Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,41 Mb.
səhifə142/159
tarix30.12.2023
ölçüsü2,41 Mb.
#165822
1   ...   138   139   140   141   142   143   144   145   ...   159

6- Yersiz qeytər göstərmək


Birgə yaşayış, cinsi əlaqəli məhdudlaşdırır. Hər bir dində və cəmiyyətdə, evlilik həyatı, cinsi əlaqələr üçün bir sıra məhdudiyyətlər gətirir. İslam dininə görə cinsi əlaqə ailədə (ər-arvad arasında) məhdudlaşmalıdır. Buna görə də, ailə üzvlərinin (ər-arvad) hərbirinin bu sərhəddi pozması, xəyanət sayılır. Bu məsələni hamı qəbul edir. Amma bu məsələyə qarşı olan həssaslıq öz təbii həddini aşsa, yersiz şəkk-şübhələr və əsassız şəkildə qeyrət nümayiş etdirmək həyatı zəhrimara çevirir. Ən çox etibar olunması lazım olan şəxs, ən çox şübhə altına alınan şəxsə çevirilir. Diqqət etmək lazımdır ki, müxtəlif tərəddüdlər və sorğu-sualların mənşəyi, sədaqətli qadını da, pis yola düşməyə, ərinə xəyanət etməyə sövq edir. Nəhcül-bəlagədə bu haqda buyurulan rəvayət tamamilə doğrudur. İmam Əli (ə) buyurur: "Boş yerə (bədgümanlıqdan) qeyrət nümayiş etdirməkdən uzaq ol. Çünki bu , düz qadını əyriliyə iffətli qadını tərəddüdə (o barədə) fikirləşməyə vadar edər."1
Belə olmasa da, ərinin onu sevdiyinə, öz məhəbbətini izhar etdiyinə ciddi şəkildə tərəddüdlə yanaşar. Öz məhəbbətini də azaldar. Bununla da, ailənin möhkəmliyində ən əsas amil süstləşər.
Sonda qeyd etmək lazımdır ki, kişi öz həyat yoldaşına töhmət vuraraq, onu zinakarlıqda təqsirli bilsə, bir halda ki, belə deyildirsə, Allahın lənətinə düçar olmuşdur.


c) Qadının yaratdığı problemlər




1- Əri incitmək


Əri incitmək də, qadına əziyyət vermək kimi ailənin dağılmasına səbəb olar. Çünki qadın kişini incitdikdə, kişi də, öz növbəsində qarşılıqlı şəkildə ona əziyyət verməyə şalışır. Bununla da, ailə həyatı sanki bir mərəkəyə, çaxnaşmaya çevirilir. Get-gedə bu hər ikisi üçün daha da dözülməz hal alır. Belə ailələrdə məhəbbət və itaətkarlıq, öz yerini itaətsizliyə və nifrətə verir. Ailə həyatı tam başqa bir acınacaqlı şəkil alır. Hətta ər qadının hərəkətlərinə dözsə və qarşılıq verməsə belə, ona qarşı məhəbbəti azalır və sevgi dolu həyat, nifrət dolu birgə yaşayışa çevrilir. Bu qeyri-təbi hal, hər iki tərəfin əsəblərinin nə qədər davam gətirəcəyinə bağlıdır. İmam Sadiq (ə) incə təbirlə, ərini incidən qadının həyatı zəhrimara çevirdiyini belə anladır: "Qadın ərini incitdikdə, ərinin behiştdəki gələcək həyat yoldaşları olan hurilər belə deyərlər: Allah səni öldürsün! Onu incitmə. O, sənin qonağındır və tezliklə səni tərk edib, bizim yanımıza gələcəklər."1
Diqqət etmək lazımdır ki, əri əsbləşdirmək, özü də ona əziyyət verməyin bir növüdür. Elə bu səbəbdən də, qadın hansı rəftarların ərini əsəbləşdirdiyini bilməsə, sonra özü də istəmədən onu təkrarlasa və ya qəsdən belə etsə, sağlam ailə həyatını şübhə altına almışdır.

Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə