hakim – ailə işləri üzrə məhkəmənin hakimi Hoffman nə bildirmişdir: “On
boşanmadan doqquzu seksual çətinliklərdən meydana çıxmışdır”.
“Seks, – deyir doktor Batterfild, – ailə həyatında qane edilən tələbatlardan
yalnız biridir, lakin əgər seksual münasibətlər qaydasında deyilsə, qalan heç nə
qaydasında olmayacaqdır”. Sentimental gizlinlik ailə həyatının bütün
aspektlərinin obyektiv və qərəzsiz müzakirə etmək bacarığı ilə əvəz olunmalıdır.
Və bu bacarığa yiyələnmək üçün biliklə, yaxud zövqlə yazılmış kitabın
köməyindən yaxşı üsul yoxdur.
Əldə etmək mümkün olan kitablar arasında geniş publika üçün ən
məqsədəuyğun olanlar, mənə belə gəlir ki, aşağıdakı üç kitabdır:
“Nikahda seksual texnika”, müəllif Maks Eksner və b.
“Nikahda seksual amil”, müəllif Elen Bayt.
“Nikahın seksual tərəfi”, müəllif İzabella İ.Nyuton.
Beləliklə, ailə həyatınızı daha xoşbəxt etmək üçün qayda 7-ni tətbiq edin:
Nikahın seksual tərəfindən bəhs edən yaxşı bir kitab oxuyun.
Xülasə
Öz ailə həyatınızı daha xoşbəxt etmək üçün yeddi qayda:
Qayda 1. Heç bir halda bəhanə axtarmayın!!!
Qayda 2. Öz partnyorunuzun başqa cür olmasına çalışmayın.
Qayda 3. Tənqid etməyin.
Qayda 4. Səmimi-qəlbdən minnətdar olun.
Qayda 5. Azacıq diqqət göstərin.
Qayda 6. Nəzakətli olun.
Qayda 7. Nikahın seksual tərəfindən bəhs edən yaxşı bir kitab oxuyun.
Ərlər üçün
“Ameriken meqezin” jurnalının 1938-ci il buraxılışında Emmeta Krozyenin
“Nikahlar nəyə görə baş tutmur?” məqaləsi dərc edilmişdi. Biz həmin məqalədəki
sualların siyahısını bu kitabın oxucularına da təqdim edirik.
1. Öz həyat yoldaşınıza pərəstiş edirsinizmi, bəzən ona gül təqdim
edirsinizmi və bununla bahəm, diqqət, nəvaziş göstərirsinizmi?
2. Həyat yoldaşınızı başqalarının yanında tənqid etməyin – siz bu qaydaya
həmişə riayət edirsinizmi?
3. Siz həyat yoldaşınıza ev təsərrüfatının idarə olunması üçün olan vəsaitdən
başqa, onun tam həcmdə özünə xərcləyə biləcəyi pulu verirsinizmi?
4. Öz asudə vaxtınızın heç olmasa yarısını öz həyat yoldaşınızla ke-
çirirsinizmi?
5. Siz öz tərəfinizdən qısqanclıq gileyləri etmədən həyat yoldaşınıza başqa
kişilərlə rəqs etməyə, yaxud onlardan dostluq diqqəti qəbul etməyə icazə -
verirsinizmi?
6. Onu tərifləmək və öz heyranlığınızı ifadə etmək üçün yerinə düşən
hallardan istifadə edirsinizmi?
Həyat yoldaşları üçün
1. Siz öz ərinizə onun xidməti işlərində tam azadlıq verirsinizmi, onun
həmkarlarını tənqid etməkdən özünüzü saxlayırsınızmı və s.?
2. Siz ev ocağını maraqlı və cəlbedici etmək üçün səy göstərirsinizmi?
3. Siz nahar menyusunu dəyişirsinizmi?
downloaded from KitabYurdu.org
4. Siz ərinizin işləri ilə bağlı o qədər təfərrüatlı təsəvvürə maliksinizmi ki,
bunu onunla fayda gətirəcək şəkildə edəsiniz?
