aşağıya baxanda bura gəldikləri gəmilərin hamısından alovun qırmızı dillərinin
qalxdığını gördülər. Onlar düşmən ölkədə idilər, kontinentlə axırıncı əlaqə
itmişdi, geri çəkilməyin sonuncu vasitəsi yandırılmışdı və onların yalnız bir
çarəsi qalırdı: hücum etmək və qalib gəlmək. Onlar da məhz elə bunu etdilər.
Belə idi ölməz Sezarın ruhu. Siz auditoriya qarşısında sarsaq qorxunun məhv
edilməsi uğrunda müharibədə eynilə belə bir ruhla niyə də silahlanmayasınız?
İkinci qayda:
nə haqda danışmağa hazırlaşırsınızsa,
onu möhkəm bilmək lazımdır
Əgər adam öz nitqini əvvəlcədən planlaşdırmayıbsa, onun üzərində
düşünüb-daşınmayıbsa və nə deyəcəyini bilmirsə, o özünü dinləyicilər qarşısında
inamlı hiss edə bilməz. O, başqa bir koru aparan kor adam təsiri bağışlayacaqdır.
Bu halda bizim natiq mütləq pərt olmalı, özünü günahkar hiss etməli, öz
səhlənkarlığına görə utanmalıdır.
“Mən ştatın qanunverici məclisinə 1881-ci ilin payızında seçilmişdim, – deyə
Teddi Ruzvelt öz tərcümeyi-halında yazır, – demə, mən bu orqanın ən cavan üzvü
idim. Cavan və təcrübəsiz adamların hamısında olduğu kimi danışmağı öyrənmək
mənə fövqəladə dərəcədə çətin idi.
Qoca, çək-çevirlərdən çıxmış yerlimin məsləhətinin mənə çox böyük köməyi
oldu və o, mənə Vellinqtonun sözlərini sitat gətirdi ki, Vellinqton özü də bunu,
şübhəsiz, başqa kiminsə sözlərindən sitat kimi istifadə etmişdi. Budur həmin
məsləhət: “Yalnız deməyə sözün olan və deyəcəyini yaxşı bildiyin halda çıxış et.
Sözünü de və əyləş”.
Həmin “qoca, çək-çevirdən çıxmış yerli” Ruzveltə həyəcanı adlamağın başqa
bir üsulunu da deməli idi. O gərək əlavə edəydi: “Əgər sən auditoriya qarşısında
nə isə bir hərəkət edə, məsələn: əlinə nə isə götürə, xəritədə hansısa bir
məntəqəni göstərə, stulun yerini dəyişə, pəncərəni aça, hansısa kağızları və ya
kitabı götürüb başqa yerə qoya bilsən, utancaqlıqdan daha asan yaxa
qurtararsan. İstənilən müəyyən məqsədlə edilən fiziki hərəkət sənə özünü daha
asudə hiss eləməyə imkan verəcək”.
Doğrudur, bu cür hərəkətlər üçün bir bəhanə tapmaq həmişə asan olmur.
Əgər mümkün olarsa, bundan istifadə edin, lakin bundan yalnız ilk bir neçə
çıxışınızda istifadə edin: uşaq yeriməyi öyrənəndən sonra daha stol-stuldan
yapışmır.
Üçüncü qayda:
özünüzə inamlı olduğunuzu göstərin.
Amerikanın yetişdirdiyi ən məşhur psixoloqlardan biri olan professor
Uilyam Ceyms yazırdı: “Belə təsəvvür oluna bilər ki, hərəkət hissin arxasınca
gəlir, lakin, əslində, hərəkət və hiss bir-birini tamamlayır: biz iradənin bilavasitə
nəzarəti altında olan hərəkəti idarə etməklə həmin nəzarətin altında olmayan
hissi dolayısı ilə idarə edə bilərik.
Beləliklə, gümrahlığa yiyələnməyin, əgər sizin əsl gümrahlığınız itiril-
mişdirsə, çox gözəl şüurlu yolu gümrah görkəmlə əyləşmək, elə hərəkət etmək və
danışmaqdan ibarətdir ki, siz artıq sanki büsbütün gümrahsınız. Əgər bu
davranış sizi gümrahlıq hissini keçirməyə sövq etməyəcəksə, onda bu halda sizə
başqa heç nə kömək etməyəcəkdir.
downloaded from KitabYurdu.org
Buna görə də özünüzü cəsarətli hiss etmək üçün belə hərəkət edin ki, siz
sanki, həqiqətən də, cəsarətlisiniz, bu məqsədlə özünüzün bütün iradənizi
toplayın və onda qorxu həyəcanı, çox güman ki, mərdlik qabarması ilə əvəz
olunacaqdır”.
Professor Ceymsin məsləhətindən istifadə edin. Auditoriya qarşısında
cəsarət formalaşdırmaq üçün özünüzü elə aparın ki, siz sanki həmin cəsarətin
yiyəsisiniz. Öz-özlüyündə aydındır ki, əgər siz çıxışınıza hazırlıqlı deyilsinizsə,
onda heç bir hərəkətin xeyri olmayacaqdır. Lakin əgər siz haqqında danışdığınız
mövzunu yaxşı bilirsinizsə, qətiyyətlə ayağa qalxın və dərindən nəfəs alın.
Auditoriyanın qarşısına gəlib çıxana qədər otuz saniyə ərzində dərindən
nəfəs alın. Oksigenin zəngin axını sizi qıvraqlaşdıracaq və sizə cəsarət
gətirəcəkdir. Məşhur tenor Jan de Reşke deyirdi ki, əgər siz belə nəfəs ala
bilirsinizsə, onda siz “onu minə bilərsiniz” və həyəcan yox olacaqdır.
Bütün dövrlərdə, bütün ölkələrdə adamlar mərdliyə həmişə heyran olublar,
buna görə də, sizin ürəyiniz necə bərk çırpınmasa da, cəsarətlə qabağa çıxın,
sakit dayanın və özünüzü elə tutun ki, bu sanki sizin xoşunuza gəlir.
Qamətinizi büsbütün dikəldin, öz dinləyicilərinizin düz gözlərinin içinə baxın
və elə inamla danışmağa başlayın ki, elə bil onların hamısı sizə pul borcludurlar.
Təsəvvür edin ki, iş məhz bu cürdür. Təsəvvür edin ki, onlar bura sizdən borcu
qaytarmaq vaxtını təxirə salmağı xahiş etmək üçün yığışıblar. Bu, sizə əlverişli
psixoloji effekt verəcəkdir.
Əsəbi hərəkətlərlə pencəyinizin düymələrini açmaq və bağlamaq, əlinizdə
muncuq çevirmək, yaxud əllərinizlə boş-boşuna hərəkətlər etmək lazım deyil.
Əgər siz özünüzü əsəbi hərəkətlərdən saxlaya bilmirsinizsə, əllərinizi
arxanızda saxlayın və barmaqlarınızı elə tərpədin ki, bunu heç kəs görməsin, ya
da ayaq barmaqlarınızı qımıldadın.
Bir qanunauyğunluq kimi, mebelin arxasında gizlənmək natiq üçün yaxşı hal
deyil. Lakin əgər siz birinci çıxışlarınızda stolun, yaxud stulun arxasında
dayansanız, onlardan bərk-bərk tutsanız, yaxud da əlinizdə dəmir pulu sıxsanız,
bu, sizə bir qədər cəsarət verə bilər.
Teddi Ruzvelt ona xas olan cəsarəti və özünüidarəni necə formalaşdırmışdı?
Təbiətmi onu cəsarətli, comərd ruhlu etmişdi? Heç də yox.
“Uşaqlıqda xəstəhal və əlimdən heç nə gəlməyən olduğumdan, – deyə o, öz
tərcümeyi-halında etiraf edir, – gənclik dövründə mən əvvəl əsəbi və öz taleyimə
inamı olmayan adam olmuşam. Mən inadkarcasına yalnız bədənimi deyil, həm
qəlbimi, həm də ruhumu əzabla məşq etdirməli olmuşam”.
Xoşbəxtlikdən, bu dəyişikliyə necə nail olduğunu o, bizə danışıb.
“Marrietanın kitablarından birindəki epizod, – yazır o, – uşaqlıqda məndə
çox güclü təəssürat yaratmışdı. Orada elə də böyük olmayan ingilis hərbi
gəmisinin kapitanı kitabın qəhrəmanına qorxmaz adama çevrilmək üçün nə
etmək lazım olduğunu izah edir. O deyir ki, döyüşə girməzdən əvvəl, demək olar,
hər bir adam qorxu hiss edir, lakin özünü elə ələ almağı bacarmalısan ki, özünü
qorxulu heç nə yoxmuş kimi tuta biləsən. Bir müddətdən sonra məqsəd əldə
olunur və adam yalnız bunun sayəsində qorxu bilməyən şəxsə çevrilir ki, özünü
qorxmaz adam kimi tutur (mən bunu sizə Marrietada olduğu kimi deyil, öz
sözlərimlə danışıram).
downloaded from KitabYurdu.org