istəsələr də, istəməsələr də, öz vəzifələrini başqalarına ötürmək
məcburiyyətində qalırlar.
Bəzi adamlar öz işlərindən danışarkən bağışlanmaz səhvə yol verirlər –
yalnız özlərini maraqlandıran cəhətlərə toxunurlar. Məgər natiq yalnız özünün
yox, həm də dinləyicilərin nəyə maraq göstərdiklərini aydınlaşdırmağa
çalışmamalıdır? Məgər o, onların şəxsi maraqlarına toxunmamalıdır? Məsələn, o,
yanğından sığorta ilə məşğuldursa, onda o, adamlara əmlakı yanğından necə
qorumaq lazım olduğunu danışmamalıdır? Əgər o, bankirdirsə, onda o, maliyyə
və ya kapital qoyuluşları sahəsində məsləhətlər məgər verməməlidir? Əgər natiq
ümumdövlət qadın təşkilatının rəhbəridirsə, onda o, yerli təşkilatların
proqramlarından konkret nümunələr göstərməklə yerlərdə öz dinləyicilərinə
deməməlidir ki, onlar bütün hərəkatın hansı dərəcədə tərkib hissəsidirlər?
Hazırlıq prosesində öz auditoriyanızı öyrənin. Dinləyicilərin ehtiyacları,
istəkləri barədə fikirləşin. Bəzən bu, uğurun yarısını təmin edir.
Bəzi mövzuların hazırlanması zamanı nə isə oxumaq, başqalarının bu məsələ
ilə bağlı nə fikirləşdiklərini, yaxud danışdıqlarını aydınlaşdırmaq çox
məsləhətdir.
Lakin nə qədər ki şəxsi fikirləriniz tükənməyib, o vaxta qədər oxumayın.
Bu, vacibdir, çox vacibdir. Sonra isə ictimai kitabxanaya yollanın və
kitabxanaçıya nəyə ehtiyacınız olduğunu söyləyin. Deyin ki, siz filan mövzuda
çıxışa hazırlaşırsınız. Açıq-açığına kömək xahiş edin. Əgər sizin tədqiqatçılıq işi
ilə məşğul olmaq vərdişiniz yoxdursa, onda siz ixtiyarınıza nə qədər dəyərli
material veriləcəyindən, çox güman, heyrətlənəcəksiniz.
Bu, eyni mövzuda bütöv bir kitab, yaxud ictimai əhəmiyyət kəsb edən
gündəlik, qayğı doğuran məsələlərlə bağlı hər iki tərəfin dəlillərini əhatə edən
diskussiya üçün tezislər ola bilər. Bu, dövri ədəbiyyatın göstəricisi – bizim
yüzilliyin əvvəllərindən dərc olunmuş, müxtəlif mövzuları əhatə edən jurnal
məqalələri ola bilər. “Almanax ekspress-informasiyalar”, “Ümumdünya
almanaxı”, ensiklopediya və onlarla başqa məlumat səciyyəli nəşrlər. Bütün
bunlar sizin emalatxananızın alətləridir.
Onlardan istifadə edin.
Ehtiyat biliklərin sirri
Lyuter Berbank bir dəfə demişdi: “İstisnasız keyfiyyətlərə malik olan bir və
ya iki bitkini seçmək üçün elə olub ki, onları milyon dəfə əkmişəm, sonra isə
pislərinin hamısını məhv etmişəm”. İctimaiyyət qarşısında çıxışı təqribən elə bu
cür hazırlamaq lazımdır: eyni cür israfçılıq və eyni cür sərt seçimlə. Yüz fikir
seçin və onlardan doxsanını kənara atın.
İstifadə edə biləcəyinizdən çox material, çox informasiya toplayın. Bütün
bunları yiyələnəcəyiniz əlavə özünəinam hissinin, əlin möhkəmliyi xətrinə əldə
edin. Bunu sizin şüurunuza, sizin əhvalınıza, sizin danışmaq maneranıza
göstəriləcək təsirin xətrinə əldə edin. Bu, hazırlaşmağın əsas, ən mühüm
faktorudur və bununla belə, natiqlər buna ictimaiyyət qarşısında çıxışlarında
olduğu kimi, fərdi söhbətlərdə də daim saymazyana yanaşırlar.
“Mən yüzlərlə kişi və qadın – malların satışı üzrə agentlər hazırlamışam, –
deyə Artur Dann bildirir, – və onların əksəriyyətində aşkar etdiyim əsas
downloaded from KitabYurdu.org
çatışmazlıq – bu öz malları haqqında mümkün olan hər şeyi bilmək, özü də
həmin malları satmağa başlamazdan əvvəl bilmək zərurətini başa düşməməkdir.
Satış üzrə agentlərin çoxu mənim kontoruma gəlir və malın təsvirini və
alıcıya nə demək lazım olduğu ilə bağlı göstəriş alan kimi dərhal işdən yapışmağa
hazır olur. Belə agentlərdən bir çoxu heç bir həftə də işləmirdi, onların sayca
əhəmiyyətli hissəsi isə heç qırx səkkiz saat da duruş gətirmirdi. Ərzaq
məhsullarının satışı üzrə mütəxəssisləri öyrədərkən və hazırlaşdırarkən mən
onları bu və ya başqa ərzaq növü üzrə mütəxəssis etməyə çalışırdım. Mən onları
məcbur edirdim ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin ayrı-ayrı ərzaq
məhsullarına verdiyi spesifikasiyaları öyrənsinlər – burada məhsulların
tərkibində mayenin, zülalların, karbohidratların, yağların və əhəngli maddələrin
miqdarı göstərilir. Mən onları məcbur edirdim ki, satacaqları məhsulların
tərkibinə hansı elementlərin daxil olduğunu öyrənsinlər. Mən onları məcbur
edirdim ki, bütün bunları bir neçə gün əzbərləsinlər və sonra imtahan versinlər.
Mən onları öz mallarını satış üzrə başqa agentlərə “satmağa” məcbur edir və alıcı
ilə ən yaxşı söhbətə görə mükafat verirdim.
Mən tez-tez belə adamlarla üzləşirdim ki, onlar bu, malların öyrənilməsinin
hazırlıq mərhələsində səbirsizlik göstərirlər. Onlar deyirdilər:
– Mənim heç vaxt bütün bunlar haqqında baqqal dükanının pərakəndə
alıcısına danışmağa vaxtım olmayacaq. Alıcı həddən artıq məşğuldur. Əgər mən
zülallar və karbohidratlar haqqında danışmağa başlasam, alıcı qulaq asmayacaq,
hətta qulaq asmış olsa da, nə haqda danışdığımı başa düşməyəcəkdir.
Mən buna cavab verirdim:
– Siz bütün bu bilikləri alıcınız üçün yox, özünüz üçün əldə edirsiniz. Öz
mallarınızı dəqiq və ətraflı tanıyacağınız halda sizdə təsvir olunması qeyri-
mümkün olan hiss meydana çıxacaqdır. Siz elə güclü pozitiv yüklənəcəksiniz,
özünüzə əminliyiniz o qədər artacaq ki, qarşısıalınmaz və məğlubedilməz
olacaqsınız”.
“Standart oyl” kompaniyasının məşhur tarixçisi xanım İda Tarbell bu kitabın
müəllifinə danışmışdı ki, çox illər bundan əvvəl o, Parisdə olanda “Makklürs
meqezin” jurnalının əsasını qoyan S.S.Makklür telefonla ona transatlantik kabel
haqqında kiçik həcmli məqalə yazmağı sifariş etdi. O, Londona yollandı, əsas
kabelin çəkilişi üzrə Avropanın səlahiyyətli nümayəndəsi ilə söhbət etdi və
tapşırığın yerinə yetirilməsi üçün kifayət qədər material topladı. Lakin o,
bununla qane olmadı. Ona hələ ehtiyat məlumatlar da lazım idi. Buna görə o,
Britaniya muzeyində sərgidə nümayiş etdirilən kabellərin bütün növlərini
öyrəndi, kabellərin tarixi ilə bağlı kitab oxudu və hətta Londonun həndəvərində
yerləşən sənaye müəssisələrini gəzdi və kabel istehsalı prosesiylə tanış oldu.
O istifadə edə biləcəyindən on dəfə çox informasiyanı nə üçün toplamışdı?
Xanım İda Tarbell hesab edirdi ki, bu, ona əlavə qüvvə verəcək; o başa düşürdü
ki, ona bəlli olan, lakin məqalədə qələmə alınmayan məlumatlar onun yazacağı
həmin o kiçik məqaləyə inandırıcılıq və rəngarənglik gətirəcəkdir.
Psixoloq Edvin Ceyms Kettell, cəm halda götürülərsə, otuz milyon adam
qarşısında çıxış edib; bununla belə, o, bir dəfə mənə etiraf etdi ki, əgər hər dəfə
evə qayıdanda özünü maraqlı şeyləri yaddan çıxardığına görə söyüb-
danlamasaydı, ondan sonrakı çıxışları heç nəyə dəyməzdi.
downloaded from KitabYurdu.org