305
doğrusu, sağ əli bütün bunların simvolu sayırdılar.
Hind rəqqaslıq sənətində barmaqları bitişik formada
çiyin bərabərliyinə qaldırılmış sağ əl qələbə,
günəş, sultan və şir deməkdir. Sağ həmişə qutludur,
alidir.
Əvəzində isə sol solmaqdır, ölümdür, kəsrdir,
cəhənnəmdir,
naqolaydır,
naqisdir,
zəifdir,
əyridir, xəstəlikdir, ağrıdır, şərdir, qüsurdur,
günah
rəmzidir,
qeyri-normativdir,
qaydanın
pozulmasıdır. Qədim zamanlarda hesab edilirdi ki,
insanın
bədbəxtliklərinin
hamısı
sol
əl
ucbatındandır. Nümunə üçün uzağa getmək lazım
deyil. Yunan mifologiyasında şəcərəsi faciəyə ürcah
bir nəslin taleyində bədənin solu ilə ilişikli
şikəstlik məşum faktor kimi vurğulanır: yoğunayaq
Edipin atası Laiy solaxaydır, babası Labdak sol
ayağın axsağıdır. Bu mif fransız Klod Levi Srtossun
yozumuna görə əzəli bir dilemmanın axtarışında
bulunur: insan kişi və qadından törənir, yoxsa
bitki kimi torpaqdan əmələ gəlir? Mif bu məsələni
birbaşa cavablamır, problemin gəlişməsinə şərait
yaradır. Burada solaxaylıq, şikəstlik mifoloji
şübhənin,
tərəddüdün
bildiricisidir,
insanın
avtoxton mənşəyinin, torpaq şəcərəsinin dəlilidir.
Nə üçün məhz sol? Torpağın solla nə əlaqəsi? Cavab
çox sadədir. Çünki Göy kişidir, torpaq - qadın.
Kişilərsə sağda qərarlaşırlar, qadınlar isə solda.
Əgər torpaq anadırsa, deməli, solun təmsilçisidir.
Solaxaylıq isə ulu anadan qalma nişanədir. Edip
məhz bu nişanənin daşıyıcısı olduğuna görə müdhiş
hadisələrlə qarşılaşıb faciəvi (cəhənnəm əzabı ilə
müqayisə edilkəcək) bir həyat yaşamalı olur. Heç də
bica deyil ki, rahat cənnət həmişə göydədir, əzablı
cəhənnəm - yerin altında.
Axı niyə bu tövr olmalıdır, bir halda ki sağ
da mənimdir, sol da? Bu düz. Amma razılaşaq ki,
solda məxfi bir özgəlik, daha dəqiq ifadəyə
306
çalışsam, bir ögeylik duyulmaqda. Bu, indi bizi
keçmiş qərinələrdə olduğu kimi sarsıtmasa da, hər
halda yüngülcə diksindirir. Solaxay adam həmişə
maraq və latent heyranlıq obyektidir. Çünki solaxay
bizdən fərqlidir, bizə oxşamır, bir başqa cürdür,
qeyri-adidir. Bundan əlavə solaxay həm də qorxu
hissinin, şübhənin gizlin təhrikçisidir. Axı o bizə
bənzəmir, bizdən seçilir, ayrılır. Biz özümüzü onda
tanıya bilmirik: ya o, defektlidir, ya biz. Məgər
təsadüfdür ki, bədii ədəbiyyat nadir istedadları və
“dahi” caniləri həmişə solaxay təsvir edir? Nə çox
görk
var
buna.
Elə
isə
insan
qavrayışında
formalaşmış bu təsəvvürlərin kökü haradan gəlir?
Təbii ki, gerçəkliyin özündən, gündəlik həyat
problemlərindən, yaşam müəmmalarını anlamaq, dərk
etmək tələbatından... Mən biləni, məsələni bir
balaca sadələşdirib xırdalasam yaxşı olar.
İnsanın
psixoloji
məkanının
koordinatları
sistemində,
yəni
bədənə
görə
tərəflərin
müəyyənləşdirilməsi
cədvəlində
HUL
(vertikal)
yuxarı və aşağıdır, SAGİTTAL ön və arxadır,
HORİZONTAL (üfqi) sağ və soldur. Hul və sagittal
məkan içrə hərəkət istiqamətlərini nişan verirlər:
hər ikisi dinamikdir, aktivdir. Yəni yuxarı qalxıb
aşağı düşmək, önə və ya arxaya getmək hər iki
vektorda mümkün olur. Horizontal isə əksinə:
statikdir, sükunəti panoramlaşdırır, mediativdir,
hərəkət vektoru deyil. Onu statikadan qurtarmaq
üçün gərəkdir ki, adamlar yan-yanı gəzsinlər. Busa
absurd bir şey. Real məkanda sağa və sola hərəkət
yoxdur: insan sağa və sola burulub, faktiki
surətdə, həmişə önə gedir. Lakin buna baxmayaraq
horizontal sıra vektorudur, insanın başlıca yaşam
vektorudur,
simmetriya
və
asimmetriyalar
vektorudur, sosial-ictimai vektordur. Cəmiyyət məhz
bu vektor üzrə düzülmüş adamlardan ibarətdir. SAĞ
və SOL düzülmək üçün, toplanmaq üçündür. Horizontal
307
istiqamətə “paylanmış”, “yayımış” toplumsal həyat,
əslində, beynin sağ və sol yarımkürəciklərinin
insandan ötrü dişarı dünyaya tulladığı oyun-
tapmacadır. Amma bu barədə azacıq sonra...
Ondan başlayım ki, insanın bədəni praktiki
olaraq simmetrikdir. Bundan o yana bəzi məqamlarda
mən
psixoloq
A.Brodetskinin
tədqiqatından
bəhrələnəcəyəm. İnsanın üz və kürək görkəmi, başqa
sözlə, önü və arxası simmetriya bildiricisidir;
görüş və ayrılıq kimi mənalandırılır: qənşərimizə
gələn adamla görüşürük, arxasını çevirib gedən
adamdan ayrılırıq. Bizim psixikamızda simmetrik
insan fiqurunun oyatdığı təəssüratdı bu: assosativ
təfəkkürdə özünə yer eləmiş rəmz kimi, bildirici
kimi də yozula bilər. Bəs asimmetriya? Asimmetriya
insanın
yandan,
böyürdən
görünüşüdür,
yəni
siluyetdir; nə görüşməkdir, nə ayrılıq: hədər,
bica, əbəs kimi qiymətləndirilir. Cərgədə mini var,
siluyet
isə
həmişə
birincinindir
və
həmişə
birdənədir.
Məlumdur
ki,
simmetriya
həm
də
bərabərlikdir
(müsavatdır),
eynilikdir,
oxşarlıqdır, harmoniyadır. Asimmetriya isə həm də
qaydanın, bərabərliyin, hüququn pozulması deməkdir;
apriori topaldır. Problemin düyünü bu ki, ilk
asimmetriya örnəyi sağ və soldur. SAĞ və SOL nə
qədər bir-birinə bənzəsə də, heç vədə eyni olmur.
Məhz bu da insanı məcbur edir ki, o, horizontal
üzrə daima simmetriya axtarsın. Məhz sağ və sol
arasındakı
asimmetriya
bizi
fərqləndirməyə,
araşdırmağa, saf-çürük eləməyə, təhlilə çəkməyə,
doğma və yad cizgilər axtarıb tapmağa meylləndirir.
Sağ və solun əmələ gətirdiyi horizontal insanın
analitik fəaliyyətinin vektorudur. Bu isə insan
üçün bəyənmək, sonalamaq və seçmək imkanı yaradır.
Uşaq erkən çağalıq dövründə, o vaxt ki, beynin
yarımkürəciklərinə
xas
asimmetriya
hələ
tam
formalaşmayıb, horizontal üzrə düzülmüş predmetlər
Dostları ilə paylaş: |