Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə29/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   25   26   27   28   29   30   31   32   ...   175

98

larına işarə edirdi. Amma Vilhelm özünü bu istehzanı anlamırmış kimi göstərdi.

“Haşiyələrdəki  rəsmlər  çox  vaxt  güldürür,  amma  öyüd-nəsihət  məqsədi  ilə,  -  o  cavab  verdi.  -  Necə

moizələrdə dindar kütlənin təxəyyülünü oyatmaq üçün gülməli exempla vermək lazımdırsa, rəsmlərin

dilində də belə şuluqluqlara xor baxmaq olmaz. Hər məziyyət və hər günah üçün heyvanat aləmində bir

örnək vardır; və bu zaman heyvanların görkəmi ilə bəşər aləmi təsvir edilir”.

“Hə, əlbəttə, - qoca zarafatla, amma gülümsəmədən onun sözünü kəsdi, - belə şuluqluqlara xor baxmaq

lazım deyildir! Yaradılış incisini başıaşağı çevirib, məsxərəyə qoymaq üçün! Qoy, Tanrı sözünə lira çalan

eşşək, qalxanla torpağı şumlayan bayquş, bir-birini arabaya qoşan öküzlər, tərsinə axan çaylar, alovlara

tutuşmuş dəniz, rahiblik edən canavar bələdçilik etsin! Dovşan ovuna öküzlərlə çıxın, dilçilik elmini

bayquşdan öyrənin, və qoy köpəklər birələrin üstündə yaşasın, korlar lallardan göz-qulaq olsun, lallar isə

“Yemək verin” deyə, qışqırsın! Qoy, qarışqa buzov doğsun, qızarmış xoruz havada uçsun, evlərin damında

şirin qoğallar bitsin, tutuquşular bəlağət dərsi versin, toyuqlar xoruzlan dölləsin. Arabanı atların önünə

qoşun, köpəkləri yataqda yatırın və hamınız kəlləmayallaq gəzin! Bütün bu hənəklərin məqsədi nədir?

Həqiqəti təhrif etmək. İlahiyyatı öyrətmək bəhanəsi ilə Tanrının bütün yaratdıqlarını tərsinə çevirirlər!”

“Lakin Areopagit

75 76

 öyrədirdi ki, - Vilhelm fağır-fağır etiraz etdi, - Tanrını yalnız ən görkəmsiz



şeylərlə göstərmək olar. Və Viktorinli Hüqo deyirdi ki, təşbeh həqiqətə nə qədər az oxşayırsa, həqiqət bir

o qədər aydın təsvir olunar. Qorxunc və qəribə surətlərlə qarşılaşan insanın təxəyyülü canlanır və cismani

rahatlığa qapılmadan həqiqəti iyrənc görüntülərin pərdəsi altında axtarmağa məcbur olur...”

75

Örnəklər (latınca)



76

Areopagit Psevdo-Dionisiy - VI əsrdə yaşamış yunan filosofu

Güzgüdəki kimi və tapmaca şəklində (latınca)

99



“Bunlar köhnə dəlillərdir! Klyuni rahiblərinin sistersianlarla mübarizəsi dövründə bunun bizim

ordenimizin başlıca dəlili olduğunu utanaraq etiraf edirəm. Amma Müqəddəs Bemard haqlıydı: Tanrının

yaratdıqlarını per speculum et in aenidmate' açıqlamağa çalışanlar vəhşi və eybəcər təzahürlərə o qədər

qapılırlar ki, tədricən özlərinin yaratdığı miskinlikdən xoşlanmağa və zövq almağa başlayırlar; və buna o

qədər aludə olurlar ki, daha başqa heç nə görmürlər. Siz, gözləri hələ görənlər, öz məbədinizin sütun

başlıqlarına baxın. - Barmağını pəncərəyə tərəf uzatdı, kilsəni göstərdi. - Axı bütün bunlar hər gün dərin

düşüncəyə dalan rahiblərin gözləri qarşısındadır! Bu gərəksiz ədabazlığın, bu qarışıq ahəngdarlıq və

ahəngdar qarışıqlığın mənası nədir? Bu meymunlar nəyə lazımdır? Bu şirlərin, kentavrların, ağızları

qarınlarında, təkayaqlı, yelkən qulaqlı yarıminsan məxluqların nə mənası var? Xallı pələnglər, döyüşən

savaşçılar, şeypur çalan ovçular, təkbaşlı çoxbədənlilər, təkbədənli çoxbaşlılar nəyə gərəkdir? İlan

quyruqlu dördayaqlılar, başları dördayaqlıların başları kimi olan balıqlar, arxadan keçiyə, öndən ata

bənzəyən eybəcərlər və buynuzlu atlar və bu minvalla neçə-neçə iyrənc məxluqlar; beləcə, bir rahib üçün

əlyazmasından çox mərmərləri oxumaq, Tanrının qüdrətini düşünməkdənsə, insan oğlunun məharətini

dəyərləndirmək daha maraqlıdır. Utanın, ehtiraslı gözlərinizdən və gülüşlərinizdən utanın!”

Əcaib qoca ağır-ağır nəfəs alaraq susdu. İllərdir kor olmasına baxmayaraq, ayrı-ayrı surətləri belə canlı

şəkildə qoruyub saxlayan iti yaddaşına heyran oldum. Hətta, bu surətləri illər sonra belə coşqunluqla təsvir

etdiyi üçün kor olmamışdan qabaq bu rəsmləri gördüyü zaman özünün də onlara valeh olduğunu

düşündüm. Digər tərəfdən, mən əvvəllər do günahın ən heyranedici rəsmlərinə, onun təsirini və cazibəsini

qınayan sarsılmaz məziyyət sahiblərinin kitablarında rast gəlmişdim. Bu da sübut edir ki, bu insanlar

həqiqətə olan ehtiraslarının alovunda elə qovrulurlar ki, gözəlliyə bürünmüş Şəri ifşa etmək üçün bütün




100

təsvirlərə əl atmaqdan dayanmazlar. Beləcə onlar, Şərin insanı hansı üsullarla yoldan çıxardığını daha

yaxşı anladırlar. Doğrudan da, Xorxenin sözləri bir az əvvəl dəhlizdə diqqətimdən qaçan aslan və

meymunlara daha yaxşı baxmaq üçün məndə böyük bir istək yaratdı. Amma Xorxe, yenidən və bu dəfə

daha mülayim səslə danışaraq, məni düşüncələrimdən ayırdı:

“Bizə doğru yol göstərən Tanrımız belə cəfəngiyatlara möhtac deyildir. Onun eyhamlarında nə gülüşə,

nə də qorxuya yol açan heç bir şey yoxdur. Amma ölümünə yas tutduğumuz Adelmo çəkdiyi eybəcərlərə

elə məftun olmuşdu ki, təsvir etməli olduğu əsas anlayışları gözdən qaçırırdı. Və mənəvi düşkünlüyün lap

dibinə, təkrar edirəm, - Xorxenin səsi ciddi və amiranə idi, - lap dibinə yuvarlandı. Amma Tanrı necə

cəzalandıracağını bilir!”

Ortalığa ağır sükut çökdü. Bu səssizliyi pozmağa Salvemekli Venansio cəsarət etdi.

“Möhtərəm Xorxe, - o dedi. - Məziyyətiniz sizə qərəzli mühakimələr yürütməyi aşılayıb. Axı

Adelmonun ölümündən iki gün əvvəl siz özünüz də burada, yazı zalında elmi müzakirələrdə iştirak

etmişdiniz. Adelmo həyəcan içində sizdən soruşmuşdu ki, onun əcaib və fantastik rəsmləri Tanrının

ucalığına kölgə salmadan ilahi sirlərin dərkinə vasitəçi olmasına baxmayaraq, yalnış yozulmazmı? Bir az

əvvəl Vilhelm qardaş eybəcərlik vasitəsi ilə dərketmə haqqında Areopagitdən sitat gətirdi. Həmin gün

Adelmo da başqa bi məşhur insanın - Akvinolu alimin müqəddəs həqiqətlərin alicənab cisimlərdənsə,

kobud cisimlərlə təsvir edilməsinin daha yaxşı olduğu haqqındakı sözlərini xatırlamışdı. Birincisi,

səhvlərdən daha asanlıqla qurtulmaq olar. Çünki, doğrudan da, alçaq xüsusiyyətlər ilahiliyə aid ola bilməz.

Alicənab cisimlərdə isə sərhədin haradan keçdiyi anlaşılmazdır. İkincisi, bu, yer üzündə Tanrıya aid edilən

təsəvvürlərə daha yaxındır; doğrudan da, Tanrı özünü yer üzündə var olandan çox, var olmayanda göstərir.

Bu səbəbdən də belə təşbehlər Tanrıdan nə qədər uzaqdırsa, onun haqqında bizdə bir o qədər dəqiq fikir

yarada bilər; bu halda, Tanrının bi-



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə