256
dekonstruksiyasına
girişir,
haramla
bağlı
mifolojini dağıdır.
Şeyx Şəban da əslində müsəlman məkanı ilə
oyundur, onu mifdən çıxarmaq cəhdidir. Ol səbəbdən
Şəban əmi simvollaşmır, rəmzləşmir. Şeyx Şəban
islamda absurdun nişanəsidir, əlamətidir; hətta
absurdun özüdür və antimifdir. Bu tip personajlar
sanki məkanın içindən, - torpaqdan, divarlardan,
damlardan, - özbaşına pırtlayıb çıxırlar və bir
vaxtdan sonra məkan onları elə bil ki təzədən
“udur”. Və həqiqi müəllif bu adamlarla özü
arasındakı zaman məsafəsini heç bir vəchlə qırıb
onların həyat cədvəlinə düzəlişlər vermək istəmir.
Bu, heç mümkün də deyil. Çünki absurd da mif
formasıdır, mif variantıdır: bir fərqlə ki, orada
qəhrəmanlar,
gözəllər,
əjdəhalar
yox,
üz
sızağanına, nəm taxta göbələyinə bənzəyən insanlar
yaşayır. Və qapalı bir mifik “mifsizlik” zonasıdır.
Onu yalnız “oxumaq”, yozmaq və təfsir etmək olar,
dəyişmək isə xam xəyal.
Əbdürrəhimbəydə
məkan
tanış
müsəlman
məkanıdır: amma oranın hər künc-bucağında, vertikal
və
horizontalında
absurdun
balaca
kabusları
gəzişir.
“Bir gün ramazan ayında Mirzə Alı axunda
şikatət etmək xəyalına düşüb m ə s c i d ə gedir”
(”Uca dağ başında”).
“Bir gün Mirzə Səfər R a s t a b a z a r d a n
ötərkən qulağına bir səs gəldi... Bir-iki gündən
sonra Həsən Ağa Mirzəni b a z a r d a n keçən
görüb çağırdı” (“Mirzə Səfər”).
“Sabiq tacir Ağa Qurbanı hamı tanıyırdı.
R a s t a b a z a r d a iki qapıdan ibarət bəzzaz
mağazası vardı” (“Kapitalizmlə mübarizə”).
“Sübh
tezdən
evindən
çıxıb
üz
qoyur
b a z a r a tərəf getməyə. Yenə görür ki, hər
yandan “ay namərd, ay namərd” səsi gəlir. Bu kişini
257
də belə b a z a r a (saçmalar mənimdir - A.T.)
həsrət edirlər”
4
.
Sənətin, ədəbiyyatın kökləri həmişə müəyyən
əsr və ərazilə, bu əsr və ərazinin mifolojisilə
bağlıdır. Əbdürrəhimbəy üçün bu dövr XIX yüzildir,
Ortaçağ
müsəlman
dünyasının
sonuncu
əsridir,
məkansa MƏSCİD və BAZAR həndəvərində daxma-daxma
tikilmiş,
məhəllə-məhəllə
salınmış
şəhərdir,
əyalətdir.
Bu
şəhər-əyalət-kənd
yekə
bir
çərçixanadır: camaat səhərdən axşamacan danışır və
hamı hər söhbəti aydın eşidir. Çünki məscid və
bazarda
söz
“qalmır”,
ləngimir,
əksinə,
dinamikləşir, çoxalır, tirajlanır. Bir də ki
buranın sakinləi yer üzünün ən bekar adamlarıdır.
Bekarçılıq ucbatından onları zaman-zaman kəsafət
basır, tənbəllik bürüyür, beyinlərini, əsəblərini
divanəlik, ruhi xəstəlik məngirləyir. Gör necə
əyyamdır
ki,
camaat
dəli
oynatmağı
özünə
məşğuliyyət seçib, peşə eləyib. Absurdun zirvəsi.
Dəli
məkanın
canlı
kuklasıdır,
yaraşığıdır,
əyləncəsidir. Odur ki, hərə bir dəli “yaradıb”, bir
dəli “kəşf edib” bazara çıxarmaqdan fəxr duyur.