5. Siz ərinizi yol verdiyi səhvlərə görə tənqid etmədən pul çətinliklərini
mərdliklə və mısmırıqsız qarşılaya bilirsinizmi?
6. Siz ərinizin sevdiyi və ya sevmədiyi geyimlərə, rənglərə və stilə diqqət
yetirirsinizmi?
7. Ərinizin boş vaxtlarını bölüşmək üçün onun sevdiyi oyunları öyrənmək
əziyyətinə qatlaşmağı özünüzə rəva görürsünüzmü?
8. Ərinizin intellektual maraqlarını bölüşmək üçün xəbərləri, yeni kitabları,
yeni ideyaları izləyirsinizmi?
KÜTLƏVİ NİTQLƏRDƏ ÖZÜNƏ İNAMI NECƏ YARATMALI
VƏ İNSANLARA NECƏ TƏSİR ETMƏLİ
Birinci fəsil
Özündə cəsarət və inam hissini necə inkişaf etdirməli
1912-ci ildən beş yüz min nəfərdən çox kişi və qadın mənim metodumun
tətbiq olunduğu natiqlik sənəti kurslarının dinləyicisi olub. Onlardan çoxu bu
fənni nə üçün öyrənməyə başladıqlarını və məşğələlərin nəticəsində nəyə nail
olmaq istədiklərini yazılı formada bildirib. Hər kəs fikirlərini, aydın məsələdir ki,
özünə xas olan şəkildə qələmə alır; lakin məktub müəlliflərinin böyük əksəriy-
yətinin can atdığı, duyduğu əsas tələbat heyrətamiz surətdə üst-üstə düşür.
“Mən ayağa qalxıb danışmalı olanda, – deyə korrespondentlərimdən biri
yazır, – özümü o qədər buxovlanmış hiss edir, o qədər həyəcanlanıram ki, aydın
düşünmək iqtidarında olmuram, diqqətimi cəmləyə bilmirəm, nə deməyi
nəzərdə tutduğumu yaddan çıxarıram. Mən auditoriya qarşısında çıxış edərkən
özümə inam, sakitlik və düşünmək qabiliyyəti əldə etmək istəyirəm. Mən öz
fikirlərimi məntiqi ardıcıllıqla şərh etmək, işgüzar sferada, yaxud klubda və
auditoriya qarşısında aydın, inandırıcı şəkildə danışmaq bacarığına yiyələnmək
istəyirəm”.
Minlərlə adamın bildirdikləri, demək olar, eyni səciyyə daşıyır. Konkret bir
nümunə gətirim.
Bir neçə il əvvəl bir centlmen (onu burada D.U.Cent adlandıracağam) mənim
Filadelfiyada natiqlik sənəti kurslarımın dinləyicisi oldu. Məşğələlər başlayandan
bir qədər sonra o, məni sənayeçilər klubunda səhər yeməyinə dəvət elədi. O artıq
cavan olmayan, həmişə fəal həyat tərzi sürən şəxs idi: öz müəssisəsinə rəhbərlik
edir, dini icmanın həyatında aparıcı rol oynayır, həmçinin də ictimai fəaliyyətlə
məşğul olurdu. Həmin gün onunla stol arxasında oturanda o, mənə tərəf əyildi və
dedi:
downloaded from KitabYurdu.org
– Mənə müxtəlif toplantılarda dəfələrlə çıxış etmək təklif olunub, amma heç
vaxt bunu edə bilməmişəm; mən elə həyəcanlanmağa başlayıram ki, başımda
tamamilə boşluq yaranır və buna görə də bütün ömrüm boyu ictimaiyyət
qarşısında çıxış etməkdən yayınmışam. Lakin indi, mən kollecin himayədarları
şurasının sədri olandan sonra şuranın iclaslarında sədrlik etməliyəm və mənə nə
isə danışmaq, sadəcə olaraq, zəruridir... Siz necə fikirləşirsiniz, mən bu sinnimdə
çıxış etməyi öyrənə biləcəyəmmi?
– Siz bunu bacaracaqsınız, cənab Cent, – deyə mən cavab verdim.
– Buna heç bir şübhə yoxdur. Mən bilirəm ki, siz bunu bacaracaqsınız və bilirəm
ki, siz bunu öyrənəcəksiniz, bircə əgər öz üzərinizdə təcrübə aparsanız, eləcə də
mənim göstərişlərimə və məsləhətlərimə riayət etsəniz.
O, mənə inanmaq istəyərdi, ancaq perspektiv ona həddindən artıq sevincli,
həddən artıq nikbin görünürdü.
– Qorxuram ki, siz bunu təkcə lütfkarlığınızdan belə deyəsiniz, – deyə o
cavab verdi. – Siz yalnız məni buna sövq etməyə razı salmağa çalışırsınız.
Cənab Cent hazırlıq kursunu qurtarandan sonra müəyyən vaxt aramızda
əlaqəni itirdik. Bir qədər üstündən keçəndən sonra biz yenə görüşdük və yenə də
birlikdə Sənayeçilər klubunda səhər yeməyi yedik. Biz keçən dəfə olduğu kimi elə
həmin küncdə, elə həmin stolun arxasında əyləşmişdik. Mən ona bizim
söhbətimizi xatırlatdım və o vaxt həqiqətənmi həddən ziyadə nikbinlik büruzə
verdiyimi soruşdum. O, cibindən qırmızı cildli qeyd kitabçası çıxartdı və
ictimaiyyət qarşısında çıxış etməli olduğu görüşləri, onların təyin olunduğu
tarixləri mənə göstərdi.
– Çıxış eləmək qabiliyyəti, bu vaxt keçirdiyim məmnunluq hissi, mənim
cəmiyyətə gətirə biləcəyim əlavə fayda – bütün bunlar mənim həyatımın ən
sevincli təzahürləri sırasına daxildir.
Bundan bir qədər əvvəl Vaşinqtonda tərk-silah məsələləri ilə bağlı mühüm
konfrans baş tutmuşdu. İngiltərənin baş nazirinin bu görüşdə iştirak etmək
niyyətinin olduğu məlum olanda filadelfiyalı baptistlər öz şəhərlərində
keçirilməsi qərara alınan kütləvi mitinqdə çıxış etmək dəvəti ilə ona teleqram
göndərmişdilər. Və cənab Cent mənə xəbər verdi ki, İngiltərənin baş nazirinin
auditoriyasını təmsil etməyi şəhərin bütün baptistləri arasında məhz ondan
xahiş etmişdilər.
Və bu həmin adam idi ki, üç il əvvəl elə bu stolun arxasında mənim qarşımda
əyləşmişdi və özünün nə vaxtsa ictimaiyyət qarşısında çıxış etməyi öyrənə bilib-
bilməyəcəyini məndən qəmli-qəmli soruşurdu.
Onun çıxış etmək qabiliyyətinə belə sürətlə yiyələnməsi qeyri-adi hal idimi?
Heç də yox. Eynilə bu cür yüzlərlə nümunə müşahidə olunub. Onlardan yalnız
birini göstərim.
Bir neçə il əvvəl bir bruklinli həkim – onu doktor Kertis adlandıraq – qışı
Floridada, “Giqantlar” beysbol komandasının məşq meydançasının yaxınlığında
keçirmişdi; o, tez-tez onların məşqlərinə baxmağa gedirdi.
O, tezliklə komanda ilə dostlaşdı və onu bu dostluğun şərəfinə verilən
banketə dəvət etdilər.
Qəhvə və ləpə veriləndən sonra fəxri qonaqların bəzilərindən “bir neçə söz
demək” xahiş olundu. Və tamamilə gözlənilmədən:
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |