bunu onunla əsaslandırmışdı ki, qadın polislərə odlu silahdan istifadə
üzrə təlim keçilmir və təlimin keçilməməsi onunla əsaslandırılırdı ki,
"ciddi daxili iğtişaşlarla xarakterizə olunan bir vəziyyətdə polis qadınlar
tərəfindən odlu silah gəzdirilməsi onların qətlə yetirilməsi riskini
artırmış olar və bu səbəbdən polislərin təhlükəsizliyi tələblərinə zidd
olardı". AİƏM bu qənaətə gəldi ki, təhlükəsizliyə qarşı yaranan təhlükə
nəzərə alınmalı olsa da, təhlükə kişilərə və qadınlara eyni dərəcədə
aid idi və qadınlar onlardan daha artıq dərəcədə təhlükədə deyildilər.
Gətirilən səbəb qadınlara xas olan bioloji faktorlara əsaslansa da
(məsələn, hamiləlik zamanı onların uşağının qorunması), fərqli rəftara
haqq qazandırmaq üçün ictimai rəyin qadınların müdafiəsini tələb
etməsini əsas gətirmək olmazdı.
Nümunə: Malburqun işində hamilə olan şikayətçi tibbi əməliyyatlarda
çoxlu əmək sərfiyyatı tələb edən daimi əsaslı tibb bacısı vəzifəsinə
qəbul edilməmişdi.
73
Bunun üçün belə əsas gətirilmişdi ki, onun
əməliyyat otaqlarında zərərli maddələrin təsirinə məruz qala biləcəyi
səbəbindən uşağına ziyan dəyə bilərdi. AƏM bu qənaətə gəldi ki, bu
vəzifə daimi əsaslı olduğu üçün şikayətçini işə götürməkdən imtina
edilməsi qeyri-mütənasib addım idi, çünki onun əməliyyat otaqlarında
işləmək imkanına malik olmaması müvəqqəti hal idi. Qadının iş şəraiti
ilə bağlı məhdudiyyətlər qəbul edilən olsa da, onlar yalnız ona zərər
verə biləcək funksiyalara şamil olunmalı və bütövlükdə işə
götürülməməsinə səbəb olmamalı idi.
İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktivin preambulasının
18-ci bəndində sağlamlıq və təhlükəsizliklə əlaqədar olan müəyyən ictimai
xidmət sahələrində müdafiə arqumenti qismində həqiqi peşə tələbi barədə
daha konkret müddəa öz əksini tapıb. Bu müddəaya ayrıca müdafiə arqu-
mentini nəzərdə tutan müddəa kimi deyil, həqiqi peşə tələbinə əsaslanan
müdafiə arqumentinin nəticələrindən birini ifadə edən müddəa kimi
baxılmalıdır:
"Bu Direktiv konkret olaraq silahlı qüvvələr, polis, penitensiar və ya
56
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
73. AƏM, Mahlburg v. Land Mecklenburg-Vorpommern, iş № C-207/98 [2000] ECR I-549, 3 fevral 2000-
ci il.
təcili yardım xidmətləri tərəfindən bu xidmətlərin fəaliyyət qabiliyyətini
mühafizə etməyə yönələn qanuni məqsədlər üçün tələb oluna biləcək
ən müxtəlif funksiyaları yerinə yetirmək bacarığına malik olmayan
şəxslərin işə götürülməsini tələb etmir və ya dəstəkləmir".
74
Adətən bu müddəa yüksək fiziki tələblərin irəli sürüldüyü müəyyən
vəzifələrə yaşı müəyyən həddən yuxarı olan və ya əlilliyi olan şəxsləri qəbul
etməkdən imtina hallarına şamil oluna bilər. Bu məsələ ilə bağlı sözügedən
direktivin 3-cü maddəsinin 4-cü bəndində üzv dövlətlərə aydın şəkildə
icazə verilir ki, bu direktivin şərtlərini silahlı qüvvələrə şamil etməsinlər.
Gender bərabərliyi haqqında Direktivdə (yeni redaksiyada) bu cür müddəa
yer almasa da, həmin müddəanın praktikada necə tətbiq edildiyini cinsi
zəmində ayrı-seçkiliyə və silahlı qüvvələrə aid olan iki işə nəzər salmaqla
qiymətləndirmək olar. Bu işlər "həqiqi peşə tələbinə" əsaslanan müdafiə
arqumentinin əks olunduğu Bərabər rəftar haqqında Direktivin 2-ci
maddəsinin 2-ci bəndi əsasında araşdırılıb, indi bu müdafiə arqumenti
Gender bərabərliyi haqqında Direktivin (yeni redaksiyada) 14-cü
maddəsinin 2-ci bəndində də əks olunub.
Nümunə: Sirdarın işində şikayətçi qadın desant bölməsində baş
aşpaz vəzifəsində işləmişdi. Desant bölməsində "çoxfunksiyalılıq"
prinsipinin tətbiqi ilə əlaqədar hərbi xərclərin azaldılması nəticəsində
onun vəzifəsi ixtisara düşdü.
75
Ştat azlığı səbəbindən tətbiq edilən
"çoxfunksiyalılıq" prinsipi hər kəsin döyüş funksiyalarını yerinə yetirə
bilməsini tələb edirdi. AƏM razılaşdı ki, effektiv döyüş qabiliyyətini
təmin etmək üçün desant bölmələrinin yalnız kişilərdən ibarət
olmasına haqq qazandırmaq olar. Bunun səbəbi o idi ki, desant
bölmələri kiçik dəstələrdən ibarət olan və adətən hücumun birinci
dalğasında yer alan xüsusi qüvvələr idi. AƏM bu qənaətə gəldi ki, bu
qayda effektiv döyüş qabiliyyətini təmin etmək məqsədi üçün zəruri
idi.
Nümunə: Kraylın işində şikayətçi qadın silahlı qüvvələrdə elektrik
mühəndisi vəzifəsində işləmək üçün müraciət etmişdi.
76
Lakin onun
57
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
74. İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv, 2000/78/EC, OJ L 303, 2.12.2000, səh. 16.
75. AƏM, Sirdar v. The Army Board and Secretary of State for Defence, iş № C-273/97 [1999] ECR I-
7403, 26 oktyabr 1999-cu il.
76. AƏM, Kreil v. Bundesrepublik Deutschland, iş № C-285/98 [2000] ECR I-69, 11 yanvar 2000-ci il
müraciəti rədd edilmişdi, çünki qadınların silahlardan istifadə ilə
əlaqədar olan hər hansı hərbi vəzifədə çalışması qadağan idi və onlar
yalnız silahlı qüvvələrin tibb və ya musiqi xidmətlərində çalışa
bilərdilər. AƏM bu qənaətə gəldi ki, bu kənarlaşdırma qaydası həddən
artıq geniş əhatəlidir, çünki hərbi vəzifələrin demək olar hamısını
əhatə edir, belə ki, həmin vəzifələrdə qadınlar müəyyən məqamda
silahlardan istifadə etməli idilər. Gətirilən əsaslar konkret vəzifələrin
icrası üçün tipik olan funksiyalarla daha sıx bağlı olmalı idi. Hökumətin
gətirdiyi əsası bu da şübhə altına alırdı ki, hətta qadınlar üçün açıq
olan vəzifələrdə də onlar özünü və ya başqalarını müdafiə etmək
məqsədləri üçün silahdan istifadə ilə bağlı zəruri təlimlər keçməyə
borclu idilər. Beləliklə, bu tədbir daşıdığı məqsədə mütənasib deyildi.
Bundan başqa, qadınların daha çox müdafiəyə ehtiyacı olduğunu
əsas gətirərək qadınlarla kişilər arasında fərq qoyulmamalıdır, lakin
həmin müdafiə qadınların spesifik xüsusiyyətlərindən irəli gələn xü-
susi amillərlə, məsələn, hamiləlik dövründə onları müdafiə etmək
zərurəti ilə əlaqədardırsa, belə hallar istisna təşkil edir.
Müəyyən təhlükəsizlik və ya təcili yardım xidmətlərinin işinin effektivliyini və
ya təsirliliyini əsas gətirərək cinsi zəmində qoyulan ayrı-seçkiliyə haqq
qazandırmaq zaman keçdikcə daha da çətinləşir, çünki cinslərin rolu və
cəmiyyətdəki yanaşmalar təkamülə uğrayır və üzv dövlətlər bunu nəzərə
alaraq məhdudlaşdırıcı tədbirləri mütəmadi olaraq yenidən nəzərdən
keçirməyə borcludurlar.
77
2.6.4.2. Dini qurumlar
İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktivdə konkret olaraq
"din" və ya "əqidə" əsasında yaradılan təşkilatların işçilərə müəyyən şərtlər
tətbiq etməsinə icazə verilir. Direktivin 4-cü maddəsinin 2-ci bəndində dey-
ilir ki, Direktivin müddəaları "kilsələrin və əsaslarını din və ya əqidə təşkil
edən digər ictimai və ya özəl təşkilatların ... onlar üçün işləyən şəxslərdən
vicdanla və təşkilatın dəyərlərinə sədaqətlə davranmalarını tələb etmək
hüququna" maneə yaratmır. Bundan başqa, "həqiqi peşə tələbinə"
əsaslanan müdafiə arqumenti dini təşkilatlarla əlaqəli olan işəgötürənlərə
58
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
77. Gender bərabərliyi haqqında Direktivin (yeni redaksiyada) 31-ci maddəsinin 3-cü bəndi.
Dostları ilə paylaş: |