Nədən
ki,
toplumun,
daha
doğrusu,
bekarlar
ordusunun dəliyə ehtiyacı var. Özü də bu məkanda
kimisə qaralayıb, təkləyib, xamlayıb, sinirlərini
vaxtaşırı qıcıqlandırıb, arxasına bir bölük fitvalı
uşaq qoşub onu havalandırmaq, sərsəm bir bəndəyə
döndərmək su içmək kimi bir şey.
Ə.Haqverdiyevin hekayələrindən boylanan şəhər-
əyalətdə
bataqlıq
xisləti
var:
düşdün,
çıxa
bilmirsən; zığa, palçığa batıb hamıya tay olursan,
hamıyla bərabərləşirsən, adiləşirsən, fağırlaşırsan
və bir də ayılırsan ki, ömrün sonu yetişib... Şeyx
Şəban kimi... Mirzə Səfər kimi... Vay o gündən ki,
sənə məscidi, bazarı da çox görələr... Əli bəy
kimi, Mirzə Alı kimi. Dəhşət burasındadır ki, bu
məkanda hər cür müqavimət (mübarizə, üsyan, təzyiq)
258
də mənasızdır, gücü sıfra bərabərdir. Virtual
bataqlığa nə müqavimət?! Çabalasan, dibə daha tez
gedəcəksən.
Əbdürrəhimbəyin
personajları
da
müqavimətsizdirlər: ölüdürlər, kukladırlar, yoxsa
yuxuda yaşayırlar, bilinməz. Yalnız bir müəmma
qismən aydındır: onların taleyi məkana (bataqlığa)
“həkk edilib”, məkanda nömrələnib, şifrələnib;
məxfidir,
məqam
gözləyir
aşkarlanmağa.
Amma
aşkarlanmır: şəhərin daşlarından, divarlarından
zaman keçdikcə silinib gedir.
Nədən
ki,
bu
şəhər-əyalətdə
passionar
enerjinin tənzimləyicisi də məkandır və bu məkan,
bir növ, ucuz və “orijinal” basma kağızı kimi bir
şeydir: nə oldusa, özünə hopdurur. Bu məkan
müxtəlif tekstlərdə açılır, müxtəlif tekstlərdə
obrazlaşır, simvollaşır. AZAN, BOZBAŞ və NAĞIL bu
məkanın ənənəvi tekstləridir. Dini, ideologiyanı,
dünyaqavrayışını AZAN, materiyanı, həyat tərzini,
məişəti BOZBAŞ, idrakı, refleksiyanı, əyləncəni
NAĞIL
eyhamlaşdırır.
Bundan
əlavə...
müsəlman
məmləkətlərində
məkan
öz-özünü
tekstləşdirmək,
nağıla
dönmək,
mifləşmək
uyuşqanlığına,
plastikliyinə malikdir: belə ki, burada gerçəyin
yanında, böyründə, və bəlkə də içində daim ilğım
sürünür. Bu kontekstdə AZAN və BOZBAŞ mühitin
mürgülü
ovqatının
emosional
obrazları,
nağıl
atmosferinin kulturoloji və fizioloji şərtləri kimi
yozulur. NAĞIL isə ictimai psixozun həm formasıdır,
həm də vasitəsi: yuxu ilə hipnoz arasında dayanır.
Bir
tərəfdən
nağıl
haradasa
danışılan,
dilə
gətirilən, sözə çevrilən yuxudur. Digər tərəfdən
isə nağılın özü insanı (auditoriyanı) hipnoza
salmaq imkanındadır. İslam dünyasında məkan həmişə
nağılvaridir: hətta o dərəcədə ki, məxsusi nağıl
uydurmağına dəyməz. Yəni NAĞIL MƏKANIN İÇİNDƏ
PERMANENT VƏ LATENT ŞƏKİLDƏ HƏR AN MÖVCUDDUR. Adicə
minarə və gümbəzin görünüşü bəsdir ki, seyrçi
Dostları ilə paylaş: |