Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə87/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   83   84   85   86   87   88   89   90   ...   135

 

262 


bir şəkildə yozur. Məntiq hər yerdə hər zaman nağıl 

məntiqidir, islam mifolojisinin məntiqidir. 

     Və 

bu 


məntiqlə... 

“bəli, 


vasil 

olduq 


cəhənnəmə”...  Xortdan  deyir  bunu  “Məktublar”da  və 

nədənsə... 

birdən-birə 

başlayır 

cəm 

şəklində 



danışmağa.  Nağıl  kontekstində  “bəli,  vasil  oldu 

cəhənnəmə”  ifadəsi  təkdə  işlədilir  və  şər  qüvvənin 

ölümünü,  xoşbəxt  finalı  müjdələyir.  Povestdə  isə 

bir  neçə  məna  şifrələnib  bu  cümlədə:  yəni  yazıçı 

ifadəni  polifonikləşdirib.  Əvvəla:  Xortdan  özünü 

neqativ  auraya,  energetikaya  malik  personajlar 

cərgəsində  görür  və  qavrayır;  yoxsa  “vasil  olduq” 

kəlmələrini  “şəxsiyyətinə”  yaraşdırmazdı.  İkincisi: 

bu, 

yazıçının 



bədii 

üslubunun 

vacib 

təzahür 


elementidir  ki,  “Məktublar”ı  maksimal  dərəcədə 

nağıla 


yaxınlaşdırır; 

Xortdanın 

ölüb-dirilmək 

funksiyasını  işarələyir  (yəni  cəhənnəmə  vasil  olmaq 

üçün  ölmək  gərək).  Üçüncüsü:  oxucu  Xortdanla  yol 

yoldaşı  olub  başa  düşür  ki,    cəhənnəm  elə 

gerçəkliyin  özüdür.  Onda  belə  çıxır  ki,  cəhənnəm 

əfsanədir,  nağıldır,  gerçəklik  isə  -  cəhənnəm. 

Deməli,  tənliyin  bir  tərəfi  yenə  o  biri  tərəfinə 

bərabərdir:  yəni  gerçəklik  nağıldır.  Elə  cəm 

halında cəhənnəmə vasil olmağın da məğzi bu, mənası 

bu:  YUXULU  ŞƏHƏRİN  SAKİNLƏRİ  BİLMƏRRƏ  CƏHƏNNƏMDƏ 



YAŞAYIRLAR  VƏ  ONLARIN  TARİXÇƏSİNİ  YALNIZ  NAĞILÇI 

XORTDAN  DANIŞMAĞA  QABİLDİR.  Buradan  da  digər  bir 

semantik-filoloji  düstura  yol  açılır:  MÜSƏLMAN 



DÜNYASINDA  HƏR  BİR  NAĞILÇI  POTENSİAL  XORTDANDIR. 

Təbii  ki,  bu  yerin  MİRZƏSİ  də,  bişəkk,  XORTDAN 

olar. 

Lakin 


bir 

dəqiqə... 

Əbdürrəhimbəy 

Haqverdiyevin  “Məktublar”ında  cəhənnəmin  gerçək 

modeli 

var: 


bu 

model 


Bakıdır. 

“Məktublar”ı 

sitatlaşdırıram, 

yəni 


bu 

xüsusda 


söz 

Əbdürrəhimbəyin  sözü  olsun:  “Mən  cəhənnəmi  həmişə 

Bakının  mədənlərinə  oxşar  birşey  hesab  edirdim  və 

çox  vədə  də  deyirdim  ki,  cəhənnəm  yəqin  Bakıda 




 

263 


olacaq.  Neft  quyularının  hamısından  alov  göyə 

dirəklənəcək 

və 

günahkarları 



birbəbir 

təpəsi 


üstündən quyulara salacaqlar. Bir də mən belə hesab 

edirdim  ki,  cəhənnəm  bir  böyük  şəhərdir  dəryanın 

kənarında 

düşübdür. 

Təmrat 

hamısı 


oddandır. 

Yananlar  istəyirlər  ki,  özlərini  dəryaya  atsınlar, 

bəlkə  su  onların  əzabını  azalda,  amma  olmur. 

Əziyyətləri  birə-iki  artır”.  “Məktublar”da  Xortdan 

sanki 

paralel 


gerçəkliklərin 

mediatorudur, 

əlaqələndicisidir; 

oxucu 


üçün 

iki 


dünyanı 

panoramlaşdıran  məhz  odur.  Hərçənd  ki,  Xortdanın 

təsvirində  gerçəklik  bir  cəhənnəm  variantı:  onlar 

arasında  heç  bir  fərq  yox.  Şəhər  cəhənnəmdir, 

cəhənnəm  guşəsidir,  cəhənnəmin  faciə  kodlarında 

karnavallaşdırılmış  formasıdır.  “Cənab”  Xortdanın 

iksir  dalınca  gəldiyi  Şuşa  şəhəri  də  povestdə  elə 

təsvirlənir  ki,  cəhənnəm  variantı  kimi  qavranılır: 

“Gecə  saat  on  ikiyə  yaxın  Şuşaya  varid  olduq 

(yadınıza salın “cəhənnəmə vasil olduq” ifadəsini - 

A.T). 

Ancaq 


şəhər 

görünməyirdi. 

Ətrafda 

xarabalıqdan  savayı  bir  şey  yoxdu.  Səbəbini  xəbər 

aldım.  Məşədi  Səttar  gülüb  dedi:  “Burada  şeytan 

özünə  doqquz  gün  doqquz  gecə  toy  elədi.  Şəhərin 

evlərindən 

məşəllər 

qayırmışdılar. 

Gecə-gündüz 

tüfəng  səsləri  kəsilmirdi.  Hətta  şeytan  tərəfindən 

gəlmiş  bir  yaranal

6

  şəhərin  içində  top  da  atırdı. 



Toy  çox  şükuhlu  keçdi.  Camaatdan  da  çox  qırılan 

oldu.  Ancaq  neyləməli,  şeytan  əməlindən  xata 

çıxmasa 

olmaz”. 


Bu, 

bir 


yandan 

təmiz 


fantasmaqoriyadır,  rus  yazarı  Mixail  Bulqakovun 

“Ustad  və  Marqarita”  romanından  bəlli  “ifrit  və 

əcuzələrin  kef  mərasimi”  və  ya  “əcuzələr  məclisi” 

səhnəsinin  müsəlmansayağı  arxaikasıdır,  cəhənnəmə 

oxşar  gerçəklikdir,  nağıla  dönmüş  reallıqdır.  Digər 

tərəfdən  isə  burada  rus  ordusuna,  rus  siyasətinə 

ünvanlanmış  maskalı  bir  həcv,  satira  var.  Bəlkə  də 

bu  povestdə  İbrahim  xanın  və  ailəsinin  qətli 




 

264 


məxfiləşdirilib  və  şeytanın  toyunun  fəsadları  kimi 

qələmə  verilib?  Axı  burada  açıq-aşkar  rus  generalı 

ilə  şeytan  arasında  bərabərlik  işarəsi  qoyulur! 

Həqiqətən,  nağılın  plastikliyi  heyrətamizdir.  Nağıl 

konstruksiyası,  nağıl  janrı  Əbdürrəhimbəy  üçün 

bəhanədir,  sosial  aktuallığı,  publisistik  ifşa 

pafosunu  məxviləşdirməkdən  ötrü  vasitədir.  Bakı  - 

cəhənnəm 

fraqmenti... 

Şuşa 


cəhənnəm 

fraqmenti...  Bu  nədir?  Paranoyya?  Yox,  əsla. 



Əbdürrəhimbəy  Haqverdiyev  bununla,  sadəcə,  demək 

istəyir 


ki, 

HARADA 

ƏDALƏT 

POZULURSA, 

HAQQ 

TAPDALANIRSA ORA CƏHƏNNƏMDİR.  

     Yazıçı  folkloru  sosiallaşdırır,  gerçəkliyi 

folklorlaşdırır  və  bu  transaktiv  prosesdə  məhz 

məkan  ötürücü  olur,  daha  dəqiq  ifadə  eləsəm, 

özünəməxsus  stalker  funksiyasını  yerinə  yetirir. 

Haqverdiyev  yaradıcılığında  folklor    ünvanlı,  mif 

ünvanlı  motivlər  bolluca,  nağıl,  əsatir,  rəvayət 

nişanələri  boydan.  Cəhənnəm  islam  mifologiyasından 

gəlir, 

Xortdan 


nağıllardan. 

Əbdürrəhimbəyin 

hekayələrində,  pyeslərində  onun  nağıl  danışmağa 

sonsuz  həvəsi  aşkar  duyulmaqda.  Amma  bir  şey 

qəribədir, 

hardandır 

Əbdürrəhimbəydə, 

yaxşı 


Avropa 

təhsili 


görmüş 

Azərbaycan 

ziyalısında, 

Azərbaycan  maarifçisində,  -  xortdanlara,  əcinələrə, 

əcuzələrə, 

ifritələrə, 

kabuslara, 

cəhənnəm 

sakinlərinə qarşı bu maraq, bu meyl? 

     Azərbaycan  ədəbiyyatı  tarixində  Əbdürrəhimbəy 

Haqverdiyev 

simvolizmin 

banisi. 

O, 


milli 

dramaturgiyanın 

özünəməxsus 

Moris 


Meterlinki, 

Leonid Andreyevi.  Nağıl onun üçün reallığı tanınmaz 

etmək,  gerçəkliyin  əsl  “sifət”ini,  mahiyyətinin 

hüsnünü 


görükdürmək 

cəhdidir: 

bu 

sənətkarın 



əsərləri  fantastika  ilə  mistika  sərhədində;  amma 

faciəni  yaşayansa  insan.  Haqverdiyevdə  simvollar 

gözəgörünməz  ehtirasları  vizuallaşdırıb  sərgiləmək 

üçündur.  Əbdürrəhimbəyin  yaradıcılığında  məhz  adi 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə