vəfat edəndən sonra almışdı, lakin o hələ İcmalar Palatasının üzvü olanda kraliça
Viktoriyanı Meri Ennə zadəgan titulu verməyə inandıra bilmişdi. Və 1868-ci ildə
Meri Enn vikontessa Bikonsfild oldu.
Meri Enn bəzən cəmiyyət qarşısında axmaq və yüngüldüşüncəli təsir
bağışlasa da, Dizraeli onu tənqid etmirdi. O, bir kəlmə də olsun danlaq sözü
işlətmirdi və əgər kimsə qadını lağa qoymağa cürət edərdisə, Dizraeli hiddətlə
onun müdafiəsinə atılırdı.
Dizraeli heç vaxt gizlətməzdi ki, Meri Enn onun üçün dünyada hər şeydən
qiymətlidir. Nəticəsi? “Onun mənə göstərdiyi münasibət sayəsində, – deyirdi
Meri Enn, – mənim həyatım özü ilə yalnız aramsız xoşbəxtlik lenti təcəssüm
etdirirdi”.
Bəzən elə olurdu ki, onlar öz aralarında zarafat edirdilər:
“Bilirsən, mən necə olmasa da, səninlə yalnız pullarına görə evlənmişəm”, –
deyirdi Dizraeli. Və Meri Enn gülümsəyərək cavab verirdi: “Hə, ancaq sən əgər
bunu yenə də etməli olsaydın, sən mənimlə sevgi-məhəbbətə görə evlənərdin,
doğru deyilmi?”
Və o etiraf edirdi ki, bu, həqiqətən də, elədir.
Henri Ceyn dediyi kimi: “İnsanlarla ünsiyyətdə mənimsəmək zəruri olan
birinci şey – bu, onlara öz ləzzətləri üçün yaşamağa mane olmamaqdır, çünki
onlar buna adət ediblər, əlbəttə, əgər həmin adətlər sizin vərdişlərinizlə
həddindən artıq kəskin ziddiyyətə girmirsə”.
Bu, o qədər vacibdir ki, Henri Ceynin dediklərini təkrar etmək istəyirəm:
“İnsanlarla ünsiyyətdə mənimsəmək zəruri olan birinci şey – bu, onlara öz
ləzzətləri üçün yaşamağa mane olmamaqdır, çünki onlar buna adət ediblər,
əlbəttə, əgər həmin adətlər sizin vərdişlərinizlə həddindən artıq kəskin
ziddiyyətə girmirsə”.
Yaxud Liland Forster Vudun yazdığı “Ailədə tərbiyə” kitabında qeyd etdiyi
kimi: “Nikahda uğur üçün uyğun partnyor tapasan, həm də gərək özün uyğun
partnyor olasan”.
Buna görə də əgər xoşbəxt ailə həyatı istəsəniz, 2-ci qaydanı tətbiq edin:
Öz partnyorunuzun başqa cür olmasına çalışmayın.
Üçüncü fəsil
Belə hərəkət edin və siz
Renoya gedən qatarların
hərəkət cədvəlinə nifrət edəcəksiniz
Dizraelinin ictimai həyatda əsas rəqibi dahi Qladston idi. Britaniya
imperiyasında mübahisəli bir şey belə yox idi ki, ona münasibətdə onların
baxışları bir-birindən ayrılmış olmasın. Lakin bir şeydə onlar eyni idilər: hər ikisi
uzun xoşbəxt ailə həyatı yaşamışdılar; Uilyam və Ketrin Qladston birlikdə 59 il
yaşadılar. Sadiqlik və inam çələngi ilə əhatə olunmuş, demək olar, altı onillik.
Bunu özümə təsəvvür etmək mənə xoşdur ki, ən görkəmli ingilis baş
nazirlərindən biri olan Qladston arvadını qucaqlayaraq, onunla kaminin
qabağına döşənmiş xalçanın üstündə rəqs edə-edə zümzümə edir:
“Cır-cındır içində ər və çirkin həyat yoldaşı,
Bütün ömrümüzü rəqs və bikarçılıqla keçirəcəyik birlikdə”.
downloaded from KitabYurdu.org
Parlamentdə təhlükəli rəqib olan Qladston öz evində heç vaxt heç kimi
mühakimə etməzdi. O, sübh vaxtı səhər yeməyinə düşəndə və öz ailəsinin qalan
üzvlərinin hələ yatdığını görəndə öz gileyini çox yumşaq şəkildə ifadə edirdi. O,
səsini azacıq qaldırırdı və evi “İngiltərədə bir nəfər səhər yeməyini tənhalıqda
gözləyir” mahnısının sədaları bürüyürdü. Başqalarına münasibətdə diqqətli,
diplomatik Qladston öz evində tənqid etməklə məşğul olmağı özünə heç vaxt
rəva görməzdi.
