308
sırasından ən vacibini rahatcana seçib götürə
bilir. Və... get-gedə onda belə bir təəssürat,
fikir, rəy təsdiqlənir ki, iş görmək, fəaliyyət
göstərmək
üçün
xüsusilə
yararlı
vektor
horizontaldır.
Digər
tərəfdən
horizontal
simmetriya,
yəni
horizontal
münasiblik
cərgə,
dəstə, komanda ünsiyyətinin təminatçısıdır, onun
məkan
formasıdır.
Simmetriya
gözlənilməzsə,
kollektriv iş alınmaz. Əkin, məhsul yığımı, taxıl
biçini, torla balıq ovu buna əyani misal. Ölçü,
tərəzi həmişə assosativ simmetriyadır.
Əgər horizontal fəaliyyət vektorudursa və bu
vektor özündə intellekti, zövqü, etik qanunları
ehtiva edirsə, onda nədəndir ki, bütün müsbət
işarəli
bildiricilər
sağda
cəmlənib,
mənfilər
solda? Hərdən müşkülləri bir sadə cavab o qədər
aydınlaşdırır ki... Məsələnin kökü bu ki, sağ əl
işlək əldir, oraq, çəkic, balta tutan əldir, sülh
əlidir, salam əlidir. Amma bununla yanaşı sağ əl
həm də hərb əlidir, qılınc, nizə, dəyənək, toppuz
götürən əldir, oxu yaydan buraxan əldir, vuran,
zərbə endirən əldir. Kollektiv fəaliyyət məqamında
işlək, aparıcı əl permanent olaraq sağdadır.
Döyüşdə isə hər şey tərsinə çevrilir. Axı rəqib də
sağ əllə vuruşur! Deməli, zərbələr (sağ əlin gücü)
davamlı şəkildə sola endirilir. Ürək solda olduğu
üçün qalxan (müdafiə sipəri) da ilk növbədə solu
qoruyur. Üz-üzə dayanmış rəqiblərin hədəfi soldur.
Onda belə çıxır ki, hərb meydanında, döyüş
meydanında, mübarizə meydanında ölüm soldan gəlir.
Qədim zamanlardan insan bunu aşkar görüb, duyub,
yaşayıb və özü üçün əbədilik qan yaddaşına köçürüb.
Odur ki, SOL insan qavrayışında təhlükə, hədə, ağrı
səmti kimi formalaşıb. Çoxsaylı müşahidələrin,
psixoloji testlərin nəticəsində aşkarlanıb ki,
insan harasa baxanda birinci sola baxır, solu
görür, solu qimətləndirir. Çünki hücumu, təcavüzü
309
bir qayda kimi soldan gözləyir. Bax, elə solun
məşumluğunun səbəbi də buradadır. Ona görə sağ hər
zaman məqbuldur, qolaydır, rahatdır, sol isə yox:
naqolaydır,
narahatdır.
Doğrudanmı,
bu
həmişə
belədir?
Əsla. İctimai-siyasi platformada SAĞ və SOL öz
məna tutumunu aktivcəsinə dəyişməyə çalışır. Səthi
yanaşmada aydın görünür ki, toplumsal ilişkilər
şəbəkəsində sol pozitiv məna çalarları qazanır, sağ
isə, əksinə, “mənfi”ləşir. Hərçənd bu yalnız zahiri
effektdir. Bəs həqiqətdə nə baş verir? Məsələ ondan
ibarət ki, siyasi aləmdə “sağ” və “sol” bu və ya
digər
partiyanın
ictimai
mövqeyinin,
əqidə
mənsubluğunun, ideya yönümünün rəmzi bildiricisinə
çevrilir. Özündə siyasi mübarizənin qütblərini,
portretini və atmosferini ehtiva edən “sağ” və
“sol”un ictimai hərəkatın əsas qütbləri kimi
tarixən formalaşması birbaşa burjuaziyanın adı və
iddiaları
ilə
bağlıdır.
“SAĞ”
və
“SOL”
anlayışlarının
siyasi
çəkişmələr
dünyasına
sızdırdığı mənalar XVIII əsrin ikinci yarısından
üzü
bəri
gəlişməkdədir.
Bu
kontekstdə
SOL
inqilabın,
üsyanın,
tərəqqinin,
proqressiv
düşüncənin, mübarizənin rəmzidir, təmsilçisidir;
bilmərrə demokratlardır, reformatorluq iddiasında
bulunanlardır,
cəmiyyətdə
yeni
koordinal
dəyişiklikləri dəstəkləyənlərdir. SAĞ isə ictimai-
siyasi
proseslərin
mühafizəkar
(konservator,
türbədar)
qanadını
eyhamlaşdırır.
Bu
mövqedə
dayananlar sosial balansı, cəmyyətdəki qüvvələr
nisbətini,
ənənəvi
yaşam
qaydalarını,
əxlaq
normalarının stabilliyini, milli mənəvi dəyərləri
qoruyub saxlamağa can atırlar. SOL təmsilçilərisə
permanent inkişaf naminə bütün vasitələri yararlı
sayırlar. Hətta üsyan onlara mənəvi ədəbsizlik kimi
görünmür. Hərçənd ki, hər bir lokal götürülmüş
məkanda və ictimai-sosial durumda sağ və solun
310
bildirdiyi
mənalar
şəraitə,
milli
xarakterə,
temperamentə, mentalitetə, xalqın adət-ənənələrinə,
inanc və vərdişlərinə uyğun şəkildə yozulur. Burada
bir qayda yox. Onsuz da hakimiyyətə gəldikdə onlar
arasındakı fərqlər minimuma qədər azalır. Siyasətdə
“sağ” və “sol”, sadəcə, mübarizə imicidir.
Lakin... və bir də lakin... ictimai-siyasi
arenaya proyeksiya olunan “sağ” və “sol” burada
da qavrayış streotiplərini dağıda bilmir. Hökumət
həmişə
“sol”dan,
solluqdan
qorxur,
çəkinir,
ehtiyatlanır
və
tədricən
“sağ”a,
“sağ”ların
tənzimləyici
ideyalarına
doğru
“əyilir”.
Axı
hökumətlə
xalq
da
bir-birində
güzgülənən
oppozisiyalardır! Məhz elə burada “özünü soldan
qoru” imperativi bilincsizlik səviyyəsində yenidən
aktuallaşır.
Beləliklə, gəlib çatdım finala. SAĞ və SOL
insanın
psixoloji
məkanının
faktı,
onun
qavrayışının özəlliyi, ictimai-sosial fəaliyyətinin
əsas manipulyativ vasitəsi, seçmək qabiliyyətinin
gerçəkliyi, yaşam vektorunun başlıca oriyentirləri.
Ədəbiyyat:
1
Bax: Rezvan Y.A. Etiçeskie predstavleniya i etiket v
Korane // Etiket u narodov peredney Azii. - M, 1988. -
s.49.
2001-ci il