Axırıncı üç günü Everet Gettisberqdə keçirdi, döyüş meydanını gəzdi və
burada baş verənlərin hamısını hafizəsində təzələdi. Nitq üzərində düşünüb-
daşınmağın və onu ərsəyə gətirməyin bu mərhələsi ən yaxşı hazırlıq idi. O,
döyüşün gedişini özündə aydın təsəvvür edirdi.
Mərasimə dəvət konqresin bütün üzvlərinə, prezidentə və onun kabinetinə
göndərilmişdi. Əksəriyyət dəvəti qəbul etməmişdi və komissiya üzvləri
Linkolnun gəlməyə razılıq verməsinə təəccüb etdilər.
Onlar onun çıxış etməsini xahiş etməli idilərmi? Onların belə bir niyyəti yox
idi.
Etirazlar bildirilmişdi. Onun axı hazırlaşmağa vaxtı olmayıb, vaxtı olsaydı
belə, bu cür nitqi hazırlamağa onun gücü çatardımı? Hə, əlbəttə, o, quldarlıq
haqqında diskussiyalarda uğurla çıxış etməyi, yaxud Kuper İttifaqına
29
salamla
müraciət etməyi bacarardı, lakin heç kim onun təmtəraqlı nitq söylədiyini hələ
eşitməyib. Bu, ciddi, möhtəşəm mərasim idi. Onlar risk edə bilməzdilər. Onun
çıxış etməsini xahiş eləmək lazım idimi? Onlar fikirləşir, götür-qoy edirdilər...
Bircə onlar gələcəyə boylana və qabiliyyətlərinə şübhə ilə yanaşdıqları adamın
bu münasibətlə insan tərəfindən nə vaxtsa söylənmiş ən unudulmaz nitqlərdən
biri kimi hamı tərəfindən etiraf olunacaq bir nitq söyləyəcəyini görə biləydilər!
Nəhayət, mərasimə iki həftə qalanda komissiyanın üzvləri Linkolna gecikmiş
xahişlə müraciət etdilər ki, “hadisə ilə bağlı yerinə düşəcək bir neçə qeydlə” çıxış
etsin. Bəli, onlar məhz bu cür ifadə etmişdilər: “hadisə ilə bağlı yerinə düşəcək
bir neçə qeyd”. Heç adamın ağlına gələrmi, Birləşmiş Ştatların prezidentinə bax
belə yazasan!
Linkoln vaxt itirmədən hazırlaşmağa başladı. O, Edvard Everetə məktub
yazdı, bu adlı-sanlı alimin deməyə hazırlaşdığı nitqin mətnini aldı və bir-iki
gündən sonra şəklini çəkdirmək üçün fotoqrafın atelyesinə yollananda Everetin
əlyazmasını özü ilə götürdü və gözlədiyi vaxt ərzində onu oxudu.
O, öz çıxışı üzərində bütöv günlər ərzində düşünürdü – Ağ Evdən Hərbi
Nazirliyə də, geri qayıdanda da, Hərbi Nazirlikdə sonuncu teleqramları
gözləyərkən dəri divanda uzandığı vaxtda da. O, kağız vərəqində qısa cızma-qara
etmişdi və onu özü ilə ipək silindrində gəzdirirdi. O, nitqi fasiləsiz olaraq
düşünüb-daşınırdı və nitq onun şüurunda getdikcə daha aydın şəkil alırdı.
Çıxışdan bir qədər əvvəl o, Noa Bruksa dedi: “Hələ o qədər də yazılmayıb və heç
də tamamlanmayıb. Mən onu iki və ya üç dəfə köçürmüşəm və məni məmnun
etməsi üçün onu hələ də cilalamalıyam”.
Linkoln Gettisberqə mərasim keçiriləcək gündən bir gün əvvəl çıxdı. Balaca
şəhər yox deyənə qədər dolu idi. Onun, adətən, 1300 nəfər təşkil edən əhalisi
qəfildən on beş minə qədər artmışdı. Səkilərdə adam əlindən tərpənmək
mümkün deyildi, camaat palçıqlı yollarla gedirdi. Altı orkestrin musiqisi
guruldayırdı, kütlə “Con Braunun bədəni”ni oxuyurdu. İnsanlar Linkolnun qaldığı
cənab Uillsin evinin qarşısında toplaşır, Linkolnu çağırır, çıxış etməyini xahiş
edirdilər. Linkoln bir neçə sözlə cavab verdi və bu vaxt, demək lazımdır ki, ədəb-
ərkandan çox birmənalılıq göstərmiş oldu; o bildirdi ki, sabahkı günə qədər
danışmaq niyyətində deyil. Məlumdur ki, o, həmin axşamı öz nitqini cilalamağa
həsr etmişdi.
O hətta qonşuluqdakı evə də getmişdi və orada qonaq olan dövlət katibi Cüarda
downloaded from KitabYurdu.org
nitqi bərkdən oxumuşdu ki, onun qeydlərini dinləsin. Növbəti gün səhər
yeməyindən sonra o, nitqini cilalamaqda hələ də davam edirdi və o vaxta qədər
işlədi ki, qapı döyüldü və ona dedilər ki, təntənəli nümayişdə öz yerini tutmaq
vaxtıdır. Prezidentin arxasıyca atda gedən polkovnik Karr danışırdı ki, prosessiya
hərəkətə gələndə “prezident yəhərdə özünü dik tutaraq oturmuşdu və baş
komandanın görkəmi necə olmalıdırsa, o cür də təsir bağışlayırdı; lakin yolda o,
qabağa əyildi, onun qolları sallandı və başı endi. Aydın görünürdü ki, o,
düşüncələrə qərq olub”.
Onun hətta bu məqamda da öz kiçik, on unudulmaz cümlədən ibarət olan
nitqi üzərində bir daha düşündüyünü ehtimal etmək olar, o, nitqini hələ də “cila-
layırdı”.
Linkolnun yalnız səthi maraq göstərdiyi nitqlərindən bəzisi, mübahisəsiz ki,
uğursuz idi, lakin o, quldarlıq və ya ştatların ittifaqı haqqında danışanda qeyri-
adi dərəcədə təsir qüvvəsinə malik olurdu. Niyə? Ona görə ki o, bu məsələlər
barədə aramsız olaraq düşünürdü və onlar ona dərin təsir göstərirdi. İllinoys
ştatının qəlyanaltısındakı otaqların birində onunla gecələyən adam səhər
oyananda görür ki, Linkoln öz çarpayısında oturub və divara baxır. Onun birinci
sözləri bunlar idi: “Bizim yarısı qullardan, yarısı azad adamlardan ibarət olan
ölkəmiz duruş gətirə bilməz”.
İsa Məsih öz moizələrini necə hazırlayırdı? O, kütlədən ayrılırdı. O,
düşüncələrə qərq olurdu. O, tək-tənha səhrada gəzirdi, düşünür və qırx gün, qırx
gecə post (oruc) tuturdu. “O vaxtdan, – deyə müqəddəs Matfey yazır, – İsa Məsih
moizə deməyə başladı”. Bundan bir qədər sonra o, dünyada ən məşhur olan
moizələrdən birini – Dağüstü moizəni
30
söylədi.
“Bütün bunlar çox maraqlıdır, – deyə siz etiraz edə bilərsiniz, – lakin mənim
istədiyim heç də ölməz natiq olmaq deyil. Mənim istədiyim yalnız vaxtaşırı bir
neçə adi məruzə etməkdir”.
Bu, doğrudur və biz sizin ehtiyaclarınızı yaxşı başa düşürük. Bu kitab xüsusi
məqsədlə – sizə və sizin kimi başqa adamlara məhz istədiyinizə nail olmaqda
kömək etmək üçün yazılıb. Lakin sizin çıxışlarınız nə qədər iddiasız olsa da, siz
keçmiş dövrlərin məşhur natiqlərinin təcrübəsindən fayda əldə edə və onların
metodlarından müəyyən mənada istifadə edə bilərsiniz.
Çıxışa necə hazırlaşmalı
Təcrübə toplamaq naminə siz hansı mövzular barədə danışa bilərsiniz? Sizi
maraqlandıran istənilən mövzu barədə. Demək olar, hamıya xas olan səhvi
etməyin – elə də böyük olmayan çıxışınızda məsələlərin həddən artıq böyük
dairəsinə toxunmayın. Mövzunun bir, yaxud iki aspektini götürün və onları
ətraflı işıqlandırmağa çalışın. Bunu qısa nitqin gedişində etmək sizə müyəssər
olsa, çox yaxşı olardı.
Mövzunu əvvəlcədən elə seçin ki, asudə vaxtlarınızda onun üzərində
düşünməyə vaxtınız olsun. Onun üzərində yeddi gün ərzində düşünün, onu yeddi
gecə ərzində beyninizdə saxlayın. Qoy o, siz yuxuya getməzdən əvvəl sizin
axırıncı fikriniz olsun. Səhər üzünüzü taraş edəndə, vanna qəbul eləyəndə,
şəhərin mərkəzinə yollananda, lifti gözləyəndə, paltar ütüləyəndə və ya xörək
bişirəndə bu haqda fikirləşin. Bu mövzunu dostlarınızla müzakirə edin. Onu
söhbətin mövzusuna çevirin.
downloaded from KitabYurdu.org