Möhtəşəm Yekaterina da eynilə bu cür hərəkət edirdi. Yekaterina nə vaxtsa
mövcud olan ən geniş imperiyanı idarə edirdi. Milyonlarla təbəəsinin həyatı və
ölümü onun hökmündən asılı idi. Siyasətdə o, tez-tez qəddar olurdu, mənasız
müharibələr başlayırdı, özünün onlarla düşməninə edam hökmü çıxarırdı, lakin
əgər aşpaz əti yandırardısa, heç nə deməzdi. O gülümsəyər və o qədər şikayətsiz
yeyərdi ki, bu, bir çox amerikalı ərə ibrət üçün gözəl nümunə ola bilərdi.
Doroti Diks – bədbəxt nikahların səbəbləri məsələsində Amerikada ən
yüksək nüfuz sahibi bildirir ki, bütün nikahların 50%-i bu cürdür. O bildirir ki,
belə çox sayda kitab arzularının Reno qayalarına çırpılıb dağılmasının
səbəblərindən biri – tənqid, bəhrəsiz tənqid, ürəkləri dağıdan tənqiddir”.
Buna görə də, əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq
istəyirsinizsə, 3-cü qaydaya riayət edin:
Tənqid etməyin!
Dördüncü fəsil
Hər kəsi xoşbəxt etməyin
sürətli üsulu
“Kişilərin əksəriyyəti evlənməyə hazırlaşarkən, – deyə Ailə Münasibətləri
İnstitutunun direktoru Pol Poupnou bildirir, – həmfikir yox, cazibəli, onun
heysiyyətini həvəslə mədh edən və öz üstünlüklərini hiss etməyə ona imkan
verən qadın axtarır”.
Belə də ola bilər ki, rəhbər vəzifə tutan qadını lençə dəvət etmiş olsunlar.
Lakin əgər o, stolun arxasında özünün “Müasir fəlsəfənin əsas cərəyanları
haqqında” universitet kursunun qartımış qalıqlarını döşəməyə başlayacaqsa və
üstəlik də öz pulunu özünün verəcəyində təkid edəcəksə, onda əmin edirəm ki,
nəticə bir olacaq: sonra o artıq təklikdə səhər yeməyi yeməli olacaqdır.
Vacibdir ki, kişi qadının yaxşı görünmək və yaxşı geyinmək səylərini
lazımınca qiymətləndirmiş olsun. Kişilər bunu həmişə unudurlar. Əgər onlar
geyimin qadını nə qədər dərindən maraqlandırdığını, ümumiyyətlə, bilirlərsə.
Belə ki, əgər kişi və qadın şam yeməyində başqa bir cütlüyü görürlərsə, qadın
onlara rast gələn kişiyə nadir hallarda baxır. O, adətən, o biri qadının necə
geyindiyinə göz gəzdirir.
Qəzetlərdən kəsib saxladıqlarımın arasında bir əhvalat vardır. Mən bilirdim
ki, bu əhvalat, əslində, heç vaxt olmayıb. Lakin o, həqiqəti aşkar edir və buna görə
də mən onu burada diqqətinizə çatdıracağam.
Həmin axmaq əhvalata görə bir kəndli qadın ağır iş gününün sonunda ərinin
qabağına stolun üstünə bir qucaq saman qoyur. Və çaşqınlıq içində olan əri onun
dəli olub-olmadığını soruşanda cavab verir: “Mən nə biləydim ki, sən bunu
görəcəksən? Artıq iyirmi ildir ki, mən səni yedizdirirəm və indiyə qədər səndən
bir dəfə də olsun eşitməmişəm ki, yediyin saman deyil”.
downloaded from KitabYurdu.org