Özünüz özünüzə bu məsələ ilə bağlı mümkün olan hər cür sualları verin.
Məsələn, əgər siz boşanmalar haqqında danışmalı olacaqsınızsa, özünüzdən
soruşun ki, boşanmaların səbəbi nədir? Bunların iqtisadi və sosial nəticələri
necədir? Bu şərlə necə mübarizə aparmaq olar? Bizə boşanmalar haqqında eyni
cür qanunlara malik olmaq lazımdırmı? Niyə? Ümumiyyətlə, boşanmalar
haqqında qanunlar lazımdırmı? Boşanma imkanını istisna etmək lazımdırmı?
Yoxsa onu çətinləşdirmək lazımdır?
Və yaxud asanlaşdırmaq?
Ehtimal edək ki, sizə natiqlik sənətini nə üçün öyrəndiyiniz barədə danışmaq
lazımdır. Bu halda özünüzə bu cür suallar verməlisiniz:
Mənim çətinliklərim nədədir? Mən nəyə nail olmağa ümid edirəm? Mən
indiyə qədər ictimaiyyət qarşısında çıxış etmişəmmi? Bu məhz nə vaxt olub?
Harada? Bu, necə olub? Mən niyə hesab edirəm ki, bu məşğələlər işgüzar adam
üçün faydalıdır? Elə kişi və ya qadın tanıyırammı ki, onlar kommersiya və ya
siyasi sferada əsas etibarilə özlərinə inamları, özlərini ələ almaq bacarıqları,
inandırıcı surətdə danışa bildikləri sayəsində irəliləyə biliblər? Mən başqa elə bir
adam tanıyırammı ki, bu mühüm keyfiyyətlərin olmaması səbəbindən onlar heç
vaxt əhəmiyyətli uğur qazana bilməyəcəklər? Konkret olun. Lakin həmin adamlar
haqqında onların əsl adlarını çəkmədən danışın.
Siz ayağa qalxanda aydın fikirləşə və iki, yaxud üç dəqiqə danışa bilə-
cəksinizsə, sizin birinci çıxışlarınızdan gözləmək mümkün olan elə budur.
Məsələn, “Natiqlik sənətini mən niyə öyrənirəm” mövzusu çox asandır, bu, aşkar
məsələdir. Əgər siz material seçiminə və onların yerləşdirilməsinə bir qədər vaxt
sərf edərsinizsə, onda siz heç nəyi yaddan çıxarmayacağınıza, demək olar, əmin
olacaqsınız, çünki siz şəxsi müşahidələriniz, şəxsi istəkləriniz, şəxsi təcrübəniz
haqqında danışacaqsınız.
Lakin indi ehtimal edək ki, siz öz məşğuliyyətiniz və ya işiniz haqqında
danışmaq istəyirsiniz. Belə bir çıxışa hazırlaşmağı necə həyata keçirəcəksiniz?
Sizin bu mövzu ilə bağlı geniş materialınız var. Onda sizin işiniz onu seçməkdən
və yerbəyer etməkdən ibarət olacaqdır. Bircə üç dəqiqə ərzində hər şey barədə
danışmağa cəhd etməyin. Bu, qeyri-mümkündür. Belə edərsinizsə, danışdığınız
həddən çox ümumi, həddən artıq fraqmentləşdirilmiş olacaqdır. Öz mövzunuzun
bir və yalnız bir aspektini seçin, onu inkişaf etdirməyə, açıb göstərməyə çalışın.
Məsələn, sizin müəyyən işlə məşğul olmağınızın və ya bu peşəyə
yiyələnməyinizin necə baş verdiyi barədə niyə də danışmayasınız? Bu,
təsadüfənmi olmuşdu, yoxsa şüurlu surətdə edilmişdi? Başlanğıcda adlamalı
olduğunuz çətinliklərdən, öz uğursuzluqlarınızdan, bəslədiyiniz ümidlərdən, öz
qələbələrinizdən danışın.
Qoy sizin söhbətiniz özündə hər kəs üçün maraq ehtiva etsin, qoy bu, öz
təcrübənizə əsaslanan əsl həyatın mənzərəsi olsun. İstənilən ömrün doğru
tarixçəsi, əgər o, təvazökarlıqla və təhqiredici özünəvurğunluq olmadan
danışılıbsa, həmişə böyük maraqla dinlənir. Əmin ola bilərik ki, belə bir söhbət
uğur qazanacaqdır.
Və yaxud öz işinizin başqa bir aspektini götürün: onun çətinlikləri nədədir?
Çalışdığınız sahədə fəaliyyətə başlayan cavan adamlara nə kimi məsləhətlər
verə bilərdiniz?
downloaded from KitabYurdu.org
Və ya üzləşdiyiniz insanlar haqqında danışın – vicdanlı və vicdansız adamlar
haqqında. Öz qarşınızda duran vəzifələr barədə danışın. Dünyanın ən maraqlı
sahəsində işiniz sizə nə öyrədib – insan təbiəti anlamında? Əgər siz öz işinizin
texniki tərəfindən, yəni detallar barədə danışacaqsınızsa, onda söhbətiniz
başqaları üçün maraqlı olmaya da bilər. Lakin söhbət insanlardan gedirsə, onlar
haqqında söhbət, çətin ki, uğursuz olsun.
Və ən əsası – öz çıxışınızı abstrakt moizəyə çevirməyin. Bu, darıxdırıcı
olacaqdır. Qoy sizin söhbətiniz konkret nümunələrdən və ümumi xarakterli
fikirlərdən ibarət lay-lay piroq olsun.
Hansı konkret hadisələri müşahidə etdiyinizi və bu nümunələrlə, öz
fikrinizcə, hansı ümumi həqiqətləri təsdiq etmək mümkün olduğunu xatırlayın.
Siz bunda əmin olacaqsınız ki, konkret nümunələr abstraksiyalardan xeyli asan
yadda qalır və onlar haqda danışmaq xeyli asandır. Onlar həm də sizin
mülahizələrinizi daha canlı və rəngarəng edəcəkdir.
Baxaq ki, bir çox maraqlı müəllif bu işə necə girişmişdi. B.E.Forbsun yazdığı –
firmaların rəhbərlərinin məsuliyyəti öz partnyorları ilə bölüşməli olduqlarını
necə sübuta yetirdiyi ilə bağlı – məqalədən çıxarışı sizə təqdim edim.
Nümunələrə diqqət yetirin – bu, müxtəlif adamların həyatından hadisələrdir:
“Bizim nəhəng müəssisələrimiz əvvəllər təkbaşına idarə olunurdu, lakin
onların əksəriyyəti bu statusdan artıq böyüyüb çıxmışdır.
Səbəb: hər bir iri təşkilatın sanki “bir nəfərin uzanmış kölgəsi” olduğuna
baxmayaraq, kommersiya fəaliyyəti və sənaye elə bir miqyasa çatmışdır ki, hətta
ən bacarıqlı adam da zərurətin təsiri altında qabiliyyətli, idarəetmənin
cilovlarının hamısını öz əlində saxlamaqda ona kömək edə biləcək partnyorlarla
əhatə etmək məcburiyyətində qalıb”.
Necə olmuşdusa, Vulvord bir dəfə mənə demişdi ki, uzun illər ərzində o, öz
işinə, əsasən, təkbaşına rəhbərlik etmişdi. Lakin əvvəl-axır öz sağlamlığını
laxlatdı və xəstəxanada olduğu həftələr ərzində başa düşdü ki, işin onun istədiyi
kimi inkişaf etdirilməsi üçün bu işə rəhbərlik etmək məsuliyyətini kiminləsə
bölüşməli olacaqdır.
“Betlehem Stil” – bu, təkbaşına rəhbərlik edilən korporasiyanın uzun illər
ərzində nümunəsi olmuşdu. Çarlz Şvabın hər şeyə dəxli var idi. Lakin Yucin
C.Qreys tədricən irəli çıxırdı və nəhayət, polad üzrə Şvabdan yaxşı mütəxəssis
oldu ki, Şvab özü bunu ictimaiyyət qarşısında dəfələrlə etiraf edirdi.
İlkin mərhələsində “İstmen Kodak” firmasına əsas etibarilə Corc İstmen
rəhbərlik edirdi, lakin effektli təşkilat yaratmağa onun müdrikliyi çoxdan çatıb.
Çikaqonun konserv firmalarının hamısı əsası qoyulandan sonra eynilə bu cür
dəyişikliklərə məruz qalıb. “Standard Oyl” kompaniyası iri miqyaslar aldığı
dövrdən etibarən geniş yayılmış təsəvvürlərə zidd olaraq, təkbaşına idarə olunan
təşkilat olmayıbdır.
C.P.Morqan nəhəng fiqur olsa da, qabiliyyətli partnyorların seçilməsi və öz
vəzifələrinin onlarla bölüşməsinin qızğın tərəfdarı idi.
Kommersiya təşkilatlarının hələ də elə şöhrətpərəst rəhbərləri vardır ki,
onlar təkbaşına idarəçilik prinsipindən yapışaraq işi məhv etməyə üstünlük
verərdilər. Amma onlar müasir əməliyyatların nəhəng miqyasları üzündən
downloaded from KitabYurdu.org