608
dumanlanmış gözlərim önündə xarabalıq və ölüm səhnəsi açıldı.
Bir zamanlar o yerlərin bəzəyi olan nəhəng və gözəl tikililərdən, Roma çöllərindəki qədim
bütpərəstlərin abidələri kimi, dağınıq xarabalıqlar qalmışdı. Divar qalıqlarını, sütunlan, yanğının
toxunmadığı bir neçə tiri sarmaşıqlar bürümüşdü. Hər tərəfi alaq otları basmışdı, hətta bostan və bağçanın
yeri də bəlli deyildi. Hələ torpağın üstündə yüksələn qəbirlərə görə, yalnız məzarlığın yerini tanımaq
mümkün idi. Yeganə həyat əlaməti olaraq, yüksəklərdə uçan vəhşi quşlar şahmaranlar kimi daşların
arasında yuva salmış və divarların üstündə sürünən kərtənkələ və ilanları ovlayırdı. Kilsə qapısından
kiflənmiş qırıntılar qalmışdı. Timpanın yansı salamat idi, buna görə də, taxtda oturmuş Məsihin təbii
rütubət nəticəsində yayılmış və məşum şibyələr üzündən dartılmış sol gözü ilə bir aslan üzünün parçasını
görə bildim.
Bina, dağılmış cənub qülləsindən başqa, demək olar ki, salamat qalmışdı. Sanki zamanın axınına
meydan oxuyaraq, hələ
ayaqda qalmağı bacarmışdı. Uçurumun üzərində yüksələn iki qüllə də tamamilə olduğu kimi idi, amma
bütün pəncərələr boş göz çuxurlarına bənzəyirdi, irin qoxulu sarmaşıqlar, yapışqan göz yaşları kimi
sallanmışdı. İçəridə sənət əsərlərinin qalıqları təbiətin əsərinə qarışmışdı; yarısı sağ qalmış mətbəx
meydançasından baxınca, üst mərtəbələrin döşəməsi və tavanı cənnətdən qovulmuş mələklər kimi aşağı
düşdüyü üçün açıq qalmış yerdən göy üzü görünürdü. Mamırlarla yaşıllanmamış hər şey on illər əvvəlin
hisi ilə hələ də qapqara idi.
Dağıntıları eşələyərkən ara-sıra yazı zalı və kitabxanadan uçub düşmüş, torpağa gömülmüş xəzinə
kimi, bütün bu illər ərzində salamat qalmış perqament parçalarına rast gəlirdim; cırılmış səhifələrdən kitab
düzəldəcəkmiş kimi, onları toplamağa başladım. Sonra qüllələrin birində yazı zalına qalxan, aşacaqmış
kimi görünən, amma hələ dağılmamış dolama nərdivan diqqətimi çəkdi; oradan isə,töküntülərin üstünə
dırmaşıb, kitabxananın səviyyəsinə qalxmaq olardı. Amma kitabxana indi xarici divarlara bitişik olan və
hər birinin sonu boşluğa baxan dəhlizlərdən başqa bir şey deyildi.
Birdən dağılmamış divarın yanında, bir möcüzə ilə hələ də salamat qalmış kitab dolabı gördüm.
Alovun, suyun və böcəklərin hücumuna necə tab gətirmişdi, bilmirəm. İçində hələ bir neçə səhifə vardı.
Aşağıdakı dağıntılar arasından başqa parçaları da topladım. Qismətimə düşən bərəkətsiz məhsul olsa da,
bütün günümü onu toplamaqla keçirdim, sanki kitabxananın bu disjecia membra
226
-sı mənə nəyisə xəbər
verəcəkdi. Bəzi perqament parçaları solmuşdu; bəzilərinin üstündə bir neçə xəttin kölgəsini, ya da bir-iki
sözün xəyalını görmək olurdu. Çox az da olsa, bütöv bir cümlənin oxuna bildiyi səhifələr də tapırdım;
bəzən dəmir çərçivələrlə qorunduğu üçün salamat qalmış cildlərə də rast gəlirdim... Xarici görkəmindən
kitaba oxşasalar da, içərisi boş olan kitab kabusları... Amma bəzi hallarda səhifənin ortasına, yarım
səhifəyə də rast gəlir, fəsil başlıqlarını oxuya bilirdim...
Tapa bildiyim bütün təbərrükləri topladım, bu yoxsul xəzinəni yerləşdirmək üçün lazımlı əşyalarımı
tullayaraq, iki yol dağarcığını ağzına qədər doldurdum.
Geri qayıdan zaman yolda və sonra Melkdə bu kağız qırıntılarını oxuya bilmək üçün saatlar sərf etdim.
Bəzən bir söz, ya da bir rəsmdən hansı əsərin olduğunu anlayırdım. Zaman-zaman o kitabların başqa
nüsxələri əlimə keçincə, onları xüsusi məhəbbətlə oxuyurdum; sanki tale qəsdən bu hədiyyəni mənə
göndərmişdi və məhv olmuş kitabı tanımağa kömək edən bu qalıqlar səmavi əlamətlər kimi mənə deyirdi:
“Götür və oxu”. Parçaları səbirlə birləşdirdikdən sonra, qarşımda bir növ “kiçik kitabxana” - o böyük,
itkin kitabxananın zəif əlaməti yarandı: parçalardan, iqtibaslardan, yarımçıq cümlələrdən, budanmış
cildlərdən ibarət bir kitabxana.
Bu siyahını daha tez-tez oxuyunca, onun bir təsadüfılik nəticəsi olduğuna və heç bir əlamət
saxlamadığına getdikcə daha çox inandım. Amma bu yarımçıq səhifələr, o zamandan bəri yaşamalı
olacağım qalan bütün ömrüm ərzində mənimlə yoldaş oldu; məsləhət üçün bir fal kitabı kimi tez-tez onlara
üz tutdum; nə qədər qəribə də olsa, bu səhifələrə yazdığım, indi, naməlum oxucum, sənin oxuduğun hər
226
Bir-birindən qopmuş üzvlər (lat.)
şeyin müxtəlif yazarların əsərlərindən götürülmüş bir topludan, bir rəsmli şeirdən, yalnız o köhnə
perqament parçalarının dedikləri şeyləri təkrarlayan nəhəng akrostixdən
227
başqa bir şey olmadığını hiss
edirəm; bilmirəm, bu vaxta qədər mənmi onlar barədə danışmışam, yoxsa onlarmı mənim ağzımla danışıb.
Amma bu iki ehtimalın hansı doğru olursa olsun, bunlardan yaranmış hekayəmi öz-özümə nə qədər çox
təkrarlayıramsa, bu hekayədə hadisələrin təbii ardıcıllığını və onları bir-birinə bağlayan zamanı aşan bir
məzmunun olub-olmadığını o qədər az anlayıram. Və ölümün astanasında olan bu qoca rahib üçün yazdığı
sətirlərin gizli bir mənası, ya da bir
227
Sətirlərinin baş hərfləri bir söz və ya cümlə əmələ gətirən şeir
611
neçə, ya da bir çox, ya da heç bir mənası olub-olmadığını bilməmək çox ağırdır.
Bəlkə də görmə bacarıqsızlığım - yaxınlaşmaqda olan böyük qaranlığın qocalmış dünyanın üstünə
saldığı kölgənin nəticəsidir.
Est ubi gloria nunc Babylonia?
228
Keçən ilki qarlar hanı? Yer üzü Makabra rəqsini rəqs edir indi, bəzən
mənə elə gəlir ki, dəlilərlə dolu gəmilər Dunay çayı ilə qaranlıq yerə doğru gedir.
Mənə yalnız susmaq qalır. O quanı salubre, quam iucundum et suave est sedere in solitudine et tacere
et loqui cum Deo
229
. Tezliklə öz başlanğıcıma qayıdacağam. Tannnın, mənsub olduğum ordenin
abbatlarının mənə dedikləri Ucalıq Tanrısı, ya da köhnə minoritlərin inandıqları kimi Sevinc Tanrısı, bəlkə
də, hətta Mərhəmət Tanrısı olduğuna artıq inanmıram. Gott ist ein /auter Nichts, ihn rührt kein Nun noch
Hier...
230
Çox keçmədən həqiqi mömin ürəklərin xoşbəxtlik içində üzəcəkləri o dümdüz, ucsuz-bucaqsız
səhraya girəcəyəm. İlahi alaqaranlığın, lal sükutun və anladılmaz ahəngin içinə dalacağam. Və bu dalmada
bütün bənzərliklər və bənzərsizliklər itib gedəcək; və bu girdabda ruhum özünü itirəcək, nə bənzərlikləri,
nə bənzərsizlikləri, nə də başqa bir şeyi biləcək; və bütün fərqliliklər unudulacaq; sadə başlanğıcın içinə
düşəcəyəm, heç bir fərqliliyin görünmədiyi lal səhraya, heç kəsin öz yerini tapa bilməyəcəyi dərinliyə. Nə
işin, nə də xəyalın olmadığı insansız bir yerə, səssiz kamilliyə dalacağam.
Yazı zalı soyuqdur, barmaqlarım sızıldayır. Bu yazıları kimə qoyub getdiyimi bilmirəm; artıq nə
haqqında olduğunu da bilmirəm. Stat rosa pristina nomine, nomina nuda tenemus
231
.
228
Hanı indi Babilin şöhrəti? (lat.)
:
Səssizlik içində oturub susmaq və Allahla danışmaq nə faydalı, nə sevindirici, nə xoş (lat.)
230
Tanrı tam bir Heçlikdir, nə “indi”, nə də “burada” ona aid deyil, (almanca)
231
Adı qalıb əvvəllər qızılgül olanın - irəlidə də sırf adlarımızla qalacağıq (lat.)
612
M Ü N D Ə R İ C A T
TƏBİİ Kİ, ƏLYAZMASIDIR
[5]
MÜƏLLİFİN QEYDLƏRİ
[ 12]
P
ROLOQ
[i4]
B İ R İ N C İ G Ü N
S Ü B H Ç A Ğ I , Monastırın kənarına gəlib çatırıq; Vilhelm öz fərasətini göstərir [28]
S Ə H Ə R , Vilhelmlə abbat məzmunlu söhbət edirlər [35]
GÜNORTA, Adso kilsənin qapışma heyran olur, Vilhelm isə uzun ayrılıqdan sonra Kazallı Ubertino
ilə görüşür
[50]
İ K İ N D İ V A X T I , Vilhelm nəbatatçı Severinlə elmi
söhbət edir
[ 8 1 ]
İ K İ N D İ D Ə N S O N R A , Vilhelm və Adso yazı zalını ziyarət edir, bir çox araşdırmaçt, nüsxəçi
və başlıq yazıçısı ilə, həmçinin Dəccalın gəlişini gözləyən qoca bir korla tanış olurlar [88]
G Ü N B A T A N Ç A Ğ I , Vilhelmlə Adso monastırın başqa tikililərinə baxırlar; Vilhelm
Adelmonun ölümünə aid ehtimallar irəli sürür, oxumaq üçün olan şüşələr və oxumağı həddən artıq
sevənlərin gördükləri həyulalar haqqındaşiişə ustası ilə söhbət edir [103]
A X Ş A M , Vilhelm və Adsonu baş rahibin səxavətli qonaqlığı və Xorxenin kəskin cavabı gözləyir
[113]
İ K İ N C İ G Ü N
G E C Ə Y A R I S I , Qısa sürən, bir neçə saatlıq mistik sevinc qanlı bir hadisəylə sona çatır [ 120]
613
S Ü B H Ç A Ğ I , Upsallı Bensio bəzi gizlinləri açıqlayır,
Arundelli Berenqar da bəzi şeylər danışır. Adso isə əsl tövbənin necə olduğunu öyrənir
[ 130]
S Ə H Ə R , Cahillər dava salır, İskəndəriyyəli Aymaro nəyəsə eyham edir, Adso müqəddəsliyin
təbiəti və şeytanın nəcisi haqqında düşünür. Sonra Vilhelm və Adso yazı zalına qalxırlar, Vilhelm
maraqlı bir şeyə rast gəlir, gülüşün caiz olduğu haqqında üçüncü dəfə müzakirə açır, amma axırda
istədiyi yerə baxa bilmir
[ 143]
G Ü N O R T A , Bensio monastırın həyalı haqqında
çox da xoşagəlimli olmayan qəribə sözlər danışır [ 162]
İ K İ N D İ V A X T I , Abbat monastırın sərvəti ilə öyiinür və bidətçilərin şərindən təşvişə düşür;
nəhayət, Adso dünyanı gəzib-dolaşmağı qərara aldığı üçün təəssüflənir [ 169]
G Ü N B A T A N Ç A Ğ I N D A N S O N R A , Bu qısa fəsildə qoca Alinardo labirintə dair və
oraya necə girmək barədə çox maraqlı məlumatlar danışır
[ 1 8 7
A X Ş A M , Vilhelmlə Adso Binaya girirlər; müəmmalı casusla qarşılaşırlar; üzərində gizli hərflərlə
tilsim yazılmış kağız tapırlar və bir anlığa görünüb, qeyb olan kitaba rast gəlirlər; qarşıdakı
fəsillərdə bu kitabın axtarışı sürəcəkdir; xoşagəlməz hadisələrin sonunda Vilhelmin eynəkləri
oğurlanır
[ 192]
G E C Ə , Vilhelm və Adso, nəhayət, labirintə girirlər; qəribə görüntülər görür və hər bir labirintdə
olduğu kimi yolu itirirlər [202]
Ü C Ü N C Ü G Ü N
A L A Q A R A N L I Q D A N S Ü B H Ç A Ğ I N A Q Ə D Ə R , Yoxa çıxmış Berenqarın
hücrəsində qanlı qətfə tapılır - vəssalam [21 6 ]
S Ə H Ə R , Adso mənsub olduğu ordenin tarixi və müxtəlif kitabların taleyi haqqında düşünür
[217]
G Ü N O R T A , Ads, Salvatorun bir neçə sözlə ifadə edilməyəcək etiraflarını dinləyir və həyəcanlı
düşüncələrə qərq olur
[222]
614
İ K İ N D İ V A X T I , Vilhelm Adsoya böyük bidətçilik cərəyanından, avam insanların kilsə işinə
faydasından, varlıq qanunlarının dərk edilməsinə dair duyduğu şübhələrdən danışır və sözarası
Venansionun tilsiməbənzər yazısını oxuya bildiyini də söyləyir [234]
G Ü N B A T A N Ç A Ğ I , Abballa yeni söhbət baş verir, Vilhelm labirintin sirrinə bələd olmaq
üçün ağıllı mühakimələr irəli sürür və axırda bu iş məntiqi üsullara həvalə edilir. Sonra Vilhelmlə
Adso qızartma pendir yeyirlər
[254]
A X Ş A M D U A S I N D A N S O N R A , Ubertino rahib Dolçinonun əhvalatım Adsoya danışır.
Adso buna bənzər hadisələri xatırlayır və kitabdan oxuyur. Sonra döyüşə hazır nizami ordu kimi
gözəl və qorxunc bir qıza rast gəlir
[268]
GECƏ, Sarsılmış Adso Vilhelmin qarşısında günahlarını etiraf edir və qadının yaradılışdakı yerini
düşünür. Sonra kişi meyitinə rast gəlir
[307
D
Ö R D Ü N C Ü G Ü N
A L A Q A R A N L I Q , Vilhelm və Severin Berenqarın cəsədinə baxır, dilinin qara olduğunu
görürlər, bu da boğulmuş bir adamda rast gəlinməyən haldır; sonra şiddətli zəhərlərdən və çoxdan
baş vermiş oğurluqdan söhbət gedir
[316]
S Ü B H Ç A Ğ I , Vilhelm əvvəlcə Salvatoru, sonra keları keçmişi xatırlamağa məcbur edir; Severin
oğurlanmış eynəkləri tapır, Nikola da yenilərini gətirir; beləcə, altı gözlü Vilhelm Venansionun
əlyazmasını araşdırmağa gedir
[325]
S Ə H Ə R , Adso eşq əzabları içində üzülür; sonra Vilhelm əlində Venansionun oxunduqdan sonra
belə anlaşılmaz qalan əlyazması ilə galir
[338]
G Ü N O R T A , Adso yerdombalanı toplamağa gedir, ıninoritlərlə birlikdə geri qayıdır; onlar
Vilhelm və Ubertino ilə uzun söhbət edirlər, XXII Iohann haqqında çox acıqlı sözlər danışılır [351]
615
6 1 5
İ K İ N D İ V A X T I , Pocetto kardinalı, BernardoGui və digər avinyonlular gəlirlər, sonra
isə hər kəsistədiyini edir [368]
616
G ÜNBATAN ÇAĞI, Alinardo, deyəsən, miihiim məlumatlar
verir, Vilhelm isə bir-birinin ardınca gələn aşkar səhvlərin məntiqiliyinə
əsaslanaraq, təxmin edilən həqiqətə çatmaq üçün öz üsulunu açıqlayır [371]
A X Ş A M , Salvator eşq cadusundan söhbət açır [376]
A X Ş A M D U A S I N D A N S O N R A , Vilhelmlə Adso yenə də kitabxanaya girirlər və
Afrikanın astanasına varırlar, amma içəri girmək mümkün olmur, çünki dördün birincisinin və
yeddincisinin nə olduğunu bilmirlər; axırda mübtəla olduğu eşq azarı Adsonu yenə - bu dəfə olduqca
elmi - vəlvələyə salır
[380]
G E C Ə , Salvator acınacaqlı şəkildə Bernardo Guinin əlinə düşür, Adsonun sevdiyi qız
cadugəriikdə günahlandırılaraq yaxalanır və hamı əvvəlkindən daha bədbəxt və qorxmuş halda
yatmağa gedir [401 ]
B E Ş İ N C t G Ü N
S Ü B H Ç A Ğ I , Məsihin yoxsultuğu haqqında qardaşca müzakirələr başlayır
[410]
S Ə H Ə R , Severin Vilhelmə qəribə bir kitab haqqında danışır,
Vilhelm isə elçilərə dünyəvi hakimiyyət məsələsinə aid
qəribə fikirlər söyləyir
[428]
G Ü N O R T A , Qətlə yetirilmiş Severini tapırlar, lakin onun tapdığı kitabı tapa bilmirlər [440]
İ K İ N D İ V A X T I , Ədalət bərqərar olur və hər kəsin haqsız olduğuna dair pis təəssürat yaranır
[454]
G Ü N B A T A N Ç A Ğ I , Ubertino qaçmağa məcbur olur,
Bensio qanunlara əməl etməyə başlayır, Vilhelm isə o gün qarşılaşdığı müxtəlif ehtiras növləri
haqqında bəzi düşüncələrini bölüşür
[481 ]
A X Ş A M , Dəccalın gəlişi haqqında moizə oxunur və
Adso xüsusi adların mənasını anlayır
[489]
A L T I N C I G Ü N
G E C Ə Y A R I S I , Şahzadələr əyləşirlər, Malaxia isə
yerə yıxılır
[504]
A L A Q A R A N L I Q , Yeni kelar təyin edilir, amma yeni kitabxanaçı seçilmir
[510]
S Ü B H Ç A Ğ I , Nikola qonaqlara yeraltı xəzinəni göstərərək, müxtəlif şeylərdən danışır [513]
S Ə H Ə R , Adso "Dies irae dinlərkən yoxu,ya da xəyal görür [522]
G Ü N O R T A Y A D O Ğ R U , Vilhelm Adsonıtn yuxusunu yozur [ 535]
GÜNORTA, Kitabxananın tarixi araşdırılır və sirli kitab haqqında bəzi məlumatlar əldə edilir
[ 539]
İ K İ N D İ V A X T I , Abbat Vilhelm i dinləmək istəmir, bahalı daş-qaşların dili haqqında
danışmağı üstün tutur və monastırda baş vermiş qəmli hadisələrlə bağlı təhqiqatın dayandırılmasını
tələb edir [546]
G Ü N B A T A N Ç A Ğ I N D A N A X Ş A M A Q Ə D Ə R , Saatlarca sürən çaşqınlıq haqqında
qısacadanışılır [557]
A X Ş A M D U A S I N D A N S O N R A , Vilhelm.
demək olar ki, təsadüfən Afrikanın sərhədinə girməyin sirrini tapır [560]
Y E D D İ N C İ G Ü N
G E C Ə , Əgər burada səslənən sarsıdıcı açıqlamaların hamısı sadalansa, başlıq fəslin özündən
uzun olar, bu da qaydalara ziddir [568]
G E C Ə , Yanğın olur və fəzilətlərin artıqlığı üzündən
cəhənnəm qüvvələri qalib gəlir
[588]
S
ON V Ə R Ə Q
[605]
616
Dostları ilə paylaş: |