Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə83/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   79   80   81   82   83   84   85   86   ...   135

 

250 


gəlsin,  axunda  və  ya  nağılçıya  qulaq  assın, 

başqalarını  görsün,  özünü  göstərsin,  ictimai-sosial 

vəziyyətdən  xəbər  tutub  məlumatlansın.  Əgər  məscid 

pafoslu,  bəlağətli  nitq,  həzin  melodik  deyim, 

stilizə  olunmuş  kanonik  jestlər,  pozalar  teatrı 

idisə,  bazar  adi,  sərtbəst  danışıq,  açıq-saçıq 

davranışlar,  insan  bədəninin  aşağı  nahiyyəsilə 

bağlı  kobud,  nalayiq  hərəkətlərin,  jestlərin  ifa 

edildiyi,  biabırçı  söyüş  və  qarğışların,  mənasız, 

təsirsiz  qurban-sadağaların,  andların  səsləndiyi 

meydan  teatrının  gerçəkliyini  görükdürürdü.  Məscid 

divarları  arasında  müsəlman  tərəfindən  yaşanılan 

vəcd  bazarda  karnaval  formalarının  təklif  etdiyi 

familyar 

münasibətlər 

vasitəsilə 

neytrallaşdırılırdı.  İslam  dünyasında  məscid  və 

bazar  nəinki  bir-birinə  mane  olur,  hətta  əksinə, 

biri  digərinin  sosial,  kulturoloji,  psixoloji  və 

toplumsal  funksiyasını  tamamlayırdı.  İbadət  və 

alver  müsəlman  memarlığının  real  ideyası,  mövzusu 

olub.  əslində  isə  ibadət  və  alver  qarşıdurumu 

bəqa/fəna  (əbədi/ötəri)  dixotomiyasının  məkanda 

obrazlaşdırılmasıdır. 

     Mən  belə  bir  məkanı  və  bu  məkana  sanki  külək 

tərəfindən 

gətirilib 

müvəqqəti 

“ilişdirilmiş” 

adamları 

Əbdürrəhimbəyin 

hekayələrində 

gördüm. 

Gördüm  və  tanıdım.  Tanıyıb  da  anladım  ki,  “BU, 



BİZİK”; özgələr üçün yaxşıyıq, özümüz üçün  PİSİK... 

və  elə  həmişə  də  bu  cür  olmuşuq:  məsələn,  Şeyx 

Şəban  kimi,  Mirzə  Səfər  kimi.  Olmuşuq  yarımçıq, 

canbəsər,  bivec,  kəmsavad,  bir  az  lotu,  bir  az 

mömin,  yəni  ambivalent,  yəni  gic-bic.  Olmuşuq 

qarışıq,  amorf.  Niyə?  Çünki  bizi  bu  məkan  yaradıb. 

Elə  bir  “tilsimli”  məkan  ki,  orada  yalnız  absurd 

gəlişir,  orada  yalnız  İbadət  və  Alver  var  və  orada 

yalnız  Allah  adına  yayımlanan  xurafat  var  və  sən 

yoxsan. Sanki qapalı cadu zonasıdır bura: nə getmək 




 

251 


mümkündür,  nə  qalmaq.  Çıxış  yolu  bir  ölümdür,  bir 

də dəlilik. 

     Haqverdiyevin  personajları  da  elə  bil  bu 

“cadulu”  məkana  küləklə  gətirilib  ilişdiriliblər, 

sonra  isə  bu  məkana  yapışıblar,  bitişiblər,  pərçim 

olublar  və  tərpənməyə  daha  heyləri  qalmayıb: 

sakitcənə,  müti  qul  kimi  bir  yerdə  əyləşib, 

dayanıb,  uzanıb  Allahdan  verilmiş  ömrün,  taleyin, 

alın  yazısının,  qismətin  məlum  sonunu  gözləyirlər 

(külək  əsəcək  və  onları  götürüb  aparacaq)  və  hətta 

TANRIYA bu paya görə şükr etməkdən bezmirlər.  

     Bu  müsəlman  həyat  tərzinin  obyektiv  şəklidir, 

trafaret görüntüsüdür və XIX yüzilə aiddir. Ona iki 

cür  yanaşıb  qiymət  vermək  olar.  Birincisi:  Şərq 

fəlsəfi  sisteminin  dəyərlərinə  görə  bu,  ən  ali 

mərtəbədir, 

ideal 

müqavimətsizlikdir, 



Budda 

vəziyyətidir, 

nirvanadır, 

dünya 


harmoniyasında 

“əriməkdir”, 

heçləşməkdir, 

“mən” 


üzərində 

tam 


qələbədir, 

“mən”dən 

qurtulmaqdır, 

kamillik 

zirvəsidir. 

İkincisi: 

avropalı 

maarifçinin 

təfəkkürünə  görə  bu,  passivlikdir,  tənbəllikdir, 

absurdun,  tragikomediyanın,  şəbədənin  qapılarını 

açan  olum  modusudur,  rişxənd  obyektidir.  Bax,  bu 

fərqlilik,  bu  ikilik  Əbdürrəhimbəyin  fikir  dünyası 

üçün  xarakterik  haçalanmaya  çevrilir,  yazıçını 

düşüncə 


diskomfortu, 

düşüncə 


konflikti 

içində 


yaşamağa  sövq  edir.  Elə  bunun  ucbatındandır  ki, 

Haqverdiyevin 

öz 

personajlarına 



münasibəti 

ambivalentdir:  bir  yanda  maarifçi  tənqidi,  maarifçi 

mühakiməsi,  ironiya,  rişxənd;  o  biri  yanda  isə 

Şərqin  fəlsəfi  koordinatlarında  qərarlaşmış  düşünər 

bəraəti. 

Nümunə 


Şeyx 

Şəban: 


Mirzə 

Səfərə 


toxunmuram. 

Kim 


deyə 

bilər 


ki, 

Şeyx 


Şəban 

bədbəxtdir,  ya  xoşbəxt?  Kim  deyə  bilər  ki,  o,  necə 

bir  adamdır?  Kim  deyə  bilər  ki,  Şeyx  Şəban 

qəhrəmandır,  yoxsa  antiqəhrəman?  Dəqiq  heç  kəs. 

Nədən  ki,  Şeyx  Şəban  öz  mühitində  balıq  suda 



 

252 


yaşayan 

kimi 


yaşayır, 

ağrısız, 

şikayətsiz, 

sevincsiz, 

kədərsiz 

yaşayır, 

eqzistensiyasız 

yaşayır,  Allahın  ətəyini  tutub  yaşayır,  bir  təhər 

çörək  pulusunu  qazanıb  yaşayır.  Bəli,  “mən  haman  o 

Şeyx  Şəbanı  deyirəm  ki,  yolun  qırağındakı  məhəllə 

məscidinin  qabağında  əyləşib  pinəçilik  edirdi. 

Yağış 


yağanda 

sel 


gətirən 

köhnə 


başmaqları, 

çustları,  çəkmələri,  çarıqları  yığıb,  qəlibə  vurub, 

yamayıb,  ucuz  qiymətə,  cütünü  bir  abbasıdan,  altı 

şahıdan  satırdı”.  Bu,  Ə.Haqverdiyevin  hekayəsinin 

başlanğıcıdır.  Məkan  da  lap  əvvəlcədən  bəlli: 

məhəllə  məscidinin  önü;  yəqin  ki,  tabaq  formalı 

şəhərin  mərkəzi  bir  bölgəsi,  onun  çuxurabənzər 

“dibi”. Nə üçün mən bunu belə əminliklə söyləyirəm? 

Çünki  müsəlman  şəhərlərində  məscidlər,  adətən, 

qıraq 


küçələrdə, 

kənarda 


yox, 

məhz 


mərkəzi 

məhəllələrdə, 

əhalinin 

sıx 


olduğu 

yerlərdə 

tikilərdi.  Bu,  bir.  İkinci  də  pinəçi  əldən-ayaqdan 

uzaq  bir  küncdə  xidmətini  camaata  təklif  edib  nə 

qazanacaqdı  ki?  Başqa  bir  məqam:  sel  məhəllə  boyu 

üzü  aşağı  axıb  getsəydi,  Şəban  cındır  başmaqları 

sudan  nə  cür  çıxaracaqdı?  Deməli,  məscid  və  Şeyx 

Şəban haradasa şəhərin mərkəzində, ya da ki mərkəzə 

yaxın 

bir 


çevrədə 

mövcuddurlar. 

Şəhərin 

bu 


bölgəsinin 

mifoloji 

semantikasına 

görə 


burada 

məkana  PİNƏÇİ  (horizontal)  və  AZANÇI  (vertikal) 

sahibdirlər.  Şeyx  Şəbansa  həm  pinəçidir,  həm 

azançı.  O,  müəllifin  təsvirində  sanki  balaca  bir 

heykəlcikdir,  kukladır,  pinəçi  fiqurudur  ki,  ibadət 

zamanı  əyləşdiyi  kətildən  dik  qalxıb  minarəyə 

“dırmaşır”  və  müəzzinlik  edir.  Öz  semantik  mənalar 

çənbərinə  görə,  məncə,  Azərbaycan  ədəbiyyatında  ən 

unikal  epizodlardan  biri.  Məsələ  bu  ki,  islam 

dünyasında  bütün  çarıqlar,  başmaqlar,  qaloşlar 

məscid  qapısınadək  sürünüb  dayanır:  içəri  girmək 

onlara  qəti  qadağandır.  Nədən  ki,  burdan  o  yanası 

mənəvinin, 

ilahinin 

və 

ruhaninin 



mülküdür, 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə