Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə142/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   138   139   140   141   142   143   144   145   ...   175

490

ilahi Sözdən götürmüşdür. Mühafizə deyirəm, araşdırma yox. Zira bəşərilik baxımından, bilik - peyğəm-

bərlərin moizələrindən kilsə atalarının tofsirlorinədək keçən yüz illər boyunca tamamlanmış və müəyyən

olunmuşdur. Elm - inkişaf etməz, elm - dövrlər keçdikcə dəyişilməz, elmin genişlənməyə ehtiyacı yoxdur;

olsa-olsa, yorulmadan və ucadan danışılmalıdır. İnsanlıq tarixi yaradılış anından, ta diriləri və ölüləri

mühakimə etmək üçün nura bürünmüş halda təntənə ilə yerə enəcək Həzrəti-İsanın gəlişinədək fasiləsiz

doğulan məxluqlar vasitəsilə, günahlardan bağışlanma yolu ilə irəliləməkdədir; lakin ilahi və bəşəri bilik

bu irəliləyişi izləyə bilməz; onun səsini itaətkarlıqla dinlədiyimiz zaman o bir möhkəm qaya kimi, bu

irəliləyiş yolunu izləməyə və qabaqcadan bilməyə izin verir, amma biliyin özü bu irəliləyişdə iştirak etmir.

“Mən var olanam”, yəhudilərin Tanrısı dedi. “Mən yolam, həqiqət və həyatam”, dedi bizim Rəbbimiz.

Bax bütün biliklər, dünyada olan nə varsa - bu iki həqiqətin coşqun şərhindən başqa bir şey



491

deyildir.  Bundan  başqa,  deyilmiş  hər  şey  -  peyğəmbərlər,  İncil  yazarları,  kilsə  ataları  və  üləmalar

tərəfindən bu iki ibarəni izah etmək üçün söylənmişdir. Bəzən bu həqiqətlərdən bixəbər olan bütpərəstlər

də bənzər şərhlər irəli sürmüşlər, amma onların mülahizələrində də xristian ənənələri hiss olunur.

Vəssalam. Bunu da nəzərə almaqla, deyiləcək başqa heç nə yoxdur; söhbət yalnız düşünmək, təfsir etmək

və qorumaqdan gedə bilər. Monastırımızın möhtəşəm kitabxanası itə yerinə yetirdiyi vəzifə budur və

gələcəkdə də bu olmalıdır, başqa bir şey deyil. Deyilənə görə bir şərq xəlifəsi məşhur, şanlı və məğrur bir

şəhərin kitabxanasını yandırmışdı; və minlərlə cild yanıb külə çevrilərkən, bu kitabların məhv ola

biləcəyini və məhv olmasının gərəkli olduğunu söyləmişdi, çünki bu kitablar ya onların müqəddəs kitabı

olan Quranda çoxdan deyilmiş fikirləri təkrarlayırdı, buna görə də yararsız idi, ya da Quranda deyilənlərlə

ziddiyyət təşkil edirdi, bu səbəbdən də zərərli idi. Kilsəmizin alimləri və biz mömin xristianlar, belə

düşüncə ilə razı deyilik. Müqəddəs Kəlamı təsbit və izah edən hər şey saxlanmalıdır, çünki bunlar Tanrı

sözünün şöhrətini artırırlar; lakin Müqəddəs Kəlama zidd olan yazılar da məhv edilməməlidir, çünki,

onları ancaq saxlamaqla, Tanrının göstərdiyi üsullarla və Onun istədiyi zamanlarda buna imkan tapanlar

və bu tapşırığı alanlar tərəfindən təkzib edilə bilər. Rahib ordenimizin yüz illər boyunca daşıdığı

məsuliyyət budur, indi də bu borcu yerinə yetirir; o, müqəddəs həqiqətə dair kəlmələri qürurla təkrar

etməli və dönə-dönə oxumalıdır, o, həqiqətə düşmən olan sözləri onların murdarlığına bulaşmadan,

ehtiyatla və təvazökarlıqla saxlamalıdır. Bəs qardaşlarım, bir bilikli rahibi günaha batıran təkəbbürə cəzb

edən nədir? Bu cazibə bir rahibin bilikləri qorumasına deyil, indiyə qədər bəşəriyyətə açıqlanmamış

xəbərləri araşdırmasına səbəb olur. Sanki bu xəbərlər Müqəddəs Kəlamın sonuncu kitabında son Mələk

tərəfindən deyilməmişdir! Eşidirsinizmi: “Bu kitabın kəhanətlərini dinləyən hər kəsə açıqlayıram: hər kim

burada deyilənlərə bir şey əlavə edərsə, Tanrı bu kitabda yazılan bəlaları ona nazil edəcəkdir; və hər kim

bu kitabın



492

kəhanətli sözlərindən nəsə kəsib atarsa, Tanrı onu həyat kitabından və müqəddəs şəhərdən və bu kitabda

yazılanlardan kəsib atacaqdır”. Hərgah belədirsə, mənim bədbəxt qardaşlarım, bu sözlər son günlər bu

divarlar arasında baş verən hadisələrə işarə deyilmi? Və bu divarlar arasında baş verənlər içində yaşadı-

ğımız əsrin fəlakətini göstərmirmi? Malikanələrdə və şəhərlərdə, özlərinin təkəbbürlü universitetlərində

və kafedral kilsələrində, həqiqət kəlamlarına həm sözlərlə, həm də əməllərlə, bir divanə kimi yeni-yeni

əlavələr etməyə çalışan və bununla da həqiqəti təhrif edən əsrimizin fəlakətini! Bu həqiqət, onsuz da,

müxtəlif şərhlərlə zənginləşdirilmişdir. Təfərrüatların axmaqcasına çoxaldılması  əvəzinə, bu həqiqəti

cəsarətlə qorumaq lazımdır! Bu divarlar arasında bir ilan kimi yuva qurmuş və hələ də, yuva qurmaqda

olan təkəbbürlüliik budur! Onlara yasaq edilmiş kitabların möhürünü qırmağa cəhd göstərənlərə və hələ

də, cəhd göstərməkdə olanlara üzümü tuturam! Onlara deyirəm ki, Tanrının cəzalandıracağı məğrurluq

budur və  əgər onlar itaətkarlıq göstərib niyyətlərindən geri çəkilməzlərsə, Tanrı onları da mütləq

cəzalandıracaqdır! Zira aciz olduğumuz üçün bizi cəzalandırmaq Allahın əlində asan işdir. Və yeni qisas

vasitələri tapmaq da onun üçün çətin deyil!”

“Eşidirsənmi, Adso? - Vilhelm qulağıma dedi. - Qoca danışdıqlarından daha çox şey bilir. Bu işlərdə

onun özünün barmağı olsa da, olmasa da - əgər hər şeylə maraqlanan rahiblər kitabxananın qaydalarını

pozmağa davam edəcəklərsə, onların dinc həyat sürməyəcəklərinə eyham vurur”.

Xorxe uzun fasilədən sonra sözlərinə davam etdi.

“Nəhayət, bir rəmz olaraq, bu təkəbbür kimdə təcəssüm etmişdir? Bizim məğrurlar elçilər və

köməkçilər kimi, şəriklər və bayraqdarlar kimi əslində kimə xidmət etmişlər? Bu divarlar arasında şər

əməllər törətmiş və bəlkə indi də törətməkdə olan kimdir? Beləcə, vaxtın yetişdiyini bildirməklə yanaşı,

bizə təsəlli də verir. Zira vaxt gəlib çatmışsa - əzablar dözülməz, lakin sonsuz olmayacaq; çünki kainatın

böyük dövrəsi tamamlanmaq üzrədir. Kimdir bu? Kimdən bəhs etdiyimi yaxşı anlayırsınız!



493

Lakin onun adını çəkməyə cəsarət etmirsiniz! Zira onun adı - sizin də adınızdır! Və siz ondan, bu addan

qorxursunuz! Amma siz ondan qorxsanız da, mən qorxmuram! Mən bu adı ucadan deyəcəyəm ki,

bağırsaqlarınız dəhşətdən düyün-düyün olsun, dişləriniz titrəyib dillərinizi kəssin, damarlarınızda qanınız

donsun, bəbəkləriniz qara pərdə ilə örtülsün... O iyrənc heyvan Dəccaldır, Dəccal!

O, yenə uzun müddət susdu. Dinləyicilər ölü kimi səssiz idilər. Bütün kilsədə tək canlı - üçayağın

alovu idi; amma bu alovdan düşən kölgələr də donub-qalmışdı. Bütün kilsədə yeganə səs - alnındakı təri

silən Xorxenin dərindən alıb-verdiyi nəfəslərin səsiydi. Sonra yenə sözünə davam etdi.

“Bəlkə də siz deyəcəksiniz ki yox, o hələ gəlməmişdir, gəlişinin əlamətləri hanı? Kim belə söylərsə,

axmaqdır! Bu əlamətlər gözümüzün önündədir, günbəgün böyük dünya səhnəsində, monastırın

murdarlanmış simasında, gələcək fəlakətlərin duyulmasındadır... Deyilmişdir ki, vaxt yetişdikdə şərqdə

başqa qəbilədən olan bir hökmdar ortaya çıxacaqdır; rüsvayçılıqlar ağası, allahsız, insanları qətl edən,

saxtakar, sərvətə susayan, hiyləgər, fəndgir, zalım, möminlərin düşməni və qənimi; onun zamanında heç

kim gümüşü qiymətləndirməyəcək, yalnız qızıla dəyər veriləcək. Yaxşı bilirəm ki, siz, məni dinləyənlər,

kimdən bəhs etdiyimi ölçüb-biçməyə çalışırsınız: Roma papasından, yoxsa alman imperatorundanmı,

Fransa kralından, yoxsa hər kəsin qarşısında “mən haqqın tərəfindəyəm, o mənim düşmənimdir” deyə

biləcəyiniz başqa birindonmi? Lakin bir şəxsi hədəf alacaq qədər avam deyiləm; Dəccal gəldiyi zaman

hamı  və  hər  kəs  üçün  gəlir,  və  hər  kəs  -  onun  bir  parçası  olur.  Dəccal  -  ölkə  və şəhərləri  viran  qoyan

talançılar gümhunun arasında olacaqdır; o, səmanın gözlənilməz əlamətlərində, qəfil ortaya çıxan göy

qurşağında, şimşəkdə və ildırımda özünü göstərəcəkdir; bu zaman səslər bir-birinə qarışacaq və dənizlər

qaynayacaq. Deyilmişdir ki, insanlar və heyvanlar əjdahalar doğacaqlar, lakin bu, əslində ürəklərin nifrət

və kin-küdurətlə dolacağını bildirir. Ətrafınıza baxmayın, perqamentlərin üzərində xoşunuza gələn vəhşi

heyvanların rəsmlərini axtarmayın! Deyilmişdir ki, təzəcə nikah bağlamış gəlinlər mükəmməl danışa bilən

körpələr doğacaqlar; bu körpələr vaxtın yetişdiyini söyləyərək, öldürülmələrini istəyəcəklər. Amma bu

körpələri dağlarda və vadilərdə axtarmayın, zira bilikli çağalar artıq öldürülmüşdür və həm də bu divarlar

arasında öldürülmüşdür! Kəhanətlərdəki körpələr kimi onlar yaşlı görkəmində idilər; kəhanətlərdə

dördbarmaqlı körpələrdən, kabuslardan, ana bətnində sehrli nəğmələr oxuyaraq peyğəmbərlik edən

döllərdən bəhs edilir. Bütün bunlar yazılmışdır, anladınızmı? Məbədlər, xalqlar, təbəqələr arasında böyük

iğtişaşların olacağı yazılmışdır; cinayətkar çobanların, pozğun, sırtıq, acgöz, şəhvətpərəst, qarınqulu,

xəsis, boşboğaz, təşəxxüslü, təkəbbürlü, tamahkar, inadkar, günahlara batan, boş  şöhrət axtaran, İncil

düşməni, dar qapıları rədd etməyə, həqiqi kəlamları inkar etməyə hazır olan insanların ortaya çıxacağı

yazılmışdır; onlar hər cür iman yoluna nifrət edəcəklər və günahlarından ötrü peşman olmayacaqlar;

onların vasitəsilə xalqların arasında nifaq, qardaşlar arasında kin-küdurət, cinayətkarlıq, daşürəklilik və

paxıllıq, laqeydlik və oğurluq, şərabxorluq və israfçılıq, şəhvətpərəstlik və cismani əxlaqsızlıq, zinakarlıq

və digər pisliklər yayılacaqdır. Mərhəmət, şəfqət, sülhsevərlik, tamahsızlıq, xeyirxahlıq, təziyə, ağlamaq

ortadan qalxacaqdır... Davam edimmi, yoxsa özünüzü tanıdınızmı, siz, ey məni dinləyənlər, bu monastırın

rahibləri və mühüm qonaqlar?”

Zala çökmüş səssizliyin içində bir xışıltı eşidildi. Bu, öz yerində qurdalanan kardinal Bertrando idi.

“Nə də olsa, - deyə düşündüm, - Xorxe həqiqətən böyük vaizdir, qardaşlarını qamçılayarkən monastırın

qonaqlarına da aman vermir”. O anda Bertrandonun, ya da gonbul avinyonluların ağlından keçənləri

öyrənmək üçün nələr verməzdim.



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə