8
scilicet Dissertatio de Pane Eucharistico, Azimo et Fermentatio, ad Eminentiss. Cardinalem Bona.
Subjungitur opusculum Eldefonsi Hispaniensis Episcopi de eodem argumento Et Eusebii Romani ad
Theophilwn Gallum epistola, De cultu sanctorum ignotorum, Parisiis, apud Levesque, ad Pontem S.
Michaelis, MDCCXXI, cum privilegio Regis'.
Scnt-Jenevyev kitabxanasında dərhal “Vetera Analecta”nı sifariş etdim. Lakin titul vərəqində Ballenin
təsvirindən fərqli olan ən azı iki cəhəti görüb, çox təəccübləndim. Birincisi, naşirin adı başqa idi: burada
- Montalant, ad Ripam P.P.Augustianorum (prope Pontem S.Michaelis)
4 5
. İkincisi, burada nəşrin tarixi
iki il gec göstərilmişdi. Topluda nə Adsonun qeydlərinə, nə də onun adı keçən hər hansı mətnə rast
gəlmədiyimi demək, məncə artıqdır. Ümumiyyətlə, bu nəşrin orta və kiçik həcmli materiallardan ibarət
olduğunu görmək çətin deyildi. Ballenin mətni isə bir neçə yüz səhifədən ibarət olmalıydı. Mən ən məşhur
mediyevistlərə
6
, xüsusən gözəl şəxsiyyət, unudulmaz alim Etyen Jilsona müraciət etdim. Lakin onların
hamısı dedilər ki, mənim Sent-Jenevyevdə istifadə etdiyim Vetera Analecta mövcud olan yeganə nəşrdir.
Passi rayonunda yerləşən Lasur abbatlığına gedib, dostum Ame Laaneştedt atayla söhbət etdikdən sonra
yüz faiz əmin oldum ki, Balle adlı abbat Lasur abbatlığı-
4
Qədim antologiya, yaxud müxtəlif növ qədim əsərlərin Toplusu. Məktublar, qeydlər, epitafıyalar - Müqəddəs Mavr ittifaqının və
Müqəddəs Benedikt rahib ordeninin pastoru, teologiya doktoru, müqəddəs ata Jan Mabiyonun tədqiqatları və qeydləri, alman dilində
olan şərhi ilə birlikdə. Mabiyonun həyatını və onun Ali Müqəddəs ata kardinal Bona yazdığı “Priçastiye ayinindoki şirin və turş Çörək
haqqında” yazısını da əhatə edən yeni nəşr. Bu mövzuda, İspaniya yepiskopu İldefonsun əsərləri və Yevsebiy Romanskinin Teofıl
Qalla yazdığı “Naməlum müqəddəslərə ehtiram barədə” məktubu da bura daxil edilmişdir; Paris, Müqəddəs Mixail körpüsü yanındakı
Levek mətbəəsi, 1721, kralın icazəsi ilə (latınca).
5
Montalen, Sent-Ogüsten sahil küçəsi (Sen-Mişel körpüsünün yanında) - (latınca).
6
Qərbi Avropanın orta əsrlər tarixini öyrənən alimlər
9
nın mətbəəsində heç zaman kitab nəşr etdirməmişdir. Fransız alimlərinin tərcümeyi-hallara aid
izahatlarının səliqəsizliyi hamıya məlumdur. Lakin bu hal ən pis gözləntiləri də üstələmişdi. Aydın olurdu
ki, mənim Praqada əldə etdiyim kitab uydurma imiş. Üstəlik, Ballenin həmin kitabı indi məndə deyildi
(ümumiyyətlə, onu geri almağın yolunu görmürdüm). Əlimdə yalnız öz qeydlərim vardı, buna isə, çox az
etibar etmək olardı.
Böyük fiziki yorğunluğun gətirdiyi bəzi həyəcanlı anlar vardır. Belə anlarda keçmişdə tanıdığımız
adamların ruhları gözümüzə görünür («en me retraçant ces details, j’en suis a me demander s’ils sont reels,
ou bien si je les al reves»)
7
.
Sonralar abbat Byukuanın gözəl əsərlərindən öyrəndim ki, yazılmamış kitabların da ruhları vardır.
Yeni bir təsadüf baş verməsəydi, şübhəsiz ki, Melkli Adsonun hekayəsi üstündə hələ də baş
sındırırdım. Lakin Tanrıya şükürlər olsun ki, 1970-ci ildə Buenos-Ayresdə, Korryentcsdə, bu böyük
küçənin məşhur Patio del Tanqosunun yaxınlığında kiçik bir kitab dükanına göz gəzdirərkən Milo
Temeşvarın ispancaya tərcümə edilmiş “Şahmat oyununda güzgülərdən istifadə edilməsinə dair” adlı
kitabına rast gəldim. “Apokaliptiklər və inteqrə olunmuşlar” kitabımda bu müəllifin daha sonralar yazdığı
“Apokalipsis satanlar” əsərini araşdırarkən, artıq bu kitaba istinad etmişdim. (Düzdür, ikinci əldən olsa
da). Korryentesdəki dükandan aldığım kitab gürcü dilində yazılan itirilmiş orijinalın tərcüməsi idi (birinci
nəşr - Tbilisi, 1934). Və bu kitabda mən, tamamilə gözləmədiyim halda, Melkli Adsonun əlyazmasından
geniş hissələrə rast gəldim. Düzdür, qeyd etməliyəm ki, Temeşvar mənbə kimi nə abbat Balleni, nə də
Mabiyon atanı göstərmirdi. Kirher ataya istinad edirdi (amma kitabın adı dəqiqləşdirilmirdi). Bir alim
(onun adını burada çəkməyə lüzum görmürəm) qətiyyət və əminliklə bildirdi ki, böyük yezuit Afanasi
Kirher ata heç bir əsərində (o, Kirherin bütün əsərlərindən
7
Bu təfərrüatları xatırladığım zaman onların gerçək, yoxsa xəyal olduğunu öz-özümdən soruşmağa ehtiyac duyuram.
əzbər sitatlar gətirirdi) bir dəfə do olsun, Melkli Adsonun adını çəkmir. Amma Temcşvarın yazdığı
səhifələr gözlərimin önündəydi və burada sitat gətirilən epizodlar Ballcnin tərcümə etdiyi povestdəkilərlə
eyni idi (xüsusilə də, labirintin təsvirlərini müqayisə etdikdən sonra heç bir şübhə qalmır). Sonralar
Benyamino Plaçido
1
nə yazmış olursa olsun, abbat Balle və deməli, Melkli Adso da bu dünyada
yaşamışdılar.
O zaman düşündüm ki, Adsonun yazılarının taleyi onun hekayəsinin xarakteri ilə necə də oxşardır; bu
hekayə başda müəllifin adı, ən sondasa hadisə yeri olmaqla, qaranlıq sirlərə bürünüb. Adso təsvir etdiyi
abbadığın yerini inadkarlıqla göstərmir, mətnin müxtəlif yerlərinə səpələnmiş əlamətlər isə buranın
Pompozadan Konka qədər geniş bir ərazidə istənilən yer ola biləcəyini fərz etməyə imkan verir; ehtimal
ki, bura Apennin yüksəkliyində, Pyemonte, Liguriya və Fransa arasında bir yer idi (yəni Leriçi və Turbiya
arasında). Təsvir edilən hadisələrin baş verdiyi tarix dəqiq göstərilmişdi - 1327-ci il, noyabrın sonları;
amma müəllifin bunları nə zaman yazdığı məlum deyildi. Onun 1327-ci ildə rahibliyə hazırlaşdığını və
kitabı yazan zaman ömrünün sonuna az qaldığını nəzərə alsaq, əlyazmasının XIV əsrin son on, ya da
iyirmi ili içində yazıldığını təxmin etmək olar.
Etiraf edim ki, on dördüncü yüz ilin sonlarında bir alman rahib tərəfindən latınca yazılmış əsərin on
yeddinci yüz il latıncasıyla olan nüsxəsinin, kifayət qədər aydın olmayan fransızca surətinin İtalyanca
tərcüməsini nəşr etdirməyə çox az səbəblər vardı.
Hər şeydən öncə, üslub məsələsini necə həll etməliydim? Tərcüməni o dövrün italyancasına
üslublaşdırmaq fikrindən əl çəkdim; birincisi, Adso qədim İtalyanca yox, latınca yazmışdı; ikincisi, onun
mənimsədiyi mədəniyyət (ya da ona təsir edən abbadığın mədəniyyəti) daha da arxaik idi. Bu mədəniyyət,
gec orta əsrlər latın ənənəsinin qəbul etdiyi yüz illər boyunca formalaşan üslub və biliklərin cəmi idi. Adso
yerli xalq danışığından fərqli olaraq, təsvir etdiyi kitabxanadakı dini və sxolastik
8 9
1
La Repubblica, 22 sentyabr 1977-ci il
9
Dostları ilə paylaş: |