtirasının (nəfsinin) şəklidir, obrazıdır.  

     Milli ədəbiyyat tarixində Şamama cadu XX  əsrin 

yeganə  azərbaycanlı  vampiridir:  yaşı  1901-ci  ildən 

hesablanır. Niyəsi də bu ki, “Pəri cadu” faciəsinin 

finalında  vampir  Şamama  cadu  odunçu  Qurbanın 

boğazını  dişləyib  onun  qanını  içir.  Bu  fakta  görə 

vampirlik  şübhə  altına  alına  bilməz.  Vampir  Avropa 

mifologiyasının 

personajıdır: 

gecələr 


qəbirdən 

xortdayıb  (hm...  Xortdan)  yarasa  görkəmi  alan  bu 

obraz  yatmış  adamların  qanını  sormaqdan  pataloji 

həzz  duyur  və  elə  bununla  da  qidalanır.  Vampirlər 

üçün  gün  işığını  və  ya  xaçı  (xaç  Günəşin  simvolu 

kimi)  görmək  ölüm  deməkdir,  tamamilə  məhv  olmaq, 

külə  dönmək  deməkdir.  Bu  personaj,  XIX  yizildən 

etibarən,  əgər  lord  Bayron  nəzərə  alınmasa,  Avropa 

mədəniyyətinə  aktiv  şəkildə  daxil  olmağa  başlayır: 

Abraham  Stoker  “Drakula”  romanını  yazır,  Henri 

Maafsgenrin  “Der  Vampir”  operasını  bəstələyir.  XIX 

əsrin  sonuna  doğru  Batı  ədəbiyyatında  “vampirlik” 

tendensiyası  daha  da  güclənir.  Onda  belə  çıxır  ki, 

Əbdürrəhimbəyin  Xortdanı  da  potensial  vampir  sayıla 

bilər.  Axı  onun  üçün  də  düzəldilən  iksirə  qan 

qatılır... 

Ümumiyətlə, 

Azərbaycan 

türkcəsində 

vampirlər  Xortdan  adı  ilə  çağrılmırmı?  Güman  etmək 

olar  ki,  Şamama  cadu  da,  Pəri  cadu  da,  Xortdan  da 

Avropadan  gəlmə  təsirlərin  nəticəsi  olmuş  ola. 

Hərçənd  yüzfaizli  arxayınlıqla  söyləmək  çətindir. 

Başqa  bir  fikrimdə  isə  mən  tam  əminəm:  cəhənnəm 

Əbdürrəhimbəy 

Haqverdiyev 

dramaturgiyasının, 

nəsrinin  çox  vacib  bir  kontrapunktu,  ədalətsiz 

toplumun  sinonimi,  bədbəxt  həyatın  adı.  Bu  xüsusda 

müəllifin  “Röya”  hekayəsindən  bir  sitat:  “İkinci, 

məni  təəccübə  gətirən  halət  bu  idi  ki,  göyün  üzünü 

qara  buludlar  tutmuşdu.  Amma  buludlar  arasında  

ulduzlar  parıldaşırdı  və  qışın  soyuğunda  qətrə-



 

266 


qətrə  yağış  tökülürdü.  Göyün  üzünə  dürüst  baxıb 

gördüm  başımın  üstündə  bulud  hesab  etdiyim  övrət 



başlarıdır 

ki, 


pırtlaşmış 

saçları 


bir-birinə 

dolaşıb  qara  bulud  tək  havada  dolanırlar  və 

işıldayan 

ulduzlar 



anaların, 

bacıların 

gözləridirlər  ki,  yerə  qətrə-qətrə  yaş  tökürlər”. 

Yenidən  fantasmaqoriya,  psixi  enerjinin  sürrealist 

“püskürmələri”  (çoxsaylı  Qorqon  Meduzaların  kütləvi 

səma  piketi):  mikrokosm  makrokosmda  güzgülənir, 

hiperbolik 

formalara 

düşür. 

Başımızın 



üstü 

cəhənnəm,  ayağımızın  altı  cəhənnəm,  böyrümüzdə 

cəhənnəm. 

