599
yanırdı. İnsanlar dəstə-dəstə moqsədsizcə, ya da tamamilə faydasız məqsədlərlə meydanın bu başından o
başına qaçırdılar. Mən başı yaralanmış, cübbəsi cırılmış, çarəsizliyə yenilmiş Nikolanı gördüm. Giriş
darvazasının yanında diz çökərək, Tanrının lənətlərinə lənətlər yağdırırdı. Tivolili Pasifıkonu da gördüm.
Kömək etməyi düşünmədən belə, yanından qaçan ürkmüş qatırı tutmağa çalışırdı. Qatıra minib, məni
görüncə qışqırdı ki, onun kimi hərəkət edib, bu Armageddona bənzər yerdən xilas olub qaçsam yaxşı olar.
Bu zaman birdən dəhşət içində düşündüm: bəs Vilhelm haradadır? Yoxsa o da yıxılan divarların altında
qalıb əzilmişdir? Axtarmağa başladım - və nəhayət, onu kilsə həyətinin yaxınlığında tapdım. Əlində yol
heybəsi vardı. Alov müsafirxanaya sıçrayınca, heç olmasa, qiymətli alətlərini xilas etmək üçün hücrəsinə
girmişdi. Mənim heybəmi də götürmüşdü, içindən əynimə geyəcək bir şey tapdım. Nəfəsimizi dərib
dayandıq və ətrafımıza baxdıq.
Monastırın axırı çatmışdı. Demək olar ki, bütün tikililəri - bəzilərini az, bəzilərini çox - alov
bürümüşdü. Hələ od tutmayanlar da tezliklə yanacaqdı. Çünki təbiətin davranışlarından tutmuş köməyə
qaçanların çaşqın horəkətlərinədək hər şey monastırın yanıb kül olmasını körükləyirdi. Yalnız tikililərin
olmadığı yerlər - bostan, kilsə həyətinin önündəki bağça od tutmamışdı. Tikililəri xilas etmək üçün artıq
heç bir şey etmək olmazdı. Onları xilas etmək ümidini bir yana buraxıb təhlükəsiz yerə çəkilərək, hər
şeyin yanıb külə çevrildiyinə sakitcə baxmaqdan başqa çarə qalmamışdı.
Kilsə bizə daha yaxın idi, indi o, yavaş-yavaş yanırdı. Bu, böyük tikililərin ümumi xüsusiyyətidir -
taxta hissələr tez alışıb-yandıqdan sonra saatlarca, bəzən günlərcə tüstülənir. Bina tamam başqa cür
yanırdı. Orada tez alışan əşyalar daha çox idi. Yazı zalını tamamilə bürüyən alov, yeməkxana və mətbəxə
də düşmüşdü. Bir zamanlar yüz illər boyunca labirintin yerləşdiyi üçüncü mərtəbə isə tamamilə yanıb
məhv olmuşdu.
“Bu, xristianlığın ən böyük kitabxanası idi, - Vilhelm dedi. - İndi, - deyə davam etdi, - Dəccalın
gəlməsi, doğrudan da, yaxındır, çünki ona mane olmaq üçün heç bir bilik qalmadı. Həm də bu gün artıq
onun üzünü gördük”.
“Kimin üzünü?” - deyə sarsılmış halda soruşdum.
“Xorxenin. Fəlsəfəyə duyduğu nifrətdən əyilmiş üzündə ilk dəfə Dəccalın surətini gördüm.
Carçılarının hesab etdikləri kimi, Yəhudiyyə qəbiləsindən çıxmayacaqdır o, uzaq bir ölkədən də
gəlməyəcəkdir. Dəccal möminliyin özündən, Allaha olan ifrat məhəbbətdən, ya da həqiqət sevgisindən
doğa da bilər.
600
Kafirin bir övliyadan, cinlinin bir bəsirət sahibindən yarandığı kimi. Peyğəmbərlərdən qorx, Adso, həqiqət
uğrunda canından keçməyə hazır olanlardan da. Adətən, onlar özləri ilə birlikdə başqa insanları da öliimo
sürükləyirlər. Bəzən - özlərindən əvvəl, bəzən də - özlərinin yerinə. Xorxe iblisanə əməllər törətdi, zira öz
həqiqətini elə ehtirasla sevirdi ki, yalanla mübarizə aparan hər kəsin hər şeyə ixtiyarının çatdığını sanırdı.
Xorxe Aristotelin ikinci kitabından ona görə qorxurdu ki, bu kitab, öz fikirlərimizin köləsi olmayaq deyə,
bütün həqiqətlərin üzünü necə dəyişdirməyi öyrədirdi. Bəlkə do insanları sevən hər kəsin vəzifəsi -
həqiqətə gülməyi öyrətməkdir, həqiqətin özünü güldürməkdir, çünki yeganə həqiqət - həqiqətə olan xəstə
ehtirasdan azad olmağı öyrənməkdir”.
“Ustadım, - deyə əzab çəkə-çəkə dedim, - ürəyiniz dərindən yaralandığı üçün indi belə düşünürsünüz.
Axı keçən günlərdə topladığınız əlamətləri şərh edərək, bu gün aşkar etdiyiniz də bir həqiqət idi. Xorxe
qalib gəldi, amma siz do Xorxeyə qalib gəldiniz, çünki onun niyyətlərini ifşa etdiniz”.
“Heç bir niyyət yox idi, - Vilhelm dedi, - mən onu bir səhv üzündən aşkara çıxardım”.
Bu sözlərdə bir ziddiyyət vardı; Vilhelm belə olmasını doğrudan istəyirmi - anlamadım. “Amma
qardakı izlərin Kəhəri göstərdiyi doğru idi, - mən dedim, - Adelmonun özünü öldürdüyü doğru idi,
Vcnansionun çəlləkdə boğulmadığı doğru idi, labirintin sizin təxmin etdiyiniz kimi tikildiyi doğru idi,
Afrikanın sərhədinin quatuor sözünün köməyi ilə açıldığı doğru idi, sirli kitabın Aristotelə məxsus olduğu
doğru idi... Biliyinizdən faydalanaraq aşkar etdiyiniz bütün doğrulan saymağa davam edə bilərəm.”
“Mən heç zaman əlamətlərin düzgünlüyünə şübhə etmədim, Adso. Onlar dünyada düzgün
istiqamətlənmək üçün insanın əlində olan yeganə şeylordir. Mənim anlaya bilmədiyim, əlamətlər
arasındakı əlaqədir. Bütün qətllərə uyğun gələn İncildəki tərtib vasitəsi ilə Xorxeni aşkar etdim; bu isə
tam təsadüf idi. Bütün cinayətlərin təşkilatçısını axtararkən, Xorxeni tapdım.
601
Amma hər cinayəti ayrı şəxsin törətdiyini, ya da heç kimsənin törətmədiyini aşkara çıxartdıq. Xorxeni
pozğun və zəkalı bir şüurun niyyətini araşdıraraq ifşa etdim; amma ortada heç bir niyyət yoxdu, daha
doğrusu, Xorxenin özü öz ilk niyyətinə uyğun davrana bilmədi, sonra isə səbəblər zənciri, birbaşa səbəb-
lər, ziddiyyətli səbəblər başlandı; bunlar müstəqil surətdə inkişaf edib, heç bir niyyətdən asılı olmayan
əlaqələrin üzə çıxmasına səbəb oldu. Sən mənim müdrikliyimi harada görürsən? Mən inadkarlıqla yerimdə
addımlayırdım, bir xəyali tərtibin ardınca qaçırdım, amma bilməliydim ki, dünyada heç bir tərtib mövcud
deyil”.
“Lakin yanlış tərtiblərdən yola çıxaraq, yenə də nə isə tapdınız”.
“İndi çox yaxşı söylədin, Adso, təşəkkür edirəm. Başlanğıc tərtib - tor, ya da pilləkən kimidir, harasa
qalxmaq üçün istifadə olunur. Amma bundan sonra nərdivanı atmaq lazımdır, çünki onun faydalı olsa da,
mənasız olduğunu anlayacaqsan. Er muoz gelichesame ciie Leiter abewerfen, so Er an ir ufgestigen ist...
223
Belə deyirlərmi?”
“Mənim dilimdə belə səslənir. Kim deyib bunu?”
“Sənin vətənindən olan bir mistik. O, bunu haradasa yazmışdır, xatırlamıram. Həm də günlərin birində
kiminsə bu əlyazmasını tapması zəruri deyil. Faydalı olan yeganə həqiqətlər - istifadə edildikdən sonra
atılan alətlərdir”.
“Özünüzü danlamaq üçün bir səbəb yoxdur. Əlinizdən gələni etdiniz”.
“İnsanların əlindən gələni etdim. Bu azdır. Kainatda bir nizamın olmadığı, çünki bunun Tanrının azad
iradəsinə və qüdrətinə həqarət olacağı fikri ilə razılaşmaq çətindir. Beləcə, Tanrının azadlığı bizim üçün
hökmə, ya da on azından, qürurumuz üçün hökmə çevrilir”.
223
İnsan nərdivanla qalxdıqdan sonra mütləq onu atmalıdır (orta əsrlər almancası)
Dostları ilə paylaş: |