Vertikal, 

horizontal, 

sagittal 

vektorlarında 

cəhənnəm 

kabusları 

dolaşır. 

Xortdanlar  (vampirlər)  isə  cəhənnəm  əbədiliyinin 

xidmətçiləri,  hökmran  olmaq,  hüdudsuz  hakimiyyətə 

sahib 

olmaq, 


üstün 

olmaq, 


üstinsan 

olmaq 


sevgisinin, 

sosial 


ədalətsizliyin, 

zorakılığın 

sublimasiya  məhsulu.  Cəhənnəm  onların  məskəni, 

məkanı.  Lakin...  bununla  belə...  əgər  toplumda 

əzilən,  kasıblıq  içində  gün  çürüdən,  haqqı  əlindən 

alınan kimsələr yaşayırsa, ora cəhənnəmdir və orada 

mütləq  xortdanlar  (millətin  qanını  içən  yekə 

vampirlər)  gəzişir.  Ona  görə  də  Əbdürrəhimbəy  öz 

bədii  dünyasında  gerçəkliklə  cəhənnəm  arasına  bir 

bərabərlik  işarəsi  atır.  Yazıçı  üçün  işıqsız, 

maarifsiz  həyat  elə  cəhənnəmin  özüdür  ki,  var... 

Amma 


gərək 

unudulmasın 

ki, 

cəhənnəm 



bütün 

variantlarda  yalnız  bir  obraz,  nağıl,  folklor, 

gerçəkliyin  patoloji  qavrayışı.  Bu  cəhənnəmdə,  yəni 

yuxulu  nağıl  şəhərində  yaşayan  MİRZƏNİN  ismi-

şərifi,  yəni  mübarək  adı  isə  ƏBDÜRRƏHİMBƏY.  Ağız 

(şifahi)  ədəbiyyatının  nağıl  janrı  Haqverdiyev 

yaradıcılığının  bünövrəsi.  Onun  bütün  nəsri  də 

monoloqlar  üzərində  qurulub.  Əbdürrəhimbəyin  hər 

hekayəsi 

bir 


monoloqdur; 

sanki 


yazılmayıb, 

danışılıb,  nəql  edilib.  Bu  fikri  bir  qədər  dəyişib 

belə də demək olar ki, Azərbaycan dramaturgiyasında 



 

267 


hər  monoloqun  müəllifi  özünəməxsus  bir  nağılçıdır. 

Bu  dramaturgiyada  heç  kim  bir-birini  “dinləmir”, 

başqasının  səsinə,  intonasiyasına  qulaq  asıb  yenə 

öz  nağılını  danışır.  Əbdürrəhimbəy  Haqverdiyevin 

yaradıcılığı,  sənətçi  üslubu  və  simvolizmi  qorxulu 

nağıllar  kontekstindən  boylanır.  Yuxulu  şəhərin 

sakinlərinin  qulağına  mirzələr  (nağılçılar)  elə 

həmişə nağıl pıçıldarlar... 

 

 

 



Ədəbiyyat:  

1

 Toporov V.N. Prostranstvo i tekst // V kn. Tekst:  



  semantika i struktura. - M., 1983. - S.228-284. 

2

 Salqanik M. Qarmoniya islama: zametki na polyax odnoy  



  kniqi // İL. - № 5-6, 1992. - Ы.302-308. 

3

 Bammat N.D. Konsepsiya prostranstva v islamskom mire // 



  Kulturı. - № 1, 1983. - S.40-50. 

4  


Haqverdiyev Ə. Əsərləri 3 cilddə / C.2: Proza. - B., 

   319 s. 

5

  Kulpin E.S. Bifurkasiya Zapad - Vostok i ekoloqiçeskiy  



   imperativ: o konsepsii razvitiya N.N.Moiseyeva //  

   Vostok. - № 1, 1993. - S. 5-15. 

6

  Mütəllimov T. Əbdürrəhimbəy Haqverdiyevin poetikası. - 



   B.: Yazıçı, 1988. - 328 s. 

 

 



 

                          2001-2008-ci illər 

 

 

 



   

 

 



 

 

   



               


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə